OSMAN İBN ƏFFAN

(35/656-cı ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin yaxın səhabəsi, görkəmli ictimai-siyasi xadim və üçüncü Raşidi xəlifəsi olmuşdur. 575-ci ildə Məkkədə doğulmuş, İslamı qəbul edən ilk müsəlmanlardan biri olmuşdur. Onun əmisi Həkəmə ibn Əbül-As onun seçiminə qarşı çıxmış, qardaşı oğlunu inancından çəkindirib ulu babalarının inancına döndərmək istəmişdir. Ancaq bu heç bir nəticə verməmişdir. Bir müddət keçdikdən sonra Osman Məhəmməd peyğəmbərin qızı Ruqiyyə ilə evlənmişdir. Müsəlmanlar Məkkədə təqiblərə uğrayan zaman Məhəmməd peyğəmbər onların bir çoxlarını Həbəşistana hicrət etmələrini əmr etmişdir. Osman da öz həyat yoldaşı ilə birlikdə hicrət edənlərdən olmuşdur. Bir müddət keçdikdən sonra Osman Məkkəyə qayıtmış və sonra müsəlmanlarla birlikdə Mədinəyə hicrət etmişdir. Osman müsəlmanların bütpərəstlərlə apardıqları bir çox savaşlarında iştirak etmişdir. Bədr döyüşü zamanı isə həyat yoldaşı Ruqiyyənin ağır xəstə olmasına, sonra isə vəfat etməsinə görə Mədinədə qalmışdır. Ruqiyyənin vəfatından sonra Osman Məhəmməd peyğəmbərin digər qızı Ümmü-Külsümlə evlənmişdir. O, Məhəmməd peyğəmbərin iki qızı ilə evləndiyinə görə onu “Zun-Nureyn” (İki nurun sahibi) adlandırırdılar. Hicrətin 6-cı ilində Məhəmməd peyğəmbər başda olmaqla müsəlmanlar həcc etmək üçün Məkkəyə doğru yola düşmüşdürlər.
ORUCLUQ BAYRAMI
OSMAN İBN ƏFFAN
OBASTAN VİKİ
Osman ibn Əffan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman bin Əffan

Məhəmməd ibn Osman
Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Məhəmməd ibn Osman da atası kimi şiə böyüklərindən olmuş, təqva, ədalət, ehtiram baxımından bütün şiələrin onu qəbul edib hörmət etdiyi və İmam Əskərinin (ə) etibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri (ə) Əhməd ibn İshaqın "Kimə müraciət edək?" sualının cavabında buyurmuşdu: "Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim etibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki, mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlardan itaət et! Çünki onların ikisinə də mən etibar edirəm." Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi (ə) tərəfindən ona başsağlığı verilərək özünün də, nümayəndə təyin olunması haqqında bir məktub yetişir. Abdullah ibn Cəfər Himyəri deyir: "Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi əleyhissəlamdan əvvəllər bizimlə məktublaşdığı xətlə yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib təyin edilmişdi." Həmçinin, İmam Məhdi (ə) İshaq ibn Yəqubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: "Allah Məhəmməd ibn Osman və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır." Məhəmməd ibn Osman fiqh (müsəlman hüquqları) elmi sahəsində bir neçə əsər yazmış, o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (ya da dördüncü naib Əbülhəsən Səməriyə) çatmışdır. Məhəmməd ibn Osman təxminən qırx il İmam Məhdinin (ə) nümayəndəsi olmuş, bu müddət ərzində müxtəlif məntəqələr üzrə təyin olunmuş nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır.
Osman ibn Mazun
Osman ibn Mazun (Məkkə – 624 və ya 625, Mədinə, ərəb. عثمان بن مظعون‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. İslamı qəbul edən on üçüncü şəxs, ikinci saleh xəlifə Ömər ibn Xəttabın qaynıdır. Onun tam adı Əbu əl-Saib Osman ibn Məzun ibn Həbib ibn Vəhb ibn Həzafa ibn Cümədir (ərəb. أبو السائب عثمان بن مظعون بن حبيب بن وهب بن حذافة بن جمح‎). O, Qureyş qəbiləsinin Bənu Cümə qəbiləsindən olmuşdur. O, Həvlə binti Həkimlə evlənmişdir. İbn İshaqın dediyinə görə, o, Məkkəli müşriklərin zülmündən yayınmaq üçün Efiopiyaya hicrət edən bir qrup müsəlmana başçılıq etmişdir. Məhəmməd peyğəmbərin Qüreyşlə barışması barədə yalan xəbərdən sonra o, Məkkəyə qayıdır və əmisi Vəlid ibn əl-Muqirənin himayəsində qalır. Osman ibn Məzun 624-cü ildə Mədinədə vəfat etmişdir.
