NƏCİB

[ər.] прил. 1. эсил авай, эсиллу, хаса; 2. хъсан, къени, рикӀ михьи, дуьз; 3. пер. михьи, пак, мукъаддас (мес. амал, гьиссер); 4. пер. рах. иер, гуьзел, зериф (мес. ччин); ** nəcib qazlar маса газарихъ галаз химиядин реакциядиз тефир газар; nəcib metallar гьавада окисламиш тежер металлар (къизил, гимиш, платина).
NƏCAT
NƏCİBANƏ
OBASTAN VİKİ
Nəcib Cihanov
Nəcib Cihanov (2 (15) yanvar 1911 – 2 iyun 1988, Ufa) — tatar bəstəkar, müəllim və dövlət xadimi. 2 yanvar 1911-ci ildə Ural şəhərində anadan olmuşdur. Uşaqlar evində yaşayan Nəcib burada musiqi dərslərə almağa başladı. İlk musiqi müəllimi Svetçina Sankt-Peterburq Konservatoriyasının məzunu idi. 1928-ci ildə isə musiqi məktəbində oxumaq niyyəti ilə bacısı Faizanın yaşadığı Kazan şəhərinə gəldi. Kazan şəhərində N. A. Shevalinadan musiqi dərsləri almağa başladı. 1929-cu ildə Şərq Musiqi Kollecinə daxil olsa da, buradakı təhsilini davam etdirə bilmədi. Kollec müəllimləri ilə birgə çıxışlar edən Cihanov M. A. Pyatnitskayanın sinfində, violonçeldə - R.L.Polyakovda fortepianoda oxudu. 1931-ci ildə bəstəkar A.S. Klyuçaryovun məsləhəti ilə Moskvaya getdi və 1935-ci ildə məzun olduğu Regional Musiqi Kollecinə (indiki P.İ. Çaykovski adına Moskva Konservatoriyası nəzdindəki Akademik Musiqi Kolleci) daxil oldu. Üçüncü kursda ixtisasını dəyişib kompozisiya sinfində oxudu.
Nəcib Miqati
Nəcib Əzmi Miqati (ərəb. نجيب عزمي ميقاتي‎; 24 noyabr 1955, Tərabülüs əş-Şam) — livanlı siyasətçi, 2005-ci ildə, 2011–2014-cü illərdə və 2021-ci ildən Livanın baş naziri.
Nəcib Məhfuz
Nəcib Məhfuz (ərəb. نجيب محفوظ‎; 11 dekabr 1911[…], Qahirə, Misir – 30 avqust 2006[…], əl-Cizə mühafəzəsi[d]) — Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988). Müsəlman dünyasının ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, ərəb yazıçısı, dramaturq və ssenariçi Nəcib Məhfuz Qahirədə, məmur ailəsində doğulmuşdu. Yeddi uşağın böyüdüyü ailə dindarlığı və islam ehkamlarına dərindən bağlılığı ilə seçilirdi. Nəcib Məhfuz müsahibələrinin birində belə mühitdən yazıçı yetişəcəyini heç kəsin ağlına gətirməyəcəyini demişdi. O, 1934-cü ildə Qahirə universitetinin fəlsəfə fakültəsini bitirmişdi. Sonra təxminən qırx il Misirin müxtəlif nazirliklərində çalışmışdı. "Ağılsızlıq rüzgarı" (1938) adlı ilk hekayələr məcmuəsi ərəb cəmiyyətinin təzadlarından bəhs edirdi. Təxminən yetmiş il davam edən yaradıcılıq həyatı dövründə Nəcib Məhfuz 34 roman, 350-dən çox hekayə, 5 pyes və bir neçə film ssenarisi yazmışdı. Tovfiq əl-Hakimlə birlikdə o, ərəb ədəbiyyatının yenilənməsi prosesinin öncüllərindən idi.
Nəcib boymadərən
Nəcib boymadərən (lat. Achillea nobilis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Nəcib dəfnə
Nəcib dəfnə (lat. Laurus nobilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin dəfnə cinsinə aid bitki növü. Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir. Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir.
