Münster

das; -s, - baş kilsə, katedral
Mündung
Münze
OBASTAN VİKİ
Münster
Münster (alm. Münster‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Münster inzibati dairəsində şəhər. Sahəsi 302.89 km2, əhalisi 299 708 nəfərdir (2013). Münster həmdə Almaniyanın 20-ci ən böyük şəhəridir.
Münster 42
Münster 42 (alm. Fernmeldeturm Münster 42‎ Fernmeldeturm Münster 42) — beton dəmir televiziya və radio yayımı qülləsi hansı ki, Munster (Federal Dövlət Vestfaliya — Şimali Reyn)şəhərində yerləşir. Analoq televiziya antenaları, DVB-T antenaları, VHF radio xidmətləri üçün istifadə olunur. Qüllə, həmçinin Münster- Bilefeld- Schverte- Haltern am See regionunda radio-rele rabitəsini təmin etməyə xidmət edir.
Münster Universiteti
Münster Universiteti — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Münster şəhərində yerləşən ictimai tədqiqat universiteti. Almaniyanın beşinci ən böyük universiteti və alman intellektual həyatının aparıcı mərkəzlərindən biridir. Universitet Təbiət, Sosial və Humanitar elmlər üzrə geniş spektrli fənlər təklif edir. Bəzi kurslar ingilis dilində də tədris olunur, o cümlədən doktorantura proqramları, habelə geoinformatika, coğrafi-məkan texnologiyası və ya informasiya sistemləri üzrə aspirantura kursları. Universitetin professorları və keçmiş tələbələri Avropanın ən nüfuzlu və ən yaxşı maliyyələşdirilən mükafatı olan on Leibniz mükafatı, Filds medalı və iki Nobel mükafatı qazanıblar. Universitet XVI-cı əsrin sonlarında Münster Yezuit Kolleci kimi inşa edilmişdir. 1780-ci ildə, müasir Münster Universiteti 4 fakültə ilə qurularaq istifadəyə verildi: Hüquq, Tibb, Fəlsəfə, İlahiyyat. 1843-cü ildə Kral İlahiyyat və Fəlsəfə Akademiyası (Königliche Theologische und Philosophische Akademie), qeyri-rəsmi olaraq Münster Akademiyası (Akademie Münster) adlandırıldı. 22 avqust 1907-ci ildə Konstitusiya məhkəməsi rəsmi olaraq universitetin adını Vestfaliya Vilhelm Universitetinə dəyişdirdi. 2023-cü ildə universitet Münster Universiteti (Universität Münster) adlandırıldı.
Münster Sarayı
Münster Sarayı — Münster şəhərində saray. Saray şahzadə-yepiskopların keçmiş iqamətgahıdır. Hal-hazırda Münster Universitetinin əsas binası və simvoludur. Qala 1767—1787-ci illərdə Barokko üslubunda tikilib. İkinci Dünya müharibəsi zamanı sarayın bir hissəsi dağıdılmlşdır. 1946-cı ildə sarayın bərpası ilə bağlı işlərə başlanıldı. 1947-ci ildə tikinti işlərinin rəsmi icazəsindən sonra, sarayın inzibati-tədris binasının torpaqları universitetin tabeliyinə verildi. 1949-cu ilin yanvarında sarayda universitet tələbələri üçün ilk mühazirələr oxundu. 1950-ci ilin iyununda sarayın bərpasının başa çatması münasibətilə bayram tədbiri keçirildi. Sarayın bərpası təxminən 2,5 milyon markaya başa gəldi.