MİN

say.
1. Doqquz yüz doxsan doqquzdan sonra gələn ədəd, say – 10
00. Min manat. Min nəfər.
// Başqa saylarla birlikdə. Beş min kilo. İki min altı yüz adam.
– Min doqquz yüz səkkizinci ilin ilk günləri çox soyuq keçirdi. M.Hüseyn.

2. Çoxlu, külli miqdarda, hədsiz, saysızhesabsız.
Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq.
Pəncərəsi ipək pərdəli evlərdə min təlaş var; min həşir. R.Rza.

◊ Min bir – çox, hədsiz.
Min bir xəbər verir dünyadan bizə; Üstünü toz almış qalın kitablar. S.Vurğun.
Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. M.Müşfiq.
Min bir iztirab ilə keçən bir neçə saatda Əkbərin ürəyinə nələr gəlmədi? Mir Cəlal.

Min cür, min cürə – çox, çoxlu, hədsiz, hədsiz-hesabsız, saysız.
[Qarı:] Bağça desən, bağban desən var burda; Cana min cür dərman desən var burda. Aşıq Qərib”.
[Tapdıq] hər şeyə etiraz edir, hər sözə qulp qoyur, min cürə şıltaqlıq göstərirdi. Ə.Vəliyev.

Min dərədən su götürmək – çox yerlərə baş vurmaq, çox şeydən danışmaq.
Bir qrup adamlar da vardır ki, peşmansan bir söz sorasan, sənə cavab verincəyə qədər min dərədən su götürür. Qantəmir.

Min yaşa! – çox yaşa! var ol! Ömrün uzun olsun! (alqış ifadəsi).
Min yaşamaq – uzun ömür sürmək, çox yaşamaq.
[Kosa:] …Bircə bu kələkdən də çıxsaydım, yəqin min yaşardım. S.Rəhimov.

Mində bir – çox az təsadüf olunan, az-az rast gəlinən.
Mindən biri – çox az, cüzi hissə.
Sinədə yarələrim saydı, dedi, min, cərrah; Səhv edib, bu hələ mindən birinin sayı deyil. S.Ə.Şirvani.

Омонимы

  • MİN MİN I say 999-dan sonra gələn rəqəm. Səyriyir dodağı, qaçır bənizi; Alnında min acı fəlakət izi (S.Vurğun)

Этимология

  • MİN Saylarda 1000 ən yuxarı rəqəm hesab olunub. Minmək feili ilə bağlıdır (minmək “yuxarı qalxmaq”dır). Söz ad – feil omonim kimi işlədilib
MİMOZA
MİN-MİN

Значение слова в других словарях