Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mizrab
Mizrab, plektr (q.yun. πλῆκτρον plēktron, πλήσσω plēssō dən - vururam), və ya mediator — sümük, plastik və ya metal plastinkadan hazırlanan barmaqla tutularaq simli alətləri ifadə edən köməkçi vasitə.
Mizraq
Nizə, mizraq və ya cida — qədim atıcı, deşici və kəsici soyuq silah. Müxtəlif uzunluqda olur. Qısa və yüngül nizələr məsafədən atmaq, nisbətən ağır və uzun nizələr yaxın döyüş üçün istifadə olunurdu. Nizədən həm piyada, həm də at belində yararlanırdılar.
Mizab (Mərənd)
Mizab (fars. ميزاب‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 231 nəfər yaşayır (75 ailə).
Mehrab
Mehrab — məscidlərin qiblə tərəfindəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer.
Midraş
Midraş (İvrit dili: מדרש; əsasən midraşim), İudaizmdə olan müqəddəs mətnlərin həftəlik keçirilən sinaqoq yığıncaqlarında oxunması və dinləyicilərə dərs olaraq keçirilən və onları müşahidə edən izahlardan ibarət olan külliyyatdır. Midraş İslam mədəniyyətində olan təfsir ilə bərabərdir. Eyni zamanda bu məqsədlə yazılmış olan kitablara da midraş deyilir. Talmud və Midraş yəhudi mədəni qaydaları, yazılı qanunlar və əfsanələrdən formalaşmışdır. Danışılan hekayələrdə reallıq deyil, alınması vacib olan dərs önəmlidir; “Midraş Rabbah”a görə, İbrahim məbəddəki ən böyük bütdən başqa hamısını sındırır. Bundan sonra atası Taruh və digər rəhbər adamlar tərəfindən sorğu-sual edilən İbrahim, suallara kinayəli bir üslubda cavab vermişdir. İbrahim bütlərin yeməsi üçün ən böyük bütə bir öküz verdiyini, ancaq kiçik bütlərin cəld tərpənib öküzü yediklərini, böyük bütün də özünə qarşı edilmiş olan hörmətsizliyə görə əsəbləşərək digərlərini parçaladığını bildirmişdir. Başqa bir hekayədə İbrahimin böyük bütə verdiyini bildirdiyi şeyin bir qab buğda unu olduğu bildirilir. Ayrıca sinaqoqlarda dini təhsil verən məktəblərə də midraş adı verilir. Türkiyədəki sinaqoqların midraş bölümləri, 1948-ci ildə İsrail dövlətinin yaranması ilə Türkiyədə yaşayan yəhudilərin adı çəkilən dövlətə köçməsi ilə yəhudi toplumun sayca azalmasına görə bağlanması zəruri olmuşdur.
Mikrob
Mikroorqanizmlər və ya mikroblar (yun. μικρός, mikrós, kiçik və ὀργανισμός, organismós - orqanizm, vücud";) — adətən ölçüləri 0,1 mm-dən az, gözlə görünməyəcək qədər kiçik olan canlı orqanizmlərin ümumi adı. Mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiya elmi məşğul olur. Onların tədqiqi ilk dəfə 1675-ci ildə öz yaratdığı mikroskop ilə mikroorqanizmləri kəşf edən Anton van Levenhukun faliyyəti ilə başlamışdır. Mikroorqanizmlər çox müxtəlifdir, onlara bakteriyalar, göbələklər, mamırlar və sularda yaşayan kiçik canlılar daxildir. Bəzi mikrobioloq alimlər ora virusları da əlavə edirıər. Mikroorqanizmlər su, qrunt, istilik olan biosferin hər yerində yaşayırlar. Onlara atmosferin yüksəkliklərində, okeanların dərinliklərində və Yer kürəsinin dərinliklərində rast gəlmək olur. Bəzi mikroorqanizmlər azot yaratdıqlarından azot siklinin vacib bir hissəsi sayılırlar. Texniki məhsulların etibarlılığı xarici mühitin təbii komponenti olan mikroorqanizmlərin (mikroskopik göbələklər, bakteriyalar, mayalar və s.) müqaviməti ilə müəyyən edilir.
Mizhar
Mizoram
Mizoram — Hindistanın şərqində yerləşmiş kiçik ştatdır. 1987-ci ildə təşkil edilmişdir.[mənbə göstərin] Ərazisi 21 081 kvadrat kilometr, əhalisi 900 000 nəfərdir. Mərkəzi və ən böyük şəhəri Aizavl şəhəridir.
