Nar qovurma
Bu yeməyin vətəni Göyçaydır.
nar — 3 ədəd
yumurta — 2 ədəd
baş soğan — 1 ədəd
Narı dənələyib soğanla qovurursan. duz — istiot vurulur. Üstünə yumurta çalınıb tökülür və bişirilir. Bunu həmçinin plovnan da yemək olar.
Qoyun əti – 330 q,
ərinmiş yağ – 30 q,
nar – 50 q,
şabalıd – 180 q,
baş soğan – 100 q,
zəfəran – 0,05 q,
keşniş və şüyüd – 15 q,
istiot – 0,1 q, duz.
Qoyun əti 60–70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirilir. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.