MÜƏSSİS

is. [ ər. ] Təsis edən, əsasını qoyan, düzəldən, yaradan.
[Səttarxan:] Seyid Abdulla birinci məşrutəçi, bəlkə də məşrutənin müəssislərindən biridir. P.Makulu.

◊ Müəssislər məclisi – bax məclisi-müəssisan.
MÜƏSSİR
MÜƏSSİSƏ
OBASTAN VİKİ
"Avtomatik Xətlər" Elmi-İstehsalat Müəssisəsi
Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == 1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin "Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi" yaradılmışdır. 1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. 1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması: "Fergüsson" tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının; Polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini artırmaq üçün avtomatik xətlər (materiala 15%-dək qənaət olunur) istehsalının; "İzot" və "Fenot" elektrotexniki poladların elektroizolyasiyası üçün antikorroziya örtükləri çəkilməsinin mənimsənilməsinə imkan yaratmışdır. 2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.
"Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı
"Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı — SSRİ medalı.
"Dalğa" Elmi-İstehsalat Müəssisəsi
Dalğa Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-cı ildə qoyulmuşdur. 1939-cu ildə "Dalğa" EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən "Krasnoye Sormovo" zavodunun yığma-sazlama sahəsi yaradılmışdır. 1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə "NORD" Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə "NORD" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Dalğa" EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün "Malaxit" MKB, "Rubin" MKB, suüstu gəmilərin layihələndirilməsi üçün "Severnoye" MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir. "Dalğa" EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri "More", "Admiralteyskiye verfi", "Sevmaş", "Yantar", "Zvezda", "Zvyozdoçka", "Nikolayev" gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir. "Dalğa" EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.
"Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Əsası 1957-ci ildə "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur. 1985-ci ildə "Neftkimyaavtomat" ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki "Cihazlar", "Sənaye Avtomatikası və Telemexanika" zavodları və Bakı "Geofizcihaz" zavodu tərkibinə daxil olmaqla "Neftqazavtomat" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993–2005-ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyət göstərir. Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür. İSO 9001–2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır. Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir. 12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.
"Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi 1956-cı ildə "Təcrübə Zavodu" və "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmışdır. 1985-ci ildə həmin müəssisənin bazasında "Sənayecihaz" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 2006-cı ildən "Sənayecihaz" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
"İqlim" Elmi-İstehsalat Müəssisəsi
İqlim Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "İqlim" Elmi-İstehsalat Müəssisəsi 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında "Bakı İqlim Qurğular zavodu" adı altında yaradılmışdır. İlk məhsulu otaq hava kondisionerləri olmuşdur. 1961-ci ildə zavodun adı dəyişdirilib, Bakı Kondisionerlər zavodu olmuş və SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ildə zavodun adı yenidən dəyişdirilib, Bakı Maşınqayırma zavodu olub. Məhsulu–aerodrom hava kondisionerləri, aviasiya kürəvi və silindrik balonları, hidroakkumulyatorlar və "Azərbaycan-4" məişət kondisionerləri. 1974-cü ildə Bakı maşınqayırma zavodunun, onun filialının və "Nauka" (Moskva) Aqreqat zavodunun Bakı filialının bazasında Bakı Aqreqat İstehsal Konstruktor Birliyi (BAİKB) yaradılıb. 1978-ci ildə BAİKB-in adı dəyişilib, Bakı Aqreqat İstehsal Birliyi (BAİB) olub. 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, "İqlim" Bakı Aviasiya İstehsalat Birliyi ("İqlim" BAİB) olub. 1993-cü ildən 2005-ci ilədək Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib.
"Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi
Gürcüstan Müəssislər Məclisi
Gürcüstan Müəssislər Məclisi (gürc. საქართველოს დამფუძნებელი კრება, sak’art’velos damp’udznebeli kreba) — Gürcüstan Demokratik Respublikasının milli qanunverici orqanı. 1919-cu ilin fevralında Gürcüstanın İstiqlal əqdnaməsini, 1921-ci il Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün çağırılmışdır. Məclis 1921-ci ildə Gürcüstanın sovetləşməsindən sonra ləğv olunana qədər fəaliyyət göstərmişdir. == Seçkilər == 1917-ci il Oktyabr inqilabından sonra, 9 aprel 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasına qoşulan Gürcüstan Rusiya imperiyasından ayrıldı. Lakin artıq 26 may 1918-ci ildə Gürcüstan suveren respublika elan edildi, həmin gün Gürcüstan Milli Şurası anonim olaraq Gürcüstanın Müstəqillik Aktını qəbul etdi. 1918-ci ilin oktyabrında Şura özünü müvəqqəti parlament elan etdi və Sovet İttifaqından əvvəlki Gürcüstanda yeganə ümumi seçki olan milli qanunverici seçkilərə hazırlaşmağa başladı. Müəssislər Məclisi, İstiqlal Bəyannaməsi və Cümhuriyyət Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün 1919-cu il fevralın 14-dən 16-dək keçirilən azad və birbaşa seçkilərdə seçildi. Seçkilərdə 15 siyasi partiya mübarizə apardı və onların nəticələri Sosial Demokrat Partiyası (Menşeviklər) və onun liderləri üçün böyük zəfər oldu. Müəssislər Məclisində 130 yerdən 109 mandat qazandılar.
Heydər Əliyevin sərəncamı ilə yaradılmış təhsil müəssisələrinin siyahısı
Kumertau Aviasiya İstehsalat Müəssisəsi
«Kumertau Aviasiya İstehsalat Müəssisəsi» — Başqırdıstan Respublikası, Kumertau şəhərində yerləşən sovet/rus aviasiya inşası müəssisəsi. Zavodda Ka-226 tipli, həmcinin Ka-27, Ka-31 və Ka-32A11BC helokopterləri hazırlanır və təmir edilir. Müəssisə «Rusiya Helokopterləri» holdinqinə daxildir. == Tarixi == 1962-ci ildə təmir-mexanika zavodunun bazasında aviasiya zavodu fəaliyyətə başlayır. Zavodda 1968-cü ildə ilk dəfə Ka-26 tip helikopterlər istehsal edilməyə başlanılır. 1972-ci ildə müəssisə Kumertau helikopter zavodu adını alır. 1977-ci ildən Kumertau Aviasiya İstehsalat Birliyinin əsas müəssisəsi olur. 2008-ci ildə Kumertau Aviasiya İstehsalat Birliyi «Kumertau Aviasiya İstehsalat Müəsissəsi» ATSC adı altında Rusiya Helikopterləri Holdinqinə daxil edilir. 1973—1989-cu illər Pilotsuz uçuş aparatlar. 1974—1978-ci illər M-17 təyyarələri «Geofizika».
Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi
Maşınqayırma və Kimya Sənayesi Anonim Cəmiyyəti (qısaca MKS), 15 mart 1950-ci ildə Türkiyə Silahlı Qüvvələrinin hər cür silah, sursat, raket bütün növ avtomobil və texnika ehtiyaclarını təmin etmək olan və Milli Müdafiə Nazirliyinə tabe olan müdafiə sənayesi sahəsində fəaliyyət göstərən dövlət müəssisəsi kimi yaradılmışdır. MKS 3 iyul 2021-ci il tarixdən Maşınqayırma və Kimya Sənayesi Səhmdar Cəmiyyəti haqqında 7330 saylı Qanunla səhmdar cəmiyyətə çevrilmişdir. Təşkilatın əsasları Fateh Sultan Məhəmməd tərəfindən yaradılmış artilleriya istehsalı zavoduna əsaslanır. Təşkilat dünyanın 40-dan çox ölkəsinə məhsullarını ixrac etməyi bacarmışdır. 2020-ci ildə təşkilatın mənfəəti ₺925.788.800-ə çatdı və beləliklə də bu onu ən gəlirli dövlət sənaye təşkilatları arasında ilk üçlüyə çıxarmışdır. Ən son 2020-ci ildə MKS Təşkilatı, Türkiyənin 100 ən böyük sənaye təşkilatından biri olaraq 90-cı yerdə olmuş və həmçinin Türkiyənin müdafiə sənayesi təşkilatları arasında 4-cü, dövlət sənaye təşkilatları arasında isə 7-ci sırada yer almışdır.