Nəcib maral
Nəcib maral (lat. Cervus elaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Sayı azalmaqda olan növdür. Nəcib maralın buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 8–9 ədəd olur. Bədənlərinin kütləsi, ölçüləri Avropa maralı və xallı maraldan üstündür. Buynuzlarında örtük yoxdur. Dünyada Şimali Afrika, Avropa, Qafqaz, Kiçik və Mərkəzi Asiya, Cənubi və Şərqi Sibirdə, Uzaq Şərqdə və Şimali Amerikanın bəzi ərazilərində yayılmışdır. Azərbaycanda Böyük Qafqazın cənub yamaclarında, çox az sayda Göygöl qoruğunda (reintroduksiya edilmişdir), nadir hallarda isə Qarayazı qoruğunun Gürcüstanla həmsərhəd Euqay meşələrində keçici xarakterdə 5–10 başdan ibarət kiçik populyasiya qala bilmişdir. Nəcib maral ekoloji cəhətdən çox plastik növ olub, müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malikdir (meşəli düzlərdə, tuqayda, dağ-meşə, alp və subalp qurşaqlarında). Onların həyat tərzində — kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq (isti fəsillərdə), günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək, qida axtarışı və fəsillərlə əlaqədar sutkalıq və mövsümi miqrasiyalar (üfüqi və şaquli) kimi ekoloji qaydalar səciyyəvi xüsusiyyətlərdir.
Nəcib metallar
Nəcib metallar — əlvan metalların bir növü olaraq qruplaşdırılır. Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir. Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir. 1 yanvar 2006-cı il tarixinə Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanmış və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınmışdır. Bunlardan əlavə Qoşa, Ağyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmışdır. Respublikada qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" DŞ ilə ABŞ-nin "RV Investment Group Sevrvices LLS" arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmış və 2005-ci ildən ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları istisna olmaqla, digər yataqlarda əlavə öyrənilmə işlərinə başlanılmışdır və bu işlərin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Nəcib qazlar
Nəcib qazlar - elementlərin dövri sisteminin 8-ci qrupuna daxil olan qazlar: helium, neon, arqon, kripton, ksenon və radon (radiumun qaz emanasiyası). Bunlar həmçinin nadir və inert qazlar da adlandırılır. Xarici elektron təbəqəsinin (8 elektrondan ibarət), quruluşunun qapalı olması, ionizasiyanın yüksək potensialı və elektrona hərislik kəmiyyətinin mənfiliyinə görə nəcib qazlar adi şəraitdə başqa elementlərlə kimyəvi əlaqəyə girmir. Element Dövri sistemin 8-ci qrupu Qazlar Hellium Neon Arqon Kripton Ksenon Radon Radium Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Nəcib Fazil Qısakürək
Nəcib Fazil Qısakürək (26 may 1904, Konstantinopol – 25 may 1983, İstanbul) — müasir türk mütəfəkkiri, şair və yazıçısı. Nəcib Fazilin uşaqlığı məhkəmə rəisi vəzifəsindən təqaüdə çıxmış atasına məxsus İstanbulun Çəmbərlidaş məhəlləsindəki evində keçmişdir. İbtidai və orta təhsilini Amerikan və Fransiz kollecləri ilə "Bəhriyyə" məktəbində (Hərbi Dəniz Litseyi) almışdır. Onun litseydəki müəllimləri arasında dövrün məşhur adamlarından olan Yəhya Kamal, Əhməd Həmdi (Aksəki), İbrahim Aşkı kimi söz ustadları var idi. N.F.Qısakürək İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən (1924) sonra Fransaya göndərilmiş, Sorbonna universitetinin fəlsəfə fakültəsində təhsil almışdır (1924–25). Türkiyəyə qayıdandan sonra "Hollandiya", "Osmanlı" və "İş" banklarında müfəttiş və mühasibat şöbəsinin müdiri vəzifələrində işləmişdir. (1928–1939). Sonra "Fransız okulu"nda, "Robert kolleci"ndə, İstanbul İncəsənət Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində müəllimlik etmişdir (1939–1943). Şairliyə 17 yaşında ikən, anasının arzusu ilə başlamış, ilk şerlərini "Yeni Məcmuə"də dərc etdirmişdir (1922). "Yeni Məcmuə" və "Yeni həyat " jurnallarında dərc olunan şeirləri ilə ictimaiyyətın diqqətini cəlb etmiş və ona qarşı böyük maraq oyanmışdır.
Nəcib Tun Əbdürrazaq
Mohd Najib bin Tun Abdul Razak (malay Mohd Najib bin Tun Haji Abdul Razak); (a.o. 23 iyul 1953-cü il, Kuala-Lipis, Paxanq, Malay Federasiyası) — Malayziya dövlət və siyasi xadimi, Malayziyanın 3 aprel 2009-cu ildən Baş Naziri. Nəcib 2020-ci ilin iyul ayında Malayziyanın 1MDB məsələsi ilə bağlı korrupsiya iddiaları ilə əlaqədar olaraq 12 mənzərədən həbsə məhkum edilmişdir. Bu cümlə 2022-ci ilin 23 avqust tarixində Federal Məhkəmə tərəfindən təsdiq olundu. Hal-hazırda o, Kacanq Həbsxanasında həbs edilir.
