Adi məryəmnoxudu
Adi məryəmnoxudu (lat. Teucrium chamaedrys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin məryəmnoxudu cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
Çoxillikdir. Gövdəsi düz və ya qalxan, hündürlüyü 10-45 sm, aşağısı oduncaqlı, sadə və ya az budaqlanan, yumşaqtüklü, cox vaxt qırmızımtıl olan bitkidir. Yarpaqları qısa saplaqlı, uzunsov yumurtavari və ya elliptik, qıraqları yarımdairəvari dişlidişli, üstdən əlvan yaşıl, altdan solğun, hər iki tərəfdən aztüklüdür. Köbələri 2-6 çiçəklidir, gövdənin və budaqların təpəsində birləşərək salxımvari çiçəkqrupu əmələ gətirir. Kasacığı zınqırovvari, qırmızımtıl, bəzən al qırmızı, bir qədər tüklüdür. Tacı 10–15 mm uzunluqda, fırfır rəngli, xaricdən sıx tüklüdür. Fındıqcaları 1,5 mm uzunluqda, hamar və ya azacıq qırışlıdır.
== Yayılması ==
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında aşağı dağ qurşağından subalp qurşağına kimi yayılmışdır.