NUR

сущ. книжн. свет:
1. лучи, испускаемые каким-л. телом. Ayın nuru свет луны, günəşin nuru свет солнца
2. перен. символ истины, разума, просвещения или радости, счастья. Elm bir nur, cəhl zülmətdir ученье – свет, неученье – тьма; nur almaq см. nurlanmaq , nur saçmaq (səpmək, tökmək) светить, озарять; nura boyamaq (qərq etmək) освещать, озарять, nura boyanmaq (qərq olmaq) освещаться, осветиться, озариться; gözümün nuru (nuri-çeşmim, nuri-didəm) свет моих очей, ненаглядный мой
NUMİZMATİKA
NURANİ
OBASTAN VİKİ
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Məqsəd Nur
Nur-Sultan
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Nur (İran)
Nur — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,806 nəfər və 6,164 ailədən ibarət idi.
Nur Aysan
Asiye Nur Fettahoğlu (12 noyabr 1980, Duysburq, Şimali Reyn-Vestfaliya) — Türkiyə aktrisası, model. == Həyatı == Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində doğuldu. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bir qardaşı var. Bacılarının və qardaşının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Beşiktaş Liseyində (indiki adıyla Beşiktaş Anadolu Liseyi) lisey təhsilini tamamladıqdan sonra işləməyə başladı. Müxtəlif banklarda vəzifə aldıqdan sonra Sky Türkdə birja spikerliyi etməyə başladı. Fettahoğlu aktrisalığa "Məndən ata olmaz" filmi ilə başladı, ardınca "Könül yelləncəyi"ndə rol aldı və Aşk-ı Memnudakı Peyker Yöreoğlu rolu ilə karyerasında uğur əldə etdi. Bundan başqa Atasay, Dove, Luna kimi firmaların reklam filmlərində oynadı. Qurdlar Vadisi: Fələstin filmində Necati Şaşmazla baş rolu paylaşdı.
Nur Bayanov
Nur Bayanov (tatar. Нур Галим улы Баянов, Нур Баян; 15 may 1905, Ənək[d], Minzələ qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 23 aprel 1945, Avstriya) — tatar şair. == Bioqrafiyası == Nur Bayanov kasıb kəndlinin ailəsində anadan olub. 1921-ci ildə Nur Bayan Permə getdi və burada fəhlə kimi işə düzəldi. 1923-cü ildə təhsil almaq üçün Kazana gəldi və Tatar-Başqırd hərbi məktəbinə daxil oldu. Eyni zamanda özünü ədəbi yaradıcılıqda sınadı və artıq 1925-ci ildə dövri mətbuat səhifələrində dərc etməyə başladı. 1928-ci ildə Bayanov Nur artıq "Kyzlarmeets" qəzetinin redaksiyasında ədəbi işçi kimi çalışır. Elə həmin il onun "biçici qızlar" və "məhv edilmiş səngərlər" şeirlərinin ilk topluları nəşr olundu. 1929–1930-cu illərdə Nur Bayan "Kolxoz Yaşlara" jurnalının məsul katibi vəzifəsini aldı, sonra Chelninskaya regional qəzetinin redaktoru təyin edildi. Eyni zamanda "Yonca tarlaları", "Yağışlı gecə" şeirlərini və bir sıra şeirlərini yazdı.
Nur Bekri
Nur Bekri (uyğ. نۇر بەكرى; 9 avqust 1961) — uyğur mənşəli keçmiş Çin siyasətçisi. O, daha çox 2007-ci ilin dekabr ayından ÇKP partiya komitəsi rəhbərinin müavini və Sincan-Uyğur Muxtar Rayonunun regional hökumətinin sədri kimi tanınır. 1982-ci ilin dekabr ayından Çin Kommunist Partiyasının üzvü, 18-ci çağırış ÇKP Mərkəzi Komitəsinin üzvü (17-ci çağırışın namizədi). == Həyatı == Milliyətcə uyğurdur. 1983-cü ildə Sincan Universitetinin siyasət fakultəsini bitirdi. Elə həmin universitetdə 1983-84-cü illərdə gənclər liqasının rəhbəri və 1984-cü ildən rəhbər müavini, 1989-1992-ci illərdə komsomol komitəsinin rəhbəri, 1992-1993-cü illərdə partiya komitəsinin təbliğat şöbəsinin müdiri. 1986-89-cu illərdə ÇKP Mərkəzi Komitəsi nəzdindəki Partiya məktəbində siyasi nəzəriyyə ixtisası üzrə təhsil almışdır. Kaşğər administrasiyasının 1993-cü ildən köməkçisi, 1995-96-cı illərdə isə xüsusi nümayəndəsi olmuşdur. 1996-98-ci illərdə Sincan-Uyğur Muxtar Rayonu Regional Hökumətinin katibinin müavini olmuşdur.
Nur Cahan
Nur Cahan (pənc. نور جہاں ; urdu نور جہاں ; ing. Noor Jehan, 21 sentyabr 1926, Kasur[d], Britaniya Hindistanı – 23 dekabr 2000, Kəraçi) — Pakistanlı ifaçı və aktrisa idi. O, Hindistan yarımqitəsində dövrünün ən böyük müğənnilərindən biri kimi tanınır və ona Məlikəye tərənnüm (Urdu: ملکہ ترنم, melodiya kraliçası) fəxri adı verilmişdir. O, 1965-ci ildə ifa etdiyi vətənpərvər mahnıları ilə Pakistanda xüsusi milli tanınma və populyarlıq qazandı və bu, onu əlamətdar səviyyəyə qaldırdı. O, hind, pəncab, sindhi və urdu dillərində 10 mindən çox mahnı oxuyub. O, həmçinin Pakistanın ilk qadın kinorejissoru hesab olunur.