Nəcib dəfnə ağacı
Əbu Nəcib Urməvi
Əbu Nəcib əl-Urməvi (?-1042)—Azərbaycan alimi. Qaynaqlar Əbu Nəcib əl-Urməvi ilahiyyatçi alim olduğu bildirilir. Mənbələrdə filosofun qardaşı Reyhan əl-Urməvi dövrünün tanınmış hədis alimi kimi şöhrət qazanmışdır. O, həmçinin vaiz olmuşdur. Reyhan Urməvi 430 (1039) ildə Urmiyada vəfat etmişdir. Əbu Nəcib Urməvi 1042-ci ildə vəfat edib.
Məhəmməd Nəcib ər-Rübai
Məhəmməd Nəcib ər-Rüba'i (ərəb. محمد نجيب الربيعي‎; 14 iyul 1904, Bağdad – 6 dekabr 1965, Bağdad) — İraqın 1-ci prezidenti.Doğum və ölüm tarixi tam bilinmir. Rabiyə qəbiləsinə mənsub iraq ərəbidir. Nəcib əl-Rübai, 1904-cü ildə Bağdadda anadan olub, burada Muhamməd Nəcib bin Osman bin Məhəmməd bin Mustafa bin Əli bin Abdullah bin Əli bin Pasha bin Muhammad Pasha, Sultan Murad IV ilə Səfəvi şahını Bağdaddan devirmək üçün döyüşən pilotun oğludur. Məhəmməd Nəcib ərəb Rabia qəbiləsinə mənsub idi və Məhəmməd Nəcib Əl-Rubayinin ailəsi ehtiyacı olan insanlar üçün bir qədər köməklər edirdi.Rübai uşaqlığından ədəbiyyat,ticarət,siyasət,iqdisadiyyatla maraqlanırdı və bu onu gələcəyə hazırlayırdı. İlk öncə İraq Kral Kollecinə daxil olan Rübai 3 il ərzində (1924-1927) bu kollecdə təhsilini davam etdirir.Sonralar onun qardaşları Həsib rübai və Rafik Rübai də bu kollecdə təhsil almağa başlayır.1 iyulda kollecdən çıxan Rübai 8 il ərzində (1927-1935) Konya kollecində təhsil almağa başlayıb.
Məhəmməd ibn Nəcib Bakran
Məhəmməd ibn Nəcib Bakran — XII–XIII əsr alimi. Мухаммад ибн Наджиб Бакран. — Джахан-намэ (Книга о мире). (Памятники литературы народов Востока. Тексты. Большая серия).
Məhəmməd Nəcibulla
Məhəmməd Nəcibulla (puşt. محمد نجيب الله — Mohammad Najibullāh; 6 avqust 1947 və ya 1947, Qardez[d], Kabil vilayəti, Əfqanıstan krallığı[d] – 27 sentyabr 1996 və ya 1996, Kabil, Kabil vilayəti, Əfqanistan İslam Əmirliyi) — Əfqanıstanın siyasi xadimi, diplomat. Tələbə-təbib, kommunist-"pərçamçı", İranda səfir, sonra Əfqanıstan Xalq-demokrat partiyasının daxilindəki "Xalk" fraksiyasının qalibiyyəti ilə vətəndşlığı əlindən alınan mühacir. Həmin vaxt o, Moskvaya sığındı və Kabula yalnız sovet qoşunları ilə bərabər qayıtdı. Sonra Əfqanıstan "KQB"-sinin rəhbəri, 1986-cı ildən isə prezident oldu. Sovet qoşunları 1989-cu ildə çıxıb getdi, Nəcibulla isə daha 3 il hakimiyyətdə qaldı. Sonra hakimiyyəti koalision hökumətə təhvil verdi, qadınını və 3 qızını Dehliyə yollayıb özü Kabulda qaldı. 4 il BMT-nin Kabuldakı nümayəndəliyinin ofisində yaşadı. 1996-nın 26 sentyabrında taliblər qəfildən paytaxtı tutarkən Nəcibullanı xilas etmək barədə bir kimsə düşünmədi. Əslində isə bütün tərəflər onun ölümünü istəyirdi - əsas şahid aradan çıxarılmalıydı.
