Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözətçi qülləsi
Gözətçi qülləsi, növbətçi və ya mühafizəçinin ətrafı müşahidə edə biləcəyi yüksək və təhlükəsiz bir yerdə tikilmiş bir istehkam növüdür. Normal qüllədən hərbi istifadəsi ilə fərqlənir. Gözətçi qüllələri fiziki təhlükəsizlik və ya yanğın riskinə qarşı meşə sahələrini müşahidə altında saxlamaq kimi tamamilə mülki vəzifələri də yerinə yetirə bilər. Bu gün ərazidə işçi heyətinə ehtiyac olmadığı üçün, gözətçilik işini ətrafında fırlanan bir müşahidə kamerası həyata keçirdir.
Gecə gözətçisi
"Gecə gözətçisi" — (nid. Nachtwacht) — Rembrandtın 1642-ci ildə çəkdiyi " Kapitan Frans Banniq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının hücumu" adlı rəsm əsəri. Əsər holland rəssamlığının qızıl dövrünə aid edilir. 1642-ci ildə Rembrand Atıcılar cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellərin bilavasitə hərəkətli təsvir olunması sifarişçilərin bəyənməməsi üzündən imtina edilir. Tabloda personajların çoxluğu, kütləvilik Niderland inqilabı təsuratları yaratması sifarişçiləri qorxuya salmış olur. İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir, lakin "Gecə gözətçiləri" adı dünya incəsənət tarixində möhkəm yer tutmuşdur.
Meşə gözətçisi
Meşə gözətçisi — dövlət meşə mühafizəsinin işçisi, meşə təsərrüfatının işçisi. Meşə gözətçisinə meşə dolayısı təyin edilir, ona dolayının pasportu verillir, forma, ov silahı verilir. Meşəçilik məktəbində, texnikumda, və ya xüsusi kurslarda təhsil almış şəxslər meşə gözətçisi vəzifəsinə qəbul edilirlər. Meşə gözətçisi birbaşa meşəbəyiyə tabedir. Meşələrin mührafizəsi funksiyalarını rayon meşəbəyiləri və dövlət meşə müfəttişləri həyata keçirirlər. Meşə gözətçisinin mühafizəsi altında olan dolayının pasportuna uyğun olaraq bütün dövlət əmlakı — tikililər, torpaq sahələri, əkinlər və digər obyektlər və əmlak var. Meşə gözətçisi meşə yanğınlarının qarşısının alınması, aşkar edilməsi və söndürülməsi üçün tədbirlər görür, ərazidə ağac zərərvericilərinin və xəstəliklərinin aşkar edilməsi barədə meşə təsərrüfatına məlumat verir. Meşə gözətçisi ov etmək və meşədə təsərrüfat fəaliyyəti (kəsmə, ot biçmə, otarmaq) hüququna dair sənədləri yoxlamağa, meşə pozuntularına, ovçuluq qaydalarının pozulmasına, yanğın təhlükəsizliyinə dair aktlar tərtib etməyə borcludur. Həmçinin meşə əkini, seyreltilməsi və meşə bitkilərinə qulluq üzrə digər işlərə, meyvələrin, göbələklərin toplanmasına meşəbəyi rəhbərlik edir; ağac kəsilməsi və müxtəlif təsərrüfat işlərinin həyata keçirilməsi üçün sahələrin ayrılmasında iştirak edir. Meşə gözətçisi ona həvalə edilmiş meşə dolayısı ərazisində baş verən bütün meşə qanunvericiliyinin pozulması hallarına birbaşa cavabdehlik daşıyır və meşəbəyiyə, meşə mühafizə mühəndsinə, baş meşəbəyiyə və direktorla tabedir.