Nur Camaatı
Nur Camaatı — Səid Nursinin risalələrində açıqladığı fikirlərə əsaslanan, XX əsrin əvvəllərində yaranmışdir Camaatın davamçıları Səid Nursinin risalələrindəki fikirlərə və dünya görüşünə riayət edirlər. Risale-i Nurları oxuyana Nur tələbəsi deyilir. Hazırda hərəkat Nur Camaatı adı ilə də tanınır. == Nur camaatının yayılması == Risale-i Nur camaatı hazırda Türkiyədə geniş yayılmışdır. Bundan başqa Azərbaycan, Almaniya, ABŞ, Avstraliya, Özbəkistan, Qazaxıstan, Rusiya, Tatarıstan, Qırğızıstan və s. kimi ölkələrdə də Risale-i Nurlar oxunur. 1996 ilində Diyanət İşləri Başqanlığı tərəfindən açıqlanan raporda Nur camaatinin qolları və fəaliyetleri bu şəkilde açıqlanmışdır Yazıcılar Qurubu (Əhməd Hüsrəv Altınbaşak) Sözlər Gurubu (Mustafa Sunqur) Suffe Gurubu (Mehmet Kırkıncı) İstanbul Gurubu (Abdullah Yeğin,Hüsnü Bayram,Ahmet Aytimur) Kurdoğlu Gurubu (Mehmet Kurdoğlu) İhlas Nur Gurubu (M.Said Özdemir) Nesil Gurubu (Mehmet Fırıncı), Yeni Asya Gurubu (Yeni Asya Gazetesi, Mehmet Kutlular) Zehra Gurubu (İzzettin Yıldırım) Med-Zehra qrupu (Muhammed Sıddık Dursun) Azərbaycanda Nur camatının Mustafa Sunqur qurubu var.
Nur Fettahoğlu
Asiye Nur Fettahoğlu (12 noyabr 1980, Duysburq, Şimali Reyn-Vestfaliya) — Türkiyə aktrisası, model. == Həyatı == Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində doğuldu. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bir qardaşı var. Bacılarının və qardaşının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Beşiktaş Liseyində (indiki adıyla Beşiktaş Anadolu Liseyi) lisey təhsilini tamamladıqdan sonra işləməyə başladı. Müxtəlif banklarda vəzifə aldıqdan sonra Sky Türkdə birja spikerliyi etməyə başladı. Fettahoğlu aktrisalığa "Məndən ata olmaz" filmi ilə başladı, ardınca "Könül yelləncəyi"ndə rol aldı və Aşk-ı Memnudakı Peyker Yöreoğlu rolu ilə karyerasında uğur əldə etdi. Bundan başqa Atasay, Dove, Luna kimi firmaların reklam filmlərində oynadı. Qurdlar Vadisi: Fələstin filmində Necati Şaşmazla baş rolu paylaşdı.
Nur Otan
"Nur Otan" (qaz. Nur Otan; Нұр Отан — Vətən İşığı) — Qazaxıstandakı hakim və ən böyük prezident partiyası. 1999-cu ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuşdur, eyni zamanda partiyanın lideri olmuşdur. == Adı == "Nur Otan" qazax dilindən azərbaycan dilinə "Vətən işığı" kimi tərcümə olunur. Nur Otan partiyasının gənclər qanadı "Gənc Vətən" kimi tərcümə olunan "Jas Otan" adlanır. 22 dekabr 2006-cı il tarixində "Otan" partiyasının X fövqəladə qurultayında Cümhuriyyət Siyasi Partiyasının "Otan" Xalq Demokratik Partiyası olaraq "Nur Otan" olaraq adlandırılması təklifi əlavə və dəyişikliklərə dair qərar layihəsi qəbul edildi. RPP "Otan" ın nizamnaməsi də qəbul edildi. 18 oktyabr 2013-cü il tarixində Nur Otan Xalq Demokratik Partiyası Nur Otan olaraq dəyişdirildi. == İdeologiyası == Partiyanın 2013-cü ildə qəbul etdiyi Doktrinada deyilir ki, Nur Otan "cəmiyyəti birləşdirən və Elbası Dövlət kursunun həyata keçirilməsini təmin edən hakim siyasi qüvvədir". Doktrina ideoloji dəstək və Nazarbayev siyasətinin həyata keçirilməsi üzərində qurulub.
Nur Surəsi
24-cü surə ən-Nur (Nur) surəsi (Məkkədə nazil olmuşdur, 64 ayədir) Surənin adı 35-ci ayədə çəkilən "nur" sözündən götürülmüşdür. Zinakar kişi və qadınların cəzalandırılması, eləcə də qadına zina isnad edənin 4 şahid gətirilməsi, əgər şahidlərin sayı 4-dən az olarsa, onların özünün cəzalandırılması, yaxud ərin öz həyat yoldaşını zinada ittiham etməsi və ittihamın nə vaxt sübut olunmuş qəbul olunması məsələləri bu surənin ilk ayələrində qeyd olunub. Surənin 31-ci ayəsi mömin qadınlarının örtünməsi (hicab) ilə bağlıdır və bu yöndən daha çox müzakirə olunan ayələrdəndir.
