mühəndis-fizik

mühəndis-fizik
mühəndis-elektrotexnik
mühəndis-geokimyəvi
OBASTAN VİKİ
Fizik
Fizik — fiziki kainatın bütün maddə və enerjisinin qarşılıqlı əlaqəsini başa düşmək üçün ixtisaslı alim. Fiziklər öz sahələrinin bir çox şöbələrində bütün böyük miqyası əhatə edən təbii hadisələrin geniş sprektrini öyrənirlər. Fiziklərə ümumiyyətlə təbii hadisələrin əsas səbəbləri və ya kökü və adətən riyazi münasibətlərlə öz anlayış çərçivəsi maraqlıdır. "Fizik" ifadəsi Vilyam Uel tərəfindən 1840-cı ildə İnduktiv Elmlər Fəlsəfəsi (ing. The Philosophy of the Inductive Sciences) kitabında yeni ifadə kimi işlədilmişdir. == Fəxri adlar və mükafatlar == Fiziklərin layiq görüldüyü ən yüksək fəxri ad İsveç Kral Elmlər Akademiyası tərəfindən 1901-ci ildən bəri verilən Fizika üzrə Nobel mükafatıdır.
Mühəndis
Mühəndislik (mühəndis ərəbcə həndəsəni bilən şəxs deməkdir) — bir peşə sahəsi olub, elmi-nəzəri cəhətdən əsaslanmış və empirik təsdiq edilmiş biliklərin və üsulların sistematik olaraq mənimsənilməsi və tətbiq olunmasını əhatə edir. Çağdaş cəmiyyətdə mühəndislik ali texniki Universitetlərin və ya mühəndislik fakültəsi olan Universitetlərin həmçinin İnstitutların hazırladıqları ixtisasçılar qrupu tərəfindən yerinə yetirilir. Mühəndislərin əsas məşğul olduğu sahələr maşınqayırma, informasiya texnologiyaları və sistemləri, elektrik-elektronika, dağ-mədən və metal emalı, tikinti, neft-kimya, robot texnologiyası, nanotexnologiya, müdafiə sənayesi və mühəndis iqtisadiyyatından ibarətdir. Mühəndislər təbiətdə mövcud olan material və güclərdən istifadə etməklə, onları hər hansı bir məqsəd üçün texniki cəhətdən tətbiq etməyə çalışır. Mühəndislər analitiki düşüncəyə, praktikyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər. VIII əsrdən başlayaraq güclənən ərəb xəlifəsi ölkədə elmin, o cümlədən mühəndisliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu dövrdə yaşamış müsəlman mühəndislərinin işləri heç də sonralar Avropada mövcud olan mühəndislərinkindən geri qalmamışdır. Buraya Banu Musa qardaşları, Əl Cəzari, Tağıyəddin, Əl Qaracı, İbn Sina, Əl-Biruni kimi görkəmli şəxslərin işlərini göstərmək olar.Avropalılar Əndəlüsün Xaçlı yürüyüşləri zamanı işğalından sonra islam dünyasındaki bir çox elmi kəşflər və mədəniyyət nümunələriylə ilk dəfə tanış olmuşdur. Nümunə kimi Riyaziyyat elmlərindən olan Əl-Cəbr Avropada tanınmış və Algebra olaraq adlandırılmışdır. Qərbdə mühəndis kimi Ingenieur kəlməsi (it.-fr.
Hərbi mühəndis
Əməkdar mühəndis
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Mühəndis Qoşunları
Mühəndis geologiyası
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. == Həmçinin bax == Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Aleksandr Popov (fizik)
Aleksandr Sergeyev (fizik)
Anatoli Aleksandrov (fizik)
Anatoli Petroviç Aleksandrov (rus. Анатолий Петрович Александров, 31 yanvar (13 fevral) 1903 – 3 fevral 1994, Moskva) — böyük sovet fiziki. Üçqat Sosialist Əməyi Qəhrəmanı, fiziki-riyaziyyat elmləri doktoru. AMEA-nın Fəxri üzvü. == Həyatı == Aleksandrov Anatoli Petroviç 12 mart 1903-cü ildə Ukraynanın Taraşa şəhərində anadan olmuşdur. 1930-cu ildə Kiyev Universitetini bitirmiş, SSRİ EA Fizika-Texnika İnstitutunda işə başlamışdır. Sovet fizikidir. Macarıstan EA-nın və İsveç Kral Mühəndislik Akademiyasının üzvü, 1943-cü ildə SSRİ EA-nın müxbir üzvü, 1953-cü ildə isə həqiqi üzvü seçilmişdir. 3 dəfə Sosialist Əməyi Qəhrəmanı (1954, 1960,1973), 4 dəfə SSRİ Dövlət mükafatı laureatı (1942,1949, 1951,1953) və Lenin mükafatı laureatı (1959) adına layiq görülmüşdür. 7 dəfə Lenin ordeni və başqa medallarla təltif olunmuşdur.
