Mingəçevir

coğ. Minguétchévir

minətdarlıq
miniatür
OBASTAN VİKİ
Mingəçevir
Mingəçevir — Azərbaycanın əhali sayı etibarilə dördüncü böyük şəhəridir. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdir. Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir. "Mingəçevir" toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləmişlər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə "Manqaça vur" sözləri ilə əmr etmişdir.
Mingəçevir (1949)
Mingəçevir (1965)
"Respublikamızın şəhərləri" seriyasından olan bu film yeni Mingəçevir şəhərinin yaranmasından, onun coğrafiyasından, sənayesindən, mədəniyyətindən və bu şəhərin adamlarından danışır.
Mingəçevir (1971)
"Respublikamızın şəhərləri" silsiləsindən olan bu film energetiklər şəhəri Mingəçevirə, onun qaynar həyatına həsr olunmuşdur.
Mingəçevir (Yevlax)
Mingəçevir — Azərbaycan Respublikasının Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun şəhər tipli Mingəçevir qəsəbəsi şəhər tipli "28 Aprel" qəsəbəsi ilə birləşdiyinə görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılmış, Mingəçevir qəsəbə Soveti ləğv edilmişdir.
Mingəçevir (dəqiqləşdirmə)
Mingəçevir — Azərbaycanda şəhər. Mingəçevir (Yevlax) — Azərbaycanın Yevlax rayonunda şəhər tipli qəsəbə. 25 may 1991-ci ildə ləğv olunmuşdur. Mingəçevir (film, 1949) — Azərbaycan filmi. Mingəçevir (film, 1950) — Azərbaycan filmi. Mingəçevir (film, 1965) — Azərbaycan filmi. Mingəçevir (film, 1971) — Azərbaycan filmi.
Mingəçevir SES
Mingəçevir SES (tam adı: Mingəçevir su-elektrik stansiyası) — Cənubi Qafqazda ən böyük su-elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su-elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su-elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının — postsovet məkanının ən böyük su-elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su-elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.
Mingəçevir TV
Mingəçevir TV — 1998-ci ildə Mingəçevir şəhərində yayıma başlayan televiziya kanal idi. "Mingəçevir" TV 4 may 1998-ci ildə yaradılmışdır. Məqsəd əhali üçün gündəlik ictimai-siyasi xəbərlər, bədii-əyləncəli proqramlar, uşaqlar üçün cizgi filmlər, ədəbi-bədii, o cümlədən tənqid-təbliğ xarakterli verilişlər, video filmlərin yayımlanmasıdır. Mingəçevir Televiziya və Radio Şirkəti 1998-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Nazirlik tərəfindən fəaliyyəti ilə əlaqədar nizamnaməsi təsdiq olunmuş və 10/63 saylı şəhadətnamə verilmişdir. MTV-nin hüquqi, maddi texniki bazasını, yaradıcılıq imkanlarını və kadr potensialını nəzərə alaraq 12-ci kanala qanuni fəaliyyəti üçün lisenziya verilmişdir. Telekompaniya gündəlik xəbərlər proqramı, həftəlik analitik proqram, habelə müxtəlif ictimai-siyasi, sosial-iqtisadi, hüquqi-elmi, maarifləndirmə və əyləncəli proqramlar hazırlayıb efirə yayımlayır. Teleşirkətin yayımı 16 rayon və şəhəri əhatə edir. Şirkətin kollektiv üzvləri əsasən gənclərdir və 50%-ə yaxını qızlardır. Şirkətin idarəetmə strukturu təsisçi tərəfindən təsdiq olunmuşdur.
Mingəçevir Televiziyası

Energetik Mingəçevir FK
Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir. == İdarə Heyəti == İdarə Heyəti Sədri: Ruslan Həmidov İdman Direktoru: Zaur Qarayev Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli Mətbuat Katibi: Elnur Qasımov == Tarixi == Mingəçevirdə futbola maraq 1960-cı il və əvvəllərində artıq var idi. "Kabelçi" adlı klub, Kabel Zavodunun himayəsində fəaliyyət göstərirdi. Klubun xüsusən Şəkinin "Xansaray" klubu ilə oyunlarının prinsipiyal olduğu bilinir. 1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq bir az daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır.
Mingəçevir (film, 1949)
Mingəçevir (film, 1950)
Film Mingəçevirdə aparılan quruculuq işlərindən bəhs edir. Rejissor: Ağarza Quliyev Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Arif Nərimanbəyov Bəstəkar: Qara Qarayev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 130-139.