Nur Tatar
Nur Tatar Askari (16 avqust 1992, Van) — Kürd əsilli ilk Türkiyə milli taekvondoçusu. == Həyatı == Nur Tatar 16 avqust 1992-ci ildə Türkiyənin Van bölgəsində anadan olmuşdur. O, Vəli Həydər bəy lisesinin məzunu olmuşdur. İdmançı lisedə oxuduğu müddətdə taekvonda üzrə Türkiyə birinçisi olmuşdur. O ilk medalını 15 yaşında qazanmışdır. Nur Tatar 2 dəfə kiçik yaşlılar arasında keçirilən Avropa çempionatında iştirak etmişdir və Avropa çempionu olmuşdur. Avropada A sinif çempionlarına medalları o təqdim etmişdir. == Karyerası == Rusiyada Sankt-Peterburqda 2010-cu ildə Avropa Taekvondo Çempionatında gümüş və Birləşmiş Krallıqda, Mançestrda 2012-ci ildə keçirilən Taykfando Çempionatında isə qızıl medal qazanmışdır. Ankarada Ankara İllər bankına transfer olmadan əvvəl TSE Spor klubunda Tatar, Cüneyt Gülçək ilə birlikdə işləmişdir. 2012-ci ildə Yaz Olimpiyadasında Türkiyəni təmsil edən komanda da yer alan Andrea St bernard, Paige Mcpherson, Carmen Martona qalib gəlmiş, finalda Kyung Seon Hwang oyamış, ancaq ona uduzaraq gümüş medal əldə etmişdir.
Nur Zahir
Nur Zahir (ing. Noor Zaheer) — Hindistan solçu feminist yazıçısı. Zahir Arvind Kecrivalın rəhbərlik etdiyi Delhi Urdu Akademiyasının üzvüdür. == Ədəbi karyera == Nur Zahir qısa hekayələri və ədəbiyyatı vasitəsilə XX əsrin mütərəqqi urdu müəlliflərindən qalan sosial-iqtisadi problemlərə diqqət yetirir. O, İsmət Çuğtayın urdu dilindəki "Hai Pairahan" memuarını ingilis dilinə tərcümə etmiş və həmçinin, 2017-ci ildə Laknauda keçirilən teatr festivalında "Kahani Ki Kahani, İsmat Ki Zabaani" tamaşasını idarə etmişdir. == Sosial fəaliyyəti == Zahir şifahi mədəniyyətin sənədləşdirilməsinə və Hindistanın Himaçal Pradeşində yerləşən buddist monastırlarının bərpasına töhfə vermişdir. == Əsərləri == Z̤ahīr, Nūr. My God is a Woman. India, Vitasta Pub., 2008. ISBN 9788189766528 Z̤ahīr, Nūr.
Nur dağları
Nur və ya Amanos (türk. Nur Dağları, Amanos Dağları) — Türkiyədə sıra dağlar.
Nur şəhristanı
Nur şəhristanı - İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Nur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 104,807 nəfər və 27,699 ailədən ibarət idi.
Nuranə Nur
Nuranə Nur — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı, Prezident Mükafatçısı. == Həyatı == Nuranə Nur 1980-ci ildə Göyçayda anadan olub. Bakı şəhər Nərimanov rayonu 39 saylı orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Nizami rayonu 289 saylı Zəngi liseyində davam etdirib.1997-ci ildə həmin liseyi bitirərək 1 saylı Bakı Tibb Məktəbinə daxil olub, tibb bacısı ixtisasi alıb. 2012 ci ildə Bakı Slavyan Universitetinin " Yaradıcılıq" fakültəsinə daxil olub. == Yaradıcılığı == Şeirləri "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət", "Kaspi" qəzetlərində, "Poeziya günü" almanaxında (2010), ingilis dilində "Buta"(2010) poeziya antologiyasında və digər mətbu orqanlarda müntəzəm çap olunur. Radio ve televiziya dalğalarında müntəzəm çıxışları olur . Şeirləri bir neçə xarici dilə tərcümə edilib. Vaşinqtonda, İraqda, Türkiyədə və Təbrizdə Ədəbi dərgilərdə çap olunub.Şairin "Yanaqda yağış yeri", " Yoxluğuna və sağlığına" , " Darıxmaq kimi " kitabları işıq üzü görüb. Internet məkanında,ədəbi portallarda daim yeni şeirləri ilə çıxışlar edir.
Risaleyi Nur
Risale-i Nur — Bədiüzzaman Səid Nursi tərəfindən qələmə alınmış Quran təfsiri. Orijinal variantı osmanlı türkcəsi ilə yazılmış bu kitablar toplusu ümumi səhifə sayı 6000 səhifəyə yaxındır və 15 kitabdan ibarətdir ("Sözlər", "Məktubat", "Ləm'ələr", "Şüalar", "İşarat-ül İ'caz", "Məsnəvi-i Nuriyə", "Tarixçə-i Həyat", "Barla lahiqəsi", "Qəstəmonu lahiqəsi", "Əmirdağ lahiqəsi", "Sikkə-i Təsdiq-i Qeybi","Əsa-yi Musa", "Zülfiqar", "Sirac-ün Nur", "Tilsimlər").
Səxavət Nur
Nurullayev Səxavət Xudabaxış oğlu (25 yanvar 1979, Quba) — radio və televiziya aparıcısı, aktyor. == Həyatı == Səxavət Nur (Səxavət Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub. 1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb. 2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub. Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.
Ubsu-Nur
Ubsu-nur, Ubsa Gölü, Uvs Gölü, (Monqol dili: Увс Нуур - Uvs Nuur, Rus dili: Убса - Ubsa, Tuva dili: Успа-Холь - Uspa Hol), Monqolustanda ən böyük göl. Dəniz səviyyesindən 759 metre hündürlükdə bulunur.
Əkməl Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Əli Nur
Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). == Həyatı == Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.