Arif Babayev (fizik)
Arif Miri oğlu Babayev (d. 1 dekabr 1959. Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd) — Fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Arif Babayev 1 dekabr 1959-cu ildə Ermənistan SSR Krasnoselo rayonunun Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə Çaykənd orta məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsinə daxil olmuşdur. 1981-ci ildə Fizika fakultəsini bitirdikdən sonra Kosmik Tədqiqatlar Elm İstehsalat birliyidə mühəndis olaraq işə başlamışdır. O, 1992-cu ildə “Ümumiləşmiş izotrop Keyn modelində almaz tipli yarımkeçiricilərdə elektron və deşiklərin enerji spektrləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. A.M.Babayev 1994-ci ildən AMEA-nın Fizika İnstitutunda “Nanokristallar fizikası” laboratoriyasında çalışır. A.M.Babayev 2007-ci ildə “Kiçik ölçülü kvant sistemlərində elektron və deşiklərin enerji spektrləri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi adına layiq görülmüşdür. Elmi əsərlərinin sayı-87 Xaricdə dərc olunan əsərlərinin sayı-33 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-29 Kadr hazırlığı-2 müdafiə olunmuş fəlsəfə doktoru Dil bilikləri- Azərbaycan, Rus, Türk və İngilis == Elmi fəaliyyəti == Tədqiqatları, əsasən, aşağı ölçülü yarımkeçirici və yarımmagnit kvant sistemlərində yükdaşıyıcıların enerji spektrlərinin və dalğa funksiyalarının araştdırılmasına, ballistik keçiriciliyə, spintronika sahəsinə aiddir.
Arif Məhərrəmov (fizik)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Aydın Kazımzadə (fizik)
Aydın Həsən oğlu Kazımzadə (8 avqust 1950, Ordubad) — fizika-riyaziyyat elmləri doktoru, professor, BDU-nun Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Aydın Kazımzadə 1950-ci il 8 avqustda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. O, 1972–1976-cı illərdə AМЕА-nın Fizika İnstitutunda laborant vəzifəsində işləmiş, 1975-ci ildə "İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. A.Kazımzadə 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti, 1979–1986-cı illərdə həmin kafedranın baş müəllimi, 1986–1988-ci illərdə dosenti vəzifəsində çalışmışdır. Tədqiqatçı alim 1987-ci ildə "A3B6-tipli layvari birləşmələrin elektron xassələri və onlar əsasında heterokontaktlar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1988–1996-cı illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olan 1996–2011-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləmişdir. O, eyni zamanda 2002–2011-ci illərdə Respublika Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi vəzifəsində də çalışmışdır. Aydın Kazımzadə 2011-ci ildən Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsində çalışır. Səmərəli və məhsuldar elmi fəaliyyətinə görə Aydın Kazımzadə 1976-cı ildə Elm və Texnika sahəsində Respublika Komsomol mükafatı Laureatı adına, 1993-cü ildə Beynəlxalq Elm Fondunun Soros mükafatına layiq görülmüşdür.
Cavad Cavadov (fizik)
Cavad Mirhüseyn oğlu Cavadov 2 dekabr 1925 – 2006, Bakı — Azərbaycanın fiziki, alim. == Həyatı == Cavad Cavadov 1925-ci il 2 dekabrda anadan olmuşdur. 1943-cü ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş Vətən müharibəsi iştirakçısı kimi müxtəlif orden və medallarla təltif olunmuşdur. 1946 ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Fizika –Riyaziyyat" fakultəsiniə daxil olmuşdur. 1951 ci ildən riyaziyyat müəllimi və dərs hissə müdiri vəzifəsində çalışmışdır. 1953-ci ildən Azərbaycan Politexnik İnstitutunda müəllim daha sonra baş müəllim vəzifəsində çalışmışdır. 1960 ci ildə təhsilini davam etmək üçün Moskva şəhərində Bauman adına ali Texniki İnstitutun aspirantura mərhələsinə daxil olmuşdur. 1963 cü ildə "Metallar Fizikası" mövzusunda dissertasiya müdafiə edərək "texnika elmləri namizədi" alimlik dərəcəsi almışdlr. 1964 cü ildə Bakıya qayıdıb Neft və Kimya İnstitutunda " Metallar kafedrasında" baş müəllim 1968 ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent vəzifələrində çalışmışdır. O illərdə II cildlik "Metallar Fizikası" adlı dərsliyini çap etdirmişdir.