Nəcibabad (Xoy)
Nəcibabad (fars. نجيب اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı Qotur bəxşi ərazisinə daxil olan kənd. Türkiyə ilə sərhəddən bir qədər aralıda, 2405 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (23 ailə).
Nəcibüddin Səmərqəndi
Nəcibüddin Səmərqəndi — XIII əsrdə Səmərqənddə yaşayan fars həkimi Nəcib ad-Din Əbu Həmid Məhəmməd ibn Əli ibn Ömər Səmqəndəndə doğulmuşdur. 1222-ci ildə Monqol hücumu zamanı Əfqanıstanın Herat şəhərinə yerləşmişdir.Həyatının az olduğu məlum olsa da, o, məhsuldar tibbi yazıçı və tibbi fikirlərin şərhçisi idi. Onun ən məşhur kitabı "Səbəbləri və Əlamətləri" kitabı Terapötik və patologiya üçün əhatəli bir kitabıdır. Onun elmi əsərləri geniş oxunur və tez-tez onun haqqında yazılır. Əfqanıstanın Herat şəhərində vəfat edib və orda dəfn olunub.
Nəcibə Behbudova
Nəcibə Məcid qızı Behbudova (6 yanvar 1914, Tiflis – 7 dekabr 1999, Bakı) — azərbaycanlı tanınmış teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1974). Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub. Əslən qarabağlıdır. Məşhur müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı,Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Məktəbi 1930-cu ildə bitirib. 1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub.
Nəcibə Hüseynova
Hüseynova Nəcibə İbrahim qızı (16 may 1952, Bakı) — Azərbaycanın səsləndirmə sənətçisi. Azərbaycan Respublikasının Əməkdar Artisti (2009). Nəcibə Hüseynova 16 may 1952-ci ildə Bakıda anadan olub. İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1969–1973). Lənkəran Dövlət Dram Teatrında (1973–1981), Tədris Teatrında (1981–1982), "Azərbaycanfilm" kinostudiyasının kinoaktyor studiyasında (1982–1992), AzTV-də çalışıb. Vaxtilə ANS TV-də də çalışıb. Dublyaj sahəsində mütəxəssis aktrisadır.Lənkəranda 2 dəfə, Bakıda(Yasamal üzrə) isə 1 dəfə deputat seçilib Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 02.04.1979. Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Nəcibə Məlikova
Nəcibə Haşımbəy qızı Məlikova (25 oktyabr 1921, Buzovna, Bakı qəzası – 27 iyul 1992, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1974) İlk əvvəl kino aktrisası kimi şöhrətlənmiş, yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlı olan Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb. Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" (Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Yasəmən), "Küləklər" (Firuzə), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım və Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Hüseyn Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim Qorkinin "Zikovlar" (Sofiya İvanovna), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Həklrnin arvadı), "Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr Şirvanzadənin "Namus" (Süsənbər), Fridrix Şillerin "Orlean qızı" (Aqnessa), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib. Nəcibə xanım kinoda uğurlu rollar yaradıb.
Nəcibə Əliyeva
Nəcibə Abbas qızı Əliyeva (22 fevral 1927, Gəncə – 2006, Bakı) — Azərbaycan virusoloqu, baytarlıq elmləri doktoru (1974), professor (1975), baytarlıq virusologiyası sahəsində ilk azərbaycanlı qadın alim. Əliyeva Nəcibə Abbas qızı 22 fevral 1927-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ali təhsilini 1948-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində tamamladıqdan sonra 1949-cu ildə Tak-Muğal Zoobavtar məntəqəsində baytar həkimi vəzifəsində işləmiş, 1949- 1956-cı illərdə Azərbaycan Bioloji Kombinatında müxtəlif vəzifələrdə çalışmışdır. 1956-cı ildə Az.ETBİ-da kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 1957-ci ildə isə aspiranturaya qəbul olmuşdur. 1960-cı ilin may ayında ADAU-nun elmi şurasında namizədlik dissertasiyasını müdafiə etmiş və baytarlıq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1960-cı ildə institutun “Mikrobiologiya və virusologiya” laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1962-ci ildə Keçmiş SSRİ Ali Attestasiya Komissiyasının qəranna əsasən ona “Baytarlıq mikrobiologiyası” ixtisası üzrə Baş elmi işçi diplomu verilmişdir. 1963-83-cü illərdə o, ‘'Ümumi virusologiya." 1983-1991-ci illərdə isə “Ümumi virusologiya və “Dabaq” laboratoriyalarının müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən institutun Epizootologıva, mikrobiologiya, virusologiya, ımmunologiya və mikologıya" laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1974-cü ildə N.E.Bauman adma Kazan Dövlət Baytarlıq İnstitutunda “Azərbaycanda buzovların adenovirus infeksiyasınm öyrənilməsinə dair materiallar” mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir.
