NAMƏQBUL
NAMƏLUMLUQ
OBASTAN VİKİ
Doqquz naməlum
"Doqquz naməlum" cəmiyyəti — məşhur gizli təşkilat. Bu qardaşlıq cəmiyyəti o qədər gizli fəaliyyət göstərib ki, tarixçilər arasında indi də belə bir cəmiyyətin olub-olmaması haqqında fikir ayrılıqları mövcuddur. == İlk məlumatlar == "Doqquz naməlum" cəmiyyəti haqqında ilk məlumatlar eradan əvvəl III əsrə aiddir və hind çarı Aşokanın hakimiyyəti dövrünə təsadüf edir. Çar Çandraquptanın nəvəsi olan çar Aşokanın Hindistanın tarixində çox böyük və əhəmiyyətli rolu var. Aşoka da babası kimi Hindistanın birləşdirilməsi siyasətini davam etdirir və Cənubi Asiyanın əhəmiyyətli bir hissəsini Hindistana birləşdirir. Hakimiyyətə gəldikdən səkkiz il sonra Aşoka daha bir qonşu dövlətə, Kəlküttə və Mədrəs arasında yerləşən Kalinqaya müharibə elan edir və bu müharibə Hindistanın tarixinə ən qanlı müharibələrdən biri kimi düşür. Müharibə zamanı 150 min nəfər insan əsir düşür, 100 mindən çox insan isə həlak olur. Kalinqanın Hindistana birləşdirilməsi həm ticari-iqtisadi baxımdan, həm də imperiyanın güclənməsi nöqteyi-nəzərindən çox strateji əhəmiyyət daşıyırdı. Lakin müharibənin belə qanlı və dəhşətli sonluğu Aşokanın özünü də çox məyus edir və o qərara gəlir ki, bundan sonra torpaqların birləşdirilməsi qılınc gücünə yox, insanların qəlblərini fəth etməklə baş tutmalıdır. Bu müharibə Aşokanın buddizmi qəbul etməsinə və ölkədə yayılıb möhkəmlənməsinə səbəb oldu.
Naməlum üsyançı
Naməlum üsyançı və ya Tank Man — 1989-cu ildə Tyananmen meydanında iğtişaş zamanı yarım saat ərzində tank sütununun qarşısını tək kəsən insanın şərti adıdır. Onun ən tanınmış fotosu Ceff Uaydner tərəfindən "Pekin" mehmanxanasının 6-cı mərtəbəsindən çəkilmişdir. Fotoda Type-59 tanklarının sütunu qarşısında silahsız dayanmış adam göstərilir.
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Naməlum Zövqlər
Naməlum cənub torpaq
Naməlum cənub torpaq (lat. Terra Australis Incognita) — XV-XVIII əsrə aid dünya xəritələrində cənub yarımkürəsində təsvir edilən nəzəri materik. Hər xəritəçəkənin öz istəyinə görə təsvir etdiyi bu ərazidə dağ, meşə və çaylar da təsvir olunurdu. Bu materikin mövcudluğu barədə fərziyyələr belə bir yanlış təsəvvürə əsaslanırdı ki, Şimal yarımkürəsindəki geniş quru ərazilərinin qarşılığı kimi Cənub yarımkürəsində də böyük quru sahəsi olmalıdır, əks təqdirdə Yer baş-ayaq çevrilər. Sonradan Antarktida kəşf olunsa da, həmin dövrdə onun barəsində heç nə məlum deyildi, həm də Antarktidanın ölçüləri cənub torpağı barədə fərziyyələrdə irəli sürüləndən çox kiçikdir. == Terminin tarixi == Bu terminin yaradıcısı məşhur yunan mütəfəkkiri Aristoteldir. Naməlum cənub torpağın xəritədə təsviri Eratosfen tərəfindən qeyd edilmişdir. Bu xəritədə Naməlum cənub torpaq Afrikanın qurtaracağı kimi təsvir olunmuşdu. Naməlum cənub torpağın mövcud olması barəsində dəqiq məlumat yoxdur.
