MÜTLƏQİYYƏT
(ərəb; rus analoqu самодeржавиe)
mütləq monarxiya; monarxiyanın əzəli və obsolyut, qəti forması; feodal dövlətin son siyasi forması; feodal münasibətlərinin dağıldığı və kapitalist münasibətlərin yarandığı dövrdə meydana gəlmiş, mövcud olmuşdur, hərçənd müasir dövrdə də, M. absolyut monarxiya şəklində mövcuddur. M. üçün monarxın (kralın, şahın, sultanın, çarın, imperatorun və s.) qeyri-məhdud, (xalq tərəfindən) nəzarətsiz, hərtərəfli və dərin hakimiyyətinin olması və, hətta onu (monarxı), ilahiləşdirilmsi (müqəddəsləşdirilməsi), dövlətin və dövlət hakimiyyətinin təmərküzləşdirilməsi və geniş bürokratik aparatın mövcudluğu, funksional dövlət mexanizminin və daimi ordusunun olması və s. səciyyəvidir. Müəyyən tarixi mərhələdə M., mütərəqqi rol oynamışdır, onun (M.-in), sosialsiyasi pərakəndəliyin, dövlətin parçalanmasının, özbaşınalığın qarşısının alınmasında, ordu quruculuğu və inkişafında millətin və milli dövlətin formalaşmasında və, hətta kapitalist münasibətlərin, iqtisadiyyatın inkişafı sahələrində müstəsna xidmətləri olmuşdur. Lakin, sonradan M.-in özü kapitalizmin sonrakı inkişafı yolunda bir əngələ çevrildi və əsasən XVIIXX əsrlərdə Avropanın bir sıra dövlətlərindəki burjua inqilabları nəticəsində ya tamamilə ləğv olundu və ya Konstitusiyalı monarxiya şəklini aldı.