NİŞAN

1. знак, метка, пометка, отметка, заметка; 2. значок, эмблема, кокарда; 3. цель, мишень, прицел, наводка; 4. обручение, подарок при обручении;
NİSYƏ
NİŞANBAZLIQ
OBASTAN VİKİ
Nişan (informatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Nişan mərasimi
Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəi.
Nişan üzüyü
Nişan üzüyü — ailə quran zaman bəy və gəlinin bir-birinə bağışladıqları üzük. Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir. == Tarixi == Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə isə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyünün adsız barmağa taxıldığı göstərilir. Bu da ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir. == Əlamətlər və adətlər == Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmaqda olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmaqdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi. Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. Şərq ölkələrində bu adət indi də mövcuddur.
Veksilloloji nişan
Veksillologiya (lat. vexillum - "bayraq"; yun. λογία - "təlim", "elm") — bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır. == Bayraqların identifikasiya simvolları == Bayraqların identifikasiya simvolları Vitni Smit (en:Whitney Smith) tərəfindən yaradılmış və Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyası tərəfindən təsdiq edilmişdir. Birinci sıra quruda, ikinci sıra suda istifadəni nəzərdə tutur və şəxsi (mülki), dövlət (hökumət) və hərbi bayraqlara bölünür. Bu simvollardan istifadə etməklə 63 kombinasiya düzəltmək mümkündür. Onlardan ən çox istifadə olunanları aşağıdakı cədvəldə göstərilib: Həmçinin bayraqların istifadəsinin digər yönləri üçün xüsusi simvollardan istifadə edilir. Məsələn, rəsmi və ya qeyri-rəsmi status, bayrağın hansı üzü təsvir edilib və s.: Bayrağın rəsmi və ya de-yure versiyası, yaxud ön tərəfi Bayraq təklif edilib, amma rəsmi qəbul edilməyib Bayrağın təsvirlər əsasında bərpası Bayrağın arxa tərəfi Qeyri-əsas, amma istifadə edilən şəkil Bayrağın alternativ versiyası Bayrağın de-fakto versiyası İkiüzlü bayraq — bayrağın hər üzündə müxtəlif şəkillər var Bayrağın ağacından sola bayrağın ön tərəfi Rəsmi təsdiq edilmiş bayraq Tarixən istifadə edilən bayraq Arxa tərəfi — ön tərəfinin güzgü əksi Arxa tərəfi ön tərəfi ilə eynidir Arxa tərəfindəki təsvir məlum deyil Bayrağı flaqştoku 90° çevirib şaquli asmaq olar ki, bayrağın kantonu yuxarı sol tərəfdə qalsın. Şaquli asılma üçün çevrilmiş şəkli olan xüsusi bayraq istifadə edilir.
Nişan
Nişan bu mənaları ifadə edə bilər: Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəsi. Döş nişanı — insanların sinəsinə taxdığı fərqləndirici detal.
Nişan (İnformatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Hollivud nişanı
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. == Tarixi == Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Kosovo avtomobil dövlət yol nişanı
Kosovo avtomobil dövlət yol nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Kosovo Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə. Kosovo Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilir. Kosovanın yeni dövlət yol nişanları 6 dekabr 2010-cu il tarixində tanıdılmışdır. 1 noyabr 2011-ci il tarixindən etibarən Kosovonun şimalındakı köhnə Serbiya nəqliyyat vasitəsi lövhələri UNMİK lövhələri ilə dəyişdirilmişdir. == Kosovo avtomobil dövlət yol nişanı == === Hərflər və rəqəmlər === Kosovanın yeni dövlət qeydiyyat nişanı dizaynı 6 dekabr 2010-cu il tarixində tanıdılmışdır. Yeni lövhəyə RKS ifadəsi əlavə olunub. Söz mövzusu olan RKS (Republic of Kosovo) hərfləri Kosovo Respublikasının beynəlxalq ölkə kodudur. Lövhənin sol yuxarısında mavi lent içində RKS ifadəsi vardır. Lövhədə mavi zolağın sağdan iki xana olaraq regionun qeydiyyat nömrəsi, sonra Kosovo gerbi, üç rəqəmli say və iki rəqəmli hərf sırası yer alır. Üç rəqəmli say sırası 101-dən, iki rəqəmli hərf sırası isə AA-dan başlayır.
Müqəddəs Aleksandr Nevski nişanı
"Müqəddəs Aleksandr Nevski" ordeni (Rusca: орден Святого Александра Невского / Orden Svyatoqo Aleksandra Nevskovo) ilk dəfə 1725-ci ildə Rus çariçası I. Yekaterina tərəfindən verilməyə başlanıb.