Mayak gözətçisi
Mayak gözətçisi (ing. Lighthouse keeper) — XVIII əsrdən etibarən geniş yayılmış və zamanla ardıcılları azalmış peşə, mayakların fasiləsiz fəaliyyətini təmin edən şəxslər. Mayak gözətçiləri mayakların təmizliyi, xüsusən də yağ lampalarının və saat mexanizmlərinin işlək və saz vəziyyətdə olmasına cavabdeh olan şəxslər idilər. Əsasən ucqar ərazilərdə fəaliyyət göstərən mayaklarda tək-tənha həyat yaşayan mayak gözətçisi mövzusu populyar mədəniyyətdə özünə xüsusi yer tapmışdır. Əksər vaxtlarda ailələrindən uzaqda qalan mayak gözətçilərinin yaşadığı etik dilemmalar, ağır psixoloji vəziyyətlər bir çox filmlərin ana mövzusu kimi çıxış edib. 2019-cu ildə ABŞ-da istehsal olunmuş və baş rollarında Villem Defo və Robert Pattinsonun çəkildiyi Mayak filmi XIX əsrin sonlarında Yeni İngiltərə sahillərindəki təcrid olunmuş adada yaşayan iki mayak gözətçinin dramatik münasibətlərindən bəhs edir. == Tarixi == Dünyada bir şəxsin mayak gözətçisi kimi ilk dəfə harada xidmət göstərməsi dəqiq məlum deyil. Amerika Birləşmiş Ştatlarında mayak gözətçisi kimi fəaliyyət göstərmiş ilk şəxs Corc Vortleyk olmuşdur. O, 1716–1718-ci illərdə Boston şəhəri yaxınlığında yerləşən şəhər limanı adlı mayakda işləyib. 1776-cı ildə Anna Tomas əri Con Tomasın ölümündən sonra Massaçusets ştatının Plimut limanında yerləşən mayakda gözətçi kimi fəaliyyətə başlamaqla ABŞ-ın ilk qadın mayak gözətçisi kimi tarixə keçmişdir.
Gözətçilər (teleserial, 2019)
Gözətçilər (ing. Watchmen) — Alan Mur və Deyv Qibbonsun eyniadlı "DC Comics" məhdud seriyasının personajlara əsaslanmış ABŞ superqəhrəman teleserialı. Teleserial Deymon Lindelof tərəfindən "HBO" telekanalı üçün yaradılmışdır. Lindelof həmçinin, teleserialın icraedici prodüseri və ssenaristidir. Teleserialın birinci mövsümü doqquz seriyadan ibarətdir. Teleserialda təsvir olunan hadisələr ABŞ-da, alternativ bir müasir reallıqda cərəyan edir. Burada superqəhrəmanlar və maskalı vidjilantelər zorakı tətbiq üsullarına görə qadağan olunublar, ancaq onlardan bəziləri bir araya toplaşaraq inqilab etmək istəyirlər. Lindelofa görə, teleserial orijinal materialın birbaşa adaptasiyası yox, daha çox "remiks" edilmiş bir versiyasıdır. Lindelof çalışmışdır ki, orijinal süjet xəttinin gerçəkləşdiyi bir dünyada tamamilə yeni bir hekayə təsvir olunsun. Teleserial həmçinin, müxtəlif nöqteyi-nəzərlərə toxunsun.
Qəzetçi
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar.
Gözəlli
Gözəlli (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Gözəlli (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Gözəlçə
Gözəlçə (ing. Pretty Woman) — baş rollarda Riçard Gir və Culiya Roberts ilə birlikdə Harri Marşalın rejissorluq etdiyi Amerika komediya melodraması. == Süjeti == Tanınmış iş adamı Edvard Levis, iş yoldaşlığında onu müşayiət etməsini istədiyi zaman xoşagəlməz bir telefon danışığı zamanı sevgilisi tərəfindən tərk edilir; onsuz da ekskluziv bir qız kimi rəftar etməkdən bezmişdi. Edvard Nyu-Yorkda yerləşən korporativ reyderdir, maliyyə problemləri içində şirkətləri satın alır və onları parça-parça satır. Hollywood Hills-də bir işgüzar qonaqlıq buraxaraq, vəkilinin Lotus Esprit avtomobilini alır və təsadüfən fahişə Vivian Wardla görüşdüyü qırmızı işıqlı bölgədəki Hollywood bulvarına gedir. Edvard maşın sürməkdə çətinlik çəkdiyindən, Vivian ona qaldığı Beverly Wilshire Otelinə gedən yolu göstərir. Aydın olur ki, Vivian Lotus haqqında daha çox şey bilir və Edvard onun sürücüsünə imkan verir. Vivian, Lewis'i gəzinti üçün 20 dollar ödəyir və yolları ayırır. Edvardın onu tapdığı və gecə üçün kirayə qalmağı təklif etdiyi avtobus dayanacağına gedir. Ertəsi gün Viviandan rəfiqəsinin rədd etdiyi rolu oynamağı xahiş edir və növbəti altı gün onun yanında qalmağı üçün 3000 dollar təklif edir.
Gözəlli (Pərsabad)
Gözəlli (fars. گوزلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 260 nəfər yaşayır (50 ailə).
Gözəlli (Qoşaçay)
Gözəlli (fars. گوزلي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (12 ailə).
