NANO...

\[yun. λᾶλνο (nanos) "cırtdan"\] kim. fiz. Çox kiçik fiziki vahidlər və onların hissəcikləri ilə bağlı prosesləri əks etdirən mürəkkəb sözlərdəki ön şəkilçi.
NAGİTS
NANOELM
OBASTAN VİKİ
Nano morfostrukturlar
Nanomorfostrukturlar (rus. наноморфоструктуры, ing. nanomorphostructure) — geoloji strukturların ən xırda elementlərinə uyğun gələn relyef formalarıdır. Palçıq vulkanı sopkaları, salzaları, qrifonları nümunələrdən bəziləridir.
Tata Nano
Tata Nano — Hindistanın Tata Motors şirkətinin istehsal etdiyi avtomobil markası Velosiped və ya motosikletə dörd nəfərin mindiyi Hindistan şəhərlərini avtomobillə doldurmaq və insanların təhlükəsizliyini təmin etmək üçün iş adamı Ratan Tata yığcam və ucuz maşın hazırlamaq qərarına gəlir. Tezliklə "Chrysler CCV" və 1984-dən bəri Hindistanda yığılan "Maruti 800"-ün bazasında yeni model hazırlanır. Bu avtomobil də "Chrysler" kimi kompozit materialdan hazırlanmışdı. Avtomobilin mühərriki "Bosch" firması ilə birgə hazırlanır. Sadə quruluşlu mühərrik az yer tutması üçün arxada, oturacaqların altında yerləşdirilir. Avtomobil 2008-ci il yanarında Dehli avtosalonunda təqdim edilir və bundan sonra seriya istehsal başlayır. 2009-cu ildə isə avtomobilin Avropa bazarına çıxarılacağı barədə xəbərlərə isə Avropa mediası kinayə qarışıq rişxəndlə yanaşır. Bu avtomobil standartlara uyğunluq baxımından avropalıları, təchizat etibarilə isə Azərbaycan alıcısını razı sala bilməz. Avtomobildə heç bir elektrik avadanlığı, o cümlədən salon qızdırıcısı və ventilyator yoxdur. Sükan gücləndiricisi olmayan avtomobildə cəmi bir şüşəsilən və 1 güzgü var.
Nano (mətn redaktoru)
GNU nano - *nix əməliyyatlar sistemində mətn redaktorudur. 1999-cu ildə Kris Alleqretta tərəfindən yaradılmışdır.
4-Koma Nano Ace
4-Koma Nano Ace (4コマnanoエース) – Kadokawa Shoten tərəfindən nəşr olunmuş yonkoma seynen və şonen manqa jurnalı. 2011-ci ildən 2013-cü ilə kimi nəşr olunmuşdur. Aiura (Çama) Black Rock-chan (Rinqo) (aprel 2011 - mart 2012) Chotto Kawaii Iron Maiden (Makoto Fukami, Alpha Alf Layla) Eureka Seven nAnO (2012 – yanvar 2013) G's Under Ground (Purapa) G-Sen Rough Sketch (Sakyu Tottori) Lucky Star (Kaqami Yoşimizu) The Melancholy of Haruhi-chan Suzumiya (Puyo) (2007 - ) Magical Record Lyrical Nanoha Force Dimension Nichijō (Keyichi Aravi) Chima R-15 (Nenqa Ninomiya) Sora no Kyūsoku (Suka) Strike Witches Gekijōban: 501 Butai Hasshin Shimasu-! (Makoto Fucibayaşi) Upotte!!
Bulbophyllum nanopetalum
Bulbophyllum nanopetalum (lat. Bulbophyllum nanopetalum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Euonymus nanoides
Euonymus nanoides (lat. Euonymus nanoides) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Kaliforniya Nanosistemlər İnstitutu
Kaliforniya Nanosistemlər İnstitutu (ing. California NanoSystems Institute) — ABŞ-də nanotexnologiyalar üzrə innovasiya lideri olan elmi müəssisə; Los-Anceles Kaliforniya və Santa-Barbara Kaliforniya universitetlərinin birgə əməkdaşlığı nəticəsində 2000-ci ildə yaradılmışdır.
Karbon nanoboruları
Karbon nanoboruları Karbon nanoboruları, diametri 1:n.10 (n=1,2,….9) nanometr, uzunluğu isə bir neçə mikrona qədər olan, bir və ya iç-içə bir neçə qrafit laylarının bükülməsindən yaranan silindrik quruluşlara deyilir. Karbon nanoboruları özündə həm nanoklasterlərə xas, həm də həcmli bərk cisimlərə xas xassələri birləşdirdiyi üçün, onlarda füllerenlərdən fərqli yeni xassələr büruzə olunur. Məhz onların bu xassələrindən gələcəkdə yeni nanomaterialların və nanoqurğuların yaradılmasında istifadə edilməsi nəzərdə tutulur və çox prespektivli hesab olunur. Sintezdən asılı olaraq birlaylı, ikilaylı və s. borular almaq mümkündür Karbon nanoboruları (KNB) kovalent rabitəyə malik karbon atomlarından ibarət, özü təşkil olunmuş, boru şəkilli nanoquruluşlardır. Onlar əsasən iki formada – birdivarlı və çoxdivarlı karbon nanoboruları, həmçinin çoxtəbəqəli paketləşdirilmiş konusvarı nanoboru şəklində olur. Birdivarlı karbon nanoborusu təbii (özü-özünə)boru şəklində bükülmüş qrafit monoatom qalınlıqlı təbəqədən ibarətdir. Belə təbəqə şəklində qrafit qrafen adlandırılır. Monotəbəqənin bükülməsi istıqamətindən asılı olaraq, qrafen metal və ya yarımkecirici xassələrə malik olur. Coxdivarlı karbon nanoboruları konsentrik yerləşmiş bir neçə birdivarlı nanoborudan ibarətdir, onların diametri 10–40 — nm təşkil edir Karbon nanoborularının bir çox maraqlı xassələri var.
Karbon nanolifləri
Karbon nanolifləri Karbon nanolifləri (KNL) çoxlu sayda qrafen laylarından ıbarət sapvari hissəciklərdən ibarətdir. Liflərin diametri böyük diapazonda dəyişir (bəzi hallarda 200 nm). Qrafen laylarının forması müxtəlif - konusa,fincana və s.bənzəyən formada olur.Qrafen səthlərinin arasında məsafə 0,34 nm və ya bir qədər çox olur. C atomları sp2 hibrid halındadır. Karbon zəncirindəki axırıncı C atomları hidrogenlə doymuş oldugundan sonuncular sp3 hibrid halında olur.
NanoAndMore
NanoAndMore — Nanosensorlar, BüdcəSensorları və nanoalətlər, kalibrləmə standartları və nanotexnologiya üçün digər məhsullardan olan AFM kantilevers üçün bir distribütordur. NanoAndMore Almaniyada 2002-ci ildə qurulmuş və 2005-ci ildə ABŞ-də fəaliyyətə başlamışdır. 2005-ci ildə İsveçrənin Schaffhausen şəhərindən olan NanoWorld Holding AG, NanoAndMore şirkətini Nanotexnologiya şirkətlərindən ibarət NanoWorld qrupuna daxil etdi. AFM zondlarında dünya bazarının lideri olan NanoWorld, NanoAndMore şirkətini NanoWorld və Nanosensors məhsullarının rəsmi distribütoru təyin etdi. NanoAndMore, Almaniyanın Vetslar bölgəsindən Avropa bazarına və Lady's Island'dan (Cənubi Karolina), ABŞ – Şimali və Cənubi Amerika bazarlarına xidmət göstərir. NanoAndMore tərəfindən yayılan AFM zondları və aksesuarları Atom Gücü Mikroskopiyasında materialşünaslıq, fizika, biologiya, həyat elmləri və yarımkeçirici sənayedə istifadə olunur. NanoAndMore tərəfindən satılan AFM zondları, sığınacaq araşdırma, Bruker, JPK, Molekulyar Görüntü, Nanosurf, Veeco, WiTEK, NTMDT, Novascan və s. kimi ümumi Atom Force Mikroskoplarına (AFM) uyğundur. AFM zondlarının əhəmiyyətli bir distribütoru olaraq, tez-tez tədqiqat sənədlərində tədarükçü kimi göstərilmişdir və buna görə Atom Gücü Mikroskopiyası üçün vacib bir mənbə hesab olunur.
Nanodes
Epidendrum (lat. Epidendrum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Nanohissəciklər
Nanohissəcik - “Nano” cisimlər o obyektlərə deyilir ki, onların ölçüləri 1-100 nm diapazonunda olsun.Nano sözönü (nannos - karlik deməkdir) ixtiyari ölçü vahidinin milyardda bir hissəsi deməkdir: 1 nm=10–9 m. Beynəlxalq İUPAC konvensiyasına əsasən ölçüləri 100 nm-dən kiçik olan quruluşların nanozərrəcik adlandırılması qəbul edilməsinə baxmayaraq, bu termin indi də elmi dairələr arasında birmənalı qarşılanmır. Nanozərrəciklərin tərkibində təqribən 106 sayda atom olur. Nanohissəciklərin növləri: Nanozərrəciklər və nanoklasterlər Füllerenlər Nanoborular Nanoiplər Nanoməsaməli quruluşlar Nanolaylar nanosəthlər Nanokristallik materiallar Nanoquruluşların xarici quruluşuna görə növləri 1.Bütöv (və ya “xarici”) Həcmli üçölçülü (3D) quruluşlar Müstəvi ikiölçülü (2D) quruluşlar Xətti birölçülü (1D) o quruluşlar Sıfırölçülü (0D) quruluşlar 2.Məsaməli (və ya “daxili”) Füllerenlər Nanoborular Nanoməsaməli materiallar Molekulyar klasterlər Liqandsız qaz klasterləri Kolloid klasterləri Matris klasterləri Bərk nanoklasterləri [2] Platin, palladium, rodium ve iridiumun nanohissəciklərinin alınması və tsiklooktenin, 1-dodesenin ve orto-xlornitrobenzolun katalitik hidrogenləşmə reaksiyasında istifadəsi barədə məlumatlar vardır. Nanohissəcikləri almaq üçün metal duzlarını spirtlərdə reduksiya edirlər. Nanohissəciklərin diametri iridium üçün 0.74 nm platin ve palladium üçün isə 2.2 nm təşkil edir. Metal nanohissəciklərini 1-vinilpirrolidonun akril turşusunda sopolimeri ilə stabilləşdirirlər. Nanotexnologiya ilə dəm qazının karbon (IV) oksidə katalitik elektrokimyəvi (anod) oksidləşdirilməsi də mümkün olmuşdur. Elektronların dəm qazı molekulundan anodun səthinə keçidini sürətləndirən katalizator kimi dekantiol molekulları ilə örtülmüş 2-5 nm ölçülü qızıl nanohissəciklərinin ansamblı olmuşdur. Palladium nanohissəcikləri (n=1-30) iştirakı ilə asetilenin benzola tsiklotrimerləşməsi reaksiyasını 27 °C temperaturda həyata keçirmək mümkün olmuşdur.
Nanokimya
Nanokimya ("nano" və "kimya" sözlərinin birləşməsindən yaranıb) – nanohissəciklərin quruluşu, alınması, xassələri və çevrilmələrini öyrənən elmdir. "Nano" sözü latınca "nanus" – "cirtdan" sözündən götürülmüşdür və birbaşa hissəciklərin çox kiçik olmasını göstərir. Alimlər "nano" sözünə daha dəqiq məna veriblər: 1 nanometr metrin milyardda bir hissəsidir (1nm=10–9 m). Nanokimyanın əsas fərqli cəhəti xassələrdə ölçü effekti – hissəcikdə molekul və atomların sayının dəyişməsi ilə fiziki-kimyəvi xassələrin və reaksiyaya girmə qabiliyyətinin əsaslı dəyişməsidir. Nanohissəciklərin xassələri maddənin makroskopik miqdarındakı xassələrindən kəskin fərqlənir. Bu effekt hissəciklərin ölçüləri təqribən 10 nm-dən az olduqda meydana çıxır. Məsələn, qızılın nanohissəcikləri suda bərabər paylanaraq kolloid məhlul–gel əmələ gətirir. Ölçüsündən asılı olaraq gel müxtəlif rənglər alır. Tərkibində nanohissəciklər olan maddələrlə insanlar çox əsrlər bundan əvvəl tanış olmuşlar. Orta əsrlərdə Suriyanın Dəməşq və digər şəhərlərində möhkəm, iti və bir-birinə dəydikdə cingiltili səs verən xəncər və qılınclar hazırlamağı öyrənmişdilər.
Nanokompozit
Nanokompozitlər – struktur əmələ gətirən bərk fazaya (matrisaya) nano ölçülü zərrəciklərin (doldurucunun) daxil edilməsi ilə formalaşan materiallardır. Nanokompozitlər adi kompozit materiallardan doldurucu zərrəciklərin səthinin sahəsinin xeyli şaxəliliyi ilə fərqlənir. Bu zaman doldurucu faza üçün səth/faza nisbəti çox yüksək olur. Mütləq şərt odur ki, doldurucunun zərrəcikləri nanometrik diapazonda yerləşən (1-100 nm), həndəsi ölçülərdən (uzunluq, en və ya qalınlıq) heç olmazsa birinə malik olmalıdır. Kompozit nanomaterialların xassələrinə nanozərrəciklərin təsir xarakteri və onlardan istifadənin istiqaməti nanozərrəciklərin dispersləşdiyi mühitdən matritsanın tipindən) əhəmiyyətli dərəcədə asılıdır.
Nanometr
Nanometr (Sİ simvolu: nm) — metrik sistemdə metrin milyardda birinə bərabər olan uzunluq vahididir (0,000000001) m). Bir nanometr elmi qeydlərdə 1×10-9 m kimi ifadə edilə bilər. Nanometr əvvəllər millimikrometr və ya daha çox qısaca millimikron kimi tanınırdı, çünki o, 1/1000 mikron (mikrometr) və tez-tez mμ və ya μμ simvolu ilə işarələnirdi. Ad Sİ prefiksini nano - (qədim yunan dilindən νάνος, nanos, "cırtdan") ana vahidin adı metrlə (yunanca μέτρον, metrοn, "ölçü vahidi") birləşdirir. Ölçü vahidindən başqa bir şey üçün prefiks kimi istifadə edildikdə ("nanologiya"da olduğu kimi) nano nanotexnologiyaya və ya adətən nanometrlər miqyasında baş verən hadisələrə aiddir. Nanometr tez-tez atom miqyasında ölçüləri ifadə etmək üçün istifadə olunur: məsələn, helium atomunun diametri təxminən 0,06 nm, ribosomun diametri isə təxminən 20 nm-dir. Nanometr həmçinin spektrin görünən hissəsinin yaxınlığında elektromaqnit şüalanmanın dalğa uzunluğunu müəyyən etmək üçün də istifadə olunur: görünən işıq təxminən 400-700 nm arasında dəyişir. 0,1 nm-ə bərabər olan anqstrem əvvəllər bu məqsədlər üçün istifadə olunurdu. 1980-ci illərin sonundan etibarən, 32 nm və 22 nm yarımkeçirici qovşaq kimi istifadələrdə, yarımkeçirici sənayesində miniatürləşdirmə üçün ITRS Yol Xəritəsinin ardıcıl nəsillərində tipik xüsusiyyət ölçülərini təsvir etmək üçün də istifadə edilmişdir.
Nanorelyef
Nanorelyef (yun. nanos – "çox xırda") — kiçik relyef formalarıdır, hündürlüyü bir neçə on santımetrdir. Bu relyef formaları mikrorelyef formalarından olduqca kiçikdir və geoloji strukturların ən xırda elementlərinə uyğun gəlir. Misal olaraq, vulkan sopkaları, salzaları, qrifonları və s. göstərmək olar. Suffoziya-karst, termokarst, donuşluq, erozion, eol və torpaq əmələgətirici proseslərin təsiri, eləcə də heyvanların (ev heyvanları, gəmiricilər, yereşənlər) və insanın fəaliyyəti ilə əmələ gəlir.
Nanosaniyə
Nanosaniyə (nanosecond)– saniyənin milyardda biri (10-9); kompüterdə hesablananın sürətinin və elektrik siqnallarının sxemlərdən keçməsinin zaman ölçüsü. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nanosnıy adası
Nanosnıy — Anju adaları qrupuna daxil olan və Şərqi Sibir dənizində yerləşən ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasından şimal-qərbdə bir necə km aralıda yerləşir. Adından da göründüyü kimi buzların qazıma fəaliyyəti məticəsində yaranmışdır. Qumlarla örtülmüşdür. Maksimal hündürlüyü 2 metrdir. Qeyri müəyyən formaya malikdir. Adada daimi yaşayış yoxdur.
Nanotexnologiya
Nanotexnologiya — təqribən 1 – 100 nm (1 nm = metrin milyardda biri) miqyasında, molekul və ya makromolekullar və atom səviyyəsində araşdırmaların və texnoloji proseslərin inkişaf etdirilməsi, atom və molekullar səviyyəsində, tamamilə yeni fiziki və kimyəvi keyfiyyətlərə malik olan strukturların, sistem və qurğuların yaradılması və tətbiq edilməsi, atom səviyyəsində baş verən proseslərə nəzarətin və manipulyasiyanın həyata keçirilməsidir. Nanotexnologiya – atom və molekullarla manipulyasiya edərək yeni keyfiyyətli materialların alınmasını və bu materiallardan istifadə edərək nanoölçülü maşın və mexanizmlərin, robotların, kompüter çiplərinin, elektronika avadanlıqlarının, optik cihazların, sensorların, ətraf mühitin kimyəvi və fiziki təmizləyicilərinin, canlı orqanizmlərə maddələrin, o cümlədən dərman preparatlarının daşınmasını həyata keçirən qurğuların yaradılmasını nəzərdə tutur. Nanotexnologiyanın geniş kateqoriyasına daxil olan konsepsiyaların və eksperimental işlərin inkişafını izləyir. Nanotexnologiya elmi tədqiqatlarda nisbətən yeni inkişaf olsa da, onun mərkəzi konsepsiyalarının inkişafı daha uzun müddət ərzində baş vermişdir. 1980-ci illərdə nanotexnologiyanın yaranmasına 1981-ci ildə skan edən tunel mikroskopunun ixtirası və 1985-ci ildə fullerenlərin kəşfi kimi eksperimental irəliləyişlərin yaxınlaşması, nanotexnologiyanın məqsədləri üçün konseptual çərçivənin aydınlaşdırılması və populyarlaşması səbəb olmuşdur. 1986-cı ildə "Yaradılış mühərrikləri" kitabının nəşri. Sahə 2000-ci illərin əvvəllərində həm potensial təsirləri, həm də molekulyar nanotexnologiyanın tərəfdarları tərəfindən nəzərdə tutulan tətbiqlərin məqsədəuyğunluğu və hökumətlərin nanotexnologiyaya dair tədqiqatları təşviq etmək və maliyyələşdirmək üçün hərəkətə keçməsi ilə bağlı geniş müzakirələrlə, artan ictimai məlumatlılıq və mübahisələrə məruz qaldı. 2000-ci illərin əvvəlləri nanotexnologiyanın kommersiya tətbiqlərinin başlanğıcını da gördü,baxmayaraq ki, bunlar sahənin nəzərdə tutduğu transformativ tətbiqlərdən daha çox nanomaterialların kütləvi tətbiqləri ilə məhdudlaşdı. Karbon nanoborucuqları Hindistanın Keeladi şəhərinin dulusçuluq məmulatlarında tapılıb. Eramızdan əvvəl 600–300-cü illər, lakin onların necə əmələ gəldiyi və ya onları ehtiva edən maddənin qəsdən istifadə edilib-edilmədiyi məlum deyil.
Nanothamnus
Blumea (lat. Blumea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bileveillea Vaniot Blumeopsis Gagnep. Cyathocline Cass. Doellia Sch.Bip. Leveillea Vaniot Nanothamnus Thomson Placus Lour.