Qara nəciblər
Qara nəciblər və ya qara kübarlar (it. nobiltà nera, aristocrazìa nera) — Roma Papası IX Piy ilə qohumluq əlaqəsi olan italyan aristokrat ailələri. İtaliya krallığının qoşunları 20 sentyabr 1870-cil tarixində Romaya daxil olduqdan sonra Roma Papasını dünyəvi hakimiyyətdən məhrum etmiş, Papa vilayətini ləğv etmiş və Papa sarayını tutmuşdular. Sonrakı 59 ildə Roma Papası ancaq Vatikan ilə məhdudlaşmış və o, İtalya hökumətinin hakimiyyətinin möhkəmlənməməsi üçün özünün Vatikan məhbusu olduğunu iddia etmişdir. Əvvəllər Müqəddəs Taxtdan, papa sarayının yüksək rütbəli üzvləri (gizli kamerqerlər) də daxil titullar almış aristokratlar Papanın "həbsinə" yas tutaraq öz qapılarını bağlı saxlamaqda davam etdikləri üçün onları "Qara nəciblər" adlandırdılar. 1929-cu ildə Lateran razılığına görə "qara nəciblərə" İtaliya və Vatikanda ikili vətəndaşlıq verildi. Bu razılıq "qara nəciblərin" nümayəndələrinə, əvvəllər ancaq keçmiş Papa vilayətindən olan zadəganlar üçün açıq olan Zadəgan qvardiyasına daxil olmağa icazə verdi. 1931-ci ildə Papa XI Piy XII Alfonsun bütün katolik ölkələrdən olan zadəganların Zadəgan qvardiyasına qəbuluna icazə verilməsi haqda müraciətini rədd etmişdir. "Qara nəciblərin" ən məşhur nümayəndələrindən biri, sonradan Roma Papası XII Piy olmuş Eucenio Paçellidir. Orsini Saketti (it.
Xalqın aktrisası. Nəcibə Məlikova (film, 2015)
Xalqın aktrisası. Nəcibə Məlikova — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın xatirəsinə həsr olunur. Filmdə "Fətəli xan", "Bakının işıqları", "Ögey ana", "Aygün", "Leyli və Məcnun", "Əhməd haradadır?", "Arşın mal alan", "Qanun naminə", "Üzeyir ömrü" bədii filmlərinin, "Yollar görüşəndə...", "Topal Teymur" televiziya tamaşalarının, eləcə də "Büllür sarayda", "Vəziri — xani Lənkəran" teatr tamaşalarının kadrlarından istifadə edilmişdir.
Nəcibə Əhməd
Nəcibə Əhməd (kürd. نه‌جیبە ئه‌حمه‌د, Necîbe Ehmed) (1954, Kərkük) — İraq kürd yazıçısı, şairi və tərcüməçisi. Nəcibə Əhməd 1954-cü ildə Kərkükün şimal hissəsində anadan olmuşdur. O, Süleymaniyyədə universitetdə kürd dili və ədəbiyyatı üzrə təhsil almışdır. Əhməd, şeir yazmağa başladığı dövrdə kürd ədəbiyyatının yeganə qadın müəllifi idi. O, Kacal Əhməd və Məhabad Qədragi da daxil olmaqla bir neçə qadın kürd şair və yazıçısı ilə birlikdə kürd ədəbiyyatının inkişafına mühüm töhfə verən müəllif kimi qiymətləndirilir. Nəcibə Əhməd qısa hekayələri və poeziyasının üç cildini nəşr etdirmişdir. Onun əsərləri "Müasir kürd ədəbiyyatının antologiyası" kimi antologiyalara da daxildir.
Nəcibə Əlizadə
== Həyatı == Əlizadə Nəcibə Nadir qızı 1 aprel 1975-ci ildə Ağsu rayonu Növcü kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin ədəbiyyat fakültəsini bititrib. == Yaradıcılığı == Əmək fəaliyyətinə Ağsu rayonu 3 saylı orta məktəbindən başlayib. 1998-ci ildən mətbutat sahəsindədir. “Azəri” ictimai siyasi publisistik qəzetinin șöbə müdürü vəzifəsində çalışır. 500-ə qədər məqalənin və 7 kitabın müəllifidir. Əsas amalı qəhrəmanlıq mövzusudur.

Значение слова в других словарях