Azərbaycan Respublikası Prezidentinin döş nişanı

Azərbaycan Respublikası Prezidentinin döş nişanıAzərbaycan Respublikası Prezidenti olan şəxsin döş nişanı[1]

Azərbaycan Respublikası Prezidentinin döş nişanı

Statistika
Təsis tarixi 2008

Azərbaycan Respublikası Prezidentinin döş nişanı iki hissədən ibarətdir.[2]

Döşə taxılan birinci hissə 90 mm diametrlik çevrədə yerləşdirilmiş 18 karatlıq qızıldan hazırlanmış səkkizguşəli ulduz şəklindədir. Ulduzun mərkəzində Azərbaycan Respublikasının Dövlət gerbinin minalanmış təsviri qabarıq surətdə həkk edilmişdir. Azərbaycan Respublikasının Dövlət gerbinin ətrafı iki ədəd halqa ilə haşiyələnmiş və halqaların arasında çevrə boyu 60 ədəd brilyant daş düzülmüşdür. Nişanın səkkiz guşəsinin hər biri digərindən şüalarla ayrılmışdır. Ulduzun səkkiz guşəsinin hər biri üzərində beş şüa yerləşdirilmişdir. Səkkiz guşənin hər birində şüalar boyu sıra düzülüşünə uyğun olaraq altı, səkkiz, on, səkkiz və altı brilyant daş düzülmüşdür.[2]

Boyundan asılan ikinci hissə hər birinin diametri 27 mm olan 16 medalyondan ibarətdir. Hər bir medalyon digərinə qızıldan hazırlanmış çələnglər vasitəsilə birləşdirilmişdir. Bir tərəfi sünbül, digəri isə palıd budağı olan çələnglərin ümumi sayı 16-dır. Hər bir medalyonun ortasında lövhə üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin minalanmış təsviri qabarıq şəkildə həkk edilmişdir. Medalyonların üzərində çevrə boyu 60 ədəd brilyant daş düzülmüşdür.[2]

Boyundan asılan hissənin ortasında diametri 60 mm olan 18 karat qızıldan hazırlanmış səkkizguşəli ulduz yerləşdirilmişdir. Ulduzun ortasında lövhə üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin minalanmış təsviri qabarıq şəkildə həkk edilmişdir. Azərbaycan Respublikasının Dövlət gerbinin ətrafı iki ədəd halqa ilə haşiyələnmiş və halqaların arasında çevrə boyu 60 ədəd brilyant daş düzülmüşdür. Ulduzun səkkiz guşəsinin hər biri üzərində beş şüa həkk olunmuşdur. Şüaların üzərində sıra düzülüşünə uyğun olaraq altı, səkkiz, on, səkkiz və altı brilyant daş yerləşdirilmişdir. Ulduz palıd budağı və sünbüldən olan qızıl çələng vasitəsilə boyundan asılan 16 medalyon və 16 çələngdən ibarət hissəyə bərkidilmişdir.[2]

  1. "Azərbaycan Respublikası Prezidentinin döş nişanı haqqında Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2008-ci il tarixli, 832 nömrəli Fərmanı". e-qanun.az. 2024-01-28 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-02-28.