Valehedici gözəlçə
Valehedici gözəlçə (lat. Orgyia antigua) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. Birinci nəslin tırtıllarının inkişaf dövrü ağac və kol bitkilərində may ayının birinci ongünlüyündən iyun ayının üçüncü ongünlüyünədək davam edir. Onların yumurtadan çıxma dövrü 17–38 gün çəkir. Puplaşma isə iyul ayının üçüncü ongünlüyündə başlayır və bir ay davam edir. Kəpənəklərin uçuşu iyun ayının birinci və ikinci ongünlüyündən avqust ayının birinci və ikinci ongünlüyünədək davam edir. Kütləvi uçuş iyul ayının ikinci və üçüncü ongünlüyündə başlanır, 16–19 gün davam edir. Dişilər 1–2 gün, erkəklər isə 6–7 gün yaşayırlar. Hesablamalara görə, bir dişi kəpənəyin qoyduğu yumurtaların sayı 336-ya çatır. İkinci nəslin tırtıllarının inkişaf müddəti iyul ayının üçüncü ongünlüyündən avqust ayının üçüncü ongünlüyünədək, yaxud avqust ayının birinci ongünlüyündən sentyabr ayının birinci ongünlüyünədək iri yaşlı dekorativ ağaclarda davam edir.
Gözəlçə (film, 1990)
Gözəlçə (ing. Pretty Woman) — baş rollarda Riçard Gir və Culiya Roberts ilə birlikdə Harri Marşalın rejissorluq etdiyi Amerika komediya melodraması. == Süjeti == Tanınmış iş adamı Edvard Levis, iş yoldaşlığında onu müşayiət etməsini istədiyi zaman xoşagəlməz bir telefon danışığı zamanı sevgilisi tərəfindən tərk edilir; onsuz da ekskluziv bir qız kimi rəftar etməkdən bezmişdi. Edvard Nyu-Yorkda yerləşən korporativ reyderdir, maliyyə problemləri içində şirkətləri satın alır və onları parça-parça satır. Hollywood Hills-də bir işgüzar qonaqlıq buraxaraq, vəkilinin Lotus Esprit avtomobilini alır və təsadüfən fahişə Vivian Wardla görüşdüyü qırmızı işıqlı bölgədəki Hollywood bulvarına gedir. Edvard maşın sürməkdə çətinlik çəkdiyindən, Vivian ona qaldığı Beverly Wilshire Otelinə gedən yolu göstərir. Aydın olur ki, Vivian Lotus haqqında daha çox şey bilir və Edvard onun sürücüsünə imkan verir. Vivian, Lewis'i gəzinti üçün 20 dollar ödəyir və yolları ayırır. Edvardın onu tapdığı və gecə üçün kirayə qalmağı təklif etdiyi avtobus dayanacağına gedir. Ertəsi gün Viviandan rəfiqəsinin rədd etdiyi rolu oynamağı xahiş edir və növbəti altı gün onun yanında qalmağı üçün 3000 dollar təklif edir.
Milyon dollarlıq gözəlçə
Milyon dollarlıq gözəlçə (ing. Million Dollar Baby) — Klint İstvudun idman draması. Əsas rolları Klint İstvud və Hilari Suonk tərəfindən ifa olunur. Film dörd "Oskar" alıb ( ən yaxşı film, rejissor, aktrisa — Hilari Suonk, ikinci plan aktyoru — Morqan Friman). 31 yaşındakı xörəkpaylayan Meqqi Ficerald (Hilari Suonk) boks bölməsinə gəlir: zal, köhnə məşqçi və Promoter Frenk Dann (Klint İstvud) aidir. Lakin Dunn, onunla çalışmaqdan imtina edir, çünki o "qızlarla məşq etmir." Buna baxmayaraq Meqqi özü səylə məşq edir və təcricən çoxlarının hörmətini qazanır həm də Danın dostu keçmiş boksçu Eddi Düprini (Morqan Friman) də. Düpri yavaş-yavaş çox qadir şagird Meqqi ilə, məşqə başlayır. Filmin rəsmi saytı Milyon dollarlıq körpə — Internet Movie Database saytında.
Laknau gözəli (dəqiqləşdirmə)
Laknau gözəli (film, 2006) – 2006-cı ildə orijinalı urdu və hind dillərində çəkilmiş Hindistan bədii filmidir. Laknau gözəli (film, 1981) – 1981-ci ildə çəkilmiş hind bədii filmidir.