Mizrahi
Mizrahi (çoxluq: Mizrahim, İvrit dili: מזרחים) — Yaxın Şərq, Şimali Afrika, Orta Asiya və Qafqazdakı yəhudilərə verilən ümumi ad. İsraildə "Mizrahi" termini əsasən ərəb dünyasında və qonşu ölkələrdə yəhudilərə aid edilir. Yeri gəlmişkən, İsrail əhalisinin 40%-ni əslən ərəb ölkələrindən gəlmiş yəhudilər və onların nəsilləri təşkil edir.İraq, Suriya, Livan, Yəmən, İran, Əfqanıstan, Buxara, Mooriş yəhudiləri, Bərbəri, Kürd, Azərbaycan, Dağıstan, Hindistan və Pakistan yəhudiləri əsas Mizrahi yəhudiləridir. Mübahisə doğuran digər bir məqam isə XV əsrdə İspaniyadan qovularaq Yaxın Şərq və Şimali Afrika ərazilərində məskunlaşmış Sefard yəhudilərinin nəsillərinin Mizrahi yəhudilərinə aid edib-etməmək məsələsidir. Onlar köçüb gəldikləri ölkələrin çoxunda yerli yəhudilərlə qaynayıb-qarışmış, onların da milli varlığına, mədəniyyətinə təsir etmişdilər. Lakin bəzi ölkələrdə, məsələn, Mərakeşdə ərəb və sefard yəhudiləri uzun müddət bir-birlərinə qarışmadılar və iki fərqli toplum əmələ gətirdilər. O zaman yerli yəhudilər özlərini mustaarabim (ərəbləşmiş yəhudilər) adlandırmağa başladılar. Hər Mizrahi fərqli mənşəli olduğundan fərqli adət və ənənələr var. Ancaq ibadət nümunələri Sefardların ibadət üsullarına çox oxşardır. Bu oxşarlığa görə xüsusilə İsraildə ümumiləşdirmə aparıldığı və Mizrahi yəhudilərinin Səfəradi adlandırıldığı görülür.
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
Miras
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
Sirab
Sirab mineral suyu
Zirab
Zirab — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,216 nəfər və 4,764 ailədən ibarət idi.
Mizac
Mizac (ərəb. ‎المزاج mizac "xüsusiyyət") — bir insanın anadangəlmə xüsüsiyyəti. Psixologiyada temperament termini fərdin şəxsiyyətinin çox vaxt anadangəlmə və öyrənilməmiş introversiya və ya ekstroversiya kimi aspektlərinə aiddir. Klassik psixologiyada əxlaqın müxtəlif qarışığının meydana gətirdiyi şəxsiyyət növləri üçün istifadə edilən termin. Qədim və Orta əsrlərdə insanın bioloji, mənəvi və psixoloji funksiyalarına təsir etmək üçün qəbul edilmiş dörd maye maddə. Temperament; fərdin diqqətində, duyğularında və davranışında emosional reaktivliyin səviyyəsi, fərdi fərqlər kimi müəyyən edilir.Temperament davranışın məzmunu ilə deyil, üslubu ilə müəyyən edilir. Başqa sözlə, fərdlərin bir vəziyyətdə nə etdiklərini deyil, bu vəziyyətə necə reaksiya verməsidir. Mizac bioloji əsaslı fərdidir.Fərdi digərlərindən ayıran fərqlərə işarə etsə də, aid olduğu fərd üçün nisbətən qalıcı və dəyişməz bir xüsusiyyətə malikdir.Mizacın nə qədəri irsi xüsusiyyətlərə, nə qədəri isə təcrübələrə bağlıdır. Nəticə etibarı ilə Mizac hər bir fərddə müşahidə oluna bilən və çox fərqli xüsusiyyət və ya əlamətlər toplusundan ibarət olan, onun dünya ilə qurduğu qarşılıqlı əlaqəyə təsir edən fitri xususiyyətidir. Goldsmith və başqaları (1987) müəyyən etdilər ki, temperament nisbətən sabit olsa da, ətraf mühitin təsirindən təsirlənir və dəyişməsindən asılı olaraq dəyişə bilir.
Mehrab (şahzadə)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Mehrab Niftəliyev
Mehrab Söhrab oğlu Niftəliyev (13 may 1985; Quba rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Mehrab Niftəliyev 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Mehrab xan
Mehrab xan (vəfatı 1649) — Səfəvi sərkərdəsi. Mirimanidze nəslinin üzvü əvvəlcə naməlum bir tarixdə Bust bəylərbəyi vəzifəsində adı çəkilir. Sonralar Astrabad bəylərbəyi, 1649-cu ildə isə eyni il ərzində öldüyü Qəndəhar şəhərinin bəylərbəyi təyin edildi. Qəndəharda onun yerinə gürcü qohumu Otar bəy gəldi. == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 153, 169, 257. ISBN 978-1933823232. Matthee, Rudi.
