minətdarlıq
miniatür
OBASTAN VİKİ
Mingəçevir TV
Mingəçevir TV — 1998-ci ildə Mingəçevir şəhərində yayıma başlayan televiziya kanal idi. == Tarixçə == "Mingəçevir" TV 4 may 1998-ci ildə yaradılmışdır. Məqsəd əhali üçün gündəlik ictimai-siyasi xəbərlər, bədii-əyləncəli proqramlar, uşaqlar üçün cizgi filmlər, ədəbi-bədii, o cümlədən tənqid-təbliğ xarakterli verilişlər, video filmlərin yayımlanmasıdır. Mingəçevir Televiziya və Radio Şirkəti 1998-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Nazirlik tərəfindən fəaliyyəti ilə əlaqədar nizamnaməsi təsdiq olunmuş və 10/63 saylı şəhadətnamə verilmişdir. MTV-nin hüquqi, maddi texniki bazasını, yaradıcılıq imkanlarını və kadr potensialını nəzərə alaraq 12-ci kanala qanuni fəaliyyəti üçün lisenziya verilmişdir. Telekompaniya gündəlik xəbərlər proqramı, həftəlik analitik proqram, habelə müxtəlif ictimai-siyasi, sosial-iqtisadi, hüquqi-elmi, maarifləndirmə və əyləncəli proqramlar hazırlayıb efirə yayımlayır. Teleşirkətin yayımı 16 rayon və şəhəri əhatə edir. Şirkətin kollektiv üzvləri əsasən gənclərdir və 50%-ə yaxını qızlardır. Şirkətin idarəetmə strukturu təsisçi tərəfindən təsdiq olunmuşdur.
Mingəçevir Televiziyası

Mingəçevir bələdiyyələri
Mingəçevir bələdiyyələri — Mingəçevir şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == === Mingəçevir bələdiyyəsi === 2019-cu il bələdiyyə seçkilərində Mingəçevir bələdiyyəsinə 18 üzv seçilmiş, onlardan 14-ü Yeni Azərbaycan Partiyasının, 2-si bitərəf, 1-i Ana Vətən Partiyasının üzvü, 1-i isə Demokratik İslahatlar Partiyasının üzvüdür. == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mingəçevir bələdiyyəsi

Mingəçevir trolleybusu
Mingəçevir trolleybusu — Mingəçevir şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Azərbaycan ərazisində mövcud olmuş ən gənc trolleybus təşkilatı olmuşdur. Şəhərdə ilk trolleybus nəqlityatı 15 aprel 1989-ci ildə istifadəyə verilmişdir. 1992-ci ilə olan məlumata görə 17 ZİU-9 markalı trolleybuslar istibadədə olmuşdur. Mövcudluğu dövründə cəmi üç xətt olmuşdur. 2006-ci ilin aprelində trolleybus istifadədən çıxarılmışdır. == Maşrutlar == Barvara — Depo — Varvara Dormaş — Depo == Həmçinin bax == Gəncə trolleybusu Naxçıvan trolleybusu Sumqayıt trolleybusu Bakı trolleybusu == Mənbə == "Mingəçevir (trolleybus)". 2013-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
Mingəçevir yazıları
Mingəçevir yazıları — Mingəçevir kilsə kompleksində qazıntılar zamanı tapılmış, üzərində Qafqaz albanlarının dilində mətnlər olan kitabələr. == Xaç daşı == Mingəçevir kilsə kompleksi ərazisində arxeoloji qazıntılar zamanı üzərində tovuzquşları və müqəddəs xaç təsviri olan alban yazılı daş aşkarlanmışdır. Daş bəzi araşdırmaşılara görə xaç altlığı, bəzilərinə görə isə qurbangah olmuşdur. Daşın üzərindəki mətni Jost Gippert deşifr etməyi bacarmışdır: == Şamdanlar == === Yoqun şamdanı === Qazıntılar zamanı tapılan bəzi şamdanlardan birinin üzərindəki yazıları Volfqanq Şulze 2003-cü ildə deşifr etməyə çalışmış, Jost Gippert isə daha dəqiq tərcümə təklif etmişdir: Mən Yoq, Tanrının günahkar qulu, bunu ürəyimin ləyaqətli təmsili kimi hazırladım. Jost Gippert bu şamdana "Yoqun şamdanı" adını verib. === Əlifba sıralı şamdan === Azərbaycan Tarix Muzeyinin inventarındakı bir başqa şamdanın üzərindəki yazılar tam oxunsa da müəyyən bir hərfi mənası olmadığı, əlifbanın 16 hərfinin müəyyən bir sırada düzüldüyü qənaətinə gəlinib. === Əl işi şamdan === Şamdanlardan birinin üzərindəki mətn Udi dili ilə oxunulmuşdur: == Keramik məişət qabları == Mingəçevir kilsə kompleksində tapılmış yazılı əşyalardan biri də məişət qablarıdır. Bu məişət qablarından birinin üzərindəki yazı hələ 1967-ci ildə Georgi Klimov tərəfindən "Manas" kimi oxunmuşdur. Jost Gippert "Manas"ın Manasse adının qısaldılmış variantı olduğunu düşünür. Bir başqa məişət qabının isə əslində şamdan ayağı olduğu düşünülür.