Dürres Gözəli (mozaika)
Dürres Gözəli mozaikası (alb. Bukuroshja e Durrësit, ing. The Beauty of Durrës) — Albaniyada tapılan ən qədim, bizim eramızdan əvvəl 4-cü əsrə aid polixrom mozaikadır. Sahəsi 9 kvadrat metr olan bu mozaika ellips formasındadır. Üzərində tünd fonda güllər və digər bitkilərlə əhatələnən qadın başı təsvir olunub. 1918-ci ildə kəşf olunub və 1982-ci ildən Tirana şəhərində yerləşən Albaniya Milli Tarix Muzeyində sərgilənir. == Tarixi == Mozaika eramızdan əvvəl IV əsrin ikinci yarısında Durresdə yaradılmışdır. Mozaika 1916-cı ildə, Birinci Dünya Müharibəsinin ortalarında, Dürresin Avstriya-Macarıstan qüvvələri tərəfindən işğal edildiyi zaman aşkar edilmişdir. Avstriya-Macarıstan ordusunun hava hücumu üçün sığınacaqların tikintisi işləri zamanı hərbi mühəndislər, Durres şəhərinin günümüzdə mərkəzində yerləşən "Varoş" küçəsində bir evin bünövrəsində qazıntı işləri zamanı təqribən 3.8 metr dərinlikdə mozaika ilə qarşılaşdılar. 1918-ci iin aprel ayında Avstriyalı arxeoloq Kamillo Praşniker sığınacağın tikintisi bitməmişdən öncə həmin mozaikanı araşdırdı.
Laknau gözəli (film, 1981)
Laknau gözəli və ya Sevimli Umrao (urduca: امراؤ جان‎, hindcə: उमराव जान, İngiliscə: Umrao Jaan) — 1981-ci ildə çəkilmiş hind bədii filmidir, filmin orijinalı urdu dilində çəkilmiş, sonradan isə hind dilinə dublyaj olunmuşdur. Filmin süjet xətti XIX əsrin məşhur hind şairəsi və rəqqasəsi Umrao-Can-Adanın həyatından bəhs edən və real hadisələrə əsaslanan və Mirzə Məhəmməd Hadi Rusvanın qələmə aldığı “Rəqqasə” (1899) romanının ekranlaşdırılmış versiyasıdır.
Laknau gözəli (film, 2006)
Laknau gözəli və ya Lakxnau gözəli (urduca امراؤ جان‎, hindcə: उमराव जान, ingiliscə Umrao Jaan) 2006-cı ildə orijinalı urdu və hind dillərində çəkilmiş Hindistan bədii filmidir. Filmin premyerası 2 noyabr 2006-cı ildə baş tutmuşdur. Filmin süjet xətti XIX əsrin məşhur hind şairəsi və rəqqasəsi Umrao-Can-Adanın həyatından bəhs edən və real hadisələrə əsaslanaraq yazılmış Mirzə Məhəmməd Hadi Rusvanın “Rəqqasə” romanının ekranlaşdırılmış versiyasıdır.
Milyon dollarlıq gözəlçə (film, 2004)
Milyon dollarlıq gözəlçə (ing. Million Dollar Baby) — Klint İstvudun idman draması. Əsas rolları Klint İstvud və Hilari Suonk tərəfindən ifa olunur. Film dörd "Oskar" alıb ( ən yaxşı film, rejissor, aktrisa — Hilari Suonk, ikinci plan aktyoru — Morqan Friman). 31 yaşındakı xörəkpaylayan Meqqi Ficerald (Hilari Suonk) boks bölməsinə gəlir: zal, köhnə məşqçi və Promoter Frenk Dann (Klint İstvud) aidir. Lakin Dunn, onunla çalışmaqdan imtina edir, çünki o "qızlarla məşq etmir." Buna baxmayaraq Meqqi özü səylə məşq edir və təcricən çoxlarının hörmətini qazanır həm də Danın dostu keçmiş boksçu Eddi Düprini (Morqan Friman) də. Düpri yavaş-yavaş çox qadir şagird Meqqi ilə, məşqə başlayır. Filmin rəsmi saytı Milyon dollarlıq körpə — Internet Movie Database saytında.
Elephantulus rozeti
Şimali Afrika atlanqaçı (lat. Elephantulus rozeti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Futbol+ qəzeti
"Futbol+" — idman qəzeti. == Haqqında == "Futbol+" qəzeti 1997-ci il oktyabrın 21-dən işıq üzü görür. Qəzetin təsisçisi Vüqar Məmmədov, ilk baş redaktoru Mahir Rüstəmovdur. "Futbol +" əvvəllər həftədə 1 dəfə işıq üzü görüb, 1998-ci ilin martından isə həftədə 2 dəfə nəşr olunmağa başlayıb. Sonrakı illərdə dövrülük 3, 4, 2009–cu ilin 1 fevralından isə 5 dəfəyə çatdırılıb. Qəzet adətən futbol üzrə dünya və Avropa çempionatları ərəfəsində oxucuların mühakiməsinə xüsusi buraxılış təqdim edir. Bundan başqa Azərbaycandakı vacib futbol olayları, klubların uğurları xüsusi buraxılış və ya plakatla işıqlandırılır. "Futbol+" Azərbaycan futbol çempionatının bütün oyunlarına reportyor göndərir, hər ilin sonunda Azərbaycanda ilin ən yaxşı futbolçusunu və ən yaxşı idmançını müəyyənləşdirən geniş sorğu keçirir. 1-ci, 4-cü, 5-ci və 6-cı günkü saylar 16, 2-ci günkü saylar 24 səhifədən ibarət olur. Qəzetin 30-a yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var.
