N-ISDN

Narrowband Integrated Services Digital Network Ensiz zolaqlı inteqral xidmətlərin rəqəmsal şəbəkəsi
Mutual suspicion
NADER
OBASTAN VİKİ
İSDN
İnteqrasiya edilmiş rəqəmsal şəbəkə (ing. Integrated Services Digital Network, qısaca ing. ISDN) — mövcud telefon şəbəkələri əsasında inkişaf etdirilən ümumdünya rəqəmsal kommunikasiya şəbəkəsi. ISDN-də məqsəd informasiyanın rəqəm analoq çevrilməsini tələb edən mövcud telefon xətlərini ən çeşidli informasiyaları (adi danışıqdan tutmuş kompüter verilənləri, musiqi və videoyadək) ötürmə bacarığına malik olan rəqəmli veriliş vasitələri ilə əvəzləməkdən ibarətdir. ISDN iki başlıca rabitə kanalı üzərində qurulub: verlənləri 64 kbit/san sürətilə ötürən B kanalı və idarəedici informasiyanı ya 16, ya da 64 kbit/san sürətilə ötürən D kanalı. Kompüterlər və digər qurğular ISDN ilə sadə standart interfeyslərlə birləşirlər. ISDN istifadəçilərə daha sürətli və çeşidli rabitə xidmətləri verir. Qoşulma universal qurğu, telefon xəttindən istifadə etməklə müxtəlif cür – telefon, telefaks, internet və digər elektron-rabitə növlərindən eyni vaxtda istifadəyə imkan verən komplekt qoşulma hesab olunur. Evinizə bir İSDN xətt çəkdirdiyinizdə iki xəttiniz olar. Bir xətti səs, digərini məlumat transferi üçün istifadə edə bilərsiniz.
N
Latın qrafikalı Azərbaycan əlifbasında 19-cu hərf, 23 samitdən biridir. Cingiltili samitdir, kar qarşılığı yoxdur. Sonor samitdir. Burun samitidir. "N" hərfi Coğrafiyada da istifadə olunur. Kompasda üfüqün cəhətləri arasında Şimalı (ing. North) göstərir. N hərfi ilə azot elementi simvolizasiya edilir.
N-ost
N-ost (Netzwerk für Osteuropa-Berichterstattung) — Berlində yerləşən qeyri-hökumət təşkilatı. Birliyin idarə heyəti yeddi nəfərdən ibarətdir. Baş ofis Berlinin Kreuzberg rayonunda yerləşir və burada icraçı direktor Hanno Gundert və bir neçə redaktor işləyir. Şərqi Avropa haqqında yazan jurnalistlərin birliyi olan n-ost, 20-dən çox Avropa ölkəsindən müxbirləri və media layihələrini birləşdirir. Birliyin əsas məqsədi Şərqi Avropada baş verən hadisələri işıqlandırmaqdır. Assosiasiya üzvləri söz azadlığını inkişaf etdirməyə və jurnalist fəaliyyətinə mane olan məhdudiyyətlərə qarşı mübarizə aparmağa çalışırlar. Həmçinin çap və radio abunə xidməti olan n-ost Almaniya, Avstriya və İsveçrədə qəzet və radio stansiyaları üçün mətn və hekayələr təqdim edir. İttifaq jurnalistlərin bacarıqlarının artırılması üçün təlimlər, beynəlxalq jurnalist layihələri təşkil edir və hər il yeni bir şəhərdə — son illərdə Berlin, Praqa, Sofiya, Buxarestdə konfranslar keçirilir. 2009-cu ildə Konfrans Rostov-na-Donda keçirilmişdir. N-ost əvvəl Avropa ölkələrindən alman dilli müxbirləri bir araya gətirirdi, 2008-ci ilin may ayından etibarən isə n-ost eurotopics.net internet portalını beş dildə (alman, fransız, ispan, ingilis, polyak) yayımlamağa başladı.
Amadu N'Diaye
Bakı N vahidi
Azərbaycan Sülhməramlı Qüvvələri (ing. Azerbaijani peacekeeping forces) və ya Bakı N vahidi (ing. Baku N unit) — Azərbaycan Quru Qoşunlarının əsas sülhməramlı hərbi vahidi. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparıblar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir. == Fəaliyyət == === Kosovo === 17 fevral 2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 26 fevral 2008-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart 2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi. Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər.