Osman ibn Əfvan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman ibn Əli
Osman ibn Əli (ərəb. عثمان بن علی‎) — Əli ibn Əbu Talib və Ümmül-Banunun oğlu olmuşdur. O, şəhid olduğu Kərbəla döyüşündə vuruşmuşdur. Osman fədakarlığına görə müsəlmanlar tərəfindən böyük hörmətlə qarşılanır. Bəzi mənbələrə görə Osman şəhid olanda 21 yaşında idi və övladı yox idi. Osman və qardaşları Abbas, Abdullah və Cəfər Hüseyn ibn Əlini Məkkədən Kufəyə səfərində müşayiət etmiş və Kərbəla döyüşündə şəhid olmuşlar. Onların məzarları Hüseyn ibn Əlinin hərəmindəki Kərbəla şəhidlərinin kollektiv məzarının məqbərəsindədir. O, Əli və Fatimə binti Hizamın övladıdır. Osman evlənməmiş və övladı da olmamışdır. Şiə rəvayətinə görə Əli Əbu Talib oğluna Osman ibn Mazun adını vermişdir.
Şəmmas ibn Osman
Şəmmas ibn Osman (591, Məkkə – 625, ərəb. شمّاس بن عثمان‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. O, Məkkənin Beni Məhzum qəbiləsindəndir. 591-ci ildə bu şəhərdə anadan olmuşdur. Onun atası qəbiləsinin böyüklərindən olan Osman bin Şəriddir. İslamın ilk illərində müsəlman olmuşdur. İkinci Həbəş köçündə iştirak edir. Oradan Məkkəyə qayıtsa da, Məkkədə davam edən zülmə görə bu dəfə Mədinəyə hicrət edir. O, Bədrdən sonra Uhud döyüşündə iştirak etmiş və bu döyüşdə həlak olmuşdur. Bu döyüşdə ordu məkkəlilərin cəbhəsindən geri çəkildikdə geri çəkilməyən və Məhəmmədi qoruyan azsaylı əsgərlərdən biri olmuşdur.
Osman ibn Salman Naxçıvani
Osman ibn Salman Naxçıvani (?-?) — orta əsrlərdə yaşayıb-yaratmış rəssam- nəqqaşdır. Bədii metal ustası kimi incə naxışlı zərif mis qablar hazırlamaqla tanınmışdır. Ona məxsus nəfis Naxçıvan bürünc dolçası Beyləqandan tapılmışdır. Parisin məşhur Luvr muzeyində mühafizə olunur. Hündürlüyü 22 sm olan orijinal formalı həmin dolça oyma naxışlarla, gümüşlə işlənərək təsvirlərlə bəzədilmiş, üzərində düzəldilmə tarixi (1190) və ustanın adı həkk olunmuşdur və bu maraqlı əl işi bu gündə öz möhtəçəmliyi ilə göz oxşayır.
Osman ibn Səid Əmri
Əbu Əmr Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman ibn Səid Bəni-Əsəd qəbiləsindən olmuş, Samirra şəhərində yaşadığı üçün Əskəri də adlandırılmışdır. Şiələr onu Səmman (yağsatan) deyə çağırırdılar. O, siyasi fəaliyyətinin üzə çıxmaması məqsədilə yağ satmaqla məşğul olur, şiələrin İmama çatdırmaq istədiyi malları onlardan alaraq yağ qablarına qoyub İmam Əskəriyə (ə) çatdırırdı. O, etimadını necə lazımdısa doğrultmuş, şiələrin hamısı ona inanırdı. Qeyd etmək lazımdır ki, Osman ibn Səid elə İmam Əliyyən-Nəqi (ə) və İmam Əskərinin (ə) da, nümayəndə və yaxın dostlarından olmuşdur. Özü şiə başçılarından olan Əhməd ibn İshaq deyir: "Bir gün İmam Əliyyən-Nəqinin (ə) yanına gedib dedim: "Mən bəzi vaxtlar burada olur, bəzi vaxtlar isə olmuram, burada olanda da, həmişə sizin yanınıza gələ bilmirəm. Kimin sözünü qəbul edim, kimə qulaq asım?" İmam buyurdu: "Bu Əbu Əmr (Osman ibn Səid Əmri) inanılmış və etibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır." Sonra Əhməd ibn İshaq əlavə edib deyir: "İmam Əliyyən-Nəqinin (ə) vəfatından sonra İmam Əskərinin (ə) yanına gedib həmin sualı təkrar etdim. O da atası kimi buyurdu: "Bu Əbu Əmr məndən əvvəlki İmamın etibar etdiyi, eləcə də, mənim həm həyatımda, həm də öldükdən sonra inandığım bir şəxsdir.
Ömər ibn Osman Kafiəddin
Ömər ibn Osman Kafiəddin (1080, Şamaxı – 1150, Şamaxı) – mənşəcə Azərbaycan türklərindən olan məşhur təbib-alim. Şamaxıda Sağlamlıq evi yaradaraq orada fəaliyyət göstərmiş, oradan şöhrəti bütün Şərqə yayılmışdır. Ömər Kafiəddinin təqribən 1080-ci ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. O öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Şirvanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı:"Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur." Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb.