Müəssislər Məclisi
Müəssislər məclisi — konstitusiya hazırlayacaq və qəbul edəcək, yaxud yeni dövlət quruluşu təsis edəcək səlahiyyətə malik məclis. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı: Milli Şuranın 1918-ci il 17 iyun tarixli qərarından hələ 6 ay keçməməsinə baxmayaraq, daha doğrusu hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda, F.Xoyskinin təşəbbüsü və müraciətinə əsasən 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri F.Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü. 1960-cı ilin dekabrında Müəssislər Məclisinin statusu haqqında qanun qəbul edildi. Qanuna görə Müəssislər Məclisi Milli Birlik Komitəsinin (MBK) üzvləri və təmsilçilər palatasından ibarət oldu. MBK-nın qanunvericilik funksiyaları Müəssislər Məclisinə verildi. Bununla yanaşı, seçkilər və təmsilçilər palatasına üzvlərin təyin edilməsi MBK-nın səlahiyyətinə daxil idi və heç bir qanun da MBK tərəfindən bəyənilməsə, qəbul oluna bilməzdi. 6 yanvar 1960-cı ildə isə Müəssislər Məclisi işə başladı. Onun tərkibinə 295 deputat seçilmiş və təyin olunmuşdu.
Müəssisə
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir. Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.
Müəssisənin inkişaf stategiyası
Strategiya idarəetmənin və planlaşdırmanın alt sistemidir. Strategiya təşkilatın məqsədlərinin formalaşdırılmasını, onun həyata keçirilməsini, təşkilatın artımı-nı, inkişafını təmin edir və iqtisadi cəhətdən möhkəmləndirilməsinə yönəlir. Strateji planlar müəssisənin ümumi strateqiyasının, onun fəaliyyət is-tiqamətlərinin, perspektiv inkişafının müəyyənləşdirilməsindən ibarətdir. Strateji planlar yeni və mütərəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabi-liyyətinin möhkəmləndirilməsini nəzərdə tutur. Onun əsas vəzifəsi ətraf mühitdəki dəyişikliyə reaksiya üçün lazımi informasiya və dəyişikliyin təminatın-dan ibarətdir. Strateji planlaşdırma prosesi strategiyanın mərhələləri ilə müəyyən olunur və aşağıdakılardan ibarətdir: Təşkilatin missiyası. (Təşkilatin missiyası-ali, baş məqsəddir. Yəni nə is-tehsal etmək, hansı fəaliyyətlə məşqul olmaq lazım gəldiyini müəyyənləş-dirir.) Təşkilatin məqsədi. (Ali məqsədə nail olmaq üçün hansı işləri görmək lazım olduğunu müəyyən edir.) Ətraf mühitin təhlili. (Xarici təsir amillərini müəyyən etmək, riskləri hesablamaq, rəqibləri öyrənmək, təbii fəlakətlərdən qorunmaq, infilyasi-yanı nəzərə almaq və s.) Alternativlərin təhlili.
Müəssisənin quruluşu
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir. Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.
Neftayırma Müəssisəsinin Ümumzavod Təsərrüfatı (1985)
Neftayırma müəssisəsinin ümumzavod təsərrüfatı (film, 1985)
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Əsası 1957-ci ildə "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur. 1985-ci ildə "Neftkimyaavtomat" ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki "Cihazlar", "Sənaye Avtomatikası və Telemexanika" zavodları və Bakı "Geofizcihaz" zavodu tərkibinə daxil olmaqla "Neftqazavtomat" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993–2005-ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyət göstərir. Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür. İSO 9001–2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır. Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir. 12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.
