Neştəryarpaq kallistemon
Neştəryarpaq kallistemon (lat. Callistemon lanceolatus) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin kallistemon cinsinə aid bitki növü.
== Təbii yayılması: ==
Cənubi-Şərqi Avstraliya və Tasmaniyada geniş yayılmışdır. Bu növ 1802-ci ildə rəsmi olaraq fransa botaniki Corc Lui Mari Dümon tərəfindən təsvir edilmişdir.
== Botaniki təsviri: ==
Kallistemon 3-5 m hündürlükdə, düz dayanan və ya şaxələnmiş budaqlı, çılpaq gövdəli, sallaq budaqlara malik bitkidir. Yarpaqları neştərvari, yaşıl-sarımtıl rəngli olub, 2-4 sm uzunluqda, 0,3-0,4 sm enində, itiuclu, cod, üstə çıxan, orta və yan damarcıqlı və incə limon qoxusu olan, çoxsaylı nöqtəli, vəziciklidir. Çiçək sünbülləri çox seyrək, uzunluğu 9-10 sm, diametri 6-7,5 sm, tünd qırmızıdır. Erkəkciklərin uzunluğu 3 sm, 50-60 ədəd, 2 dairədə yerləşir. Tozluqları erkəkcik sapları ilə bir rəngdə, ancaq daha tünddür. May-iyun aylarında çiçəkləyir.