Ən-Nur
Ən-Nur (ər. النور) — Allahın adlarından biri. Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
Nur Subaşı
Mustafa Nur Subaşı (6 iyun 1941 – 10 mart 2018, İstanbul) — türk teatr aktyoru və səs aktyoru. Ankara Dövlət Konservatoriyasını bitirib. İlk olaraq Ankara Dövlət Teatrında çalışıb. 1979-cu ildə İstanbul Dövlət Teatrı qurulanda ilk təyin olunanlardan biri olub. O, teatrda oynamaqla yanaşı, bir çox filmlərdə də səsləndirib. O, Kanal D ekranlarına gələn unudulmaz Şirinlər cizgi filminin açılış rolları ilə yaddaşlara həkk olunub. O, tətilə getdiyi Salonikidə xəstələndikdən sonra reanimasiya şöbəsinə aparılıb və pnevmoniya diaqnozu qoyulub. 10 mart 2018-ci ildə reanimasiya şöbəsində yatarkən vəfat edib. Üsküdar Tekel səhnəsində təşkil edilən mərasimin ardından cənazəsi Şakirin məscidindən çıxarılaraq Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb. O, aktrisa Defne Solo ilə 3 ay evli olub.
Nur (ad)
Nur — ad. Nur Bayanov — tatar şair. Nur Cahan — Pakistanlı ifaçı və aktrisa. Nur İnayət Xan — II Dünya müharibəsində İngiltərə Xüsusi Əməliyyat Bürosunda xidmət edən ingilis casusu.
Hacı Nuran
Hacı Nuran (Nuran Nəriman oğlu Hüseynov; 31 yanvar 1977, Bakı) — Azərbaycan televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim. == Həyatı == 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanmışdır. Daha sonra Odlar Yurdu Universitetinə daxil olmuşdur. == TV fəaliyyəti == 1994-cü ildə "Şərq" informasiya agentliyində müxbir kimi işləməyə başlamışdır. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" (2017) verilişinin aparıcısı olmuşdur. "Həyat Fondu"nun rəhbəridir.
Haqqın nuru (qəzet)
"Haqqın nuru" — Qafqaz Müsəlmanları İdarəsinin həftəlik dini-ictimai qəzeti == Tarixi == İlk nömrəsi 12 mart 2010-cu ildə nəşr olunmuşdur. Qəzet Azərbaycan və rus dillərində nəşr edilmişdir. == Yubiley nömrələri == 300 – 12.02.2016. == Bağlanması == 2016-cı ildə fəaliyyətini dayandırmışdır. Qəzetin fəaliyyətini dayandırmasına səbəb iqtisadi çətinliklər olmuşdur.
Hidayət Nuriyev
Hidayət Nuriyev (20 yanvar 1941, Borçalı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Hidayət Rəhim oğlu Nuriyev 1941-ci il yanvarın 20-də Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuş, 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1963-cü ilin oktyabr ayından etibarən AMEA Fizika İnstitutunun Elektronoqrafiya laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. Müasir mikroelektronikanin əsasını təşkil edən yarımkeçiricilərin nazik epitaksial təbəqələrinin müxtəlif altlıqlar üzərində böyümə xüsusiyyətlərinin kristal quruluşunun, səthinin morfologiyasının elektrofiziki, fotoelektrik optik xassələrinin tədqiqi ilə məşğul olmuş, onların əsasında fotohəssas P-n homo-hetero keçidlərin alınması, fotoqəbuledicilərin hazırlanması və tədqiqi istiqamətində elmi işlər aparmışdır. Baş laborant vəzifəsindən professor rütbəsinədək yüksəlmişdir. 1971-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1992-ci ildən professordur. == Elmi fəaliyyəti == Hidayət Nuriyevin elmi fəaliyyəti yarımkeçirici birləşmələrin və bərk məhlulların yüksək kristal mükəmməlliyə malik nazik epitaksial təbəqələrinin alınmasından ,onların əsasında müxtəlif təyinatlı fotohəssas strukturların hazırlanmasından və tətbiqindən ibarətdir. Bununla əlaqədar olaraq nazik epitaksial təbəqələrin müxtəlif altlıqlar üzərində böyümə xüsusiyyətləri kristal mükəmməlliyi, kristal quruluşu, səthinin morfologiyası, bircinsliliyi, elektrofiziki, fotoelektrik, optik xassələri müasir metodlarla tədqiq olunur, onların əsasında fotohəssas P-n homo-hetero keçidlər yaradılır və müxtəlif təyinatlı strukturlar hazırlanır. Tədqiqat işlərində elektronoqrafiya, rentgendifraktometriya, elektronmikroskopiya, ojespektrometriya metodlarından və uyğun olaraq müasir qurğulardan istifadə olunur. Hidayət Nuriyev 1963-1973 illər ərzində AMEA-nın Fizika İnstitutunda işləmiş, namizədik dissertasiyası mudafiə etmiş, böyük elmi işçi vəzifəsində calışmışdır. Onun elmi təşkilatçılıq bacarığı əsasən 1973-2002-ci illərdə çalışdığı AMEA-nın Fotoelektronika İnstitutunda özünü daha qabarıq şəkildə büruzə vermişdir.