Faiq Əhmədov (fizik)
Faiq Abduləvvəl oğlu Əhmədov — Fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Faiq Əhmədov 16.10.1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1957-ci ildə Şəki şəhərində orta məktəbi bitirmişdir. 1957–1962-ci illərdə BDU-nun fizika-riyaziyyat fakültəsində təhsil almış,1962–1965-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olmuşdur. 1966-cı ildə "Kristallaşan polimerlərin mexaniki xassələrinin tədqiqi "mövzusu üzrə dissertasiya müdafiə edərək fizika- riyaziyyat elmləri namizədi adını almışdır. 1966-cı ildən müəllim, baş müəllim, 1971-ci il "Optika və molekulyar fizika" kafedrasının dosenti vəzifəsində çalışmışdır. 1992-ci ildə Rusiya Federasiyasının Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda "Quruluş xüsusiyyətlərini nəzərə alaraq makromolekulyar sistemlərdə relaksasiya keçidlərinin tədqiqi" adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. Ona 1994-cü ildə professor adı verilmişdir. 1994–2011-ci ilədək "Optika və molekulyar fizika" kafedrasının professoru, kafedra müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən -ömrünün sonunadək BDU-nun Appelyasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.100-dən artıq elmi məqalənin və 12 kitabın müəllifidir.
Həsən Abdullayev (fizik)
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti. Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır. Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir. == Həyatı == Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.
Kərim Məmmədov (fizik)
Kərim Pənah oğlu Məmmədov (d.1916 indiki Ucar rayonu,Danabatan kəndi-20 noyabr 1987,Bakı,Azərbaycan Respublikası) — fizika-riyaziyyat elmləri doktoru,professor,1941-1945-ci illər müharibəsi iştirakçısı. == Həyatı və təhsili == K.P.Məmmədov 1916 –cı ildə Ucar rayonunun Ənvər Məmmədxanlı kəndində(keçmiş Kirovkənd) anadan olmuşdur.Doğma kəndində 7-illik təhsil aldıqdan sonra Bakıda Rabitə-Elektrik Texnikumunu bitirmiş və 1934-ci ildə Bərdə rayonunun rabitə qovşağında ilk əmək fəaliyyətinə başlamışdır.Kərim müəllim 1936-cı ildə Azərbacan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olmuş,1941-ci ildə indiki Bakı Dövlət Universitetinin izika-riyaziyyat fakültəsini bitirib SSRİ EA Geologiya İnstitutunun Azərbaycan filialında başlamışdır. Faşizmlə SSRİ arasında başlayan müharibədədə iştirak etmək üçün Sovet Ordusu sıralarına qatılmışdır. K.P.Məmmədov 1946-cı ildə Ordu sıralarından tərxis olunub Bakida,Qubkin adına Geodeziya İnstitutunda aspiranturaya qəbul olunur və Moskva Dövlət Universitetinin Rentgenoqrafiya laboratoriyasına ezam edilir. 1950-ci ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib Bakıya qayıdan Kərim müəllim Fizika-Riyaziyyat institutunun Rentgenoqrafiya laboratoriyasında baş elmi vəzifəsinə qəbul edilir. == Əmək və elmi fəaliyyəti == Rentgen şuaları vasitəsi ilə maddənin tədqiqi Azərbaycanda əsasən Neft-Kimya İnstitutunda geologiya-mineralogiya elmləri doktoru,professor A.Z.Verdizadə tərəfindən başlanmışdır.1946-ildə onun təşəbüsü ilə Fizika İnstitutunda da Rentqenquruluş təhlili laboratoriyası yaradilmişdir.1950-ci ildə Fizika-riyaziyyat elmləri namizədi K.P.Məmmədovun Rentgenquruluş təhlili laboratoriyasının rəhbəri təyin edilməsi ilə dərin elmi əhəmiyyət daşıyan mövzular üzərində tədqiqatlara başlandı. K.P.Məmmədov Moskvada Rentgenoqrafiya laboratoriyasında işləyərkən kub şəkilli kristallarda rentqen süalarının səpilməsinə atomun anizatropluğunun təsirini tədqiq etmiş,aldığı nəticələr əsasında da namizədlik dissertasiyasını yazıb müdafiə etmişdir. "Kubik kristallarda atom form-faktorunun anizotropluğu" onun namizədlik işi olmuşdur. == Elmi fəaliyyət istiqamətləri == Bakıda isə Kərim müəllim elmi rəhbəri S.O.Konobayevskinin təklifi ilə Moskvada başladığı tədqiqatlarını davam etdirmişdir. O,kub şəkilli alüminium və almaz kristallarını tədqiq edərək kristal qəfəsində tltktron sıxlığının paylanma mənzərəsini müəyyənləşdirilmiş və buradan kimyəvi əlaqənin təbiətini aydınlaşdırmışdır.Məlum edilmişdir ki, Al atomu üçün elektron sıxlığının paylanması bircinsliliyə yaxın olur ki, bu metal əlaqəsi üçün səciyyəvidir,Almaz kristalında isə elektronların atom ətrafında paylanma anizatropiyasının müşahidə edilən kəskin dəyişməsi onda möhkəm yomopolyar əlaqənin səciyyəvi olduğunu göstərmişdir.