Nişangah
Nişangah, nişanalma vasitələri — odlu silahları və ya raket silahlarını hədəfə tuşlamaq üçün cihaz və mexanizmlər. Nişangah vasitəsilə silah lüləsinin oxuna fəzada lazımi üfüqi və şaquli tuşlama bucaqlarda verilir. Nişangahın mexaniki, optik, elektron-optik və s. növləri var. Avtomatik və qeyri-avtomatik nişangahlar olur. Müasir silahların əksəriyyəti gecə atəş açmaq üçün xüsusi nişangahla təmin olunur. Birbaşa və vasitəli tuşlama prosesi üçün iki nişangahlı müasir silahlar daha geniş yayılmışdır.
Nişani-Qüds ordeni
Nişani-Qüds-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı. Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi. Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi. Başdan aşağı 12,0 sm diametrdə idi. Sinənin sol tərəfinə vurulurdu. Lenti yaşıl rəngdə, hər iki tərəfində qırmızı xətti vardı.
Nişani-Əqdəs ordeni
Nişani-Əqdəs-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı. Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi. Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi.
Nişanqaya (İğdır)
Nişanqaya — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il qaynaqlarında Kellohamo olaraq keçməkdədir. Kəndin güneyində andezitdən formalaşan böyük bir qaya vardır. Kənd adını 1960-cı ildə bu qayadan almışdır. == Coğrafiyası == İğdırdan 13 km uzaqlıqdadır.
Nişantaşı
Nişantaşı – Türkiyədə İstanbul'un Şişli ilçəsində, mərkəzi, Valikonağı küçəsi ilə Teşvikiyə küçəsi-Rumeli küçəsinin kəsiştiyi ərazidə yerləşən heykəl daş olan, Meşrutiyet, Şişli ve Teşvikiye, Şişli məhəllələrində Vali evi çevrəsindəki hissələri əhatə edən, ev sahibliyi etdiyi dünyaca məşhur markaların mağazaları, kafelər və əyləncə məkanlarıyla tanınan səmt. İstər quruluşu və tarixi, istərsə də coğrafi ve idari sərhədləri Teşvikiylə də büyük ölçüdə iç içə keçmiş olan Nişantaşı, cənub-qərbindən Maçka, Beşikdaş, cənub-şərqindən Harbiyə, Şişli, qərbindən ve şimal-qərbindən Osmanbey, Şişli ve şərqindən Təşvikiyə, Şişli səmtləriylə həmsərhəddir.
Nişançı (vəzifə)
Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi. == Tarixi == Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı.
Nişançı Firudin Əhməd bəy
Nişançı Firudin Əhməd bəy həmçinin Nişançı Firudin Əhməd Paşa — dövlət xadimi, nişancı, tarixçi, xəttat və şair. I Süleymanın nəvəsi Ayşə Hümaşah Sultanın ikinci əri. Ona Osmanlı imperiyasının "ən məşhur nişançılarından biri" deyilir. İki əsərin müəllifidir: "Munşaat us-Salatin" ("Sultanların Məktubları") və "Nüzhetü-l-esrâr-il-ahbâr" (Siqetvar səfərinin təsviri). == Həyatı == Firudin Əhməd bəyin doğulduğu vaxt və yer məlum deyil. Vəqfin qeydlərinə görə atasının adı Abdulkadir olub. O, Çivizade Abdulla-effendi ilə birlikdə Şeyxülislam Çivizade Muhittin Mehmet-effendinin qardaşı deterdar Avdi-çələbinin ailəsində böyüyüb. 1552–1553-cü ildə Firudin Əhməd o dövrdə Rumeli bəylərbəyliyi olan Sokollu Mehmed Paşanın xidmətinə şəxsi katib olaraq girib. 1554-cü ildə I Süleyman ordusu ilə birlikdə Naxçıvan yürüşündə iştirak edib. Firudun Sokollu Mehmed Paşanın etibarlı adamı idi.
Nişançı Mustafa Paşa
Nişançı Mustafa Paşa (ö. 13 sentyabr 1661) — IV Murad, Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Mostarda dünyaya gəldi. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək şahinçibaşı oldu. 1628-ci ildə yeniçəri ağası, həmin ilin sonunda isə Dəməşq bəylərbəyi təyin edildi. 1631-ci ildə vəzifədən alınsa da, 1633-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Silifkə sancaqbəyliyi də ona verilərək nişançı vəzir oldu. 1643-1645-ci illərdə Silistrə bəylərbəyi olaraq xidmət etdi. 1647-ci ilin avqustunda Misir bəylərbəyi olub, həmin ilin dekabrında vəzifədən alındı.