Ghosts 'n Goblins
Ghosts 'n Goblins (azərb. Ruh və qoblinlər‎), Yaponiyada Makaimura (yaponca: 魔界村, "İblis dünyası kəndi") — Tokuro Fucivara tərəfindən yaradılmış və "Capcom" tərəfindən istehsal olunmuş qaç və vur platforma videooyun seriyası. Seriyadakı ilk buraxılış 7 iyul 1985-ci ildə oyun salonlarında buraxılan "Ghosts 'n Goblins" idi. Seriya sonradan müxtəlif şəxsi kompüterlərə, oyun konsollarına və mobil platformalara port edilmiş və buraxılmış, bir neçə sikvel və spin-off yaratmışdır. Əsas seriyanın məzmunu cəngavər Arturun şahzadə Prin-Prini iblis kralı Astarotdan xilas etmək axtarışına yönəlmişdir. Əsas spin-offlara "Gargoyle's Quest" və "Maximo" oyun seriyaları daxildir. Seriya ümumilikdə seriya 4,2 milyondan çox nüsxə satmışdır, ən çox satılan 13-cü "Capcom" oyun franşizasıdır. Yüksək çətinlik səviyyəsinə görə oyunçular arasında şöhrət qazanmışdır. Seriyanın ən son oyunu olan "Ghosts 'n Goblins Resurrection" 25 fevral 2021-ci ildə buraxılmışdır.
Guns N' Roses
Guns N’ Roses — 1985-ci ildə Los-Anceles, Kaliforniyada Axl Rose tərəfindən qurulmuş amerikan rok qrupudur. == Qrup haqqında == Qrup 1987-ci ildə Geffen Records şirkəti tərəfindən buraxılan ilk tam format Appetite for Destruction albomu ilə bütün dünyada məşhurluq qazandı. Guns N’ Roses — albomları bütün dünyada 100 milyondan çox satan ən müvəffəqiyyətli qruplardandır. "Appetite For Destruction" dünya səviyyəsində 25 milyondan çox sataraq böyük bir müvəffəqiyyət qazandı. Albomun hazırlanan ilk qapağı vəhşilik ehtiva etdiyi üçün musiqi firmaları tərəfindən rədd edilmişdi. Daha sonra Axl Rose'un qolundakı döymənin istifadə edildiyi məşhur üz qabığı yayımlandı. Albom bütün zamanların ən çox satan debut (bir ifaçı və ya qrupun ilk albomu) albomu olma xüsusiyyətini də daşıyır. Albom bütün dünyada musiqi siyahılarının zirvəsinə yerləşərkən qrup da dünya səviyyəsində konsertlər verməyə başlamışdı. Bu gün bir klassik sayılan albom hələlik nüfuzlu musiqiçilər tərəfindən gəlmiş keçmiş ən yaxşı hard rok albomu qəbul edilir. Albom, 25 il sonra bu gün yeni nəsil rok musiqiçilərinin də ilham qaynağı olmaqdadır.
Guns N’ Roses
Guns N’ Roses — 1985-ci ildə Los-Anceles, Kaliforniyada Axl Rose tərəfindən qurulmuş amerikan rok qrupudur. == Qrup haqqında == Qrup 1987-ci ildə Geffen Records şirkəti tərəfindən buraxılan ilk tam format Appetite for Destruction albomu ilə bütün dünyada məşhurluq qazandı. Guns N’ Roses — albomları bütün dünyada 100 milyondan çox satan ən müvəffəqiyyətli qruplardandır. "Appetite For Destruction" dünya səviyyəsində 25 milyondan çox sataraq böyük bir müvəffəqiyyət qazandı. Albomun hazırlanan ilk qapağı vəhşilik ehtiva etdiyi üçün musiqi firmaları tərəfindən rədd edilmişdi. Daha sonra Axl Rose'un qolundakı döymənin istifadə edildiyi məşhur üz qabığı yayımlandı. Albom bütün zamanların ən çox satan debut (bir ifaçı və ya qrupun ilk albomu) albomu olma xüsusiyyətini də daşıyır. Albom bütün dünyada musiqi siyahılarının zirvəsinə yerləşərkən qrup da dünya səviyyəsində konsertlər verməyə başlamışdı. Bu gün bir klassik sayılan albom hələlik nüfuzlu musiqiçilər tərəfindən gəlmiş keçmiş ən yaxşı hard rok albomu qəbul edilir. Albom, 25 il sonra bu gün yeni nəsil rok musiqiçilərinin də ilham qaynağı olmaqdadır.