Mingəçevir (film, 1965)
"Respublikamızın şəhərləri" seriyasından olan bu film yeni Mingəçevir şəhərinin yaranmasından, onun coğrafiyasından, sənayesindən, mədəniyyətindən və bu şəhərin adamlarından danışır.
Mingəçevir (film, 1971)
"Respublikamızın şəhərləri" silsiləsindən olan bu film energetiklər şəhəri Mingəçevirə, onun qaynar həyatına həsr olunmuşdur.
Mingəçevir Dövlət Universiteti
Mingəçevir Dövlət Universiteti — Azərbaycan Respublikasının Mingəçevir şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi. Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə yaradılıb. Əsası 1991-ci ildə qoyulmuş Universitet müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərib. 2021/2022-ci tədris ilində Universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilib. 3 fakültənin, 10 kafedranın mövcud olduğu universitetdə ümumilikdə 3000-dən artıq tələbə və magistrant təhsil alıb. 8 tələbə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib. 300-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı var. Bundan əlavə, hazırda Universitetdə Türkiyənin Qazi Universitetindən 2 professor fəaliyyət göstərir. MDU-da həyata keçirilən kompleks tədbirlər ilk növbədə əsas strateji hədəflərə – yeni dövrün universitetinə çevrilmək, regional inkişafa töhfə vermək və paytaxt səviyyəli ali təhsil müəssisəsi olmaq məqsədlərinə çatmaq yolunda irəliləyişə nail olmağa hesablanır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də Universitetin mövcud durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınır.
Mingəçevir Politexnik İnstitutu
Mingəçevir Politexnik İnstitutu və ya qısaca MPİ — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. İnstitut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) filialı kimi başlamışdır. Mingəçevir Politexnik İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 23 aprel 274 saylı qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) filialı kimi fəaliyyətə başlamış, Nazirlər Kabinetinin 371 saylı 1992-ci il 01 iyul tarixli qərarı ilə Mingəçevir Energetika İnstitutuna çevrilmiş və Nazirlər Kabinetinin 427 say1ı 1993-cü il 04 avqust tarixli qərarı ilə Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır. İnstitut Mingəçevir şəhərinin mərkəzində yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verən üçmərtəbəli binada yerləşmişdir. İnstitutda sahəsi 3942,8 m² olan 24 auditoriya, müxtəlif fənn laboratoriyaları, kabinetlər, müasir standartlara uyğun idman-sağlamlıq kompleksi və 280 yerlik akt zalı olmuşdur. Tədris prosesində eyni zamanda "Azərbaycan İstilik Elektrik Stansiyaları" MMC-də yaradılmış, ixtisas fənlərini daha mükəmməl mənimsəməyə imkan verən iki otaqdan – 20–30 yerlik auditoriyalardan istifadə olunub. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılmışdır.
Mingəçevir Su Anbarı
Mingəçevir su anbarı — Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış su anbarı. Mingəçevir su anbarının və su-elektrik stansiyasının (SES) tikintisi 1953-cü ildə tamamlanıb. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən (bənddə) 18 km-ə qədər (Alazan çayı tökülən yerdə) dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su güzgüsünün sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir (Avropadakı suvarma vasitəsiylə quraşdırılan ən hündür bəndlərdən biridir). Kür çayından ayrıca olaraq hövzə iki kanalı su ilə təchiz edir: 172 km uzunluğundakı Yuxarı Qarabağ kanalı 123 km uzunluğundakı Yuxarı Şirvan kanalı Bu kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir. Su anbarından həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur.