Hökmranlıq qəzeti
Hökmranlıq qəzeti (Osmanlı Türkcəsi:حاكميت مل 10) yanvar 1920-ci ildə Ankarada Müstəqillik Döyüşü zamanı Mustafa Kamal Paşa-nın başçılıq etdiyi Anadolu və Rumeli Hüquqları Müdafiə Birliyinin nümayəndə heyətinin nəşr orqanı olaraq nəşrinə başladı türkcə qəzetdir.Sivas Konqresindən sonra milli mübarizə hərəkatının yayım orqanı olaraq Missiya Heyətinin nəzarəti altında Sivasda çıxarılan Will-i Milliye’nin davamıdır. Əvvəlcə həftədə iki dəfə nəşr olunan qəzet 6 fevral 1921-ci ildən gündəlik nəşr olunmağa davam edir. Milli Mübarizə dövrü qəzetlərinin lideri və əsas xəbər mənbəyidir.Mustafa Kamal Paşa qəzetdə köşə yazarı idi. Müstəqillik Döyüşünün qələbəsindən və Cümhuriyyət elan edildikdən sonra Cümhuriyyət Xalq Partiyasının yarı rəsmi nəşr orqanı olaraq həyatını davam etdirən Hakimiyet-i Milliye 1934-cü ildə Ulus adlandırıldı. == Qəzetin quruluşu == Heyət Sivasdan ayrılıb Ankaraya gəldikdən sonra, mübarizənin vəziyyəti haqqında ictimaiyyətə və xarici dünyaya məlumat vermək və milli mübarizənin lehinə təbliğat aparmaq üçün Ankarada yeni bir qəzet nəşr etmək qərarına gəldi. Qəzetin adı; Sivasda Will-i Milliye'yi yaydığı üçün "Hakimiyet-i Milliye için" olaraq təyin olundu.Həftədə iki gün və dörd səhifə nəşr olunmağa başlayan qəzetin ilk nömrələri Ankara qubernatorluğunun aşağı qatında olan Vilayət mətbəəsində nəşr olundu. Vilayət Mətbəəsinin bütün maşınları və işçiləri Hakimiyet-i Milliyəyə verildi. Qəzetin ofisi Ulus meydanında Vəli Xanda yerləşirdi.Qəzetin məsul direktoru Rəcəb Zühtü bəy və baş redaktor Nizaməddin Nazif idi. Heyət üzvü Hakkı Behiç bəy məqalələrin yayılması və yayımlanması ilə maraqlandı. Mustafa Kamalın Hakkı Behiçə verdiyi öz düşüncələri var digər məqalələr bir-bir araşdırıldı.
Hümmət qəzeti
"Hümmət" qəzeti — Azərbaycan dilində ilk qeyri-leqal qəzet, sosial-demokrat "Hümmət" təşkilatının orqanı. == Haqqında == 1904-cü ildə Məhəmməd Əmin Rəsulzadənin, M.Ə.Əzizbəyovun, N.Nərimanovun, S.M.Əfəndiyevin, P.A.Çaparidzenin bir araya gəlməsi ilə yaradılan "Hümmət" qrupu sosial-demokrat ideyasının daşıyıcıları olaraq nəşriyyat işini təşkil etməyə başladılar. Qrup vərəqələr və intibahnamələr buraxılmasına, onların əhali arasında yayılmasına çalışırdılar. == Nəşri == 1904-cü ilin oktyabrında "Hümmət"çilər ilk sosial-demokrat nəşri olan Azərbaycan dilində gizli şəkildə "Hümmət" qəzetini nəşr etməyə başladılar. "Hümmət" qəzeti S.M.Əfəndiyevin və M.Mirqasımovun rəhbərliyi ilə nəşr olunurdu. Qəzet 1904-cü ilin sonlarından 1905-ci ilin fevralına qədər Bakıda nəşr olunmuşdur. Cəmi 6 nömrəsi çıxmışdır. 1905-ci il fevralın ortalarında "zərərli istiqamətinə görə" polis tərəfindən qəzetin mətbəəsi dağıdılmış, qəzetin nəşri dayandırılmış və bəzi əməkdaşları isə həbs edilmişdir. "Hümmət"in səhifələrində inqilabi ideyalar yayılırdı. Qəzetin səhifələrində mütləqiyyətə qarşı mübarizəyə həsr olunmuş materiallar verilir, zəhmətkeş qadınları kapitalın əsarətindən azad etmək zərurəti haqqında fikir yürüdülür, xalqdan uzaq düşmüş və "qara camaatın" məişətini və dilini bilməyən ziyalılar töhmətləndirilir, ruhanilər ifşa edilirdi.