Kevin N'Doram
Kevin N'Doram (22 yanvar 1996-cı ildə anadan olub) — Liqa 1 klublarından olan Monako FK-da müdafiəçi kimi çıxış edən Fransalı futbolçudur. == Klub karyerası == N'Doram futbola Monako FK-ın gənclərdən ibarət yığmasında başlamışdır. O, liqada debütünü 20 avqust 2016-cı ildə etmişdir. Həmin görüşdə Monako FK səfərdə Nant FK klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. O, həmin oyunda 90 dəqiqə meydanda olmuşdur.
N'Nhin Fernander
Obite N'Dicka
Obite Evan N'Dikka (20.8.1999) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda və Fransa U-18 millisində müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. O, Oser klubunun yetirməsidir. Obite 2017-ci ilin yanvar ayında 17 yaşı olarkən debüt etmişdir. Obite futbolçu karyerasına 13 yaşı olarkən Liqa 2 təmsilçilərindən olan Oser klubunda başlamışdır. Obite klubun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Oser klubu ilə 27 yanvar 2017-ci ildə etmişdir. Həmin görüşdə Oser liqa görüşündə Klermon klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. 5 fevral 2017-ci ildə Obite klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. 5 iyul 2018-ci ildə N'Dikka Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubu ilə beş illik müqavilə imzalamışdır. Obite Fransada anadan olmuşdur.
Obite N'Dikka
Obite Evan N'Dikka (20.8.1999) — Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubunda və Fransa U-18 millisində müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. O, Oser klubunun yetirməsidir. Obite 2017-ci ilin yanvar ayında 17 yaşı olarkən debüt etmişdir. Obite futbolçu karyerasına 13 yaşı olarkən Liqa 2 təmsilçilərindən olan Oser klubunda başlamışdır. Obite klubun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Oser klubu ilə 27 yanvar 2017-ci ildə etmişdir. Həmin görüşdə Oser liqa görüşündə Klermon klubuna 1-0 hesabı ilə qalib gəlmişdir. 5 fevral 2017-ci ildə Obite klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. 5 iyul 2018-ci ildə N'Dikka Bundesliqa təmsilçilərindən olan Ayntraxt Frankfurt klubu ilə beş illik müqavilə imzalamışdır. Obite Fransada anadan olmuşdur.
P-N keçidi
PN keçidi — Elektronika sənayesində istifadə edilən diod, tranzistor və inteqral (İC) dövrə elementlərinin istehsalında istifadə edilir. Silisium və ya Germanium kristalına kifayət qədər aşqar olunaraq, p-tipli və n-tipli maddələr yaradılmışdı. Bu maddələr tək halda elektrik funksiyaları yerinə yetirməzlər. P və N tipli element bir arada istifadə edilsə, bu keçidə P-N keçidi deyilər. Böyük və kiçik daşıyıcılarının ikisi də göstərilmişdir. Şəkildə P-N keçidi sahəsində müsbət və mənfi ionlarla yaradılan gərginlik səddi görülür. Yaranan bu gərginlik səddi; 25℃-də silisium üçün maneə 0.7 volt, germanium üçün 0.3 volt civarındadır. Bu gərginliyə "diodun əks gərginliyi" deyilir. Diodun əks gərginliyi temperaturdan təsirlənir. Məsələn, temperatur miqdar-ındakı hər 1℃ artım, diodun əks gərginliyinin təxminən 2.3mv azalmasına səbəb olur.