Məmməd Məmmədov (fizik)
Məmməd Məmmədov (tam adı: Məmməd Şeyxəli oğlu Məmmədov; 15 mart 1934 – 9 aprel 2016) — fizika-riyaziyyat. == Həyatı == 15 mart 1934-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan EA Fizika İnstitutunda əmək fəaliyyətinə başlamış, 1960-cı ildə isə aspiranturaya qəbul olunaraq Moskva və Xarkov şəhərlərinə ezam olunmuşdur. 1966-cı ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1971-ci ildə dosent, 1991-ci ildə isə professor elmi adını almışdır. 1967-ci ildən Azərbaycan Dövlət Universitetində müxtəlif vəzifələrdə işləmişdir: 1982-1984 illərdə xarici əlaqələr üzrə prorektor, 1984-1989-cu illərdə isə axşam və qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır. 1986-cı ildə Şərəf nişanı Ordeni, 2000-ci ildə isə Əməkdar müəllim adı ilə təltif olunmuşdur. 2016-cı ildə Bakıda vəfat etmişdir. == Təhsili, elmi dərəcə və adları == 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1960-1963-cü illərdə aspiranturada oxuyub.
Məmməd Mənmədov (fizik)
Məmməd Məmmədov (tam adı: Məmməd Şeyxəli oğlu Məmmədov; 15 mart 1934 – 9 aprel 2016) — fizika-riyaziyyat. == Həyatı == 15 mart 1934-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan EA Fizika İnstitutunda əmək fəaliyyətinə başlamış, 1960-cı ildə isə aspiranturaya qəbul olunaraq Moskva və Xarkov şəhərlərinə ezam olunmuşdur. 1966-cı ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1971-ci ildə dosent, 1991-ci ildə isə professor elmi adını almışdır. 1967-ci ildən Azərbaycan Dövlət Universitetində müxtəlif vəzifələrdə işləmişdir: 1982-1984 illərdə xarici əlaqələr üzrə prorektor, 1984-1989-cu illərdə isə axşam və qiyabi təhsil üzrə prorektor vəzifələrində çalışmışdır. 1986-cı ildə Şərəf nişanı Ordeni, 2000-ci ildə isə Əməkdar müəllim adı ilə təltif olunmuşdur. 2016-cı ildə Bakıda vəfat etmişdir. == Təhsili, elmi dərəcə və adları == 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1960-1963-cü illərdə aspiranturada oxuyub.
Nazim Məmmədov (fizik)
Nazim Məmmədov (Nazim Timur oğlu Məmmədov; 5 noyabr 1953, Bakı) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2017), AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi. == Həyatı == Nazim Məmmədov noyabrın 5-i 1953-cü ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu yarımkeçiricilər və dielektriklər ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra əsasən keçmiş SSRİ məkanında yerləşmiş, Fizika İnstitutu (Bakı), A.F. İoffe adına Fizika Texnika İnstitutu (Sankt-Peterburq) və SSRİ EA Sibir filialının Qeyri-üzvi Kimya İnstitutularında (Novosibirsk) işləyib. Nazim Məmmədov 1981-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. O, 2013-cü ildə fizika elmi sahəsindəki nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. 2014-cü il iyulun 1-də Nazim Məmmədov AMEA-nın müxbir üzvü seçilib. 2015-cil aprelin 30-da Nazim Məmmədov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi vəzifəsin icra edib. Mayın 2-si 2017-ci ildə o, Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi seçilib. Elmi əsərlərinin sayı- 368 Xaricdə dərc olunan əsərlərinin sayı- 283.
