Məşhəd Beynəlxalq Hava Limanı
Məşhəd Beynəlxalq Hava Limanı və ya Şəhid Haşimi Nejad Hava Limanı (IATA: MHD, ICAO: OIMM) (fars. فرودگاه شهید هاشمی نژاد مشهد) İranın Rəzavi Xorasan ostanının Məşhəd şəhərində yerləşən bir hava limanıdır.
Hava limanı, Mehrabad Beynəlxalq Hava Limanı və Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanından sonra ölkənin ən işlək üçüncü hava limanıdır. Uçuşlar 30-u daxili olmaqla ümumilikdə 57 istiqamətə həyata keçirilir.
Məşhəd Beynəlxalq Hava Limanı İranın Tehran-Mehrabad Beynəlxalq Hava Limanı və İmam Xomeyni adına Beynəlxalq Hava Limanından sonra ölkənin ən işlək hava limanıdır. 2016-cı ildə Məşhəd Hava Limanı, 86,681 ton yük ilə 2015-ci illə müqayisədə 17% artaraq 10 milyondan çox sərnişinlə rekord göstərdi. 57 istiqamətə uçuşlar həyata keçirir ki, bunun 30-u İran daxilindəki şəhərlərə və 27-si Orta Asiya, Orta Şərq, Şərqi Asiya və Avropadakı istiqamətlərə müntəzəm uçuşlar həyata keçirdir.
Məşhəd Beynəlxalq Hava Limanının üç terminalı var: daxili uçuşlar terminalı (Terminal 1), beynəlxalq uçuşlar terminalı (Terminal 2) və Həcc uçuşları terminalı (Terminal 3)
Hava limanında 45,7 milyon dollar dəyərində bir genişləndirmə layihəsi tamamlanmışdır. 10.000 m² həcmli Həcc Terminalı 24 May 2010-cu ildə açıldı. Bundan dərhal sonra 30.000 m²-lik Beynəlxalq Terminal açılmış, ardından yeni park binası, yeni gömrük anbarı və yük terminalı, yeni yanğınsöndürmə məntəqəsi (ARFF) binası və taksi yolları avadanlıqları yeniləndi.