Hikmət Nuriyev
Hüseynqulu xan Nuri
Hüseynqulu xan Nuri (1850–1899) — İranın Qacar dövrünün səfiri, dövlət xadimi == Həyatı == Hüseynqulu xan Mirzə Ağa xan oğlu 1850-ci ildə anadan olmuşdur. Hüseynqulu xan Nuri İranda "Hacı Vaşinqton" adı ilə tanınırdı. O, İranın Fransa, ABŞ və başqa ölkələrdə səfiri olmuşdu. Hüseynqulu xan Nuri 1899-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Həbib Nurmaqomedov
Həbib Əbdülmanaf oğlu Nurməhəmmədov (rus. Хабиб Абдулманапович Нурмагомедов; avar. ХIабиб ГӀабдулманапил НурмухӀамадов; 20 sentyabr 1988, Sildi[d], Dağıstan MSSR) — Avar əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkili çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir. == Bioqrafiya == Milliyətcə avar olan Həbib Nurməhəmmədov 1988-ci ilin 20 sentyabr tarixində Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olmuşdur. Uşaqlığı atası Əbdülmanaf Nurməhəmmədovun rəhbərliyi altında təlim keçib. ABŞ-də yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir. == Karyera == 21 yanvar 2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü oldu. Döyüş, Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatdı. Amerikalılar dərhal Nurməhəmmədovun güləş üzrə yüksək səviyyəli təlimini qeyd etdilər.. 7 iyul 2012-ci ildə Həbib Nevada ştatının Las-Veqas şəhərində UFC 148-də dünyanın ən yaxşı 15 döyüşçüləri arasında yer alaraq, braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya qarşı Amerika UFC turniri altında ikinci mübarizəsi keçirildi.
Həbib Nurməhəmmədov
Həbib Əbdülmanaf oğlu Nurməhəmmədov (rus. Хабиб Абдулманапович Нурмагомедов; avar. ХIабиб ГӀабдулманапил НурмухӀамадов; 20 sentyabr 1988, Sildi[d], Dağıstan MSSR) — Avar əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya, pankration üzrə isə Avropa çempionu, hazırkı UFC turniri üzrə yüngül çəkili çempion, UFC turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülmüş, Rusiya çempionatının finalçısı və kubokun qalibidir. == Bioqrafiya == Milliyətcə avar olan Həbib Nurməhəmmədov 1988-ci ilin 20 sentyabr tarixində Dağıstan Respublikasının Tsumada rayonunun Sildi kəndində anadan olmuşdur. Uşaqlığı atası Əbdülmanaf Nurməhəmmədovun rəhbərliyi altında təlim keçib. ABŞ-də yaşadığı müddətdə, AKA zalında (Amerika Kikboksinq Akademiyası) Xavyer Mendesin rəhbərliyi altında məşq edir. == Karyera == 21 yanvar 2012-ci ildə Həbibin UFC-nin Amerika təşviqi himayəsi altında ilk döyüşü oldu. Döyüş, Kamal Şalorusun 3-cü turda təslim olması ilə sona çatdı. Amerikalılar dərhal Nurməhəmmədovun güləş üzrə yüksək səviyyəli təlimini qeyd etdilər.. 7 iyul 2012-ci ildə Həbib Nevada ştatının Las-Veqas şəhərində UFC 148-də dünyanın ən yaxşı 15 döyüşçüləri arasında yer alaraq, braziliyalı yüngül çəki döyüşçüsü Qleyson Tibauya qarşı Amerika UFC turniri altında ikinci mübarizəsi keçirildi.
Həsən Nuran (Üşnəviyyə)
Həsən Nuran (fars. حسن نوران‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 614 nəfər yaşayır (131 ailə).
Kadriye Nurmambet
Kadriye Nurmambet (rum. Kadriye Nurmambet, krımtat. Qadriye Nurmambet, 21 avqust 1933, Dobriç[d] – 31 yanvar 2023, Buxarest) — Rumıniyada krımtatar əsilli xalq mahnılarının ifaçısı və folklorşunas. Kadriye ölkədə Dobruca bülbülü adını almışdır. == Bioqrafiyası == Kadriye Nurmambet 21 avqust 1933-cü ildə Rumıniya krallığı, Doburca vilayəti ərazisində (indiki Dobriç, Bolqarıstan) krımtatatr ailəsində anadan olmuşdur. Onun atası artilleriya zabiti olmuşdur. Runımiya İkinci Dünya müharibəsinin əvvəllərində Cənubi Doburcanı Bolqarıstana güzəştə gedərkən, atası şimala, Mecidiyəyə köçür. Burada qarnizon komandiri vəzifəsində çalışır. O, Buxarest Universitetində hüquq fakültəsinə daxil olur. 1957-ci ildə isə universiteti bitirir.
Kamil Nurəhmədov
Kamil Kamal oğlu Nurəhmədov (10 iyun 1991-ci ildə Qusarın Şirvanovka kəndində anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == === Çempionat === 2011-12 -ci illər mövsümündə Kamil Nurəhmədov Sumqayıt klubunda bir mövsüm keçirdikdən sonra Neftçi Bakı klubuna icarəyə verilmişdir. Bu mövsüm Kamilin ən yaxşı mövsümlərindən birini hesab olunur. Kamil kimyaçıların tərkibində bütün turnirlər daxil olmaqla ümumilikdə 32 oyuna çıxmış və rəqib qapılarından 4 qol keçirməyi bacarmışdır. Bu nəticə ilə o, yerli futbolçuların arasında bir mövsüm ərzində keçirilən oyunların sayına görə rekord vurmuşdur. Yayda Kamil Neftçi Bakı klubuna transfer olmuş və bir mövsüm bu klubda çıxış etmişdir. 2013-cü ilin iyulunda Kamil Nurəhmədov yay transfer pəncərəsi zamanı Rəvan klubu bir illik müqavilə imzalamışdır. === Кубок === Kamil Azərbaycan Kubokunda 4 klubun tərkibində 7 oyuna çıxmışdır. == Avropa Liqası == Kamil Nurəhmədov 4 oktyabr 2011-ci ildə Neftçi Bakı klubunun üzvü olaraq UEFA Avropa Liqasının H qrupunda İnter Milan klubuna qarşı oyunda iştirak etmişdir.
Kuh-i-Nur
Kuh-i-Nur (fa. کوہ نور, "İşıq dağı") — 105 karat ağırlığında olan və Böyük Britaniya tacının bir hissəsi olan qiymətli almaz daş. Dünyanın ən böyük almazıdır. == Haqqında == Almazın digər tayı hesab olunan Dərya-i-Nur ("Dəniz işığı") almazının Hindistanının Andhra Pradeş ştatında olduğu düşünülür. Almaz müxtəlif zamanlarda Hindu, Rajput, İran, Əfqan, Siqx və sonda almazı talayan ingilislərin olmuşdur. 1850-ci ildə almaz İngiltərənin Ost-Hind şirkəti tərəfindən Duleep Sinqdə ələ keçirilmiş və Kraliça Viktoriya 1877-ci ildə Hindistan kraliça olunanda İngiltərə Kral Zinət Əşyalarının bir hissəsinə çevrilmişdir. Hindistan ilə müharibə etdikdən sonra Nadir şah Əfşarın əlinə keçən almaz XVIII əsrdə Kuh-i-Nur adlandırılmadan öncə Syamantaka-Mani, Madnayak ya da "Qiymətli daşların Kralı" olaraq tanınırdı. Almaz hal-hazırda Britaniya tacının bir hissəsidir.
Könül Nurullayeva
Könül Oruc qızı Nurullayeva (1 dekabr 1985, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI və Vİİ çağırış deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi (2009-2016), 2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulmuş "İdmanda Gender Bərabərliyi" Komitəsinin üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri, COP29 Təkilat Komitəsinin üzvü. == Həyatı == Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 1992–2000-ci illərdə N.Tusi adına orta məktəbdə təhsil alıb. 2000–2003-cü illərdə 6 saylı orta məktəbi bitirdikdən sonra 2003–2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsilini davam etdirib. 2008–2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnib. 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda dissertantdır. 2019-cu ilin sentyabrından isə İsveçrə Biznes Universitetində MBA proqramı üzrə təhsil alır. == Siyasi-ictimai fəaliyyəti == === Milli Məclis === Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı seçkilərində Könül Nurullayeva bitərəf namizəd olaraq Bakı şəhəri 24 saylı Nizami rayonu birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun isə rəhbəridir. Könül Nurullayeva 2020-ci ilin aprel ayından etibarən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.
Kürəkən Nuri Paşa
Mehmed Nuri Paşa (d. 1840 - ö. 21 iyul 1890) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləziz dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcid dönəmi dövlət adamlarından Arif Paşa idi. Gənc yaşda saraya girdiyi bilinsə də, tutduğu vəzifələr haqqında yetərli məlumat yoxdur. 24 mart 1859-cu ildə Sultan Əbdülməcidin qızlarından Fatma Sultanla nigahlandı. Nigahın ardından sultanın Baltalimanındakı sarayında yaşamağa başlayan cütlüyün Sultanzadə Mehmed Fuad bəy (ö. iyul 1862) adlı oğlu və Əminə Lütfiyə xanım Sultan (ö. 13 avqust 1865) adlı qızı dünyaya gəlsə də, hər iki övladı uşaq yaşlarında vəfat etdi. 30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra tutulduğu Fəriyə sarayında şübhəli şəkildə qətlə yetirilməsində yaxından iştirak etdi.
Laura Nurmsalu
Laura Nurmsalu (6 iyun 1994) — Estoniyalı oxatan. Laura Nurmsalu Estoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Laura Nurmsalu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Veronika Marçeko ilə üz-üzə gəldi. Həmin görüşdə Laura Nurmsalu rəqibinə 0:6 hesabı ilə uduzdu.
Lütfəli Nuriyev
Lütfəli Cahangir oğlu Nuriyev (15 may 1916, Yelizavetpol – 9 dekabr 1984) — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976) == Həyatı == Lütfəli Cahangir oğlu Nuriyev 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində anadan olub. Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib. Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib. == Fəaliyyəti == Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb. 1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.
Mais Nuriyev
Mais Nuriyev — xoreoqraf, İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasinin sədri, Milanda "Aida " və "Orizon" Rəqs Akademiyasinin və Milan Konservatoriyasının professoru. == Həyatı == 1982-ci ildə Bakı Xoreografiya Məktəbində təhsil almışdır. 1974 −86 Azərbaycan Dovlət Rəqs Ansamblında rəqqas kimi fəaliyyət göstərmişdir. 1975–1977 hərbi xidmət olmuşdur. 1974–1982 Azərbaycan Dövlət İncəsənət İnstitutunda rejissor təhsili alıb. 1984–1989-cu Azerbaycan Respublikasi Mədəniyyət Nazirliyinin təyinatı ilə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti Universitetində(QITIS) baletmeysterlik təhsili alıb. 1986 – 89-cu illərdə Mədəniyyət Nazirliyinin təyinati ilə Naxçivan "Araz" Dovlət mahnı və rəqs ansamblı və Azərbaycan Dövlət "Göy Göl " mahni və rəqs ansamblında baletmeyster olmuşdur. 1989 – 92-ci illərdə Bakı Xoreqrafiya məktəbi dünya xalq rəqsləri, xarakterik rəqs müəllimi kimi fəaliyyət göstərmişdir. 1989–96-cı illərdə Teatr Xadimləri İttifaqi "Bulaq" Rəqs Teatrının, 1992 – 93-cü illərdə isə Azərbaycan Müdafiə Naziyliyi, Hərbi Dəniz Qüvvələri mahnı və rəqs ansamblında bədii rəhbər olmuşdur. 2000-ci ildən bu günədək Milan "Orizondanza" rəqs akademiyası / dünya xalq rəqsləri, xarakterik və klassik rəqs dosenti, 2000–2003-cü illərdə Milan Bələdiyyəsi mədəniyyət şöbəsi / dünya xalq rəqsləri müəllimi, 2007-ci ildən isə İtaliyanın bir sıra rəqs akademiyalarında Origami, LEcole Ballet (Neapol), Cizel dans (Porto San Giorgio) Arte e Spettacolo — Monza (Milan) , Teatr Alla Skala ilə birgə əməkdaşlıq edən " Aida " Peşəkar Rəqssasların İxtisaslaşma Mərkəzi akademiyasında dünya xalq rəqsləri üzrə dosent kimi fəaliyyət göstərmişdir.
Mehrdad Nuri
Mehrdad Nuri — İran futbolçusu, Traktor Sazi klubunun yarımmüdafiəçisi.
Mirzə Ağa xan Nuri
Mirzə Ağa xan Nuri (Farsca: میرزا آقاخان نوری) (d.1807 — öl.1865)-Qacarlar dövrünün dövlət xadimi, baş nazir. == Həyatı == Mirzə Ağa xan Mirzə Əsədulla xan oğlu Nuri 1807-ci ildə Tehran şəhərində anadan olmuşdu. Mirzə Ağa xan Nuri 1865-ci ildə Tehran şəhərində vəfat etmişdi.
Mirzə Məhəmmədzəki xan Nuri
Mirzə Məhəmmədzəki xan Nuri (?-?)-1828-1829-cu illərdə Fars əyalətinin vəziri, 1829-cu ildən Kerman əyalətinin vəziri, İran ordusunun komandanı == Ailəsi == Fətəli şahın qızı Səid bəyim Həmdəm Sultan Şahzadə xanımla ailə qurmuşdu.Nemətulla xan, Xeyrulla xan, Abbasqulu xan adlı oğlanları vardı.
Mirzə Nurulla xan Yekani
Mirzə Nurulla xan Yekani (1873-?) — İran Məşrutə hərakatının fəal üzvü. == Həyatı == Mirzə Nurulla xan Ağa bəy oğlu 1873-cü ildə Yekan mahalının Yekan kəhrizi kəndində anadan olmuşdu. İbtidai təhsilini doğma kəndlərində almışdı. Şimali Azərbaycana gəlmiş burda bir müddət çalışmışdı. Mirzə Nurulla xan Məşrutə hərəkatına qoşulmuşdu. Qohumları Qoçəli xan, Baxşalı xan, Şirəli xan və başqaları ilə çiyin-çiyinə istibdada qarşı mübarizə aparmışdı. Mücahidlərə başçılıq etmişdi. Qaynaqlarda yazılır: “Qafqaz mücahidləri, beynəlmilçilərlə birlikdə Mirzə Nurulla xan Yekaninin və Qoçəli xanın başçılıq etdikləri mücahidlər Ələmdardan hərəkat edərək noyabrın 21-də Xoyun şimalında yerləşən Evoğlu kəndində toplandılar. Mücahidlərə qarşı göndərilmiş Maku qoşun hissələri bu kəndə yaxın olan Bilvar kəndində yerləşib mücahid dəstələrinin Xoya hərəkət etməsinə imkan verməli idilər. Lakin onlar mücahid dəstələrinin Xoya hücumunun qarşısını ala bilmədilər.
Mirzə Əbdülvəhab xan Nuri
Mirzə Əbdülvəhab xan bin Mirzə Kazım xan Nuri (1849-?) — Mirzə Ağa xan Nurinin nəvəsi, ictimai xadim. == Həyatı == Mirzə Əbdülvəhab xan Mirzə Kazım xan Nuri oğlu 1849-cu ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl ailə təhsili almışdı. Nizamülmülk ləqəbini daşıyırdı.
Mədəni Məhməd Nuri
Mədəni Mehmet Nuri (24 noyabr 1859, Üsküdar – 29 iyul 1927, Üsküdar, İstanbul ili) —Osmanlı imperiyasının son şeyxülislamı. == Həyatı == Bütün Osmanlı müəssisələrində olduğu kimi, bu müəssisə də, XVI əsrin son illərindən və xüsusilə XVII əsrdən etibarən yavaş-yavaş tənəzzülə üz tutmuşdur. Beləliklə, tarixi seyri içində keçirdiyi müxtəlif mərhələlərdən sonra nəhayət, şeyxülislam Mədəni Mehmet Nuri əfəndinin (1920–1922), daxil olduğu son Osmanlı kadrı ilə birlikdə istefası nəticəsində şeyxülislamlıq vəzifəsi, Osmanlılarla birlikdə İslam aləmində də ortadan qalxaraq tarixə keçdi. 24 noyabr 1859-cu ildə İstanbulun Üsküdar Sultantəpəsində anadan olub. Atası 1821–1896-cı illərdə İstanbulda yaşamış və öldüyü zaman "Tədqiqat-i Şər'iyyə Məclisi"nın sədri, Anadolu və Rumeli Qazəsgəri dərəcəli, baş münəccin əl-Hac, es-Seyyid Tarsusizadə Osman Kamil Əfəndi (İstanbuldan)), anası isə Fındıkzadə (Fındıkgil) Şərifə Hatice xanımdır. İstanbulun Vəfa səmtində böyüyən Mədəni Mehmet Nuri Əfəndi ibtidai təhsilə atası ilə başlamış, Şehzade və Fatih məscidi mədrəsələrini, Mekteb-i Nüvvabı bitirmiş, İstanbul müdərrisi olmuşdur. Zamanla yüksəldi və Mahreç rütbəsi aldı. 22 yaşında rus maaşı ilə işə başlamış və Osmanlı hüquq təşkilatının müxtəlif qurumlarında tədricən yüksəlmiş və 1912-ci ildə Misirin qazısı olmuşdur. 1912-ci ilin martından 1915-ci ilin avqustuna qədər Qahirədə yaşamış və Misirin qazısı olmuş, daha sonra Adana vilayətinin mərkəzi kadısı vəzifəsinə təyin edilmiş və bir ay sonra istefa edərək qazılıqdan ayrılmışdır. 1920-ci ildə aldığı Anadolu Qazəsgəri rütbəsi ilə defakto qazəsgər olaraq çalışmış, 26 sentyabr 1920-ci ildə Şeyxülislam təyin edilmiş, hökumət istefa verəndə ayrılmış və sonuncu Osmanlı kabineti qurulanda, 1920-ci il noyabrın 4-də yenidən Şeyxülislam təyin olunmuşdur.
Məhəmməd Nuri
Məhəmməd Nuri (22 dekabr 1929, Rəşt – 31 iyul 2010, Tehran) — İranın qabaqcıl xalq və pop müğənnilərindən biri idi. O, Tehran Universitetində ingilis dili və ədəbiyyatı öyrənmişdir, lakin öz peşəkar karyerasını musiqidə davam etdirdi.. O,Fars dili ilə yanaşı, Azərbaycan dilində də mahnılar ifa edib."Nazənin-e-Məryəm" ya "Can-e Məryəm" onun fars dilinəki ən gözəl mahnılarındandır.
Məhəmməd Nuri Sarıkərimli
Məhəmməd Sarıkərimli və ya Məhəmmədnuru Berköz (türk. Mehmet Nuri Berköz; 1889, Nuxa – 18 yanvar 1975, İstanbul) — əslən Şəkidən olan Osmanlı dövlətinin və Türkiyə Respublikasının zabiti, general-leytenant, tanınmış hərbi xadim və Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı. == Həyatının ilk illəri == Məhəmməd Hacı İlyas oğlu Sarıkərimli 1889-cu ildə Şəkidə anadan olub. İbtidai təhsilini Şəkidəki rus-tatar məktəbində almışdır. İbtidai təhsilini başa vurduqdan sonra atası Hacı İlyas Sarıkərimli XX əsrin əvvəllərində Osmanlı dövlətinə köçməyə qərar vermişdir. Ailənin Bursaya yerləşməsindən qısa müddət sonra Hacı İlyas Sarəkərimli vəfat etmişdir. == Təhsili == O və qardaşı Bursaya yerləşdikdən sonra Bursadakı Hərbi liseyə qəbul olmuş, buradakı təhsillərini başa vurduqdan sonra Bursa Ali Hərbi Məktəbinə (bugünkü İşıqlar Hərbi Hava Qüvvələri Ali Məktəbi) qəbul olmuşdur. 1909-cu ildə buradakı təhsilini də başa vuraraq Osmanlı Hərb Akademiyasına qəbul olmuşdur. 1912-ci ildə buranı bitirərək leytenant rütbəsi ilə Osmanlı ordusu sıralarında hərbi xidmətə başlamışdır. == Hərbi karyerası == === Birinci Dünya müharibəsindən əvvəl === 1912-ci ilin mart ayında leytenant olaraq əvvəlcə Vanda XI Ordu korpusu, XXXIII tümən, 97-ci alay, I tabor, II bölüyün taqım komandanlığına təyin edilmiş, 1913-cü ilin aprelində isə Vandakı 52-ci alayın birinci bölüyünə təyin edilərək, gerilla döyüşü təşkil etməsi və rus ordusunun analiz edilməsi üçün qısa bir müddətlik Cənubi Azərbaycana göndərilmişdir.
Məhəmməd Nuriyev
Nuriyev Məhəmməd Nurməhəmməd oğlu — texnika elmlər doktoru, professor, Xəzər Universitetinin akademik işlər üzrə prorektoru. == Həyatı == Məhəmməd Nuriyev 1946-cı il aprelin 10-da Zaqatala rayonunun Mazıx kəndində anadan olmuşdur. 1964-cü ildə Zaqatalada 2 saylı orta məktəbi qızıl medalla, 1969-cu ildə isə Azərbaycan Neft və Kimya İnstitututunu fərqlənmə diplomu ilə bitirmişdir. 1969–1997-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda işləmişdir. 1975-ci ildə texnika elmləri namizədi, 1992-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 1996-cı ildə professor elmi adı almışdır. 1997-ci ildən indiyə kimi Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin dekanı, İqtisadiyyat və menecment kafedrasının müdiri və MBA proqram direktoru vəzifələrində işləmişdir. 1998-ci ildən Xəzər Universitetinin birinci prorektoru olmuş, hal-hazırda Xəzər Universitetinin Akademik işlər (tədris və elmi-tədqiqat) üzrə prorektorudur. M. Nuriyevin elmi axtarışları riyazi və süni intellekt üsulları əsasında istehsalın idarə edilməsi, makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma məsələlərinin həllinə həsr olunmuşdur. O, Xəzər Universitəsində biznes sahəsində yüksək keyfiyyətli kadr hazırlığının təmin edilməsində həlledici rol oynamışdır. == Əsas elmi əsərləri == Методы и модели планирования нефтеперерабатывающих производств в условиях неполной информации.

Значение слова в других словарях