OBELİSK
OCAQ
OBASTAN VİKİ
Obsidian
Obsidian - Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Obsidian kimyəvi tərkibinə görə riolitlərə və digər turş süxurlara uyğun gələn, əsasən (65-75 %) silisium oksidindən ibarət qabıqvari sınıqları olan vulkanik şüşədir. Tünd – qara, tünd-qəhvəyi, tünd-boz rəngli obsidianlar ən geniş yayılmışdır. Həm müntəzəm, həm də xal-xal və dalğavari boyanmış obsidianlara rast gəlinir. Axırıncıların qeyri-müntəzəm boyanması onlarda incəsəpələnmiş hematitin olması ilə əlaqədardır. Çox kiçik qaz möhtəvilərinin olmasına görə cürbəcür bərq vuran tünd rəngli obsidian irizatsiya edən obsidian adlanır. İrizatsiya edən obsidian, adətən, qızılı, gümüşü, sədəfi, hərdənbir bənövşəyi, yaşıl, mavi və s. rəng çalarları ilə səciyyələnir. Birrəngli obsidianla yanaşı, həmçinin onun müxtəlif rəngli zolaqların növbələşməsi ilə fərqlənən zolaqlı növ müxtəlifliklərinə də rast gəlinir. Tapıldığı mühüm yerlər: Qlas-Butts, Litl-Leyk, Qlas (ABŞ); Lipar adaları (İtaliya); İslandiya; Arteni, Qyadis (Ermənistan); Gürcüstan və b. Azərbaycan ərazisində Kəlbəcər rayonunda Keçəldağ irizatsiya edən obsidian yatağı yerləşir.
Obsidian Entertainment
Obsidian Entertainment, Inc. — baş qərargahı ABŞ-nin Kaliforniya ştatının İrvin şəhərində yerləşən və videooyunların istehsalında ixtisaslaşan studiya. Şirkət "Black Isle Studios" şirkətinin bağlanmasından çox keçməmiş, 2003-cü ilin iyun ayında şirkətin keçmiş işçiləri olan Firqus Urkhart, Kris Avellon, Kris Parker, Darren Monahan və Kris Cons təsis edilmişdir. Orijinal əqli mülkiyyət yaratmalarına baxmayaraq, şirkətin istehsal etdiyi videooyunların çoxu liseziyalı mülkiyyətlərə əsaslanan sikvellərdir. Studiyanın erkən layihələrinə "Star Wars: Knights of the Old Republic II: The Sith Lords" və "Neverwinter Nights 2" aiddir ki, onların hər ikisi də "BioWare" tərəfindən istehsal edilmiş videooyunların sikvelləridir. İstehsalçı komanda daha sonra, 2010-cu ildə ilk orijinal layihələri olan "Alpha Protocol" videooyununu satışa çıxarmışdır. "Obsidian Entertainment" tərəfindən istehsal edilmiş digər əhəmiyyətli videooyunlara Other "Fallout: New Vegas", "Dungeon Siege III" və "South Park: The Stick of Truth" aiddir ki, bunların hamısı lisenziyalı mülkiyyətlərdir. Studiyanın tarixi boyunca "Futureblight", "Dwarfs", "Aliens: Crucible" və "Stormlands" kimi layihələr ləğv edilmişdir. "Obsidian Entertainment" çoxlu sayda layihəni ləğv etdiyindən 2012-ci ildə kəskin bir maliyyə böhranı yaşamışdır. Nəticədə, şirkət növbəti layihəsini – isometrik baxış bucağı ilə oynanılan "Pillars of Eternity" rol videooyununu kraudfandinq vasitəsilə maliyyələşdirmişdir, hansı ki, uğurlu bir layihə olmuş və şirkəti müflis olmaqdan xilas etmişdir.
Keçəldağ obsidian yatağ
Keçəldağ obsidian yatağı

Digər lüğətlərdə