Mingəçevir şəhəri
Mingəçevir — Azərbaycanın əhali sayı etibarilə dördüncü böyük şəhəridir. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdir. Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir. == Etimologiyası == "Mingəçevir" toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləmişlər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə "Manqaça vur" sözləri ilə əmr etmişdir.
Avtomobilist Mingəçevir FK
Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir. == İdarə Heyəti == İdarə Heyəti Sədri: Ruslan Həmidov İdman Direktoru: Zaur Qarayev Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli Mətbuat Katibi: Elnur Qasımov == Tarixi == Mingəçevirdə futbola maraq 1960-cı il və əvvəllərində artıq var idi. "Kabelçi" adlı klub, Kabel Zavodunun himayəsində fəaliyyət göstərirdi. Klubun xüsusən Şəkinin "Xansaray" klubu ilə oyunlarının prinsipiyal olduğu bilinir. 1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq biraz daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır.
Energetik Mingəçevir FK

Mingəçevir Tibb Kolleci
Mingəçevir Tibb Kolleci (əvvəlki adı: Mingəçevir Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Mingəçevir Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
Mingəçevir Tibb Məktəbi

Mingəçevir Turizm Kolleci
Mingəçevir Turizm Kolleci (tam adı: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kolleci) — Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 13 fevral 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında yaradılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Muzey işi və abidələrin qorunması; Mühasibat uçotu; Nəqliyyatın logistikası; Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi; Turizm işinin təşkili; Turizm Bələdçiliyi; İaşə müəssisələrinin servisi; Rekreasiya, idman və sağlamlıq turizmi; Aqroturizm; Maliyyə işi.
Mingəçevir arxeoloji kompleksi
Mingəçevir arxeoloji kompleksi — ilkin bürünc (e. ə. III minillik) - son orta əsrlərə (XVII əsr) aid olan Bozdağ silsiləsinin cənub ətəklərində Kür çayının hər iki sahilində yerləşən arxeoloji abidə. Cənubi Qafqazın ən iri arxeoloji abidələrindən biri. Dörd yaşayış yerindən və dörd iri qəbiristanlıqdan ibarətdir. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq Fridrix Bayern tərəfindən səthi tədqiqat işləri aparılmışdır. Bayern Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Yevgeni Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir. Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi Böyük Vətən Müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət Heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi-alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir.