Müəssisə iqtisadiyyatı
Müəssisə iqtisadiyyatı (alm. Betriebswirtschaftslehre‎) — müəssisənin fəaliyyəti zamanı iqtisadi qərarların işlənib hazırlanması və qəbul edilməsi prosesi ilə bağlı biliklər sistemi. Müəssisənin iqtisadiyyatı müəssisənin fəaliyyəti zamanı iqtisadi qərarların işlənib hazırlanması və qəbul edilməsi prosesi ilə bağlı biliklər sistemidir. Müəssisə müstəqil təsərrüfat subyektidir, məqsədi sosial tələbatları ödəmək və mənfəət əldə etməkdir. Müəssisə bazar iqtisadiyyatının əsas həlqəsidir. Məhz müəssisə əmtəə və xidmətlərin əsas istehsalçısı, digər subyektlərlə müxtəlif iqtisadi münasibətlərə girən əsas bazar subyektidir. Buna görə də müəssisənin iqtisadiyyatı müəssisənin təsərrüfat fəaliyyətinin idarə edilməsi üçün bilik və üsullar sistemi kimi istənilən iqtisadi sistemdə istehsalın təşkili və səmərənin bölüşdürülməsində mühüm yer tutur. Həm iqtisadçıların, həm də gələcək mühəndis və qeyri-iqtisadçıların hazırlanmasında müəssisənin iqtisadiyyatının öyrənilməsinə böyük diqqət yetirilir. Müəssisənin iqtisadiyyatı mikroiqtisadiyyat və makroiqtisadiyyatla sıx bağlıdır, lakin onlarla eyni deyil. Mikroiqtisadiyyatdan fərq ondadır ki, mikroiqtisadi təhlil bazarın ayrı-ayrı müəssisəyə təsirini öyrənir və əslində müəssisə səviyyəsində iqtisadiyyatın və istehsalın təşkilinin öyrənilməsi deyil.
Ümum-Rusiya Müəssislər Məclisi
Ümumrusiya Müəssislər Məclisi ((rus. Всероссийское Учредительное собрание, translit. Vserossiyskoye Uçreditelnoye sobraniye) — 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada çağırılan konstitusiya orqanı. 18 yanvar 1918-ci il tarixində, saat 16:00-da çağırılmış və 19 yanvar səhər saat 05:00-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən ləğv edilmişdr. Bunun nəticəsində III Ümumrusiya Sovetlər Qurultayı Rusiyanın yeni idarəetmə orqanına çevrilmişdir. Seçkilərdə səsvermə hüququ olan vətəndaşların sadəcə 60 faizindən çoxu Müəssislər Məclisinin seçkilərində iştirak etmişdir. Ölkə ərazisinin böyüklüyü, davam edən Birinci Dünya müharibəsi və rabitə sistemi səbəbiylə nəticələr o vaxt tam olaraq açıqlanmamışdır. N. V. Svyatitski 79 dairədən 54-nün nəticəsini nəşr etmişdir. Svyatitskinin verdiyi məlumatlar bolşeviklər də daxil olmaqla, bütün siyasi partiyalar tərəfindən qəbul edilmişdir. Seçkinin nəticələri belə idi: V. I. Lenin.
Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər
Ümumrusiya Müəssislər Məclisinə seçkilər — Rusiyada Fevral inqilabından (1917) sonra yaranan Müvəqqəti hökumətin ali nümayəndəli qanunvericilik orqanı yaratmaq məqsədilə ümumi seçki hüququ əsasında Ümumrusiya Müəssislər Məclisində həyata keçirdiyi seçkilər. Müəssislər Məclisinə seçkilər üzrə komissiyaya Fətəli xan Xoyski rəhbərlik edirdi. "Müəssislər Məclisinə seçki haqqında Əsasnamə" qadınların, hərbi qulluqçuların səsverməyə buraxılması, dairələrin çoxunda proporsional seçki sisteminin tətbiqi və s. baxımından demokratik sənəd idi. "Müsavat" partiyası Azərbaycanın bütün siyasi partiya və təşkilatlarını seçkilərdə vahid siyahı ilə çıxış etməyə çağırdı. "Müsəlman sosialist bloku" milli qüvvələrin vahid seçkiqabağı blokunu yaratmaq haqqında "Müsavat"ın təklifinə qoşulsa da, aqrar məsələ ətrafında onların arasında fikir ayrılığı yarandı. Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə müstəqil siyasi qüvvə kimi, əsasən, dörd Azərbaycan partiyası -"Müsavat", "Müsəlman Sosialist Bloku", menşevik "Hümmət" və "İttihad" partiyaları iştirak edirdilər. Azərbaycan milli qüvvələrinin, xüsusilə "Müsavat"ın güclənməsindən ehtiyatlanan bolşeviklər, menşeviklər, eserlər, kadetlər öz aralarındakı ixtilafları kənara qoyub, "Müsavat‖a qarşı vahid cəbhədə çıxış etdilər. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar.
