Misirli Origen
Origén — (yun. Ὠριγένης, lat. Origenes Adamantius; təqribən 185, İsgəndəriyyə — təqribən 254, Tir) — yunandilli xristian ilahiyyatçısı, filosof, alim.
== Həyatı ==
Misirdə xristian ailəsində anadan olmuşdur. Yetkinlik yaşına çatandan sonra, Plotinlə birlikdə neoplatonizm məktəbinin yaradıcısı Ammonius Sakkasın tələbəsi olmuşdur.
Abid həyatı keçirmişdir. Az yemiş, az yatmış, günlərini ibadətdə keçirmişdir. Hətta inancı o qədər möhkəm idi ki, günah etməsin deyə gənc yaşlarında özünü axtalamışdı. Bu barədə kilsə tarixçisi Eusebius yazmışdı.
Sonra, Klementin başçılıq etdiyi İsgəndəriyyə ilahiyyat məktəbində təhsilini davam etdirmişdi.