Mis əsr

the Age of Copper медный век
mirvari kimi düzmək (xırda xətlə yazmaq)
misal gətirmək
OBASTAN VİKİ
Mis
Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element. Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürünc də mis tərkiblidir. Kənd təsərrüfatında su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30–230 mq-a qədər olur.
Əsr
Əsr — zaman ölçülərindən biri. Yüz il bir əsrə bərabərdir. Məsələn, XX əsr 1901-ci il yanvarın birindən 2000-ci il 31 dekabr arasındakı vaxtdır.
Mis Sərçeşmə
Mis Sərçeşmə — İranın Kirman ostanının Rəfsəncan şəhristanının mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,451 nəfər və 2,182 ailədən ibarət idi.
Mis asetat
Mis asetat(II) (CH3COO)2Cu – sirkə turşusunun mis duzu,mürəkkəb kimyəvi birləşmədir. Mis asetat (II) - suda (7,1 g / 100 g su), spirtlərdə, efirdə həll olunan tünd yaşımtıl- mavi kristallarıdır. Mis asetat yanmır, ancaq alovu solğun yaşıl rəngə boyayır. == Alınm ası == Mis asetat (II) sirkə turşusunun mis hidroksidlə gedən reaksiya zamanı alınır Mis karbonatın (II) sirkə turşusu ilə reaksiya zamanı alınır Həmçinin, mis sulfatın(II) natrium hidrokarbonatla qarışdırmaqla və ardınca əmələ gələn mis karbonatın çöküntülərini natrium sulfatdan təmizlədikdən sonra sirkə turşusu ilə işləməklə alınır Mis asetat (II) su məhlulunda həll olunan bütün duzlar kimi dissosiyasiyaya uğrayır Dəyişmə reaksiyası Mis asetatın (II) güclü əsaslarla reaksiyası nəticəsində zəif göy rəngli mis(II) hidroksidin çöküntüsü və asetat duzu alınır Əvəzetmə reaksiyası Mis asetat(II) metalların elektrokimyəvi aktivlik sırasında misdən solda yerləşən metallarla reaksiyasına qirir Mis asetat (II) bitki xəstəlikləri ilə mübarizədə, yağ və su əsaslı emulsiya boyaları üçün piqment kimi istifadə olunur. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Mis dövrü
Mis dövrü, mis-daş dövrü, xalkolit (yun. χαλκός — mis + λίθος — daş kəliməsindən), eneolit (lat. aeneus — mis + yun. λίθος — daş kəliməsindən) — bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsi. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; Bəşəriyyət daş dövründən mis dövrünə,qədəm qoyraq inkişaf etmişdir.Alimlərin əksəriyyəti metal dövrünün e.ə IV minilliyin əvvəlində başladiğını ehtimal etsə də, ayrı-ayrı ərazilərdə bu mərhələ xeyli sonra başlamışdır.Lakin harda baş verməsindən aslı olmayaraq,istənilən halda metal əmək alətlərinin meydana gəlməsi Qobustanda olduğu kimi,həyat tərzinin ciddi surətdə dəyişməsinə səbəb olurdu.İnsanlar artıq darısqallaşmış beşiyə siğmayan körpə kimi,minilliklər boyu sığındıqları qayaları daha fəal surətdə tərk etməyə başlayırdı.Arxeoloqların fikrincə,insanın mislə ilk tanışlığı külçələr vasitəsilə baş verib.Onların emalı prosesində insanlar zərbə nəticəsində parçalanmayan külçələrin deformasiyaya uğramasına diqqət yetirmişlər.Yəni müəyyən bacarıq olduqda onlara zəruri şəkil vermənin mümkünlüyü,eyni zamanda materialın möhkəmliyinin artdığı dərk edildi.Mis kifayət qədər yumşaq material olsa da,ondan hazırlanan məmulatlar asanlıqla təmir edilir və onların istifadə muddəti xeyli uzanirdi.Üstəlik misdən düzəldilən silah və əmak alətləri daha kəskin və iş prosesində rahat,ovda və düşmənlə çapışmada daha öldürücü idi. Azərbaycan ərazində tunc dövrünün başlanğıcı adətən e.ə V minilliyin sonlarına aid edilir.