Rasim Məmmədov (fizik)
Məmmədov Rasim Qara oğlu (1 iyun 1950, Nərimanlı, Basarkeçər rayonu) – fizika-riyaziyyat elmləri doktoru (2004), Professor (2005), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Məmmədov Rasim Qara oğlu 1 iyun 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə Nərimanlı kənd orta məktəbini "Qızıl medal"la bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə qəbul olub. 1971–1972-ci illərdə Moskva İdarəetmə Problemləri İnstitutunda təhsilini davam etdirib və ali təhsilini "Fərqlənmə diplomu" ilə başa vurub. 1972–1974-cü illərdə zabit olaraq Sovet Ordusunda xidmət etmişdir. 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Radiofizika ixtisası üzrə aspiranturasında oxuyub. 1983-cü ildə BDU-nun Fizika fakültəsində "Yarımkeçiricilər və dielektriklər fizikası" üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2004-cü ildə BDU-nun Fizika fakültəsində "Yarımkeçiricilər və dielektriklər fizikası" üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. Hazırda BDU-nun Fizika fakültəsi Elmi Şurasının sədridir, BDU Elmi Şurasının üzvüdür, BDU nəzdindəki D.02.012 doktorluq Dissertasiya Şurasının sədr muavinidir, Fizika fakültəsi Elmi Praktiki Seminarının rəhbəridir, "Bakı Universiteti Xəbərləri" jurnalının redaksiya heyətinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. 130 elmi məqalə, 35 elmi-publisist məqalə, 1 monoqrafiya, 3 kitab və 5 patent, 50-dən artıq elmi məruzəsi dərc edilib.
Rauf Hüseynov (fizik)
Rauf Rüstəm oğlu Hüseynov (4 mart 1940, Bakı) — Azərbaycan fiziki; Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Rauf Hüseynov 4 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. == Elmi fəaliyyəti == Bakı Dövlət Universitetinin Fizika fakültəsində müxtəlif ixtisas və ümumi fizika kurslarından dərs deyib. Rauf Hüseynov "Yarımkeçiricilərin və dielektriklərin fizikası" ixtisası üzrə "Kristalda eksiton spektrinin dayanıqsızlığı ilə bağlı olan elektron faza keçidi" mövzusunda namizədlik dissertasiyası, "Güclü anizotropiyaya malik olan yarımkeçiricilərdə və yarımkeçirici strukturlarda Kulon qarşılıqlı təsir və kollektiv hadisələr" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 30 iyun 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. AMEA Fizika İnstitutu nəzdində İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvüdür. == Elmi əsərləri == R.R.Hüseynov, L.V.Keldış. " Kristalın elektron spektrinin eksiton dayanıqsızlığı halında faza keçidin növü haqqında". R.R.Hüseynov.
