Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sitologiya
Sitologiya və ya hüceyrə biologiyası (yun. sitos — hüceyrə, loqos - elm) — hüceyrələrin fiziologiyasını, quruluşunu, tərkibindəki orqanoidləri, ətraf mühitlə əlaqəsini, həyat dövrünü, bölünməsi və ölümünü öyrənən elmdir. Bu proses həm molekulyar, həm də mikroskopik miqyasda həyata keçirilir. Sitologiya tədqiqatları bakteriya və protozoa kimi təkhüceyrəli orqanizmlərdən tutmuş insanlar kimi çoxhüceyrəli orqanizmlərə qədər dəyişir. Sitologiyanın əsası bir elm kimi təxminən 100 il əvvəl qoyulmasına baxmayaraq, hüceyrə özü 1665-ci ildə Robert Huk kəşf edilmişdir və ona hüceyrə (hücrə) adı vermişdir. Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. O da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir. Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.
Bitki sitologiyası
Bitki sitologiyası (yun. sitos – anbar, qab, yun. loqos – elm, təlim) – bitkilərin hüceyrəvi quruluşunu öyrənir. Sitologiya – hüceyrə haqqında elmdir. == Tarixi == Hüceyrənin tədqiqi Yanson qardaşlarının 1590-cı ildə işıq mikroskopunu ixtira etməsindən sonra mümkün olmuşdur. Bəzi məlumatlara görə, ilk mikroskopu Q. Qaliley ixtira etmişdir. Bitkilərdə hüceyrəvi quruluşu ilk dəfə ingilis Robert Huk (1665) mikroskopda nazik kəsilmiş mantara baxarkən müşahidə və təsvir etmişdir. == Ümumi məlumat == Əksər örtülütoxumlu bitkilərin hüceyrələrinin ölçüləri 10–100mkm olur. bəzi lifli hüceyrələr nəhəng ölçülərə malikdir (pambıq 5 sm, rami (lifli bitki) 55sm uzunluqda olur, diametri isə 50–100mkm olur.) formasına görə bitki hüceyrələri müxtəlifdir (parenxim və prozenxim hüceyrələr). bitki hüceyrəsi sellülozdan təşkil olunmuş hüceyrə divarı ilə əhatə olunur.
Litologiya
Litologiya (q.yun. λίθος ("daş") + λόγος ("elm"); ing. Sedimentology) — çöküntülər, çökmə süxurlar haqqında olan geoloji elm sahəsi. Qərbi Avropada və ABŞ-də bu elm sedimentologiya adlanır.
Antologiya
Antologiya (yun άνθολογία, anthos — çiçək və lego — yığıram) — hər hansı bir xalqın ədəbiyyatını, həmçinin müəyyən dövrə, cərəyana, tematikaya, yaxud janra aid ədəbiyyatı təmsil edən müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət şeir və ya nəsr məcmuəsi. == Ümumi məlumat == Qədim zamanlarda antik ədəbiyyatın seçilmiş əsərlərindən, xüsusilə, epiqramlardan ibarət məcmuələr antologiya adlanırdı. Ədəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (e.ə.II əsrin sonları-I əsrin əvvəlləri) tərtib etmişdir. Onun "Çələng" adlı antologiyasına öz əsərlərindən əlavə, həmçinin qırx altı şairin şeiri daxil idi. Antologiya Şərqdə geniş yayılmışdır. Ərəb poeziyası antologiyaları orta əsrlərdə yaranmışdır (“Həmasə” və s.). Azərbaycanda ilk antologiyalar 19-cu əsrdə tərtib olunmuşdur ( Mirzə Yusif Qarabağinin tərtib etdiyi “Məcmueyi divani-Vaqif və digər müasirin”, Hüseyn Əfəndi Qayıbovun 4 cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” və s.). 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində “Azərbaycan poeziyası antologiyası“ (M., 1939; c.1–3, M., 1960), Azərbaycan şeiri (ingiliscə) və nəsri (fransızca) antologiyaları (M., 1971), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası“ (4 cilddə; c.1–3, 1981– 88, c.4, 1994), “Kərkük folkloru antologiyası“ (1987), Azərbaycan folkloru antologiyası (14 cildi çap olunmuşdur; 1999–2006) və s. antologiyalar nəşr edilmişdir. Antologiyalar XVIII-XIX əsrlərdə Rusiya ədəbiyyatında da yayılmışdır.