Naməlum uçan obyekt
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Naməlum əsgər məzarı
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Uçan naməlum obyekt
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Naməlum qadın (rəsm)
"Naməlum qadın" (rus. Неизвестная) — rus rəssamı İvan Kramskoyun (1837–1887) 1883-cü ildə çəkdiyi və Dövlət Tretyakov Qalereyasının kolleksiyasının bir hissəsi olan rəsm əsəri. Rəsmin ölçüsü 75,5×99 sm. Aleksandr Blokun eyniadlı şeirinə görə portret tez-tez səhvən "Yad qız" (rus. Незнакомка) adlandırılır. == Əsərin məzmunu == Kətan Aniçkov sarayının pavilyonları yaxınlığında, Nevski prospektində açıq ekipajda oturan gənc qadını təsvir edir. Sağda, onun arxasında, Aleksandrinski teatrını görmək olar. Qadın 1880-ci illərin ən son dəbinə uyğun geyinib. O, tüklü məxmər papaq, xəz və lentlərlə bəzədilmiş palto, manşet və nazik dəri əlcək taxıb. Görünüş möhtəşəm, sirli və bir az kədərlidir."Onun geyimi zərif yüngül lələklərlə işlənmiş "Fransisk" şlyapası, ən yaxşı dəridən hazırlanmış "İsveç" əlcəkləri, samur xəzi və mavi atlas lentlərlə bəzədilmiş "Skobelyev" paltosu, manşet, qızıl bilərzikdir ki, bütün bunlar 1880-ci illərin bahalı zəriflik iddiasında olan qadın kostyumunun dəbli detallarıdır.
Naməlum adam (film, 2011)
Naməlum adam (ing. Unknown) — rejissoru Cam Kollet-Serra olan döyüş triller filmi. ABŞ-də 7 yanvar 2011-ci ildə efirə buraxılmışdır. Filmin süjet xətti Didier van Cauwelaertin Out of My Head kitabından ilhamlanıb. Film dörd günlük komadan ayılan və öz arvadı da daxil olmaqla heç kimin onu tanımadığı və başqa bir şəxs olduğu iddia ediləndən sonra öz kimliyini sübut etməyə çalışan bir professor ətrafında cərəyan edir. 18 fevral 2011-ci ildə ABŞ-də nümayiş etdirilən film tənqidçilərdən qarışıq rəylər almışdır və 30 milyon dollarlıq büdcəyə qarşı 136 milyon dollar gəlir əldə etmişdir. == Məzmun == Dr. Martin Harris (Liam Neeson) və həyat yoldaşı Liz (January Jones) biotexnoloji sammit üçün Berlinə gəlirlər. Onlar hotelə çatdıqdan dərhal sonra Harris portfelini hava limanında unutduğunu anlayır və onu götürmək üçün taksiyə minir. Taksinin sürücüsü Gina (Diane Kruger) adlı qadındır.
Naməlum dahi (film, 2019)
== Sloqan == "Biveclər haqqındakı miflər həqiqi istedadların adsız qəbirləri üzərində qurulur". Mübariz Nağıyev == Məzmun == Film ABŞ yazıçısı Vilyan Tennin "Mornielle Metawayin kəşf olunması" hekayəsinin motivləri əsasında təbdil edilmişdir. Futuristik antiutopiya komediyası olan film istedadsız bir rəssamın gələcəkdəki şöhrəti haqda maraqlı detalları əks etdirir.
Naməlum torpaq (film, 1992)
== Məzmun == Bədii-publisistik sənədli filmdə Azərbaycan xalqının tarixi kökləri araşdırılır, sübut olunur ki, indiki Azərbaycan Respublikasının ərazisi azərbaycanlıların əbədi vətənidir və Azərbaycan xalqının qədim tarixi olduğu kimi, qədim və zəngin mədəniyyəti də vardır. Bu kino əsəri Azərbaycan tarixinin əlifbası hesab edilə bilər. Film ilk insan məskənlərindən ta bu günə kimi Azərbaycan xalqının keçdiyi böyük yolun çox sadə tarixidir. == Festivallar və mükafatlar == 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Leyla Səfərova priz və diploma layiq görülmüşdür.