Nişançı Qaraman Mehmed Paşa
Nişançı Qaraman Mehmed Paşa (13 sentyabr 1458, Karaman – 4 may 1481, İstanbul) — Osmanlı sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477–1481-ci illərdə sədrəzəmlik etmişdir. Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. 1481-ci ildə yeniçərilər tərəfindən sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.
Nişançı Əhməd Paşa
Nişançı Əhməd Paşa (Trabzon – 1705) — III Əhməd səltənətində 10 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Silâhdar Mehmed Ağa, Nusretnâme: Tahlil ve Metin (haz. Mehmet Topal, doktora tezi, 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 587, 610, 629-630, 652-653, 670-671; Ahmed Hasîb Efendi, Ravzatü’l-küberâ (haz. Mesut Aydıner), Ankara 2003, s. 31-32, 34-35, 70; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, İstanbul 1271 ⟶ Freiburg 1969, s. 2-3; Sicill-i Osmânî, I, 235; Hüseyin Hüsâmeddin, Nişancılar Durağı, İSAM Ktp., nr. 63810, s. 127-130; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 28, 31, 34-35, 42, 44; Danişmend, Kronoloji2, III, 488-489; J. von Hammer-Purgstall, Büyük Osmanlı Tarihi (haz.
Qara nişanə (film)
Qara nişanə — Azərbaycanlı kinorejissor Vaqif Mustafayevin 2003-cü ildə Elmira Axundovanın "Poliqrafçının ölümü" (2001) kitabı əsasında çəkilmiş filmi. İki seriyalı bədii film Heydər Əliyevin həyatı və genişmiqyaslı fəaliyyətindən bəhs edir. Film keçmiş Sovet İttifaqı respublikalarında son onilliklərdə baş vermiş tarixi hadisələri əks etdirir. Filmin kadrları Bakı, Moskva və Naxçıvanda çəkilmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin rolunu Polşanın tanınmış aktyoru Tadeuş Xuk, keçmiş SSRİ prezidenti Mixail Qorbaçov rolunu Rusiyanın xalq artisti Vsevolad Şilovski ifa ediblər.
Razılıq nişanı
Punktasiya nişanını ✓ ("Razılıq nişanı") biz düzgün olan cavabları qeyd etməyə və razılığımızı bildirmək üçün istifadəyə adət etmişik. Lakin İsveç, Norveç, Finlandiya, Puerto-Riko və Yaponiyada bu əks məna verir. Misal üçün, isveç məktəblərində səhv cavablara quş qoyurlar, düzgün cavabları isə "R" ("Rätt" isveçcədən tərcümədə "Düzgün") hərfi ilə markalayırlar. Fin dilində ✓ "väärin" ifadə edir, yəni "doğru deyil". "Düzgün" cavab isə ⋅ / ⋅ {\displaystyle \cdot \!/\!\cdot } (maili şaquli xətt və hər iki tərəfində nöqtə) nişanı ilə işarə olunur.
SSRİ səhiyyə əlaçısı döş nişanı
"SSRİ Səhiyyə əlaçısı" döş inşanı (rus. Значок «Отличнику здравоохранения» ) — SSRİ Səhiyyə nazirliyi tərəfindən əhaliyə əla səviyyədə xidmət göstərən tibb işçilərinə təltif edilirdi.
Türkiyə Respublikası "Dövlət nişanı" ordeni
"Dövlət nişanı" — Türkiyə Respublikasının ən yüksək mükafatı 1988-ci ildə təsis edilmişdir. Türkiyə prezidenti tərəfindən təqdim edilən "Dövlət nişanı" dövlət başçısının tövsiyəsi əsasında Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.
Türkiyə medal və dövlət nişanları
Türkiyə Cumhuriyyətinin medal və dövlət nişanları — Türkiyə Cumhuriyyətinin Nazirlər Kabinetinin və Türkiyə Cumhurbaşqanının qərarı ilə verilən qızıl ali dövlət mükafatları.