Dietologiya
Dietologiya — Sağlamlığı öyrənən elm. Dietologiya bölməsi sağlam insanın düzgün qidalanmasıyla bağlı bütün məsələlərlə, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən və xüsusi qidalanmaya ehtiyacı olan bir qrup insanların qidalanmasıyla məşğul olur. Şöbənin işi, insan sağlamlığını möhkəmlədən faktorların ayrılmaz bir hissəsinin qidalanma olmasının tam anlayışında əsaslanır. Dietologiya bölməsi artıq çəkini təhrik edən xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur. Dietologiya sadəcə yemək haqqında elm yox, artıq çəkinin səbəblərini(endokrinoloji problemlər, kardioproblemlər, qastroentroloji problemlər və s.) əks etdirən daha dərin anlayışdır. 1929-cu ildə Niderlandın Utrext Universitetinin alimi Kristian Eykman nevritə qarşı vitamin kəşfinə görə və Böyük Britaniyanın Kembric Universitetinin alimi Frederik Hopkins böyüməni stimullaşdıran vitaminlərin kəşfinə görə hər ikisi Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşlər.
Etiologiya
Etiologiya (yun. αἰτία — səbəb və λόγος — fikirləşmək, hesab etmək) — tibbin xəstəliklərin səbəbini öyrənən bölməsi.
Filologiya
Filologiya (q.yun. φιλολογία, "sözə sevgi") — mətn vasitəsilə mədəniyyəti öyrənən linqvistika, ədəbiyyat, mətnşünaslıq və s. elmlərin məcmui adı.
Histologiya
Histologiya — orqanizmi təşkil edən toxumaların morfoloji-funksional xüsusiyyətlərini öyrənən tibb sahəsi. Xüsusi histologiya yaxud mikroskopik anatomiya ayrı-ayrı orqanların mikroskopik quruluşunu öyrənir. İlk dəfə bitki toxumaları və hüceyrələri haqqında anlayışı 1665-ci ildə fizik Robert Huk irəli sürmüşdür. Sonralar bitki və heyvan toxumalarının hüceyrəvi quruluşunu 1671–1695-ci illərdə M.Malpigi, N. Gryu və Antoni van Levenhuk təsvir etmişdir. Antoni van Levenhuk 300 dəfə böyüdən mikroskop ilə eritrositlərin kapilyarlarda hərəkətini, spermanı, eninə zolaqlı əzələ liflərini, sinir liflərini və s. quruluşunu öyrənmişdir. XVII–XVIII əsrlərdə mikroskopiki tətqiqatların müvəffəqiyyətlərinə baxmayaraq, mikroskopların aşağı keyfiyyətdə olması və preformasiya nəzəriyyəsinə görə bu tədqiqatlar geniş yayılmadı. Bu nəzəriyyəyə görə təbiətdə heç bir şey yenidən əmələ gəlmir, orqanizmin inkişafı cinsiyyət hüceyrələrində əvvəlcədən qoyulmuş mayaların hesabına olur. Preformistlər spermada kiçik formalaşmış insanı axtarırdılar. Bəziləri qeyd edirdilər ki, Adəmin (ə.