Rövşən Xəlilov (fizik)
Rəşad Rəhimov (fizik)
Rəşad Rəhimov (tam adı: Rəşad Nizaməddin oğlu Rəhimov; 27 dekabr 1948) — fizika üzrə elmlər doktoru. == Həyatı == Rəşad Rəhimov 1948-ci il dekabrın 27-də Şəki şəhərində doğulmuş, 1966-cı ildə Şəki şəhər 11 saylı orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirmişdir. 1983-cü ildə “İnSb-İn2GeTe bərk məhlullarda elektron və fonon prosesləri” mövzusunda namizədlik dissertasiyası, 2010-cu ildə “III-V qrup yarimkeçirici birləşmələr əsasinda bərk məhlullarda və evtektik kompozitlərdə elektron, fonon proseslərin xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə Dosent adını almışdır. == Əsas elmi nailiyyətləri == 1. InSb-In2GeTe bərk məhlulun zona quruluşunda kvazilokal səviyyələrin müəyyən edilməsi; 2. III-Y qrup elementləri əsasında üçqat və dördqat bərk məhlullarda fononların rezonans səpilməsinin müəyyən edilməsi; 3. III-Y qrup elementləri və 3d keçid metalları əsasında evtektik kompozitlərdə eksperimental olaraq metal qatmalar ətrafında fazalararası zonanın aşkar olunması; 4. kinetik parametrlərdə yaranan anizotropluqda fazalararası zonaların əhəmiyyətli rolunun göstərilməsi; 5. GaSb-FeGa1.3<Co> əsasında termostabil tenzomüqavimətlərin yaradılması; 6. 80-700K temperatur bölümündə bərk cisimlərin temperatur keçiriciliyini ölçmək üçün “işıq impulsu ilə qızdırma” metodu əsasında “Alfa” cihazının hazırlanması. •Elmi məqalələrin sayı-140 •Beynəlxalq konfranslarda iştirakının sayı-50 •Xaricdə çıxmış elmi əsərlərinin sayı-26 •İxtiraların sayı-1 •Kadr hazırlığı- 2 fəlsəfə doktoru •Qrant və layihələrdə iştirakı 1. NATO-nun əməkdaşlığa dəstək qrantı PST.CLGN 978434 2. AMEA Fizika İnstitutu və Belarus Fundamental Tədqiqatlar Fondu ilə birgə layihə, grant Т10Аz-15 3. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı №EİF-2011-1(3)/82/05/1 == Əsas elmi əsərləri == 1. The GaSb-CoGa1.3 eutectic composite as a promising material for tensometry, Moldavian Journal of the Physical Sciences, Vol.
Sabir Hacıyev (fizik)
Sabir Əbdülmənaf oğlu Hacıyev (23 sentyabr 1928, Urud, Zəngəzur qəzası – 24 iyun 2013, Bakı) — fizika üzrə elmlər doktoru (1974), AMEA-nın müxbir üzvü (1983), professor (1975) == Həyatı == Sabir Hacıyev 23 sentyabr 1928-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub. 1946-cı ildə Naxçıvan şəhərinin 1 saylı məktəbini bitirdikdən sonra Naxçıvan Dövlət Müəllimlər İnstitutuna daxil olub. 1948-ci ildə Müəllimlər İnstitutunu bitirərək ilk pedaqoji fəaliyyətinə Culfa rayon orta məktəbində başlayıb. Sabir Hacıyev 1951-ci ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1956-cı ildə universiteti Nəzəri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən Sabir Hacıyev Elmi Şuranın qərarı ilə Universitetdə gələcək elmi-tədqiqat fəaliyyətini davam etdirmək üçün Nəzəri fizika kafedrasında saxlanılır. == Əmək fəaliyyəti == Sabir Hacıyev 1956–1960-cı illərdə Bakı Dövlət Universitetində müəllim, 1960–1968-ci illərdə dosent, 1972–1990-cı illərdə Maddə quruluşu kafedrasının müdiri, 1978–1988-ci illərdə Fizika fakültəsinin dekanı vəzifələrini icra edib. == Elmi fəaliyyəti == Aspiranturanı 1960-cı ildə bitirən Sabir Hacıyev Lomonosov adına Dövlət Universitetinin professoru A. Sokolov və Azərbaycan Dövlət Universitetinin dosenti A. Muxtarovun rəhbərliyi ilə "Mezonların parçalanmasında polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 1974-cü ildə "Dördfermionlu qarşılıqlı təsirin və bəzi qeyri-elastikli proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1975-ci ildə professor elmi adını alan Sabir Hacıyev 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilib. Sabir Hacıyev Nəzəri fizika bölməsində kvant nəzəriyyəsi üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Onun apardığı tədqiqatlar xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Saleh Hacıyev (fizik)
Saleh Hacıyev — azərbaycanlı fizik. == Həyatı və təhsili == Orta təhsilini Şuşada və Ağdamda alıb. Məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Buranı bitirdikdən sonra isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul edilib. 1942-ci ildə ali məktəbin üçüncü kursunda olarkən müharibəyə aparılıb. 3 il 2 aylıq əsgərlik müddətində Qafqazdan Şərqi Prussiyaya qədər geniş bir masştabda döyüşüb. Müharibədən sonra isə universiteti “Qırmızı diplom”la bitirib. Bunun ardınca isə Xarici Dillər İnstitutuna daxil olaraq, Alman dili üzrə ali təhsil alıb. Aspirantura təhsilini isə yenidən Kimya üzrə alıb. Namizədlik işində müdafiə etdiyi mövzu bir müddət sonra Elmlər Akademiyası tərəfindən ləğv edilib.