Kafkaz qəzeti
"Kavkaz" qəzeti (rus. Кавказ) — Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşr. == Tarixi == 1846-cı ildə işıq üzü görüb. Canişin knyaz Mixail Vorontsovun təşəbbüsü ilə nəşr olunan özəl nəşr idi. Özünü siyasi və ədəbi qurum elan edən "Kavkaz" qəzeti hökumətin dəstəyindən yararlanırdı, çünki yeni qəzet ucqar bölgələrin ruslaşdırmasına töhfə verirdi. İlk redaktoru 1849-cu ilə qədər Osip Konstantinov idi. 1856-cı ildə "Zakavkazski vestnik" qəzeti ilə birləşmə baş tutdu və sonuncu "Kavkaz" qəzetində rəsmi əlavə kimi nəşr olunmağa başladı. 1857-ci ildən 1863-cü ilə qədər qəzetin baş redaktoru şair Fedot Bobılyov idi. 12 sentyabr 1892-ci ildə "Kavkaz" qəzetində "Makar Çudra" hekayəsinin altında qoyulan imzada ilk dəfə "M. Qorki" təxəllüsü peydə olmuşdur. 1918-ci ildə "Kavkaz qəzeti" fəaliyyətini dayandırıb.
Kaspi qəzeti
Kaspi (Каспий) – Azərbaycanda nəşr olunan ən qədim qəzetlərdən biridir. Rusiya İmperiyası dövründə — 1881–1918-ci illərdə və Azərbaycan Xalq Cümhuriyyəti zamanı – 1919-cu ildə nəşr edilib. 1990-cı illərin sonunda qəzetin fəaliyyəti yenidən bərpa olunub. Hazırda rus və Azərbaycan dillərində nəşr olunur. == Tarixi == "Kaspi" qəzeti 1881-ci ilin yanvarında Bakıda təsis edilib. 1881-ci ildən 1919-cu ilə qədər qəzetin 10.065 nömrəsi nəşr olunub. İlk 28 nömrə 1881-ci ilin iyuluna qədər həftədə 2 dəfə, sonrakı nömrələr həftədə 3 dəfə olmaqla çap edilib. 1884-cü ilin yanvarından qəzet gündəlik nəşr olunmağa başlayıb. Qəzetin ilk tirajı 420 nüsxə idi. 1887-ci ildə tiraj 1000, 1897-ci ildə isə, qəzetin tirajı 2400 nüsxə olub.
Komanda qəzeti
KomandA qəzeti Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. Qəzetin yaradıcısı Kənan Məstəliyevdir. Qəzetin ilk sayı 2008-ci ilin may ayının 4-də işıq üzü görmüşdü. "KomandA" qəzeti maraqlı müsahibələri, eksklüziv xəbərləri, şərhləri və köşə yazılarıyla əvvəlcə həftədə bir dəfə satışa çıxırdısa, fevral ayından etibarən isə hər həftə iki dəfə oxucularını sevindirir. Qəzet hər həftənin çərşənbə və bazar günləri satışa çıxır. Ölkə və dünya futbolunda baş verən bütün hadisələr, Avropa kubokları, qitə və Dünya Çempionatları kimi mötəbər turnirlər, digər idman növləri haqqında məlumatlar fərqli şərh və üslübda oxucuların diqqətinə çatdırılır. Qəzetin 20-yə yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var. Qəzet ölkənin bütün ərazilərinə yayılır. Qəzetin kollektivində çalışacaq əsas imzalar Rəşad Ergün, Kənan Məstəliyev, Natiq Muxtarlı və Pərvin Kazımoğlu təcrübəli idman yazarlarıdır. 13 avqust 2014-cü ildə qəzet bağlanılaraq onlyan şəkildə fəaliyyətinə davam edib.