Pro'n'Con
Pro'n'Con 2002–2003-cü illərdə tez-tez getdikləri kilsədə tanış olan 5 gənc musiqi alətlərində ifa və ümumiyyətlə, rok musiqi ilə burada maraqlanmağa başlayırlar.. Yeni il ərəfəsində (2003–2004) onlar " Reformation " adlı qrup yaratmaq qərarına gəlirlər.. 5 yanvar 2004 tarixində isə məşqlərə başlayırlar.. İyun ayında baş tutan ilk çıxışları elə məşq etdikləri həmin kilsədə olur, lakin qrupun vokalisti Vita əsgərlikdə olduğu üçün orada iştirak edə bilmir.. Həmin ilin oktyabrında isə Rauf da vətənə borcunu yerinə yetirməyə getməli olur.. 3 nəfərlik kiçik heyətlə onlar həmin kilsədə 3 dəfə çıxış edir.. Çox keçmədən, Yan da əsgərliyə gedir.. 2007-ci ildə artıq bütün üzvlər qayıtmış olur və "reformation" öz fəaliyyətini davam etdirməyə başlayır.. Musiqi zövqlərinin fərqliliyi ilə əlaqədar, Yan və Rauf " Protector" adlı yeni bir kollektivdə Power metal tərzində ifa etməyə başlayır.. Bir neçə dəfə fərqli heyətlə çıxışlar olur..
Rok-n-roll
Rok-n-roll (ing. rock and roll və ya rock'n'roll) — ABŞ-da 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində inkişaf etmiş populyar musiqi janrıdır. Elvis Presli "rok-n-rollun kralı" adlandırılmışdır. Bəzi insanlar bu musiqinin vətəndaş hüquqları hərəkatına müsbət təsir etdiyinə inanırlar, çünki həm qara dərili, həm də ağ dərili amerikalı yeniyetmələr bu musiqidən zövq alırdılar.
Velle N'Diaye
Velle N'Diaye (5 aprel 1990-cı ildə anadan olub) — Yarımmüdafiəçi kimi çıxış edən Seneqal futbolçusudur. Velle N'Diaye ilk peşəkar müqaviləsini 1 avqust 2010-cu ildə Sloveniya klublarından olan Qoritsa FK klubu ilə imzalamışdır. O, 2010-11 Sloveniya PrvaLiqa-sında heç bir görüşdə iştirak etməmişdir. 2011-ci ilin yanvar ayında Brda FK klubuna kirayələnmişdir. Geri döndükdən sonra yenidən Qoritsa klubunda çıxış etməyə başlamışdır. Velle 30 iyun 2014-cü ildə Maribor FK klubuna keçmişdir. Mariborda çıxış etdiyi dövr ərzində çoxlu sayda zədə almışdır. Müqalivəsi başa çatdıqdan sonra 2016-cı ilin iyun ayında klubu tərk etmişdir.
Əkbər N. Nəcəf
Əkbər Nəcəf (1975) — tarixçi, tədqiqatçı, tərcüməçi. Əkbər Nəcəf 1975-ci ildə Neftçala rayonunda anadan olmuşdur. Neftçala rayonu Astanlı kənd orta məktəbini 1992-ci ildə bitirdikdən sonra 1993-cü ildə Türkiyənin Ankara Universiteti Türk Dili fakültəsindən, 2008-ci ildə isə Türkiyənin Mərmərə Universiteti (İstanbul) Tarix fakultəsindən məzun olmuşdur. Hazırda AMAA (Azərbaycan Milli Araşdırmalar Assosasiyası) tarih araşdırmalarına rəhbərlik edir. Xəzər ötəsi türkmənləri (türk dilində). İstanbul 2004, Kaknüs nəşriyyatı; Qaraxanlılar (türk dilində). İstanbul 2005, Selenge nəşriyyatı; Şah İsmail Xətai Külliyatı (türk dilində). İstanbul 2006, Kaknüs nəşriyyatı (Babek Cavanşirlə birlikdə); Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından XIV əsrə qədər). Bakı 2010 (Azərbaycan dilində); İnanc yaddaşı (Köklər və tarixlər), Bakı, Qanun-İzmedia, 2013. Hun minilliyi (b.e.ə IV - b.e.
Misir heroqlifləri (N qrupu)
N qrupu 44 heroqlifdən ibarət olub, bura günəş, ay, səma, yer, dağ, küçə ya cığır, kanal, yamac və s. kimi təsvirlər daxildir.