Mezraa (İğdır)
Mezraa — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1901-ci il qaynaqlarında Xarabemezra olaraq qeyd edilir. Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. İğdırdan 28 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 90 kürd yaşayırdı.
Mihraç Akkuş
Mihraç Akkuş (türk. Mihraç Akkuş ; 1 iyun 2000) 60 kiloqram çəki dərəcəsində yarışan türk cüdoçudur. Mihraç Akkuş 1 iyun 2000-ci ildə anadan olmuşdur. 7 uşaqlı ailənin dördüncü uşağıdır. Anası evdar qadındır, böyük qardaşı ilə Mihraç güləşlə məşğul olurlar. Mihraç Bülənt Əcəvit adına Bədən Tərbiyəsi Universitetində təhsil alır. Mihraç 2012-ci ildən cüdo ilə məşğul olmağa başladı. Karyerasının əvvəlində kadet kateqoriyasında çıxış etdi. 2015-ci ildə Klucda keçirilən Avropa Kubokunda bürünc medala layiq görülmüşdür. Bielsko-Biala mərhələsində yeddinci olmuşdur.
Mikrob təbəqəsi
Mikrob təbəqəsi — Cücərmə təbəqəsi, embrion inkişafı zamanı əmələ gələn hüceyrələrin əsas təbəqəsidir. Onurğalılarda üç hüceyrə təbəqəsi xüsusilə aydın şəkildə ifadə olunur. Bununla birlikdə, bütün eumetazoanlar (süngərlərə qohum olan heyvanlar) iki və ya üç əsas mikrob təbəqəsi əmələ gətirirlər. Bəzi heyvanlar, iki mikrob təbəqəsi (ektoderma və endoderma) istehsal edərək onları diploblastik edir. Heyvanlar, bu iki təbəqə arasında üçüncü bir təbəqə (mezoderma) əmələ gətirərək onları triploblastik edir. Hüceyrə təbəqələri nəticədə orqanogenez prosesi ilə bütün heyvanın toxumalarını və orqanlarını əmələ gətirir. Kaspar Friedrix Volf, erkən embrionun yarpaq kimi təbəqələrdə quruluşunu müşahidə etdi. 1817 -ci ildə Heinz Kristian Pander, toyuq embrionlarını öyrənərkən üç əsas mikrob təbəqəsi kəşf etdi. 1850-1855 -ci illərdə Robert Remak, hüceyrə təbəqəsi (Keimblat) anlayışını təkmilləşdirərək, sırasıyla xarici, daxili və orta təbəqələrin epidermis, bağırsaq və ara əzələləri və damar sistemini meydana gətirdiyini ifadə etdi. "Mesoderma" termini 1871 -ci ildə Huxley tərəfindən ingilis dilinə, 1873 -cü ildə Lankester tərəfindən "ektoderma" və "endoderma" kimi təqdim edilmişdir.
Mitral qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Mizian Maolida
Mizian Maolida (14 fevral 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Maolida Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lyon klubu ilə 5 avqust 2017-ci ildə etmişdir. O, 76-cı dəqiqədə Marianonu əvəz etmişdir. Liqa 1 görüşündə Lion Strasburqa 4-0 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 23 noyabr 2017-ci ildə Apollon Limassol klubuna qarşı UEFA Avropa Liqası görüşündə vurmuş və komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 1-də ilk qolunu üç gün sonra Nitsa klubuna qarşı oyunda vurmuş və komandası 5-0 hesabı ilə qalib gəlmişdir. 13 avqust 2018-ci ildə Maolida Liqa 1 təmsilçilərindən olan Nitsa klubu ilə müqavilə imzalamışdır. Maolida Fransada anadan olmuşdur. Valideynləri isə Komor adaları vətəndaşlarıdır.
Mizoram Universiteti
Mizoram Universiteti (ing. Mizoram University, hind. मिज़ोरम विश्वविद्यालय) — Hindistanın Mizoram ştatının Aizavl şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 2001-ci ildə qoyulmuşdur.
Muğancıq Mehrab
Muğancıq Mehrab — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir.Yaşayış məntəqəsi Mehrab adlı şəxsin başçılığı ilə muğanlı tayvasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Burada muğancıq "kiçik muğanlı, muğanlıların kiçik hissəsi" deməkdir.