Kommunist qəzeti
"Xalq qəzeti" (27 avqust 1991-ci ilədək "Kommunist" qəzeti) — Azərbaycanda gündəlik ictimai-siyasi qəzet. == Tarixi == 1929-cu il yanvarın 1-də Azərbaycanda yeni əlifba tətbiq edilməyə başladı. Həmin gün "Kommunist" qəzeti yeni əlifba ilə çap olunmağa başlamışdır. 1920-ci ildən etibarən qəzetdə Azərbaycan SSR dövlət orqanlarının hüquqi aktları rəsmi çap edilirdi. == Baş redaktorları == === Kommunist === Əliheydər Qarayev 1919–1920 Ağababa Yusifzadə 1920–1921 Böyükağa Talıblı 1921 Həbib Cəbiyev 1921–1922 Əliheydər Qarayev 1922 Ruhulla Axundov 1922–1923 Həbib Cəbiyev 1923–1927 Yusif Qasımov-Əhməd Triniç 1927–1931 Yunis Hacıyev 1931–1941 Rza Quliyev 1941–1944 Ağababa Rzayev 1945 Əli Vəliyev 1945–1949 Rza Quliyev 1949–1953 Ağababa Rzayev 1953–1955 Xasay Vəzirov 1955–1958 İsrafil Nəzərov 1958–1963 Ağababa Rzayev 1963–1980 Rəşid Mahmudov 1980–1987 Ramiz Əhmədov 1987–1988 Cəmil Əlibəyov 1988–1990 === Xalq qəzeti === Tofiq Rüstəmov 1990–1995-ci illərdə "Kommunist" qəzetinin redaktoru, "Xalq qəzeti"nin baş redaktoru Mahal İsmayıloğlu 1995–2002 Həsən Həsənov 2002-2022 Əflatun Amaşov 2022–h.h. == İstinadlar == == Mənbə == Azərbaycan tarixinin bir əsrlik salnaməsi 24 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 28 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 30 Avqust 2019 Azərbaycan tarixinin bir əsrlik salnaməsi 1 Sentyabr 2019 == Xarici keçidlər == Baş redaktorların "yubiley" davası: "Xalq qəzeti"ni biabırçılıqdan xilas edin" Tahir Aydınoğlu. ""Azərbaycan" qəzetindən "Xalq qəzeti"nə gələn yol". Xalqqazeti.az (az.). İstifadə tarixi: 2023-11-26.
Lənkəran qəzeti
"Lənkəran" — Azərbaycan Respublikasının Lənkəran rayonunda fəaliyyət göstərən ictimai-siyasi qəzet. “Lənkəran” qəzeti 1931-ci ildən nəşrə başlayıb. “Sıə Tolış” (“Qızıl Talış”) adı ilə talışca və Azərbaycanca nəşrə başlayan qəzet müxtəlif illərdə “Sosialist subtropikası”, “Leninçi”, 1990-cı il sentyabrın 22-dən isə “Lənkəran” adı ilə fəaliyyət göstərib. Qəzetin baş redaktoru İltifat Əhmədovdur. 2011-ci il 21 iyul tarixində qəzetin 80 illik yubileyi geniş təntənə ilə qeyd edilib. == Tarixi == Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin mətbuat tarixi XX əsrin əvvəllərindən başlanır. Bölgədə ilk qəzet 1912-ci ildə Lənkəranda rus dilində çap olunmuşdur. “Rıbnoye dole” adlanan bu qəzet həftəlik qəzet olub, dörd səhifəlik olmaqla ölçüsü 38 sm idi. Qəzetin redaktoru A.Q.Talalayev və İ.Z.Yampolski olmuşdur. 1916-1917-ci illərdə Lənkəranda “Lətaif” (“Lətifələr”) qəzeti nəşr edilmişdir.
Maarif qəzeti
“Maarif” qəzeti — "hüquqi, elmi-metodik maarifləndirmə mərkəzi" ittifaqının azərbaycandilli milli məktəblərin müəllimlərinin aylıq jurnalı-qəzeti. == Haqqında == “Maarif” qəzeti 2001-ci ilin yanvar ayından Gürcüstanın paytaxtı Tiflisdə çap olunur. İlk əvvəllər dörd səhifəlik olub. Bu gün ayda bir dəfə olmaqla, 60 səhifə çap olunur. 14 bölmədən ibarətdir. Qəzetdə Azərbaycanın tarixinə, mədəniyyətinə, təhsilinə, milli-mənəvi dəyərlərinə, gürcü ziyalıları haqqında, Gürcüstanda yaşayan soydaşlarımızın milli-mədəni hüquqları mövzularına üstünlük verilir.
Müxalifət qəzeti
Müxalifət — Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. "Müxalifət" qəzetini 15 oktyabr 1991-ci ildə mərhum jurnalist Ağamalı Sadiq Əfəndi yaradıb. Qəzetə müxtəlif vaxtlarda Mehman Cavadoğlu, Vaqif Hacıbəyli, Süleyman Osmanoğlu və Nəsir Əhmədli rəhbərlik edib. Hazırda çapında fasilə yaranmış qəzetin baş redaktoru Rövşən Kəbirli və redaksiyanın aparıcı əməkdaşı Yaşar Ağazadənin 2007-ci ildə həbs edilməsi "Müxalifət"in fəaliyyətinə təsir göstərmişdir. R.Kəbirli və Y.Ağazadə 2007-ci il mayın 16-da akademik Cəlal Əliyevin iddiası əsasında həbs olunublar. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən jurnalistlər 7 ay 14 gün sonra prezident İlham Əliyevin əfv fərmanı ilə 2007-ci il dekabrın 29-da azadlığa buraxılıblar.