Müəssisənin rəqabət qabiliyyəti
Müəssisənin rəqabət qabiliyyəti — verilmiş bazarda təqdim olunan oxşar obyektlərlə müqayisədə konkret ehtiyacın faktiki və ya potensial ödənilmə dərəcəsi ilə xarakterizə olunan onun mülkiyyətidir. Philip Kotler deyir ki, rəqabətqabiliyyətlilik müəyyən bazarda oxşar obyektlərlə müqayisədə rəqabətə tab gətirmək qabiliyyətini müəyyənləşdirir. Müəssisənin rəqabət qabiliyyəti müəssisəni idarə edən şirkətin tutduğu rəqabət mövqeyi ilə təmin edilir. İqtisadiyyatın demək olar ki, bütün sahələrində rəqabət qabiliyyətinin aşağıdakı beş amili fəaliyyət göstərir: keyfiyyət; qiymət; reklam; tədqiqat və inkişaf; xidmət Matris üsulları (şirkətin məhsul portfelinin qiymətləndirilməsi əsasında); Məhsul metodları (şirkətin məhsullarının rəqabət qabiliyyətinin qiymətləndirilməsi əsasında); Əməliyyat metodları (şirkətin əməliyyat fəaliyyətinin müxtəlif komponentlərinin qiymətləndirilməsi əsasında); Biznesin dəyərinin qiymətləndirilməsi üsulları (şirkətin bazar dəyərinin qiymətləndirilməsi əsasında); Dinamik üsullar (zaman ərzində şirkətin əsas iqtisadi göstəricilərinin qiymətləndirilməsinə əsaslanaraq). Стивен Силбигер. МВА за 10 дней: Самое важное из программ ведущих бизнес-школ мира. М.: Альпина Паблишер. 2014 [The Ten-Day MBA. A Step-by-Step Guide to Mastering the Skills Taught In America’s Top Business Schools]. ISBN 978-5-9614-4476-6.
Cənubi Qafqaz seçki dairəsi (Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər, 1917)
Cənubi Qafqaz seçki dairəsi (Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər,1917) — 1917-ci ildə Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün yaradılmış seçki dairəsi. Seçki dairəsi Bakı quberniyasını, Yelizavetpol quberniyasını, İrəvan quberniyasını, Kutaisi quberniyasını, Tiflis quberniyasını, Batum vilayətini, Qars vilayətini, Suxumi qəzasını və Zaqatala dairəsini əhatə edirdi. Cənubi Qafqaz dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya arasında menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, səslərin 73%-ni qazandılar. Səslərin sayına görə Cənubi Qafqaz üzrə ikinci yerə çıxan müsavatçılar bolşeviklərdən 6 dəfə çox səs topladılar. Azərbaycan milli hərəkatında Müsavat Partiyasının aparıcı mövqeyi seçkilər nəticəsində əyani təsdiqini tapdı. Azərbaycan partiyalarının aldığı səslərin 66,5%-i Müsavatın payına düşürdü. Azərbaycan partiyalarına verilən səslərin 17,2%-ini alan Müsəlman Sosialist Blokunun uğuru onun aqrar məsələlərdə radikal mövqeyi ilə izah oluna bilər. Belə ki, blok səslərin çoxunu Azərbaycanın qərbindəki kənd rayonlarında qazanmışdı. Azərbaycan partiyalarına verilən səslərin 9,1%-ini menşevik Hümmət, 7,2%-ini İttihad partiyaları aldı. == Yaradılması == Ümum-Rusiya Müəssislər Məclisinə seçkilər üçün seçki dairələri adətən quberniyaların və ya bölgələrin sərhədləri daxilində keçirilirdi.
Azərbaycan ali təhsil müəssisələri
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Azərbaycan ali təhsil müəssisələrinin siyahısı
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.

Значение слова в других словарях