MÖVQE
MÖVLANA
OBASTAN VİKİ
Şövzəb Mövla Şakir
Şövzəb Mövla Şakir (ərəb. شوذب مولی شاکر‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əli səhabələrindən biri. Şövzəb bəzi mənbələrdə Şakir ibn Abdullah əl-Həmdani əl-Şakirinin xidmətçisi kimi bəhs edilmiş, digərləri isə onu Əbis ibn Əbu Şəbib əş-Şakirinin qulu kimi qeyd etmişlər. O, hədis hafizi idi və Əli ibn Əbu Talibdən hədislər nəql edirdi. O, Əbis ibn Əbu Şəbib əş-Şakiri ilə birlikdə Müslüm ibn Əqilin Kufədən məktubunu Məkkədə Hüseynə çatdırdılar və onu Məkkədən Kərbəlaya müşayiət etdilər. Əbis ibn Əbu Şəbib əş-Şakiri qohumu olan Şövzəbin yanına gəlib dedi: “Qəlbinin arzusu nədir?” Cavab verdi: “Mən nə istəyirəm? Rəsulullahın nəvəsini müdafiə edərək, şəhid olana qədər sizinlə bərabər döyüşmək istəyirəm”. Əbis cavab verdi: "Səndən başqa heç nə gözlənilmirdi. Əgər bu gün səndən daha əziz birisi olsaydı, mən getməzdən əvvəl onu döyüş meydanına göndərərdim." Hənzələ ibn Əsəd əş-Şibamidən sonra Aşura günü günortadan sonra şəhid oldu.
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi (film)
Altay Mövlanov
Axund Hacı Mövlazadə
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi — Qafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri hesab edilir, həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir. == Həyatı == Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır.
Elgün Mövlanov
Hacı Mövlamverdi Kürdmahmudlu
Mövlan
Kəndlər Mövlan-i Süfla (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Mövlan-i Ülya (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Şəxslər Mövlan Əliyev — Azərbaycanlı mayor.
Mövlan-i Süfla (Nir)
Mövlan-i Süfla (fars. مولان سفلي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (6 ailə).
Mövlan-i Ülya (Nir)
Mövlan-i Ülya (fars. مولان عليا‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Mövlan Əliyev
Mövlan Məzahir oğlu Əliyev - Azərbaycanlı mayor. Əliyev Mövlan Məzahir oğlu 17 iyun 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə FZO məktəbini bitirdikdən sonra, təhsilə olan marağı onu 1930-cu ildə "Lassal" adına Bakı Neft Texnikumuna gətirir, sonra isə 1937-ci ildə Bakı Neft İnstitutunu bitirir. Bir neçə il neft sahəsində işlədikdən sonra M.Əliyev 1939-cu ildə Bakıda Kirov adına Sənaye Akademiyasını bitirib, 1940-cı ildə "Körgöz" rayonuna ikinci katib təyin edilir. 1941-ci ildə o, ailəsi ilə birlikdə Moskvaya V.I.Lenin adına Hərbi-Siyasi Akademiyada təhsilini davam etdirməyə yollanır. Həmin ildə də Moskva şəhərində ÜIK(b)P MK-nın 6 aylıq kursunu bitirir. Mayor Əliyev Mövlan Məzahir oğlu 1971-ci il oktyabrın 12-də 62 yaşında ürək xəstəliyindən vəfat edir. O, ailəsini Bakıya yollayaraq, hərbi komissarlığa ərizə yazıb cəbhəyə könüllü göndərilməsini xahiş edir. 1941-ci ilin sonunda — 1942-ci ilin əvvəllərində Şimal-Qərb cəbhəsinin bazasında 52-ci atıcı briqada yaradılır və həmin briqadanın batalyon komissarı mayor Əliyev Mövlan təyin olunur. 1942-ci ilin may ayında 780-ci Artilleriya alayının komandir müavini təyin edilir, həmçinin də 207-ci Don və Stalinqrad cəbhəsinin atıcı diviziyasında vuruşur.
Mövlana
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Mövlana Cəlaləddin Rumi

Mövlana Himməti Əngurani
Mövlana Himməti Əngurani — Azərbaycanın 15 və 16-cı əsrdə yaşayan şair. Mahnişan şəhristanının Ənguran kəndində dünyaya gəlibdir. Şah İsmayıl Xətai dövründə Şiə Məzhəbini təbliğ etmək üçün Osmanlı İmperiyasına səfər edib.
