OCAQ

Od sözündəndir. Odcaq (odçaq (çax) hissələrindən əmələ gəlib, çaxmaq elə “yandırmaq” deməkdir.) kimi olub, sonra dəyişmələrə məruz qalıb. “Od yeri” (od yanan yer) mənasını əks etdirir. Odun sözü də od sözü ilə kökdaşdır, “od (yanmaq) üçün olan ağac” deməkdir. Od sözü isə, öz növbəsində, öt (yandır) kəlməsi ilə bağlıdır. Ütü, ütmək kəlmələri də buradandır. Öt sözünün ört forması da mövcud olub. Pörtmək sözü də buradan törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

OBSİDİAN
OD

Digər lüğətlərdə