Mingəçevir Tibb Kolleci
Mingəçevir Tibb Kolleci (əvvəlki adı: Mingəçevir Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi Əvvəlki adı Mingəçevir Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
Mingəçevir Tibb Məktəbi

Mingəçevir bələdiyyələri
Mingəçevir bələdiyyələri — Mingəçevir şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. 2019-cu il bələdiyyə seçkilərində Mingəçevir bələdiyyəsinə 18 üzv seçilmiş, onlardan 14-ü Yeni Azərbaycan Partiyasının, 2-si bitərəf, 1-i Ana Vətən Partiyasının üzvü, 1-i isə Demokratik İslahatlar Partiyasının üzvüdür. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mingəçevir bələdiyyəsi

Mingəçevir trolleybusu
Mingəçevir trolleybusu — Mingəçevir şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Azərbaycan ərazisində mövcud olmuş ən gənc trolleybus təşkilatı olmuşdur. Şəhərdə ilk trolleybus nəqlityatı 15 aprel 1989-ci ildə istifadəyə verilmişdir. 1992-ci ilə olan məlumata görə 17 ZİU-9 markalı trolleybuslar istibadədə olmuşdur. Mövcudluğu dövründə cəmi üç xətt olmuşdur. 2006-ci ilin aprelində trolleybus istifadədən çıxarılmışdır. Barvara — Depo — Varvara Dormaş — Depo Gəncə trolleybusu Naxçıvan trolleybusu Sumqayıt trolleybusu Bakı trolleybusu "Mingəçevir (trolleybus)". 2013-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
Mingəçevir yazıları
Mingəçevir yazıları — Mingəçevir kilsə kompleksində qazıntılar zamanı tapılmış, üzərində Qafqaz albanlarının dilində mətnlər olan kitabələr. Mingəçevir kilsə kompleksi ərazisində arxeoloji qazıntılar zamanı üzərində tovuzquşları və müqəddəs xaç təsviri olan alban yazılı daş aşkarlanmışdır. Daş bəzi araşdırmaşılara görə xaç altlığı, bəzilərinə görə isə qurbangah olmuşdur. Daşın üzərindəki mətni Jost Gippert deşifr etməyi bacarmışdır: Qazıntılar zamanı tapılan bəzi şamdanlardan birinin üzərindəki yazıları Volfqanq Şulze 2003-cü ildə deşifr etməyə çalışmış, Jost Gippert isə daha dəqiq tərcümə təklif etmişdir: Mən Yoq, Tanrının günahkar qulu, bunu ürəyimin ləyaqətli təmsili kimi hazırladım. Jost Gippert bu şamdana "Yoqun şamdanı" adını verib. Azərbaycan Tarix Muzeyinin inventarındakı bir başqa şamdanın üzərindəki yazılar tam oxunsa da müəyyən bir hərfi mənası olmadığı, əlifbanın 16 hərfinin müəyyən bir sırada düzüldüyü qənaətinə gəlinib. Şamdanlardan birinin üzərindəki mətn Udi dili ilə oxunulmuşdur: Mingəçevir kilsə kompleksində tapılmış yazılı əşyalardan biri də məişət qablarıdır. Bu məişət qablarından birinin üzərindəki yazı hələ 1967-ci ildə Georgi Klimov tərəfindən "Manas" kimi oxunmuşdur. Jost Gippert "Manas"ın Manasse adının qısaldılmış variantı olduğunu düşünür. Bir başqa məişət qabının isə əslində şamdan ayağı olduğu düşünülür.
Mingəçevir şəhəri
Mingəçevir — Azərbaycanın əhali sayı etibarilə dördüncü böyük şəhəridir. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdir. Kür çayının sahillərində yerləşir. Mingəçevir şəhəri şərq, cənub və qərb tərəfdən Yevlax rayonu, şimaldan isə Mingəçevir Su anbarı ilə həmsərhəddir. "Mingəçevir" toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləmişlər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə "Manqaça vur" sözləri ilə əmr etmişdir.
Mingəçevir FK
Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir. İdarə Heyəti Sədri: Ruslan Həmidov İdman Direktoru: Zaur Qarayev Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli Mətbuat Katibi: Elnur Qasımov Mingəçevirdə futbola maraq 1960-cı il və əvvəllərində artıq var idi. "Kabelçi" adlı klub, Kabel Zavodunun himayəsində fəaliyyət göstərirdi. Klubun xüsusən Şəkinin "Xansaray" klubu ilə oyunlarının prinsipiyal olduğu bilinir. 1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq bir az daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır.
Mingəçevir 1 nömrəli yaşayış yeri
Mingəçevir 1 nömrəli yaşayış yeri — Mingəçevir şəhərində Kür çayı vadisində Dəmir dövrünə aid abidə. Abidənin ikinci təbəqəsindən 9 yaşayış binası və təsərrüfat xarakterli tikinti qalığı, dulus kürəsi aşkar olunmuşdur. Evlər dördkünc və ya oval formalı olub yarımqazmalardır. Divarlar qamışdan hörülmüş və gillə suvanmışdır. Otaqların içərisində xüsusi çökəklikdə ocaqlar düzəldilmişdir. Yalnız bir otaqda daşdan düzəldilmiş düzbucaqli ocaq vardır. Burdan həmçinin təsərrüfat quyuları da tapılmışdır.