Mövlanə Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu
Əfəndizadə Hacı Məcid Əfəndi (Mövlanə Hacı Abdulla Həmid Əfəndi Hacı Mustafa Əfəndi oğlu; 1829, Şamaxı — 1908, Şamaxı) — Şamaxı Məktəbbr Komissiyasmın sədri, Bakı Qəza Müsəlman Məclisinin sədrİ, Quberniya qazısı, görkəmli maarifçi və dində reformator. Əslən indiki İsmayıllı rayonunun Diyallı kəndİndəndir. Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Ilk təhsilini atasının mjllaxanasıda almsş, sonra da 3 il Şamaxıda dünyəvi təhsil almışdır. Atasınm təkidi ib 1846-cı ildə İstanbula gəlir. Aii Ruani məktəbinə daxil olur. Orada İlahİyyatla yanaşı tarix, coğrafıya və nücum tlmləri üzrə də təhsil alır. 4 üdən sonra oranı müvəffəqiyyətlə biürib "Əfəndi" titulu alır. Dini və dünyəvi təlısilin ərəb sistemini də öyrənmək istəyir. Bu məqsədlə Vətənə dönmədən Bağdada üz tutur.
Mövlanə Muzeyi
Mövlanə Muzeyi Konyada yerləşən, öncədən Mövlanənin köşkü sayılan kompleksdə 1926-cı ildən bəri fəaliyyət göstərən muzeydir. "Mövlanə Türbəsi" olaraq da adlandırılır. Muzey 1927-ci ilin martın 2-də açılmışdır. 1954-cü ildən etibarən isə Mövlanə Muzeyi kimi adlandırılır. (Yaşıl Qübbə) deyilən Mövlanənin türbəsi dörd qalın sütun üzərində tikilmişdir. O, gündən sonra tikinti işləri heç bitməmiş, 19-cu əsrin sonuna qədər tikilən əlavələrlə davam etmişdir. Osmanlı sultanlarının bir qisminin Mövləvi təriqətindən olması səbəbindən türbə xüsusi bir önəm əldə etmiş və yaxşı qorunmuşdur. Muzeyin əhatə dairəsi bağçası ilə birlikdə 6.500 m² ikən aparılan genişləndirmə işləri nəticəsində əhatə dairəsi 18.000 m²-ə çatmışdır. Muzeyin bağçasında yerləşən və I Səlim tərəfindən tikilən kiçik su hövzəsi tikilisi Germiyanoğulları bəyliyi tərəfindən hədiyyə edildiyi deyilir. Kompleksə giriş ödənişli olan dövrdə aid olduğu Mədəniyyət Nazirliyinə ən çox gəlir gətirən ikinci muzey idi.
Məhəmməd Mövlazadə
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi — Qafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri hesab edilir, həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir. Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır.
Nizami Mövlanov
Nizami Bəydəmir oğlu Mövlanov (16 oktyabr 1976, Utuq, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Vətən Müharibəsi Qəhrəmanı; Heydər Əliyev adına Hərbi İnstitutun rektoru. Nizami Bəydəmir oğlu Mövlanov 16.10.1976-cı ildə Quba rayonunun Utuq kəndində anadan olub. Uşaq yaşlarından hərbçi olmağı arzulayan Nizami Mövlanov arzusuna çatmaq üçün 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Daha sonra 1994–1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) təhsil alıb. Ali hərbi təhsili başa vuran Nizami Mövlanov 1998-ci ildən Azərbaycan Ordusunun N saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başlayıb. O, 2014-cü ildə Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısının alınması zamanı yaralanıb. 1998–2015-ci illərdə müxtəlif hərbi hissələrdə fərqli vəzifələrdə xidmət edən zabit N. Mövlanov, 2015-ci ildən 2018-ci ilin aprelinə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) baş müəllim işləmişdir. 2019-cu ildən isə ön cəbhədə müdafiə məqsədli əməliyyatlarda N saylı hərbi hissənin qərargah rəisi olaraq xidmət edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə də təltif edilib.
Vüqar Mövlanov
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi
Mövlanə (din)
Mövlanə (ərəb. مولانا‎) — İslamda din baxımından lider sayılan və ya İslam elmlərində uğur qazanmış şəxslərə verilən addır. Xüsusilə Hindistan yarımadasında İslam alimləri və dini liderlər üçün tez-tez istifadə olunsa da, Qərbi Asiyada çox istifadə edilmir. Türk və fars ədəbiyyatında tez-tez Cəlaləddin Rumini xatırlamaq üçün istifadə olunur və buna görə də bu şəxsin adının bir hissəsi və ya özünəməxsus ləqəbi və ya ünvanı kimi yanlış anlaşılır. Mövla sözündən əmələ gələn bu söz "mövlamız" və ya "ağamız" mənasındadır. Afrikadakı digər dillər kimi, suahili də sözü orijinal ərəb mənşəsindən götürsə də, onu daha ümumi mənada istifadə edir. Bu dildə söz ümumiyyətlə öz icması tərəfindən hörmət edilən və iş görən insanlara verilir. Dini vurğu daşımaq məcburiyyətində deyil, dünyəvi kontekstdə də istifadə edilə bilir.

Значение слова в других словарях