Mifologiya
Mifologiya və ya Əsatir— dünya haqqında ibtidai icma cəmiyyəti insanına məxsus fantastik təsəvvür və mifləri öyrənən elm. İbtidai icma dövründə insanın özünə yaxın və doğma olan icma-tayfa münasibətlərini onu əhatə edən bütün əşya və hadisələr haqqında idi. Torpaq, səma, bitki və heyvanlar aləmi universal tayfa icması şəklində təsəvvür olunur və bu icmada bütün əşyalar təkcə canlılar kimi yox, həm də şüurlu və mütləq bir biri ilə qohum olan məxluqlar kimi anlaşılırdı. Bu təsəvvürlər mifologiyada ümumiləşirdi. Buna görə də Allah-sənətkar, allah-maldar, allah-döyüşçü, allah-əkinçi və s. mifoloji obrazlar yaranırdı. Mifologiyanın ilkin formaları fetişizm, totemizm, inkişafının daha yüksək pilləsi isə animizm idi. Yunan dilində mythos, almanlarda mythe, ingilislərdə myth, fransızlarda mythe, ruslarda və azərbaycanlılarda mif şəklində işlənən sözün hərfi mənası rəvayət, əhvalat deməkdir. Mif termini beynəlxalq aləmdə əsasən iki anlamda işlənir: birinci, mif - sözlərlə yaranan təsviri mətndir, təhkiyə hadisəsidir (sintaqmatik aspektdir); ikinci, mif - düşüncə hadisəsidir (mənaların paradiqmasıdır), dünya haqqında təsəvvürlər sistemi - gerçəkliyi dolayı şəkildə əks etdirən dünya modeli, onun ayrı-ayrı elementləri və vahidləridir. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır.
Mikologiya
Mikologiya göbələkləri ,onların biokimyəvi və genetik xüsusiyyətlərini ,təsnifatını, insanların həyatındakı rolunu ,insanlar üçün toksigenlik və yoluxma təhlükələrini və onların insanlar üçün tibbi,qida və enterogenlər kimi əhəmiyyətini öyrənən biologiyanın bir sahəsidir. Uzun müddət göbələklər bitkilər aləminə aid edildiyinə görə mikologiya biologiyanın müstəqil bölməsi kimi yox, botanika elmlərinə aid edilirdi. Bu insanlar ilk növbədə imana gəlməlidirhazırda da botanika üçün xarakterik olan elmi ənənələr mikologiyada da gözlənilir.Havanı təmizləyir. Mikologiyanın fitopatologiya sahəsi göbələklərin bitkilərdə yaratdıqları xəstəlikləri öyrənir .Mikologiya ilə məşğul olan mütəxəssis mikoloq adlanır.İlk mikoloqlar Elias Magnus Fries, Christian Hendrik Persoon, Anton de Bary və Lewis David von Schweinitz olmuşlar. Əksər göbələklər toksinlər,antibiotiklər və digər ikincili metabolitləri əmələ gətirirlər.Bəzi göbələklər insanlar və heyvanlarda da xəstəliklər yarada bilərlər.Mikologiyanın patoloji göbələkləri öyrənən bölməsi tibbi mikologiybitgilər 200 ə qədər Novo nəsli kəaulinba adlanır.
Ontologiya
Ontologiya, və yaxud ontoloji prizma — varlıq haqqında təlim, fəlsəfənin bir bölməsi. Obyektivizm cərəyanının nümayəndələrinə əsasən insanlar və onların təşkil etdiyi cəmiyyət təbiətin qanunları tərəfindən idarə olunur və öz hərəkətləri üzərində az dərəcədə hökmranlıqları var. Bu fikri nümunə ilə göstərərək daha da praktik və aydın dillə başa salmaq olar. Məsələn, bir primitiv qəbilədə və bir də inkişaf etmiş sivil cəmiyyətdə yenicə dünyaya gələn uşağı nümunə götürək. Qəbilədə dünyaya gələn uşaq elə mühitdə böyüdülür ki istər-istəməz yaşadığı qəbilənin həyat tərzini götürür və digərləri kimi primitiv həyat sürür. Sivil və inkişaf etmiş mühitdə böyüdülən uşaq isə cəmiyyətin digər nümayəndələri kimi daim inkişaf etməyə can atır, çalışır və həyat tərzini onların həyat tərzinə uyğunlaşdırır.
Patologiya
"Patologiya" (yun. πάθος "əzab, ağrı, xəstəlik" + λογος sözündən "söz; konsepsiya; tədris") — canlı bir orqanizmdə xəstəlik proseslərini və şərtlərini öyrənən tibb elminin bir sahəsi. Patoloji anatomiya, xəstəlik proseslərinin səbəb olduğu orqan və toxumaların quruluşundakı dəyişiklikləri və orqanların və bədənin funksionallığını araşdıran bütövlükdə xəstəliklərində patoloji fiziologiyadır. Ayrıca, patologiya normal vəziyyətdən və ya inkişaf prosesindən ağrılı bir sapma, çirkin anormallıqdır. Patologiyalara normadan kənarlaşma, homeostazı pozan proseslər, xəstəliklər və funksiyaların pozulması daxildir. Biologiyada xəstəliklərdəki hüceyrələrdə, toxumalarda və orqanlardakı struktur və funksional dəyişikliklərin öyrənilməsinə aiddir. Tibbi patologiya xəstəliklərin və insanlarda və heyvanlarda baş verən fərdi patoloji proseslərin meydana gəlməsini, gedişatını və nəticələrini öyrənən bir elmdir. Tibbi patologiyanın mənşəyi qədim dünyada humoral (lat. humor — nəm, maye) və solidar (lat. solidus — sıx sözündən) patologiyanın spekulyativ doktrinası kimi tapıla bilər.
Psixologiya
Psixologiya (q.yun. ψυχή — ruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm; köhnə Azərbaycandilli mənbələrdə ruhiyyat, az-əbcəd. روحيات‎) — canlı varlıqların psixikasını, psixi və ruhi fəaliyyətinin prosesini öyrənən elm. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya –psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur.
Biologiya
Biologiya (yun. βίος "həyat", yun. λόγος) — canlılar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında elm. Biologiya termini 1802-ci ildə fransız təbiətşünası J.B. Lamark və alman tədqiqatçısı Q. Treviranus tərəfindən təklif edilmişdir. Həyatın bütün təzahürləri: canlı varlıqların müxtəlifliyi, quruluşu, funksiyaları və onların təbii qruplaşmaları, yayılması, mənşəyi və inkişafı, bir-biri ilə və cansız təbiətlə həm indiki, həm də keçmişdəki əlaqələri biologiyanın tədqiqat obyekti — predmetidir. Bu elmin kompleksliyinə baxmayaraq, onu vahid və tutarlı bir sahəyə birləşdirən konseptlər vardır. Biologiya hüceyrəni həyatın, genləri irsiyyətin əsas vahidi kimi, təkamülü isə növlərin yaranmasının və nəslinin kəsilməsini sürətləndirən mühərrik kimi qəbul edir. Canlı orqanizmlər homeostaz olaraq adlandırılan stabil və həyati vəziyyəti saxlamaq üçün enerjini çevirərək və lokal entropiyalarını azaldaraq sağ qalan açıq sistemlərdir. Biologiyanın alt sahələri tətbiq olunan tədqiqat metodları və öyrənilən sistem növü ilə müəyyən edilir: nəzəri biologiya kəmiyyət modellərini formalaşdırmaq üçün riyazi metodlardan istifadə edir. Eksperimental biologiya irəli sürülən nəzəriyyələrin doğruluğunu yoxlamaq və həyatın əsas mexanizmlərini və onun sistemin mürəkkəbliyinin tədricən artması yolu ilə təxminən 4 milyard il bundan əvvəl canlı olmayan maddədən necə meydana gəldiyini və necə təkamül etdiyini anlamaq üçün empirik təcrübələr həyata keçirir.
Etologiya
Etologiya — ekosistem şəraitində orqanizmlərin davranışını (hərəkət tərzini) öyrənən elm.
Miologiya
Miologiya (lat. myologia; yun. μυς — əzələ + yun. λόγος — elm) — anatomiyanın bir şöbəsi olub əzələlərin quruuşunu və funksiyasını öyrənir. Müasir miologiya özündə anatomiyanı, fiziologiyanı və klinik təbabəti birləşdirir. Mialogiya şöbəsi anatomiya nizamnaməsinə görə angiologiya, nevrologiya və topoqrafik anatomiya şöbələri ilə sıx əlaqəli öyrənilir. Miologiya dayaq-hərəkət aparatında hərəkətin törəməsinə səbəb sinir sisteminin oyanmaısı nəticəsində sklet əzələlərinin yığılmasıdır.
Epiqonlar (mifologiya)
Epiqonlar (q.yun. ἐπίγονοι, hərfi tərcüməsi — "nəsil davamçıları") qədim yunan mifologiyasında — Fivaya qarşı məşhur yürüşdə iştirak edən qəhrəmanların oğulları. Onlar atalarının uğursuz yürüşündən on il sonra yeni müharibəyə başlamışlar. Epiqonlar bunlar idilər: Amfiarayın oğlu Alkmeon, Adrastın oğlu Egialey, Tideyin oğlu Diomed, Parfenopeyanın oğlu Promax, Kapaneyin oğlu Sfenel, Polinikin oğlu Fersandr və Mekisteyin oğlu Evrial. Delfa orakulunun göstərişi ilə əsas komandanlıq Alkmeona verilir. O, arqoslulardan ibarət böyük bir qoşunla şəhərə yaxınlaşır. Fivalılara Eteoklun oğlu Laodamant rəhbərlik edirdi. O döyüşdə öləndən sonra (epiqonlardan bu döyüşdə Egialey ölür) fivalılar şəhərlərinə geri çəkilirlər. Amma sonra öncəgör Tiresinin məsləhəti ilə Fivanı tərk edirlər və arqosluların yanına sülh təklifi ilə çapar yollayırlar. Fivalıların şəhərdən qaçdıqlarından xəbər tutan arqoslular şəhəri ələ keçirib dağıdırlar.
Erida (mifologiya)
Erida (yun. Ἔρις mübahisə, mübarizə) yunan mifologiyasında mübahisə ilahəsi, ilk kosmoqonik güvvə: gecə ilahəsi Niksin qızı, Xaosun qız nəvəsi, bəzən Aresin bacısı kimi təqdim olunur. Aclıqın, döyüşün, qətlin, mübahisənin, haqsızlığın və əməyin anası. Hesioda görə iki cür: biri araqarışdıran, müharibələr törədən, digəri isə insanlarda əmək rəqabəti yaradan Erida mövcuddur. O, döyüşçüləri coşdurur və ehtiraslaşdırı. == Troya müharibəsi səbəbkarı == Fetida ilə Peleyin Pelionda möhtəşəm toy mərasimi keçirilir. Tanrılar olimpdən enərək toya təşrif buyuraraq çoxlu hədiyələr gətirirlər. Muzaların gözəl nəğmələri və Apollonun kifar çalması məclisi daha da canlandırmışdır. Toya dəvətli olmayan yeganə ilahə Erida idi. Bunun qisasını almaq üçün Erida məclisdə şənlənənlərin arasına "gözəllər gözəlinə" yazılmış bir alma atmış olması, onu əldə etmək üçün Hera, Afina (mifologiya) və Afrodita arsında qızğın mübahisəyə səbəb olur.
Erinilər (mifologiya)
Erinilər (yun. Ἐρīνύς cəmdə:Ἐρινύες) yunan mifologiyasında Uranın qanından törənmiş aramsız araqızışdıran, qisas, intiqam ilahələri, Roma mifologiyasında Furilər Alekto (yun. Ἀληκτώ "aramsız, amansız, mərhəmətsiz") yunan mifologiyasında araqarışdıran ilahə, Niks və Erebin üç qızından biri (nigahsız gecədən doğulmuş), digər bir mənbədə Uranın qanından törənmiş. Vergiliyə o, tez-tez Heranın əhatəsində olur. Megera (yun. Μέγαιρα "qısqanc, nifrət") yunan mifologiyasında erinilərin ən böyüyü Niks və Erebin üç qızından biri (Niks və Tartardan doğulmuş), digər bir mənbədə Uranın qanından törənmiş. Dəhşətli ilan saçlı qadın cinsində təsvir edilir. Tisifona (yun. Τισιφόνη "intiqam" və ya "qisas") yunan mifologiyasında o it başlı yarasa kimi təsvir edilir. Vergiliyə görə o Aidin dəmir qülləsində oturur.
Flora (mifologiya)
Flora (lat. Flora, flos – çiçək) — Qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi. Floranın şərəfinə floraliyalar adlanan bayramlar keçirilirdi. Floranın əlində çiçək tutmuş gənc qız şəklində obrazına təsviri sənətdə çox müraciət edilmişdir.(Tisian, Pussen, Rembrandt və b.) Floranın ən qədim rəsmlərinə Pompey şəhərinin freskalarında rastlanır.
Fobos (mifologiya)
Fobos: Antiq Yunanca Φόβος, "qorxu" mənasına gəlir. Qorxunun və qorxma duyğusunun Tanrısıdır. Müharibə tanrısı Aresin ve Afroditanın oğludur ve 12 Olimpiyalıdan biri deyil. İlahə Enyoya ve qardaşı Deymosa qarşı Ares ilə birlikdə mübarizə aparması ilə tanınır.. Roma mifologiyasındakı qarşılığı Timordur.
Fortuna (mifologiya)
Fortuna — Roma mifologiyasında bəxt tanrısı. Çox zaman rəsmlərdə gözübağlı və ayaqları altında təkər təsvir olunur.
Kek (mifologiya)
Kek (mifologiya)— Kek qədim Misir kosmoqoniyasında Hermopolis Oqdoadında ilkin qaranlıq anlayışının ilahiləşdirilməsidir. Oqdoad dörd cüt tanrıdan, qadın həmkarları ilə qoşalaşmış dörd kişi tanrıdan ibarət idi. Kekin qadın həmkarı Kauket idi. Kek və Kauket də bəzi aspektlərdə gecə və gündüzü təmsil edir və müvafiq olaraq "işıq qaldıran" və "gecə qaldıran" adlanır. Ad "qaranlıq" kkw sözü ilə əlaqəli heyət liqaturasında (N2) göy üçün heroqlifin variantı ilə kk və ya kkwy kimi yazılır. == Tarixi == Ən qədim təsvirlərdə Kekuiyə ilanın, Kekuitə isə ya qurbağanın, ya da pişiyin başı verilir. Bir səhnədə onlar Ka və Kate ilə eyniləşdirilir; bu səhnədə Ka-Kekuinin üstü böcəklə örtülmüş qurbağa başı, Kate-Kekuit isə disklə örtülmüş ilan başı var. Yunan-Roma dövründə Kekin kişi forması qurbağa başlı kişi, qadın forması isə ilan başlı qadın kimi təsvir edilmişdir, Oqdoaddakı bütün dörd dualistik anlayış kimi. == Populyar mədəniyyətdə == 2016-cı il ABŞ prezident seçkiləri ilə əlaqədar olaraq, 4chan kimi onlayn mesaj lövhələri ilə əlaqəli insanlar Keck və qurbağa obrazı Pepe arasında oxşarlıqları qeyd etdilər. Bu, "kek" termininin tez-tez Pepe şəkilləri ilə birləşdirilən "lol" İnternet jarqonunun məşhur əvəzi kimi tez-tez istifadəsi ilə birlikdə qədim tanrıya marağın yenidən artmasına səbəb oldu.
Kerber (mifologiya)
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Keren (mifologiya)
Keren (yun. Χάρων) — yunan mifologiyasında ölülərin ruhlarını canlılar dünyasından ölülər dünyasına aparan Aidin qayıqçısı.
Keyxosrov (Mifologiya)
Keyxosrov (avest. Kavi Husravah, pəhl. Kay Husraw, fars. كی خسرو‎ — Kavi Xaosrova, Kavi Xosrav, Kay Xusroy) — Firdovsinin Şahnamə əsərinin qəhrəmanlarından biri, Siyavuşun oğlu. Keyxosrov — qədim İran padşahlarından Keylər sülaləsinin üçüncü hökmdarıdır. Firdovsinin "Şahnamə"sinə görə, Keyxosrov Siyavuşun oğlu və Keykavusun nəvəsi olmuşdur; Siyavuş öz ögey anasının ona atdığı böhtan nəticəsində atası Keykavusdan acıq edib, Turana qaçmış, Turan padşahı Əfrasiyabın qızı Firəngizlə evlənmişdir. Orada da yenə böhtana düşüb, Əfrasiyab tərəfindən öldürülmüşdür. Sonralar Firəngiz Səyavuşdan Keyxosrovu doğanda Əfrasiyab uşağı öldürmək istəmiş, lakin, onu qaçırıb, dağda çobanlar arasında böyütmüşlər. İranlılar Turana gələrək, Keyxosrovu tapmış və onu aparıb babası Keykavusa çatdırmışlar. Keykavus atəşpərəstlərə məxsus bir təntənə ilə Keyxosrovu öz yerinə taxta çıxararaq, şah etmişdir.