Yol nişanları
Yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır. Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsip etibarilə eynidir. Faktiki olaraq bütün dünyada olan yol nişanları sistemlərinin əksəriyyəti avropa və ingilis sisteminə yaxındır. Bu sistem Avropa, o cümlədən Azərbaycan və dünyanın bir çox başqa ölkələrində "Yol nişanları və siqnallar haqqında" Vyana konvensiyasına əsasən nizamlanır. == Beynəlxalq konvensiyalar == Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyası kimi beynəlxalq konvensiyalar müxtəlif ölkələrdə yol nişanlarının müəyyən dərəcədə vahidliyinə nail olmağa kömək etmişdir. Ölkələr də çaşqınlığın qarşısını almaq üçün birtərəfli qaydada (müəyyən dərəcədə) digər ölkələri izləmişlər. == Kateqoriyalar == Yol nişanlarını bir neçə növə bölmək olar. Məsələn, 30 iyun 2004-cü ildə 52 ölkənin imzaladığı Yol İşarələri və Siqnalları üzrə Vyana Konvensiyasının (1968) 1-ci Əlavəsi səkkiz nişan kateqoriyasını müəyyən edir: Xəbərdarlıq nişanları — hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir; Üstünlük nişanları — yolayrıcılarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir; Qadağan nişanları — yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir; Məcburi hərəkət istiqaməti nişanları — sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir; Xüsusi tənzimləmə nişanları — Xüsusi tənzimləmə nişanları bir və ya bir neçə hərəkət zolağına aid olan tənzimləmə və ya təhlükə xəbərdarlığını göstərmək, avtobuslar üçün ayrılmış zolaqları göstərmək, yaşayış sahəsinin başlanğıcını və ya sonunu göstərmək üçün istifadə olunan yol nişanları və ya zona qüvvəsi olan nişanlardır. Məlumatverici-göstərici nişanlar — hərəkətin müəyyən rejimi tətbiq və ya ləğv edir, elecə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər; Servis nişanları — yollarda müvafiq obyektlərin yerləşməsi barədə məlumat verir; Əlavə məlumat nişanları (lövhəciklər) — birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırır. ABŞ, Kanada, İrlandiya, Avstraliya və Yeni Zelandiyada nişanlar aşağıdakı kimi təsnif edilir: Tənzimləyici nişanlar Xəbərdarlıq nişanları Bələdçi nişanlar Küçə adı nişanları Marşrut nişanları Ekspress yol nişanları Magistral yol nişanları Xoş gəldin nişanları Məlumat nişanları İstirahət və mədəni maraq nişanları Fövqəladə halların idarə edilməsi (mülki müdafiə) nişanları Müvəqqəti yol hərəkətinə nəzarət (tikinti və ya iş zonası) nişanları Məktəb nişanları Dəmir yolu və yüngül dəmir yolu nişanları Velosiped nişanları Birləşmiş Ştatlarda yol nişanları və səki nişanları üçün kateqoriyalar, yerləşdirmə və qrafik standartlar standart olaraq Federal Avtomobil Yolları Administrasiyasının Vahid Trafik İdarəetmə Cihazları üzrə Təlimatında qanuni olaraq müəyyən edilmişdir.
Çakinin nişanlısı (film, 1998)
Çakinin nişanlısı (ing. Bride of Chucky) — 1998-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Üç Ulduz Nişanı
Üç Ulduz Nişanı (Latış dili: Tiju Zvaigžņu ordenis)- Latviyada təsis edilən ordendir. 25 mart 1924-cü ildə Latviya Milli Məclisi tərəfindən təsis olunmuşdur. Devizi "Per aspera ad astra"dır ki, mənası "Çətinliklərdən keçib ulduzlara çatmaq" deməkdir. Orden Latviyada verilən ilk və ən yüksək dərəcəli ordendir. == Sıralama == Böyük Komandan Xaçı (zəncirli) (1-ci dərəcəli) Böyük Komandan Xaçı (1-ci dərəcəli) Böyük Zabit (2-ci dərəcəli) Komandan (3-cü dərəcəli) Zabit (4-cü dərəcəli) Daşıyıcı (5-ci dərəcəli) Fəxri Orden, 1-ci dərəcəli Fəxri Orden, 2-ci dərəcəli Fəxri Orden, 3-cü dərəcəli == Xaç == Ordenin xaçı zərli kənarları olan ağ minadan təşkil olunmuş xaçdan ibarətdir. Xaçın ön tərəfinin mərkəzində mavi minadan təşkil olunmuş medalyon yerləşir. Medalyonun mərkəzində isə 3 ədəd qızıl beşguşəli ulduzu görmək olar. Əks tərəfində isə "Per aspera ad astra" və "Latvijas Republika — 1918.g.18. novembris" (Latviya Respublikası- 18 noyabr 1918) ifadələri yazılmışdır. == Ulduz == Ulduz birinci və ikinci dərəcəli nişanlarda olur.

Digər lüğətlərdə