NURİDƏ

Bu söz ərəb (nur) və fars (didə) kəlmələrinin birləşməsindən əmələ gəlmiş, əvvəl Nurididə kimi olmuş, sonra Nuridə şəklinə düşmüşdür. Mənası “göz işığı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

NUNATAK
NURULLAH
OBASTAN VİKİ
Nuridə Atəşi
Nuridə Atəşi (Qədirova) və ya Nuridə Atəşi — Məşhur azərbaycanlı yazar, Qafqazın arxeologiyası və tarixi üzrə ixtisaslaşmışdır alim, pedaqoq və tarixçi. Almaniyada N.Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Almaniya Jurnalistlər İttifaqının "Berlin bərabər imkanlar" komitəsinin sədr müavini Alman-Azərbaycan Dostluq və Mədəniyyət Cəmiyyətinin sədri və Almaniya Jurnalistlər Birliyinin üzvüdür == Həyatı == Nuridə Qədirova - Atəşi (22 avqust 1965) Azərbaycanın Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. == Yaradıcılığı == Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlamış, ilk şeiri 1983-cü ildə "Ədəbiyyat" qəzetində nəşr edilmiş və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməmişdir. Özünə Atəşi təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olmuşdur. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələmişdir. Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi "Neylərsən" mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir. Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir. 1982–1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, 1984–1989-cu illər Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsində təhsil almışdır. Azərbaycan Dövlət İncəsənət Muzeyində çalışmışdır.
Nuridə Qurbanova
Nuridə Qurbanova – Azərbaycan parapsixoloqu. Rusiya mətbuatı tərəfindən "Azəraycanın Vanqası" adlandırılmışdır. Uzun illər Rusiyada yaşamışdır. == Həyatı == Nuridə Qurbanova Azərbaycanın Şuşa şəhərində doğulmuşdur. 10 yaşında olanda ildırım vurması nəticəsində 40 günlük komaya düşmüş və deyilənə görə bu hadisədən sonra ərəb dilində danışmağa və Quran oxumağa başlamışdır. Qurbanovanın şəfaverici qabiliyyəti "ENİOM" Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən də təsdiq edilmişdir. == Mükafatları == Nuridə Qurbanova Moskva şəfavericiləri reyestrinə daxil edilmişdir. O, "Rusiyada XX əsrin son onilliyinin ən yaxşı şəfavericisi" müsabiqəsinin laureatı, Rusiya filosofiya elmləri doktoru və enerji informasiya elmləri namizədi, komplementar tibb sahəsi üzrə verilən "Magistr ulduzu" mükafatının qalibi, M. Nostradamus adına Proskopik Elmlər Akademiyasının "Elmin və təcrübənin metri" adının sahibi, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının "İlin ekstrasensi" və "Fəxri ekstrasens" mükafatlarının qalibi olmuşdur. 2015-ci ildə Rusiya Federasiyasının İctimai medallar və xatirə nişanları komissiyasının qərarına əsasən "Mərhəmət və xeyriyyəçiliyə görə" medalı ilə mükafatlandırılmış və mükafatı Ruşan Simbatulin tərəfindən qəbul etmişdir.2018-ci ildə Bolqarıstanın paytaxtında "Otkrıtiye" Beynəlxalq Fondu tərəfindən "Azərbaycan Vanqası" fəxri diplomu və "Bolqar qızılgülü" medalı ilə təltif edilmişdir. Norveçdə "Sülh üçün Dialoq" təşkilatı tərəfindən "Sülh elçisi" mükafatına layiq görülən görülmüş və bu mükafatı Norveçin baş naziri Şyel Mayne Bondevik tərəfindən qəbul etmişdir.
Zaur Nuridəliyev
Zaur İsmayıl oğlu Nudirəliyev (1 sentyabr 1978; Bakı, Azərbaycan SSR — 4 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Kürdəmir aviabazasının Komandirinin uçuş hazırlığı üzrə müavini, USTA dərəcəli pilot, "Su-25" hücum təyyarəsinin pilotu, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmişdir və Azərbaycan Ordusunun Komandanlığı bu işi Zaur Nudirəliyevə tapşırmışdır. Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer müşaiyətli bombaların birinci atışını reallaşdırmışdır. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilmişdir, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində həlak olmuşdur. Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. Həmçinin o, 1941-ci ildən sonra "Atəş ramı" reallaşdıran birinci pilotdur. == Həyatı == Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarında atasını itirib. === Təhsili === Zaur Nudirəliyev 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ilə qədər orada təhsil almışdır.

Digər lüğətlərdə

бесприме́рность вербова́ние геростра́т дегенера́тка зо́бик изборозди́ть ламаи́тский отста́ивать роди́мый фа́рсовый барчо́нок за́поведь комка́ми мандаво́ха переползти́ проки́снуть сре́зывание технологи́чески кротить prelusive snowmelt upstream vine culture доменщик покупщик