P-N keçidin polyarlaşması
PN keçidi — Elektronika sənayesində istifadə edilən diod, tranzistor və inteqral (İC) dövrə elementlərinin istehsalında istifadə edilir. Silisium və ya Germanium kristalına kifayət qədər aşqar olunaraq, p-tipli və n-tipli maddələr yaradılmışdı. Bu maddələr tək halda elektrik funksiyaları yerinə yetirməzlər. P və N tipli element bir arada istifadə edilsə, bu keçidə P-N keçidi deyilər. Böyük və kiçik daşıyıcılarının ikisi də göstərilmişdir. Şəkildə P-N keçidi sahəsində müsbət və mənfi ionlarla yaradılan gərginlik səddi görülür. Yaranan bu gərginlik səddi; 25℃-də silisium üçün maneə 0.7 volt, germanium üçün 0.3 volt civarındadır. Bu gərginliyə "diodun əks gərginliyi" deyilir. Diodun əks gərginliyi temperaturdan təsirlənir. Məsələn, temperatur miqdar-ındakı hər 1℃ artım, diodun əks gərginliyinin təxminən 2.3mv azalmasına səbəb olur.
Pakistan Müsəlman Liqası (N)
Pakistan Müsəlman Liqası (Nəvaz) — Pakistanda mərkəz-sağ mühafizəkar partiyasıdır. Bu, Pakistanın keçmiş Baş Naziri Nəvaz Şərif tərəfindən 1993-cü ildə qurulmuşdur. Partiyanın platforması ümumiyyətlə mühafizəkardır, sərbəst bazar kapitalizminə dəstək verir. Orijinal Müsəlman Liqasının bir neçə davam edən fraksiyasından biri olan partiyanın toxumları, 1985-ci il seçkilərindən sonra Pakistanın Baş naziri Məhəmməd Xanço, prezident Zia-ul-Haq diktaturasının tərəfdarlarını vahid bir partiya halına gətirərkən, əkildi. Pakistan Müsəlman Liqasının bir hissəsi olaraq bilinir. 1988-ci ildə prezident Ziyanın ölümündən sonra, Fida Məhəmməd Xanın rəhbərliyi ilə, "İyunco"nun başçılıq etdiyi Pakistan Müsəlman Birliyindən böyük bir qrup ayrıldı və İslamçı Demokratik Birliyi adlanan müxtəlif sağçı və islamçı siyasi partiyalarla mühafizəkar ittifaq yaratdı. İttifaq 1990-cı ildə Navaz Şərifin rəhbərliyi altında bir hökumət qurdu. 1993-cü ildə ittifaq dağıldı və partiya "Cunedco" fraksiyasından fərqli olaraq bənzərindən sonra Pakistan Müsəlman Liqasının "Nəvaz" fraksiyasını göstərməklə indiki formasını qəbul etdi.
Pyer-Daniel N'Quinda
Pyer-Daniel N'Quinda N'Diffon (18 iyun 1996-cı ildə anadan olub) — Monako klubundan icarə əsasında Liqa 2 təmsilçilərindən olan Kevili-Rouen müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. N'Quinda öz peşəkar karyerasında debütünü Monako klubu ilə 2 fevral 2017-ci ildə etmişdir. O, 78-ci dəqiqədə Şambli klubu ilə qarşılaşmada İrvin Kardona ilə əvəz olunmuşdur. Həmin görüşdə Monako Fransa Kubokunun 1/16 final mərhələsində Şambliyə 5-4 hesabı ilə qalib gəlmişdir.