Mingəçevir işıqları (qəzet)
"Mingəçevir işıqları" — Mingəçevirdə 2020-yə qədər nəşr olunan, hazırda isə yalnız onlayn fəaliyyət göstərən qəzet. == Tarixi == "Mingəçevir işçisi”, “Mingəçevir inşaatçısı” və “Mingəçevir işıqları” adı ilə nəşr olunan qəzetdə şəhər, ölkə və dünyada baş verənlər haqda xəbərlər, araşdırma yazıları, elan və reklam məlumatları ilə tanış olmaq mümkündür. "Mingəçevir işıqları" qəzeti redaksiyası 1948-ci ildən 1991-ci ilədək yerli hakimiyyət orqanlarına məxsus olub. 25 mart 1999-cu ildə 10/110 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində sahibkar hüquqi şəxs kimi yenidən qeydiyyatdan keçib. Redaksiya 3 bölmədən ibarətdir: Xəbərlər şöbəsi Reklam, elan və yayım bölməsi Mingəçevir Media Mərkəzi Redaksiya fəaliyyətə başladıqdan 3 il sonra poliqrafiya sexini, 2009-cu ildə isə şəhərin Rəsul Rza küçəsindəki 23 saylı ünvanda Mingəçevir Media Mərkəzini açıb. Qəzetin digər ofisi Dövlət Əmlak Komitəsindən icarəyə götürülüb, Heydər Əliyev prospekti, 28/12 ünvanında yerləşir. Qəzet 31 dekabr 2019-cu ilədək həm ənənəvi (kağız), həm də onlayn formalarda nəşr olunub. Həftədə bir dəfə olmaqla A4 ölçüdə 8-16 səhifədə nəşr edilən qəzetin səhifələrində şəhərdə, ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr barədə xəbərlər, siyasi şərhlər, araşdırma və analitik materiallar, tənqidi məqalələr, elan və reklamlar yerləşdirilib. Hər həftə 1000 nüsxə tirajla nəşr olunan qəzetin 500 nüsxəsi daimi abunəçilərə göndərilib, 200 nüsxəsi pərakəndə yolla satılıb, qalan nüsxələr isə əlillər, qocalar, ictimai birliklər arasında pulsuz yayılıb. 2020-ci ilin yanvarından ancaq onlayn qaydada yayımlanır.
Mingəçevir kilsə kompleksi
Mingəçevir kilsə kompleksi — 1946–cı ildə Mingəçevir SES–in tikintisi zamanı aşkarlanmış IV-VII əsrə aid alban kilsə kompleksi. Kilsə qədim zərdüşti məbədinin özülləri üstündə inşa edilmişdir. Mingəçevir kilsə kompleksinə daxil olan məbədlər birnefli bazilikaların Qafqaz Albaniyasında keçdiyi inkişaf yolunun parlaq nümunəsidir. Sadə və arxaik memarlıq quruluşuna malik olan məbədlərin inşa materialı, kostruksiyası və kompozisiya həllinə əsasən onların inşa tarixinin VI əsr sərhəddini keçmədiyi qeyd edilmişdir. == Kompleksə daxil olan tikililər == === 1 №-li məbəd === Kompleksə daxil olan daha qədim tikili Mingəçevirdəki 1 №-li məbəddir. Bu məbəd 3 №-li qədim yaşayış yerinin birinci – aşağı təbəqəsində aşkara çıxarılmışdır. Plan baxımından həmin məbəd uzunluğu 19,4 metr, eni isə 7,7 metr olan dördguşəli tikilidir. Şərq divarları istisna olunmaqla məbədin qalan divarları qismən salamat qalmışdır. Bu məbədin xarakterik xüsusiyyəti şərq tərəfində altarın olmamasıdır. Bundan əlavə, 0.20 – 0.60 metr ölçülü cənub və qərb divarlarının saxlanmış hissələrində arxeoloqlar qapı yeri də aşkarlamamışlar ki, bu da girişin şərq tərəfdə yerləşdiyini göstərir.
Mingəçevir seçki dairəsi
Mingəçevir yaşayış yeri
Мingəçevir yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Мingəçevir yaşayış yeri Yevlax şəhəri yaxınlığında, Kür çayının sağ sahilində, Bozdağ vadisinin mərkəzi hissəsində yerləşir. Yaşayış yeri əvvəlcə böyük bir sahəni əhatə etmişdir. Lakin, Kür çayının öz məcrasını dəyişməsi ilə əlaqədar yaranmış yarğanlar nəticəsində, onun sağ tərəfində yerləşən yaşayış yeri dağılmış və sahəsi xeyli kiçilmişdir. Nəticədə qədim yaşayış yerindən yalnız kiçik qalıqlar qalmışdır. Abidədə aparılan qazıntının ümumi sahəsi 1200 m² olmuşdur. Bütün qazıntı sahəsində təqribən eyni stratiqrafiya izlənmişdir. Burada alt qatda, bilavasitə materikin üzərində Kür-Araz təbəqəsinə, yuxarıda inkişaf etmiş Tunc dövrünə və Antik dövrə aid təbəqələrə də rast gəlinmişdir. Qazıntı sahəsində Erkən Tunc dövrünə aid dörd yaşayış binasının qalığı aşkar edilərək, öyrənilmişdir. Onların içərisində 2 №- li yaşayış binası daha yaxşı qalmışdır.
