Sanzo Nosaka
Sanzo Nosaka (野坂 参三, Nosaka Sanzō, 30 mart 1892, Hagi[d] – 14 noyabr 1993, Tokio) — Yaponiya yazıçısı, redaktoru, əmək təşkilatçısı, kommunist agenti, siyasətçisi və universitet professoru, Yaponiya Kommunist Partiyasının qurucusu.
Sanzo Nosaka 30 mart 1892-ci il tarixində Yaponiyanın Hagi şəhərində anadan olmuşdur. O, 1922-ci ildən Yaponiya Kommunist Partiyasının (YKP) üzvüdür. Nosaka 1922–1928-ci illərdə əmək federasiyasında işləmiş, inqilabi fəalliyyətinə görə gəbs cəzasına məhkum edilmiş, 1930-cu ildə azadlığa buraxılmışdır. O, 1930-cu ildən YKP Mərkəzi Komitəsinin üzvüdür. Nosaka 1932-ci ildən Moskvaya göndərilmiş, Kominterndə YKP-nin nümayəndəsi olmuş, Kominternin VII konqresində (1935) Kommunist İnternasionalının İcraiyyə Komitəsiin (KİİK) və KİİK Rəyasət heyətinin üzvü seçilmişdir. O, 1940-cı ildə Çinə köçmüş, yapon xalqının azadlıq cəmiyyətinin təşkilində fəal iştirak etmişdir. Nosaka 1946-cı ildə Yaponiyaya qayıtmışdır. Burada o, YKP MK, MK Siyasi Bürosunun və Katibliyinin üzvü, 1955-ci ildə YKP MK Rəyasət heyətinin üzvü seçilmişdir. Nosaka 1958–1982-ci illərdə YKP MK sədri idi.