Naməlum əsgər abidəsi (Tbilisi)
Tbilisi şəhərində yerləşən naməlum əsgər abidəsi (gürc. უცნობი ჯარისკაცის საფლავი) - Gürcüstanın paytaxtı Tbilisi şəhərində 1981-ci ildə inşa edilmiş naməlum əsgər abidəsi. Abidə və memorial kompleksi Trialeti silsiləsinin açıq yamacında yerləşən Vəke Parkının ərazisində yerləşir. == Məlumat == Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Vəke Parkında 1981-ci ildə açılışı olmuş memorial kompleksi və abidə İkinci Dünya müharibəsi zamanı Qırmızı Orduda xidmət etmiş və həlak olmuş yüzminlərlə gürcü əsgərinin xatirəsinə ucadılmışdır. Abidənin açılışı Gürcüstan Sovet Sosialist Respublikasının almaz yubileyi hesab olunan elan edilməsinin 60-cı ili münasibəti ilə Sov. İKP MK-nın Baş katibi Leonid Brejnev və Gürcüstan Kommunist Partiyası MK-nın birinci katibi Eduard Şevardnadzenin iştirakı ilə açılıb. 1981-1985-ci illərdə gürcü heykəltaraş və rəssam Giorgi Oçhiauri tərəfindən naməlum əsgər məzarının ətrafında qoyulmuş heykəllər hazırlanmışdır. Həmin heykəllər 2009-cu ildə Qori qalasına köçürülüb. Məzarda əbədi məşəl yerləşdirilib, eləcə də həlak olmuş əsgərlərin xatirəsinə heykəllər və ilahə Kali Manın (qara ana) yüksələn fiquru təsvir edilib. İkinci Dünya müharibəsində iştirak etmiş gürcü əsilli veteranlar və şəhər sakinləri 9 May Qələbə Günü münasibəti ilə abidəni hər il ziyarət edirlər.
Şah İsmayılın naməlum tarixləri
"Şah İsmayılın naməlum tarixləri" və ya "Şah İsmayılın naməlum tarixləri" əlyazmaları — XVII əsrin sonlarında ortaya çıxan və erkən Səfəvi tarixi barədə məlumatlar verilən əlyazma əsərlər nəzərdə tutulur. Əsərlər müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılmaqla 11 əlyazmadan ibarətdir. Eyni zamanda "MS Or. 3248", "Ross Anonymous" və ya "Cahanqoşai-ye Xaqan" adlandırılan daha bir əlyazma var. Bu əsər 11 əlyazmalıq əsərlər seriyasına daxil edilməsə də, onun bu əsərlərin meydana çıxmasına rəvac verdiyi iddia edilməkdədir. Həmçinin bu əsər vasitəsiylə öyrənilən bilgilər əsasən 11 əlyazmanın qızılbaş tayfa ənənəsi əsasında ailə daxili hekayələrin yazıya alınması hesabına yazıldığı güman edilir. Bu əsərlərin ən azından bəzilərin Cənubi Azərbaycanda yazıldığı, dilində güclü Azərbaycan türkcəsinin təsiri olduğu iddia edilməkdədir. == Haqqında == XVII əsrin sonunda dəyişdi, Şah İsmayıl və onun hərbi əməliyyatları barədə yazılmış əsərlər meydana çıxdı. Wood bu kitabların şifahi ədəbiyyatla və xalq yaddaşı ilə əlaqəli olduğunu, oradan alınan bilgilər hesabına yazıldığını güman etməkdədir. Bunlar "Şah İsmayılın naməlum tarixləri" adlanır.
"Şah İsmayılın naməlum tarixləri" əsəri

Naməlum şəxs zəng edəndə (film, 2006)
Naməlum şəxs zəng edəndə (ing. When a Stranger Calls) — 2006-cı il ABŞ istehsalı olan qorxu kriminal janrlı film. == Məzmun == Lisey tələbəsi Cil Conson hər yerdən uzaq bir evdə uşağa baxmaqla məşğuldur. Iakin bir gün bir nəfər zəng edərək ona uşaqları yoxlamağı xəbərdar edəndə Cil narahat olmağa başlayır. Cil zəngi yoxlayır və zəngin evdən edildiyini öyrənəndə dəhşətə düşür. Əgər o evdən sağ çıxmaq istəyirsə bütün gücünü toplamalıdır.

Digər lüğətlərdə