MİZAN

axirətdə insanların işlədikləri günah və xeyir əməllərini çəkmək üçün qurulacaq tərəzidir. Bu barədə Quranda ayə vardır (7: 8). Günah əməlləri xeyir əməllərindən ağır olan insanlar cəhənnəmə, xeyir işləri ağır gələnlər isə cənnətə girəcəklər. Bundan başqa Quranda insanları məişət həyatlarında istifadə etdikləri tərəzilərdən də doğru istifadə edilməsinə çağırışlar vardır. Quranın (7: 85) ayəsinə görə Şüeyb peyğəmbər Mədyən xalqını doğru yola yönəltmək istəyəndə, onları alış-verişdə ölçüyə doğru rəiyyət etmək, başqalarını çəkidə aldatmamağa çağırmışdır. Fiqhdə çəkidə aldatmaq cinayətkar əməl kimi qiymətləndirilir.
MİSVAQ
MÖCÜZƏ
OBASTAN VİKİ
Mizan (Meşkinşəhr)
Mizan (fars. ميزان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 632 nəfər yaşayır (143 ailə).
Mizantropiya
Mizantropiya insan növünə, insan davranışına və ya insan təbiətinə qarşı ümumi nifrət, bəyənməmək və ya inamsızlıqdır. Mizantrop və ya mizantropist bu cür fikirlərə və ya hisslərə sahib olan şəxsdir. Mizantropiya bəşəriyyətin qüsurlarına əsaslanan bəşəriyyətə qarşı mənfi qiymətləndirmə münasibətini ehtiva edir. Mizantroplar hesab edirlər ki, bu qüsurlar insanların hamısını və ya ən azı böyük əksəriyyətini xarakterizə edir. Onlar iddia edirlər ki, dominant həyat tərzini tam dəyişdirməkdən başqa bu qüsurları düzəltməyin asan yolu yoxdur. Akademik ədəbiyyatda hansı münasibətdən, kimə yönəldildiyindən və necə ifadə olunmasından asılı olaraq müxtəlif növ misantropiyalar fərqləndirilir. İstər duyğular, istərsə də nəzəri mühakimələr münasibətin təməli ola bilər. Bu, istisnasız olaraq bütün insanlara yönəldilə bilər və ya bir neçə ideallaşdırılmış insanı istisna edə bilər. Bu baxımdan bəzi mizantroplar özlərini pisləyir, bəziləri isə özlərini hamıdan üstün hesab edirlər. Mizantropiya bəzən başqa insanlara zərər verməyi hədəfləyən dağıdıcı dünyagörüşü və ya cəmiyyətdən qaçmaq cəhdi ilə əlaqələndirilir.

Digər lüğətlərdə