Pravda qəzeti
Pravda (rus. Правда,"Həqiqət") — Rusiyada yayımlanan, 11 milyon tirajla ən nüfuzlu qəzetlərdən biri olduğu vaxtlarda Sovet İttifaqı Kommunist Partiyasının rəsmi qəzeti olan Rusiyadakı böyük ölçülü qəzetidir. Qəzet 5 may 1912-ci ildə Rusiya imperiyasında nəşr olunmağa başlamış, ancaq 1911-ci ilin yanvarında xaricdə yayılmışdır. Oktyabr inqilabından sonra Sovet İttifaqının aparıcı qəzeti olaraq meydana çıxdı. Qəzet 1912-ci ildən 1991-ci ilədək KP MK-nın rəsmi orqanı idi. Sovet İttifaqının dağılmasından sonra Pravda Rusiya Prezidenti Boris Yeltsin tərəfindən 1996-cı ildə Yunan biznes ailəsinə satıldı və qəzet özəl Pravda İnternational şirkətinin nəzarəti altına keçdi. 1996-cı ildə Pravda İnternational şirkətinin sahibləri ilə Pravda jurnalistlərinin bəziləri arasında Pravdanın fərqli qurumlara bölünməsinə səbəb olan daxili mübahisə yarandı. Rusiya Federasiyası Kommunist Partiyası Pravda kağızını aldı, bəzi orijinal Pravda jurnalistləri isə Rusiyanın Kommunist Partiyasına bağlı olmayan ilk onlayn qəzeti (və ilk onlayn ingilis dilli qəzet) Pravda.ru-nu yaratdı. Rəqib tərəflər arasında hüquqi mübahisədən sonra Rusiya arbitraj məhkəməsi hər iki qurumun Pravda adından istifadə etməyə davam etməsinə icazə verilməsini təmin etdi. Pravda qəzeti bu gün Rusiya Federasiyası Kommunist Partiyası tərəfindən idarə olunur, halbuki onlayn Pravda.ru özəldir və rus, ingilis, fransız və portuqal dillərində nəşr olunmuş beynəlxalq nəşrləri var.
Qəbələ qəzeti
"Qəbələ" qəzeti – Qəbələdə nəşr olunan qəzet Qəbələ Rayon İcra Hakimiyyəti və redaksiya kollektivinin təsisçiliyi ilə nəşr olunan "Qəbələ" qəzeti 15 oktyabr 1933-cü ildə "Bolşevik mübarizi" adı ilə işıq üzü görmüşdür. Sonralar "Mübariz", "Yeni həyat", "Qalibiyyət", "Qəbələ" adları ilə çap olunmuşdur. Qəzet redaksiyasında çalışan redaktorlar: Nəriman Həsənov, Musa Nəcəfov, Umud Kərimov, Baba Qəhrəmanov, Canan Şirinov, Kərim Abdullayev, Ramazan İsmayılov, Əziz Əzizov, Tacəddin Şahdağlı, Nadir Rəsul oğlu Atakişiyev, Oqtay Məmmədov. Hazırda redaksiyaya Varis Yaqubov rəhbərlik edir. Qəzetin 1 sentyabr 2008-ci ilə olan nömrələrinin sayı 6790-a çatmışdır. A-3 formatlı "Qəbələ" qəzetinin hər nömrəsi 8-16 səhifədən ibarətdir.
Respublika qəzeti
Respublika qəzeti — Azərbaycanın rəsmi dövlət qəzeti. 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edib. Hazırda baş redakktoru Hümbət Musayevdir. 20 mart 1996-cı ildən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. VÖEN-i 1300532321, ünvanı Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, Azərbaycan nəşriyyatı 7-ci mərtəbəsi.
Müsavat qəzeti
Yeni Müsavat — Gündəlik ictimai-siyasi qəzet. 7 noyabr 1989-cu ildə Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbuat orqanı kimi yaradılıb. 2009-cu ilin noyabr ayının 8-də qəzetin təsisçisi İsa Qəmbər qəzetin 20 illik yubileyində 16 il 8 aydan sonra təsisçiliyi Rauf Arifoğluna təhvil vermişdir. İsa Qəmbər qəzetə 1993-cü ildən təsisçilik edirdi. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişərək Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görmüşdür. 22 dekabr 2011-ci ildə qəzetin 5000-ci sayı işıq üzü görmüşdür.