S/2004 N 1
Hippokamp — Neptunun kiçik peyklərindən biridir.Diametri təxminən 18 km-dir. 1 iyul 2013-cü ildə Hippokamp peykinin kəşfi ilə Neptunun bilinən peyklərinin sayı artaraq on dördə çatdı. Peyk o qədər qaranlıq idi ki,1989-cu ildə Voyacer 2 kosmik zondunun uçuşu zamanı müşahidə olunmamışdır. Onu SETI inistitundan olan Mark R. Şovalter 2004-2009-cu illərdə Habbl kosmik teleskopu vasitəsilə çəkilmiş arxiv fotoşəkillərinin analizi nəticəsində tapmışdır. Mark Hippokamp peykini 1 İyul 2013-cü ildə Habbl kosmik teleskopunun 2009-cu ildə çəkdiyi Neptunun halqasının qövslərinin şəkillərini araşdırarkən kəşf etmişdir. O orbital hərəkətləri öyrəmək üçün panoramlama üsuluna bənzər üsuldan istifadə etmişdir. Hippokamp Neptunun bilinən on dördüncü peykidir və ilk dəfə 1 iyul 2013-cü ildə kəşf edilmişdir. Neptunun ən böyük peyki olan Triton retroqrad (tərs dönən) və maili orbitə malikdir. Bir fərziyyəyə görə Neptun bu peyki orjinal peykləri formalaşandan sonra Koyper qurşağından tutmuşdur.Bu hadisə səbəbindən bəzi artıq mövcud olan peyklərin orbitləri yerlərini dəyişdi,nəticədə bəzi peyklərin atılmasına gətirib çıxartdı və toqquşaraq məhv olmasına səbəb oldu. Hesab edilir ki, Neptunun hazırkı daxili peykləri Tritonun orbiti nəhəng yavaşlama ilə dairəvi şəkil alandan sonra dağıntılardan əmələ gəlmişlər.
Zu-n-Nun Misri
Zu-n-Nun Əbu Faid Savban ibn İbrahim Misri (ərəb. ذو النون المصري‎; 796, Ahmim[d], Misir, Abbasilər xilafəti – 859, Qahirə, Misir, Abbasilər xilafəti və ya Cizə) — Misir sufi alimi. Onun həyatı haqqında çox da məlumat yoxdur. "Zu-n-Nun" ləqəbi "balıq sahibi" mənasındadır "Misri" nisbə onun əslən Misirdən olduğunu bildirir. Zu-n-Nun Suriya və Ərəbistanda çoxlu səyahətlər etmiş, bir çox sufi müdriklərinin, o cümlədən Səhl Tustərinin tələbəsi olmuşdur. 829-cu ildə bidət ittihamı ilə həbs edilmiş və Bağdad həbsxanasına göndərilmişdir, lakin sonra xəlifə Mütəvəkkilin müdaxiləsi sayəsində sərbəst buraxılmışdır. Azadlığa çıxandan sonra Qahirəyə getmiş və orada vəfat etmişdir. Dho'l-Nun al-Mesri. Muslim Saints and Mystics. London: Routledge & Kegan Paul.
Zu-n-Nun Əyyub
Zu-n-Nun Əyyub (ərəb. ذو النون أيوب‎) (1908, Mosul – 1988 və ya 6 sentyabr 1998, Avstriya) — İraq yazıçısı və publisisti. Zu-n-Nun Əyyub 1908-ci ildə o vaxtlar Osmanlı imperiyasının bir hissəsi olan Mosulda, tacir ailəsində anadan olmuşdur. O, 1933-cü ildə nəşrə başlamışdır. Əyyub milli ədəbiyyatda realist hekayə janrının banilərindən biridir. O, "Dostum" (1937), "Babil qalası" (1939), "İbrahim həkim" (1940), "Əl, torpaq, su" (1948), "Unudulmuş adlar" (1959) romanlarının, eləcə də çoxlu ictimai-siyasi məqalələr, ədəbiyyat və incəsənətə aid əsərlərin müəllifidir. Əyyub 1939–1946-cı illərdə ərəb hekayələrinin inkişafında mühüm rol oynayan "əl-Məcəllə" jurnalını nəşr etdirmişdir. Onun əsərləri süjet sadəliyi, dəqiqliyi, dilin aforizmi ilə səciyyələnir, ərəb nəsrinə xas olan tərbiyəçilik meyli ilə birləşir. Əyyubun yaradıcı şəxsiyyəti Anton Çexovun, Maksim Qorkinin və Misir yazıçıları Mahmud Teymur və Taha Hüseynin təsiri altında formalaşmışdır. O, Nikolay Qoqolun, Fyodor Dostoyevskinin, İvan Turgenevin, Maksim Qorkinin əsərlərini ərəb dilinə tərcümə etmişdir.
Çiçəkli bitkilərin cinsləri (N)