Sərbəst mis
Sərbəst mis – Cu — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Qızıllı mis (2-3 %-dək Au), vitneit (3 %-dək As) Rəng – misi-qırmızı, çox vaxt əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – misi-qırmızı, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 8,5-9,0; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqşəkilli, tikanlı; Başqa xassələr – çox döyülən və uzanandır, yaxşı elektrik keçiricisidir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; heksaedrik və heksaoktaedrik; İkiləşmə: {111} üzrə təmas ikiləşmələri; Mineral aqreqatları: bütöv kütlələr, lövhəciklər, yastı və həcmi dendritlər, püruzlar, məftil şəkilli, çox vaxt burulmuş-məftilvari əmələgəlmələr, tozabənzər kütlələr, konkresiyalar, ağac üzrə, həmçinin kuprit, xalkozin və digər minerallar üzrə psevdomorfozalar. Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Reduksiyaedici şəraitlərdə kristallaşır. Hipogen mis, əsas etibarilə, hidrotermal proseslərdə əmələ gəlir və əsasi süxurların (bazaltların) badamcıqlarını, boşluq və çatlarını doldurur, sement kimi konqlomeratlarda qeyd edilir. Hidrotermal mənşəli sərbəst misin ən iri yığınları Kivino yarımadasının (ABŞ-nin Miçiqan ştatında Yuxarı göl) effuzivləri içərisində yerləşir. Burada çəkisi 450 tona yaxın olan nəhəng külçə aşkar edilmişdir. Maqmatik mənşəli sərbəst misin kiçik dənələri bəzən əsasi və ultraəsasi süxurlarda qeyd edilir. Mis filizi yataqlarının oksidləşmə zonalarının aşağı hissələrində ilkin mis minerallarının dəyişilmə məhsulu kimi əmələ gələn hipergen mənşəli sərbəst mis ən geniş yayılmışdır.
Altın əsr
Altın əsr (türkm. Altyn Asyr) — Türkmənistan şimalında yerləşən süni göl. == Coğrafiyası == Göl təbii Qaraşor çökəkliyində yerləşir. Burada Baş Türkmən kanalı ilə Daşoğuz birləşir. Əsas kollektor Deynauda qəsəbəsi yaxınlığından başlayaraq Mərkəzi Qaraqum boyunca axır. Onun uzunluğu 720 km. Daşoğuz isə 385 km uzunluğa malik olaraü şimalşərqə axır. O Göl kollektorunun 57-ci kilometrliyindən başlayaraq 140 km məsafədə Zengibaba enişi ilə axır. Zengibabadan kanal 45 km Uzboy yatağı ilə uzanır. Sonradan 160 km bu yataqla Kutış-Babaya axlr.
III əsr
III əsr — II əsrdən sonra və IV əsrdən əvvəlki əsr. Başlayır 200-ci ilin ilk günü və qurtarır 299-cu ilin son günü. == Hadisələr == İran, Orta Asiya və başqa qonşu ölkələrdə Mani təliminin yayılması. Mani dini təlimi digər dinləri əvəz etməli və ümumdünya dininə çevrilməli imiş.
II əsr
II əsr — 100-cü ilin ilk günündən sonra başlayır. İlk günü 100-cü ilin 1 yanvar tarixi, son günü isə 199-cu ilin 31 dekabrıdır. II əsrdən sonra isə III əsr gəlir.
IV əsr
IV əsr — 300-cü ilin ilk günündən sonra başlayır. İlk günü 300-cü ilin 1 yanvar tarixi, son günü isə 399-cu ilin 31 dekabrıdır. IV əsrdən sonra isə V əsr gəlir. == Hadisələr == Ön Asiyada xristianlığın yayılması.
IX əsr
IX əsr — 800-cü ilin ilk günündən sonra başlayır. İlk günü 800-cü ilin 1 yanvar tarixi, son günü isə 899-cu ilin 31 dekabrıdır. IX əsrdən sonra isə X əsr gəlir.
I əsr
I əsr — İlk günü 1 yanvar tarixi, son günü isə 99-cu ilin 31 dekabrıdır. I əsrdən sonra isə II əsr gəlir. == Hadisələr == Albaniyada hakimiyyətin yerli hökmdarların əlinə keçməsi. Albaniya hökmdarları Roma ilə diplomatik əlaqələr saxlayır, xarici siyasətdə ona meyil edirdilər.
Orta əsr
Orta əsrlər (lat. medium aevum) — italyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. XV əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. XVII əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (VIII əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, mövhumat və düşkünlük çağları kimi dəyərləndirirdilər.
XIII əsr
XIII əsr — 1200-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1200-cü ilin 1 yanvar tarixi, son günü isə 1299-cu ilin 31 dekabrıdır. XIII əsrdən sonra isə XIV əsr gəlir.
XII əsr
XII əsr — 1100-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1100-cü ilin 1 yanvar tarixi, son günü isə 1199-cu ilin 31 dekabrıdır. XII əsrdən sonra isə XIII əsr gəlir.
XIV əsr
XIV əsr — 1300-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1300-cü ilin 1 yanvar tarixi, son günü isə 1399-cu ilin 31 dekabrıdır. XIV əsrdən sonra isə XV əsr gəlir.