Mingəçevir Dövlət Dram Teatrı
M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrı – 1968-ci ildə təşkil edilmişdir. (1974-cü ildən M. Davudova adınadır). 1969-cu ildə Cəfər Cabbarlının "Almas" pyesi ilə açılışı olmuşdur. Teatrın repertuarında klassik və müasir dramaturqların pyesləri geniş yer tutur. Ən yaxşı tamaşaları: "Kəndçi qızı" (M. İbrahimov), "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm" (İ. Əfəndiyev), "Eşq və intiqam" (S.S.Axundov), "Müfəttiş" (N.V. Qoqol), "Hacı Qara" (M.F. Axundov), "Aydın", "Solğun çiçəklər" (C. Cabbarlı), "Haray" (İ. Hüseynov), "Ölülər" (C. Məmmədquluzadə), "Yol kənarı" (M. Zarudni), "Qütb ulduzu" (N. Xəzri), "Sərt oyunlar" (A. Arbuzov), "Duman çəkilir" (S. Azəri), "Pəri cadu" (Ə.B. Haqverdiyev), "Günəşli yer" (V. Vinniçenko) və b. 80-cı illərdə teatrda əməkdar artist V. Məmmədov, N. Rzayeva, artistlər K. Əliyeva, İ. Əlimov, H. Hörmətzadə, T. Şərifov və b. fəaliyyət göstərmişlər. Teatrın baş rejissoru R. Almuradov idi. İndi baş rejissor Z.Q. Abbasovdur.
Mingəçevir Dövlət Rəsm Qalereyası
Mingəçevir Dövlət Rəsm Qalereyası — Dövlət Rəsm qalereyası şəhər əhalisinin müxtəlif təbəqələri arasında təsvir və dekorativ sənət əsərlərinin təbliği yeni yaradıcılıq nümunələrinin aşkarlanmasını təmin edən və bu vasitə ilə vətəndaşların estetik zövqünün, bədii dünyagörüşünün mədəni təfəkkürünün formalaşmasına xidmət edən mədəniyyət müəssisəsidir. "Dövlət Rəsm Qalereyaları". azgallery.az. İstifadə tarixi: 19.04.2021. "Mingəçevir Dövlət Rəsm Qalereyası". medeniyyet.az. İstifadə tarixi: 19.04.2021. "Qalereyada rəsm sərgisi keçirilmişdir". www.yeniavaz.com. İstifadə tarixi: 19.04.2021.
Mingəçevir Su Elektrik Stansiyası
Mingəçevir SES (tam adı: Mingəçevir su-elektrik stansiyası) — Cənubi Qafqazda ən böyük su-elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su-elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etmişdir. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənmişdir. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırılmışdır. Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su-elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının — postsovet məkanının ən böyük su-elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su-elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb.
Mingəçevir Turizm Kolleci
Mingəçevir Turizm Kolleci (tam adı: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Mingəçevir Turizm Kolleci) — Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş orta-ixtisas təhsili müəssisəsi 13 fevral 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında yaradılmışdır. Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Muzey işi və abidələrin qorunması; Mühasibat uçotu; Nəqliyyatın logistikası; Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi; Turizm işinin təşkili; Turizm Bələdçiliyi; İaşə müəssisələrinin servisi; Rekreasiya, idman və sağlamlıq turizmi; Aqroturizm; Maliyyə işi.
Mingəçevir arxeoloji kompleksi
Mingəçevir arxeoloji kompleksi — ilkin bürünc (e. ə. III minillik) - son orta əsrlərə (XVII əsr) aid olan Bozdağ silsiləsinin cənub ətəklərində Kür çayının hər iki sahilində yerləşən arxeoloji abidə. Cənubi Qafqazın ən iri arxeoloji abidələrindən biri. Dörd yaşayış yerindən və dörd iri qəbiristanlıqdan ibarətdir. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq Fridrix Bayern tərəfindən səthi tədqiqat işləri aparılmışdır. Bayern Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Yevgeni Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir. Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi Böyük Vətən Müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət Heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi-alim Saleh Qazıyevin rəhbərliyi altında Bozdağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir.