Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələkbər Qafil
Ələkbər Qafil (1818, Şamaxı – 1891, Şamaxı) — Azərbaycan şairi. Şamaxıda “Beytüs-Səfa” ədəbi məclisinin üzvü.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Qatil
Qatil — qətli törədən cinayətkar şəxsə verilən addır. Öldürən, adam öldürən, cani deməkdir.
Kafil (Çaypara)
Kafil (fars. كفيل‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (25 ailə).
Muzdlu qatil
Muzdlu qatil — bir şəxsi və ya şəxsləri öldürmək üçün pul ilə müqavilə əsasında fəaliyyət göstərən cinayətkar. Bəzən hegomon qruplar və ya şəxslər arasında düşən mübahisəni muzdlu qatil tutmaqla və kiminsə öldürülməsi ilə son qoyulur. Əsasən ABŞ, Yaponiya, Rusiya və İtaliya kimi dövlətlərdə, mafiyanın ayaq açıb yeridiyi ölkələrdə bu cinayətkar qatillərdən tez-tez istifadə olunur. Türkiyədə də siyasi qətillər zamanı, dərin dövlətin istəmədiyi şəxsləri aradan qaldırmaq üçün muzdlu qatillərdən istifadə olunduğu ehtimal olunur. Muzdlu qatillər əsasən keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından təşkil olunurlar.
Qabil Abbasoğlu
Qabil Abbas oğlu Rüstəmov (16 dekabr 1968, Eyvazlılar, Jdanov rayonu) — 2008-2021-ci illərdə "Lent.az" informasiya agentliyinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Pressklub.az saytının baş redaktoru == Həyat və fəaliyyəti == Qabil Abbasoğlu 1968-ci il dekabr ayının 16-da Beyləqan rayonunun Eyvazalılar kəndində dünyaya gəlib. 1975-1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1986-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. 1992-ci ildə mühəndis-mexanik ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildən "Yeni Müsavat" qəzeti ilə əməkdaşlıq edərək, jurnalist fəaliyyətinə başlayıb. 1992-ci ildə AzərTAc-ın Gəncəbasar İnformasiya mərkəzinin baş redaktoru olub. 1993-cü ildən fəaliyyətini Bakıda - "Cümhuriyyət", "Müxalifət" və "Yeni Müsavat" qəzetlərində baş redaktorun müavini, şöbə redaktoru kimi davam etdirib. 2005-ci ilin yanvar ayına qədər "Yeni Müsavat", həmin ilin fevral ayında isə "Gün-səhər" qəzetlərində müvafiq olaraq, baş redaktorun müavini və baş redaktor kimi fəaliyyət göstərib. 2008-ci ilin iyun ayında Lent.az saytının rəhbəri vəzifəsinə təyin olunub. 2021-ci ildən Pressklub.az saytının baş redaktorudur.
Qabil Ağayev
Qabil Qayıbalı oğlu Ağayev (12 dekabr 1969 və ya 9 yanvar 1969, Həmyəli, Şamaxı rayonu – 31 yanvar 1999, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 1999-cu ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Qabil Ağayev 9 yanvar 1969-cu ildə Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1995-ci ildə hərbi xidmətə yollanan Qabil Ağayev 1999-cu il 31 yanvarda Azərbaycan-Ermənistan təmas xəttinin Tovuz rayonunu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Qabil Ağayev doğluduğu Şamaxı rayonunun Həmyəli kəndində dəfn olunub.
Qabil Hüseynli
Qabil İsmixan oğlu Hüseynli və ya Qabil İsmixan oğlu Hüseynov (10 noyabr 1953, Seydimli, Mirbəşir rayonu) — Azərbaycan Demokratik İstiqlal Partiyasının sabiq sədri, Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Qabil Hüseynli 10 noyabr 1953-cü il tarixində Mirbəşir rayonunun Seydimli kəndində anadan olmuşdur. Seydimli kənd orta məktəbində təhsil almışdır. 7-ci sinifdən etibarən Tərtər rayonunda nəşr olunan "Qızıl bayraq" qəzetinin Seydimli kəndi üzrə müxbiri olmuşdur. 9–10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxumuşdur. Qabil Hüseynli ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda almışdır.Qabil Hüseynli 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını almışdır.Qabil Hüseynli və Heydər Əliyev arasında səmimi dostluq münasibəti olmuşdur. === Ailəsi === Atası İsmixan Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı, baş serjant olmuşdur. Ailədə 8 uşaq — 2 qız, 6 oğlan olmuşdurlar. Qabil Hüseynli ailənin 5-ci uşağı olmuşdur.
Qabil Hüseynov
Qabil İsmixan oğlu Hüseynli və ya Qabil İsmixan oğlu Hüseynov (10 noyabr 1953, Seydimli, Mirbəşir rayonu) — Azərbaycan Demokratik İstiqlal Partiyasının sabiq sədri, Azərbaycanın sabiq dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Qabil Hüseynli 10 noyabr 1953-cü il tarixində Mirbəşir rayonunun Seydimli kəndində anadan olmuşdur. Seydimli kənd orta məktəbində təhsil almışdır. 7-ci sinifdən etibarən Tərtər rayonunda nəşr olunan "Qızıl bayraq" qəzetinin Seydimli kəndi üzrə müxbiri olmuşdur. 9–10-cu sinifləri Cəmilli kəndindəki tam orta məktəbdə oxumuşdur. Qabil Hüseynli ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda almışdır.Qabil Hüseynli 1977-ci ildən Azərbaycan Politexnik İnstitutunun fəlsəfə və politologiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildə fəlsəfə elmləri namizədi, 1991-ci ildə isə fəlsəfə elmləri doktoru elmi adını almışdır.Qabil Hüseynli və Heydər Əliyev arasında səmimi dostluq münasibəti olmuşdur. === Ailəsi === Atası İsmixan Hüseynov İkinci Dünya müharibəsi iştirakçısı, baş serjant olmuşdur. Ailədə 8 uşaq — 2 qız, 6 oğlan olmuşdurlar. Qabil Hüseynli ailənin 5-ci uşağı olmuşdur.
Qabil Manafov
Manafov Qabil Nadir oğlu — Əməkdar müəllim (2011), professor. == Həyatı == Manafov Qabil Nadir oğlu 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra D.Bünyadzadə adına AXTİ-nə (indiki ADİU) daxil olmuş və oranı 1974-cü ildə bitirərək iqtisadçı, siyasi-iqtisad müəllimi ixtisasını almışdır. 1974—1976-cı illərdə təyinatı üzrə Azərbaycan Dövlət Plan komitəsi nəzdində iqtisadçı vəzifəsində çalışmışdır. 1975-ci ildə ordu sıralarında xidmət etmişdir. 1976—1979-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası nəzdində İqtisadiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1982-ci ildə "Siyasi iqtisad" ixtisası üzrə namizədlik, 2003-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1980—1982-ci illərdə V.İ.Lenin adına APİ-da (indiki N.Tusi adına APU) "Siyasi iqtisad" kafedrasında laborant vəzifəsində işləmişdir. 1982-ci ilin noyabrından indiki dövrə qədər ADİU-nin "İqtisadi nəzəriyyə-2" kafedrasında çalışır. Bu dövrdə o, baş laborantdan başlamış, professor vəzifəsinədək yüksəlmişdir.
Qabil Mehdixanlı
Qabil Əzizulla oğlu Quliyev (d. 19 aprel 1949) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). == Həyatı == Qabil Mehdixanlı 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, ilk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil almışdır. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışmışdır. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edir. O burada kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir. Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür və taleyini Lənkəran Dövlət Dram Teatrına bağlayır.Ailəlidir, iki qız övladı var.
Qabil Mehdiyev
Qabil Mehdiyev (tam adı: Qabil Sabir oğlu Mehdiyev; d. 1 may 1977, Naxçıvan, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti və Respublikanın Fəxri bədən tərbiyəsi və idman işçisidir. "Tərəqqi" medalı ilə təltif olunub. "Qızıl qələm" mükafatı laureatıdır. Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının sabiq prezidenti. == Həyatı == 1977-ci il may ayının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Ailəlidir. Bir qızı və bir oğlu var. === Təhsili === 1984-cü ildə C. Məmmədquluzadə adına Nehrəm kənd 1 saylı orta məktəbinə daxil olub, 1994-cü ildə həmin məktəbi bitirib.1994-cü ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna (Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası adlanır) daxil olaraq, 1998-ci ildə həmin institutu politoloq ixtisası üzrə bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bakalavr, 2014-cü ildə isə magistr səviyyəsi üzrə bitirib.
Qabil Orucəliyev
Qabil Əbdüləli oğlu Orucəliyev (15 sentyabr 1991, Naxçıvan – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. Qabil Orucəliyev ailəli idi, şəhid olmadan 4 gün əvvəl, 29 mart günündən oğul övladı dünyaya gəldi. Oğluna atasının adı qoyuldu, (Qabil Qabil oğlu Orucəliyev). == Hərbi xidməti == Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Orucəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Qabil Quliyev
Qabil Əzizulla oğlu Quliyev (d. 19 aprel 1949) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). == Həyatı == Qabil Mehdixanlı 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. O, ilk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır. 1966-cı ildə orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil almışdır. Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışmışdır. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edir. O burada kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir. Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür və taleyini Lənkəran Dövlət Dram Teatrına bağlayır.Ailəlidir, iki qız övladı var.
Qabil İmamverdiyev
Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926 - 4 aprel 2007) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən AYİ-nin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976). == Həyatı == Qabil İmamverdiyev 12 avqust 1926-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir. AYB Ağsaqqallar Şurasının sədri olmuşdur. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.
Qabil Əliyev
Qabil Əliyev (tarixçi)
Qatil balina
Qatil balina (lat. Orcinus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin cütdırnaqlılar dəstəsinin delfinlər fəsiləsinə aid heyvan cinsi.
Qatil dalğaları
Qatil dalğaları (doqquzuncu dalğa, gəzən dalğalar, canavar dalğaları, ağ dalğa, ing. rogue wave — yaramaz dalğa, freak wave — dəli dalğa; fr. onde scélérate — cani dalğa, galéjade — pis zarafat) — 20-30 metr hündürlüyündə (və bəzən daha da çox) okeanda yaranan, dəniz dalğalarına xas olmayan davranışa sahib nəhəng tək dalğalar. "Qatil dalğaları" gəmilər və dəniz strukturları üçün ən çox təhlükə yaradır: belə bir dalğaya rast gəlmiş bir gəminin gövdəsi, üzərinə düşən suyun (1000 kPa ya da 10 atm-a qədər) böyük təzyiqinə dözə bilməz və gəmi bir neçə dəqiqə ərzində batacaq. Yaramaz dalğalar fenomenini ayrı bir elmi və praktik mövzu olaraq ayırmağa və anormal dərəcədə böyük amplituda (məsələn, sunami) dalğaları ilə əlaqəli digər fenomenlərdən ayırmağa imkan verən vacib bir vəziyyət, görünüşlərinin qəfil olmasıdır. Sualtı zəlzələlər və ya torpaq sürüşmələri nəticəsində meydana gələn və yalnız dayaz sularda böyük bir hündürlük əldə edən sunamilərdən fərqli olaraq, "yaramaz dalğalar" ın görünüşü fəlakətli geofiziki hadisələrlə əlaqəli deyil. Göründüyü kimi yaramaz dalğaların tək bir səbəbi olmasa da, səth dalğalarının suda qeyri-xətti dinamikası okeanda yaramaz dalğaların meydana gəlməsinin xarakterik səbəblərindən biridir. Uzun müddət gəzişən dalğalar o dövrdə mövcud olan dəniz dalğalarının görünüşü və davranışının heç bir riyazi modelinə sığmadığı üçün qondarma sayılırdı və kifayət qədər etibarlı dəlil də yox idi. Ancaq 1 yanvar 1995-ci ildə Norveç sahillərində Şimal dənizindəki Dropner neft platformasında 25,5 metr yüksəklikdə Dropner dalğası adlandı. Avropa Kosmik Agentliyinin (ESA) ERS-1 və ERS-2 radar peyklərindən istifadə edərək okeanların səthinin izlənilməsini nəzərdə tutan MaxWave layihəsi ("Maksimum Dalğa") çərçivəsində daha çox iş, 10-dan çox tək nəhəng qeyd etdi hündürlüyü 25 metrdən artıq olan dünyanın dörd həftəsində dalğalar.