Mingəçevir
Mingəçevir — Azərbaycanın əhali sayı etibarilə dördüncü böyük şəhəridir. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdir. Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir. == Etimologiyası == "Mingəçevir" toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləmişlər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə "Manqaça vur" sözləri ilə əmr etmişdir.
Mingəçevir (1949)
Mingəçevir (1965)
== Məzmun == "Respublikamızın şəhərləri" seriyasından olan bu film yeni Mingəçevir şəhərinin yaranmasından, onun coğrafiyasından, sənayesindən, mədəniyyətindən və bu şəhərin adamlarından danışır.
Mingəçevir (1971)
== Məzmun == "Respublikamızın şəhərləri" silsiləsindən olan bu film energetiklər şəhəri Mingəçevirə, onun qaynar həyatına həsr olunmuşdur.
Mingəçevir (Yevlax)
Mingəçevir — Azərbaycan Respublikasının Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun şəhər tipli Mingəçevir qəsəbəsi şəhər tipli "28 Aprel" qəsəbəsi ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılmış, Mingəçevir qəsəbə Soveti ləğv edilmişdir.
Mingəçevir (dəqiqləşdirmə)
Mingəçevir — Azərbaycanda şəhər. Mingəçevir (Yevlax) — Azərbaycanın Yevlax rayonunda şəhər tipli qəsəbə. 25 may 1991-ci ildə ləğv olunmuşdur. Mingəçevir (film, 1949) — Azərbaycan filmi. Mingəçevir (film, 1950) — Azərbaycan filmi. Mingəçevir (film, 1965) — Azərbaycan filmi. Mingəçevir (film, 1971) — Azərbaycan filmi.
Mingəçevir SES
Mingəçevir SES (tam adı: Mingəçevir Su Elektrik Stansiyası) — Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. == Tarixi == Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının — postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.
Mingəçevir FK
Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir. == İdarə Heyəti == İdarə Heyəti Sədri: Ruslan Həmidov İdman Direktoru: Zaur Qarayev Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli Mətbuat Katibi: Elnur Qasımov == Tarixi == Mingəçevirdə futbola maraq 1960-cı il və əvvəllərində artıq var idi. "Kabelçi" adlı klub, Kabel Zavodunun himayəsində fəaliyyət göstərirdi. Klubun xüsusən Şəkinin "Xansaray" klubu ilə oyunlarının prinsipiyal olduğu bilinir. 1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq biraz daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır.
47 saylı Mingəçevir seçki dairəsi
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi
Azərbaycan Müəllimlər İnstitutu (Mingəçevir filialı)
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı — 2000-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olnuş ali təhsil müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında yaradılmışdı. Filialda 3 fakültə - "Pedaqoji məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İxtisasartırma" və "Yenidənhazırlama"; 5 kafedra - "Riyaziyyat və informatika", "Təbiət fənləri", "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası", "Xarici dillər", "Pedaqoji və ictimai fənlər" kafedraları var idi. Filialda 6 ixtisas üzrə (riyaziyyat və informatika; riyaziyyat və fizika; məktəbəqədər təhsilin pedaqogikası və metodikası; Azərbaycan dili və ədəbiyyatı; ingilis dili) bakalavr səviyyəsində ilkin pedaqoji kadr hazırlığı aparılırdı. Filialın əsas fəaliyyət sahələrindən biri müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsi olmuşdur. Filialda dislokasiya üzrə 7 rayonun (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Bərdə, Tərtər) pedaqoji kadrları ikitərəfli müqaviləyə əsasən ixtisasartırma və təkmilləşdirmə təhsilinə cəlb olunurdu. Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir. Filialın maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilmişdir.
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı

Mingəçevir su-elektrik stansiyası
Mingəçevir SES (tam adı: Mingəçevir Su Elektrik Stansiyası) — Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. == Tarixi == Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının — postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.
Mingəçevir Özəl Türk Liseyi
Mingəçevir Şəhidlər Xiyabanı
Mingəçevir Şəhidlər Xiyabanı — Mingəçevir şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Mingəçevir şəhərində yaradılıb.
Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunanlar