Bəxtiyar Məmmədov (neftçi)
Məmmədov Bəxtiyar Məmməd Rza oğlu (18 oktyabr 1925, Nuxa – 26 mart 1989, Bakı) — Azərbaycan neftçisi, exnika elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSRİ-nin Dövlət mükafatı laureatı, Respublikanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ-nin neft ustası fəxri adlarına layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri və medallarla təltif edilmişdi. Bəxtiyar Məmmədov 4 çağırış Azərbaycan SSR-in, 1 çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdu.
== Həyatı ==
Bəxtiyar Məmməd Rza oğlu Məmmədov 18 oktyabr 1925-ci ildə Şəki şəhərində anadan olmuşdur. Erkən yaşlarından zəhmətə alışan Bəxtiyar orta məktəbi qurtardıqdan sonra 1943-cü ildə o dövrün ən nüfiızlu ali məktəblərindən olan Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və oranı 1949-cu ildə bitirərək, dağ-mədən mühəndisi ixtisasına yiyələnmişdir. Bəxtiyar Məmmədov neft-qazçıxarma sənayesində əmək fəaliyyətinə institutda oxuduğu illərdən başlamışdır.
1948-ci ildə Orcenikidzeneft neft-mədən idarəsinin neft hasilatı üzrə usta köməkçisi, usta, mədən rəisinin köməkçisi, böyük mühəndis; 1951–1952-ci illərdə Qobustanneft trestinin böyük mühəndisi, Umbakı mədəninin rəisi, 1952–1955-ci illərdə Gürganneft neft- mədən idarəsində I və II mədənlərin müdiri; 1955–1962-ci illərdə Gürganneft (indiki Neft Daşlan NQÇİ) neft-mədən idarəsinin rəisi; 1962–1963-cü illərdə "Azneft" Birliyinin rəis müavini, baş mühəndis; 1963–1965-ci illərdə Başdənizneft idarəsinin rəisi; 1965–1970-ci illərdə Azərbaycan SSR-in Neft Sənayesi naziri; 1970–1972-ci illərdə Xəzərdənizneft İstehsalat Birliyinin rəisi; 1972–1974-cü illərdə 26 Bakı Komissan adma NQÇİ-nin rəisi; 1974–1976-cı illərdə xarici ölkəyə xidməti ezamiyyətdə — Nigeriyada kontrakt rəhbərinin məsləhətçisi; 1976–1982-ci illərdə "Dənizneftqazlayihə" DETL İnstitutunun elmi işlər üzrə direktor müavini; 1982–1986-cı illərdə "SSRİ-nin 50 illiyi" adına NQÇİ-nin ("Bulla-dəniz" NQÇİ) rəisi; 1986–1989-cu illərdə Dənizneftqazlayihə DETL İnstitutunda şöbə rəisi işləmişdir.
1943-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. Onun əmək fəaliyyəti bütünlüklə Azərbaycanda neft yataqlarının mənimsənilməsi ilə bağlı idi. İnstitutu bitirdikdən sonra o Ordjenikidzeneft trestinin mədənlərində neft hasilatı və qazılması üzrə usta köməkçisi, usta, böyük mühəndis, sonra isə, Qobustanneft trestinin ÜmBakı yatağında baş mühəndis və mədən rəhbəri işləmişdir."Neft Daşları" kimi unikal yatağın sənaye işlənilməsinə başlandıqdan sonra Məmmədov B.M. burada mədən rəhbəri işləmiş, yatağın təchizatına rəhbərlik etmişdir.