Rafil Hüseynov
Rafil Hüseynov (tam adı: Hüseynov Rafil İsrafil oğlu; 14 aprel 1953, Gülgəzli, Bərdə rayonu) — Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. == Həyatı == 14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir. 15.08.1969–05.02.1977-ci illərdə Bərdə rayonu "Kommunizm yolu" qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdirivəzifələrində çalışmışdır. 15.02.1977–25.08.1978-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsnin ikinci katibi, 02.07.1980–03.10.1981-ci illərdə Azərbaycan LKGİ MK –nin təlimatçı metodisti, 03.10.1981–22.12.1988-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsinin birinci katibi, 22.12.1988–30.10.1990-cı illərdə Azərbaycan KP Bərdə Rayon Komitəsinin şöbə müdiri, 30.10.1990–23.10.1991-ci illərdə Bərdə rayon XDS İcrayyə Komitəsi- sədrin müavini, 23.10.1991–05.11.1991-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinin icraçısı, 08.11.1991–10.07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, 10.07.1992–18.12.1992-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 18.12.1992–04.09.1996-cı illərdə Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 04.10.1996–10.12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 10.12.1998–23.06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi. 26.09.2003–05.01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 01.02.2006–03.02.2007-ci illərdə "Qara Torpaq" konsalting MMM-in icraçı direktoru, 03.02.2007–13.07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, 13.07.2007–04.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 04.09.2007–31.03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 31.03.2009–04.08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 04.08.2010–14.04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Masallı Rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun baş müşaviridir. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Rafil İmanov
Rafil Cəlal oğlu İmanov (12 noyabr 1949, Fəxralı, Goranboy rayonu, Azərbaycan) - 1 sentyabr 2014, Bakı, Azərbaycan) — riyaziyyatçı, əməkdar müəllim və pedaqoq. == Həyatı == Rafil Cəlal oğlu İmanov 1949-cu ildə noyabrın 12-də Goranboy rayonunun (keçmiş Qasım İsmayılov) Faxralı kəndində sadə kəndli ailəsində anadan olub. 1956-1966-cı illərdə Faxralı kənd orta məktəbində oxuyub.1966-1970-ci illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakultəsində təhsil alıb və həmin institutu bitirib.1970-1977-ci illərdə Balakən rayonunda müəllimlikdən direktor müavinliyi vəzifəsinədək yüksəlib. Ailəlidir. Beş övladı var. == Pedaqoji fəalliyətləri == 1978-ci ildən etibarən müvafiq olaraq Bakı şəhərinin 116, 48, 245 saylı məktəblərində riyaziyyat müəllimi işləyib.1991-1992-ci illərdə “Gələcək Zəkalar” liseyini yaradıb.1992-1993-cü illərdə Bakı şəhəri Xətai rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.Həyatının sonuna kimi yaratdığı 287 saylı “Zəkalar” liseyində müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 1982-ci ildən test metodikasını tətbiq etməyə başlamışdır. Hər il şagirdləri riyaziyyat olimpiadasının rayon, şəhər və Respublika turlarında, Respublika səviyyəli yarışlarda, intellektual televiziya yarışlarında uğurla çıxış edirlər. Məzunlarından hər il 90-100%-i ali məktəblərə daxil olur. Metodist və ali kateqoriyalı müəllimdir.
Seriyalı qatil
Seriyalı qatil — bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxs. Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsula qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətillər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqlar qurbanın cinsi, yaşı, xarici görünüş təşkil edir. XX əsrin əvvələrində Albert Fiş, ortalarında isə Andrey Çikatilo tərəfindən törədilən silsilə qətillər bütün dünyada geniş əks səda doğurmuşdur. == Ümumi sinifləndirmə == Psixoz xəstəsi olan şəxslərin seriyalı qatil kimi fəaliyyət göstərməsinə nadir hallarda rast gəlinir. Seriyalı qatillərdə ən çox Şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanlar qətil törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır.
Silsilə qatil
Seriyalı qatil — bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxs. Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsula qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətillər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqlar qurbanın cinsi, yaşı, xarici görünüş təşkil edir. XX əsrin əvvələrində Albert Fiş, ortalarında isə Andrey Çikatilo tərəfindən törədilən silsilə qətillər bütün dünyada geniş əks səda doğurmuşdur. == Ümumi sinifləndirmə == Psixoz xəstəsi olan şəxslərin seriyalı qatil kimi fəaliyyət göstərməsinə nadir hallarda rast gəlinir. Seriyalı qatillərdə ən çox Şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanlar qətil törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır.
Qatil Sinan
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. == Həyatı == Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbi Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.
Qail Miller
Qail Miller (d. 30 noyabr 1976) — Avstraliyanı təmsil edən su poloçusu. Qail Miller, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Qail Miller, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Cırtdan qatil balina
Cırtdan qatil balina, və ya fereza (lat. Feresa attenuata) — Məməlilərin nadir növüdür. Delfinlər fəsiləsinə aiddir. == Görünüşü == Cırtdan qatil balinanın başı elədə böyük deyildir. Bel üzgəcləri üçkünc olub 20–30 sm hündürlüyə malikdir. Ağzı kiçik ölçülərə malik olur. Rəngi qara rəngdə olsada boğaz nahiyəsində parlaq ağ ləkə vardır.
Qıfıl
Qıfıl; otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Babil
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır. == Tarixi == Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.