Nanotyrannus lancensis
Tyrannosaurus (lat. Tyrannosaurus) — heyvanlar aləminin xordalılar tipinin tyrannosauridae fəsiləsinə aid heyvan cinsi. Tirannozavr 66,3-67,8 milyon il bundan əvvəl Şimali Amerika ərazisində yaşamış ən nəhəng yırtıcılardan olub. İlk dəfə olaraq 1874-cü ildə Artur Leis Kolorado ştatının yaxınlığında tirannozavrın dişlərini aşkar etsə də, hansı canlıya aid olduğunu bilmir. Daha sonra isə 1905-ci ildə H.F.Osborn nəhəngin skeletini tapır və onu Tirannozavr adlandırır. Tirannozavr quru üzərində yaşamış ən nəhəng canlılardan biri olub, Qolotip AMNH 502-nin uzunluğu 10,6m, boyu 3,4 m çəkisi 7 ton olaraq hesablanıb. Nisbətən tam olan skeletlərdən ən böyüyü isə Skotti ləqəbli örnəkdir. Onun uzunluğu 13 metr, çəkisi 9 ton, boyu 4,4 metr olaraq hesablanıb. Tirannozavr reksin çəkisi 6-10 ton arası olub. Manospondylus gigas Cope, 182 Dynamosaurus imperiosus Osborn, 195 Nanotyrannus lancensis ?
Panthera pardus nanopardus
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. Bəbirlərin ölçüsü və çəkisi yaşayış yerlərinin coğrafi ərazisindən asılıdır və çox dəyişir. Meşələrdə yaşayan fərdlər adətən daha kiçik və yüngül olur, açıq yerlərdə yaşayanlar isə əksinə, meşə həmkarlarından daha böyük olurlar. Ancaq orta hesabla kişilər qadınlardan üçdə bir böyükdür. Bəbirin bədən uzunluğu 200-250 sm-ə çatır (bundan 75-110 sm quyruğudur). Kişilərin çəkisi 60 kq-a qədər, qadınların çəkisi 40 kq-a qədərdir. Rəng dəyişir - sıra və yaşayış yerindən asılı olaraq, rəng qırmızı və qəhvəyi rəngdən sarıya qədər dəyişə bilər. Afrikada həm qitənin mərkəzi rayonlarının rütubətli cəngəlliklərində, həm də Mərakeşdən Kapa qədər olan dağlarda, savannalarda və yarımsəhralarda yaşayır. Bəbir böyük səhralardan və susuz quraq ərazilərdən qaçır və buna görə də Saxara və Namibiyanın ən quraq bölgələrində yoxdur.
Mova nanova
Mova nanova (belar. Мова Нанова, hərfi tərcüməsi – "Yenidən dil") — 13 yanvar 2014-cü ildən Belarusun paytaxtı Minskdə keçirilən belarusca kurs. Bu qeyri-kommersiya QHT Belarusun rus dili ilə yanaşı iki rəsmi dilindən biri olan belarus dilinin gündəlik istifadəsini genişləndirmək məqsədi daşıyan mədəni və linqvistik təşəbbüsdür. Dərslər "Ў" müasir incəsənət qalereyasında keçirilir. Təşəbbüs populyarlıq qazanmış və yerli səviyyədə digər regionlardakı şəhərlər tərəfindən bəyənilmişdir. İndiki dövrdə bu kurslar Baranoviçi, Qrodno, Bobruysk, Nesvij, Brest, Molodeçno, Mogilyov, Vitebsk və Qomel şəhərlərində də fəaliyyət göstərir. Müəssisə Belarusdan kənarda da genişlənmişdir və Krakovda filial qrupu var. 23 iyul 2021-ci ildə "Mova nanova" Minsk rayon icraiyyə komitəsi tərəfindən məcburi şəkildə ləğv edilmişdir. Ləğvetmə üçün formal səbəb olaraq təşəbbüsün vebsaytında Belarusda rəsmi qeyduyyatda olmayan "BelSat" telekanalının loqotipinin istifadə edilməsi göstərilmişdir. "Mova nanova" dil kursları fəaliyyətə ilk növbədə Minskdə başlaymışdır.