XIX əsr
XIX əsr — XVIII əsrdən sonra gəlir. İlk günü 1800-cü ilin 1 yanvar günündən sonra başlayır. Son günü isə 1899-cu ilin 31 dekabrıdır. XIX əsrdən sonra isə XX əsr gəlir.
XI əsr
XI əsr — 1000-ci ilin ilk günündən sonra başlayır. İlk günü 1000-ci ilin 1 yanvar tarixi, son günü isə 1099-cu ilin 31 dekabrıdır. XI əsrdən sonra isə XII əsr gəlir.
XVIII əsr
XVIII əsr — 1700-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1700-cü ilin 1 yanvar tarixi, son günü isə 1799-cu ilin 31 dekabrıdır. XVIII əsrdən sonra isə XIX əsr gəlir. XVIII əsrin əvvəllərində Azərbaycan ərazisi Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya ciddi "Qafqaz siyasəti" yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar verdi.
XVII əsr
XVII əsr — 1600-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1600-cü ilin 1 yanvar tarixi, son günü isə 1699-cu ilin 31 dekabrıdır. XVII əsrdən sonra isə XVIII əsr gəlir. XVII əsrin əvvəllərində Səfəvi — Osmanlı müharibəsinin gedişində üstünlüyü ələ alan Şah I Abbas Osmanlı sultanını sülh bağlamağa vadar etdi. 1612-ci noyabrın 20-də imzalanmış İstanbul sülhü Amasya sülhünün (1555) şərtlərini bərpa etdi.
XVI əsr
XVI əsr — 1500-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1500-cü ilin 1 yanvar tarixi, son günü isə 1599-cu ilin 31 dekabrıdır. XVI əsrdən sonra isə XVII əsr gəlir. 1501-ci ildə Səfəvi İmperiyası yarandı. 1514-cü ildə Çaldıran düzündə şah İsmayıl Xətai ilə Sultan Səlim arasında müharibə oldu. 18-ci əsrin 40-cı illərinin sonlarından bu günə qədər "Gələrsən, görərsən" adlandırılan bu qala 1551-ci ildə tikilib. 1524-cü ildə Şah İsmayıl Xətai vəfat etdi və Şah Təhmasib anadan oldu. Simeon Bekbulatoviç Şeyx Bəhaəddin (memar) 1578-cı ildə Şah Təhmasib vəfat etdi.
XV əsr
XV əsr və ya XV yüzillik – Miladi təqvimə görə 1400−1499-cu illəri birləşdirən yüzillik. Orta əsrlərə aiddir. 1400-cü ilin ilk günündən sonra başlayır. İlk günü 1400-cü ilin 1 yanvar tarixi, son günü isə 1499-cu ilin 31 dekabrıdır. XV əsrdən sonra isə XVI əsr gəlir. 1400 - Hələb döyüşü baş verdi Məmlük dövləti məğlub oldu. 1402 - Ankara döyüşü baş verdi. Osmanlı məğlubiyyətə uğradı. 1403 - İldırım Bəyazidin vəfatı 1404 - II Muradın doğumu 1405 - XI Konstantinin doğumu (sonuncu Bizans imperatoru) 1405 - Timurun vəfatı 1405 - İskəndər Bəyin doğumu (albanların milli qəhrəmanı) 1406 - Çandarlı Əli Paşanın ölümü 1406 - Naxçıvan döyüşü baş verdi. 1408 - Sərdrud döyüşü baş verdi.Teymurilər dövləti məğlub oldu.
XXI əsr
XXI əsr — 1 yanvar 2000-ci ildən başlayır və 31 dekabr 2099-cu ildə bitir. XXI əsr həmçinin III minilliyin birinci əsridir. Ümumdünya Meteorologiya Təşkilatının 2014-cü ildəki məlumatlarına görə, meteomüşahidələrin tarixi boyunca müşahidə edilən 14 ən isti günün 13-ü XXI əsrə aiddir.
XX əsr
XX əsr — XIX əsrdən sonra gəlir. 1901-ci ilin ilk günündən başlayır. İlk günü 1901-ci ilin 1 yanvar günüdür. XX əsrdən sonra isə XXI əsr gəlir.
XXII əsr
XXII əsr — Qriqori təqvimində 2100-cü il yanvarın 1-də başlayan və 2199-cu il dekabrın 31-də bitən əsrdir. III eranın ikinci əsridir. 2100-cü ilə qədər mövcud olan 12% (təxminən 1250) quş növünün tükənməsi və ya tükənmə təhlükəsi ilə qarşı-qarşıya qalması gözlənilir.