OFTALMOLOGİYA

I
сущ. офтальмология (учение о глазных заболеваниях и их лечении)
II
прил. офтальмологический. Oftalmologiya xəstəxanası офтальмологическая больница
OFSET
OFTALMOLOJİ
OBASTAN VİKİ
Oftalmologiya
Oftalmologiya (yun. ὀφθαλμός "göz" + λόγος "tədris") — gözü, onun anatomiyası, fiziologiyası və xəstəliklərini öyrənən, həmçinin göz xəstəliklərinin müalicəsi və profilaktikası üsullarını işləyib hazırlayan tibb sahəsi. Oftalmoloq — gözləri tibbi və cərrahi üsulla müalicə edən xüsusi təhsil almış həkim. == Tarixi == Oftalmologiya qədim dövrlərdə yaranmışdır. Eramızdan əvvəl II minilliyin ortalarında Misirdə yaşamış göz xəstəliklərini müalicə edən şəfaçılardan biri olan Peni Ank İrinin məzar daşı üzərində həkk olunmuş adı və təsviri bu günə qədər gəlib çatmışdır.Kornelius Sels (e.ə. I əsr) irisin, siliyer cismin, gözün ön və arxa kameraların mövcudluğunu müəyyən etmişdir. O, həmçinin korluğu 2 hissəyə bölmüşdü: geri dönməz — korluğa səbəb qlaukoma və geri dönən — korluğa səbəb katarakta olanda. Sels XVII-ci əsrin ortalarına qədər istifadə edilən kataraktın azaldılması texnikasını təkmilləşdirmişdir. Ərəb əsilli həkim İbn əl-Heysəm (Əlhazen, eramızın X—XI əsrləri) Avropada eynəklərin ixtirasına və müasir görmə nəzəriyyələrinin yaranmasına böyük töhfə verən “Optika kitabı”nı yazmışdır. Əbu Əli ibn Sinanın (İbn Sina, eramızın X əsri) məşhur “Tibbi təbabət Kanonu” əsəri 500 ildən artıq müddət ərzində həm ərəb ölkələrində, həm də Avropada göz xəstəliklərinin əsas bələdçisi olmuşdur.XIX-cu əsrdə müasir oftalmologiyanın inkişafında mühüm rol oynamış ingilis cərrahı Corc Kritçet etdiyi oftalmoloji əməliyyatlar və nəşrləri ilə Avropada şöhrət qazanmışdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - Azərbaycanda xəstəxana. == Haqqında == 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. İnstitutun ilk direktoru tibb elmləri namizədi M.Ə.Abbasov, elmi işlər üzrə direktor müavini – prof. S.İ.Vəlixan olmuşdur. 1957-ci ildə instituta rəhbərliyi N.M.Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N.M.Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır. 1998-2005-ci illərdə institutun direktoru vəzifəsini K.T.Kərimov tutmuşdur. 21 yanvar 2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z.Ə.Əliyevanın adı verilmişdir.

Digər lüğətlərdə

выкопиро́вывать заседе́льный коррекцио́нный молока́не посходи́ть сопрису́тствие барбари́совый по́сле того как... щено́чек abele aculeate Chinese tobacco costless crossword Lulu sunniness time-expired whiffler xeric незаработанный отмщение подстраивать присудить убелённый целительный