Osman
Osman — Şərqdə daha çox işlədilən ərəb mənşəli kişi adı. Osman ibn Əffan — Üçüncü Raşidi xəlifə. Osman Batur — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Durmuş — siyasətçi, həkim. Osman Yağmurdərəli — Türkiyənin məşhur aktyoru və rejissoru, siyasətçi. Osman Zəncani — çilingər və qələmdan ustası Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman Nuri Topbaş — Osman Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. I Osman — Osmanlı dövlətinin qurucusu və ilk hökmdarı. II Osman — 1618-1622-ci illərdə Osmanlı sultan I Əhmədin oğludur. III Osman — 1754-1757-ci illərdə Osmanlı sultanı.
Əziz Osman ibn Səlahəddin Əyyubi
Əziz Ömər (tam adı: ərəb. الملك العزيز عماد الدين أبو الفتح عثمان بن صلاح الدين يوسف‎; əl-Məlik əl-Əziz İmadəddin Əbülfəth Osman ibn Səlahaddin Əyyubi; 1171, Qahirə – 29 noyabr 1198) — Səlahəddinin ikinci oğlu və Əyyubi sultanı. 1198-ci ildə atdan yıxılaraq vəfat etdi və yerinə oğlu Mənsur Məhəmməd keçdi. == Həyatı == Əyyubi tarixçisi Əbülfida Əziz Osmanın Səlahəddinin ikinci oğlu olduğunu və böyük oğlu Əfdal Əlidən iki yaş kiçik olduğunu yazır. Təxmini 1186-cı ildə Səlahəddin Misirdəki dövlət işlərindən ayrılaraq yaxın qohumları ilə birlikdə Dəməşq və Hələb tərəfə çəkilmişdi. O, burada olarkən qurduğu dövlətin taleyi ilə bağlı mühüm qərarlar verdi və qardaşı Adilə də bunları qəbul etdirdi. Bu qərarlara görə birinci oğlu Əfdal Fələstinin də içərsinə daxil olduğu "Suriya və Şam əmiri", ikinci oğlu Əziz Osman "Misir sultanı", üçüncü oğlu Zahir Qazi isə "Hələb əmiri" olacaqdı. Qardaşlarından Turanşah Yəmən əmiri, Adil isə Əlcəzirə və Diyarbəkir bölgələrinə əmir təyin edildi. Həmçinin İordaniyadakı Kərak və Şüvbək qalaları da Adilə veriləcəkdi. Tarixçi Əbülfidanın yazdığına görə, 12-ci əsrin 80-ci illərində Səlahəddin 14 yaşlı oğlu Əziz Osmanı Misirə vali təyin etdi və gənc Əziz Osman bu vəzifəni əmisi Adillə bölüşdü.
Gənc Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
III Osman
III Osman (Osmanlı türkcəsi:عثمان ثالث — Osman-i sālis) (d. 3 yanvar 1699 — ö. 30 oktyabr 1757) — 25-ci Osmanlı sultanı və 104-cü İslam xəlifəsi. 3 yanvar 1699-cu ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Atası II Mustafa, anası isə Şahsüvar Sultandır. Atasının Ədirnə hadisəsinin (1703) ardından taxtdan endirilməsi ilə qardaşları ilə birlikdə Topqapı sarayına aparıldı və burada Şimşirlik bölümündə yaşamağa başladı. Burada ikən digər şahzadələrlə birlikdə 17 aprel 1705-ci ildə gizlicə sünnət edildi. 1712-ci ilin dekabrında səfərə çıxan Sultan Əhmədin şəxsi heyətiylə birlikdə Ədirnəyə qədər aparıldı. Bundan başqa sultanın digər səyahətlərində də iştirak etdi. Böyük qardaşı I Mahmudun taxta çıxmasının (1 oktyabr 1730) ardından ən böyük şahzadə olaraq vəliəhd edildi.
II Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
I Osman
I Osman Qazi (osm. عثمان بك‎ — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1258, Söğüt, Biləcik ili – 21 avqust 1326, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar. Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.
Osman (Auırqazı)
Osman (başq. Уҫман, rus. Усмановo) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Daştamaq kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 15 km, kənd sovetliyindən (Daştamaq): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 45 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (89%) üstünlük təşkil edir.
Osman (Avurğazı)

Osman (Törömbət)
Osman (başq. Усман, rus. Усманово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Türümbət): 6 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 38 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Osman (Türümbət)

Osman (dəqiqləşdirmə)
Osman (xəlifə)
Osman (xəlifə)
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman Albayrak
Osman Albayrak (18 oktyabr 1977, İzmit) — Azərbaycannın bir çox filmlərinin aktyoru, rejissor. Osman Albayrak 1977-ci ildə İzmitdə anadan olub.
Osman Batur
Osman Batur (qaz. Оспан батыр (Оспан Исламұлы) və ya وسپان باتىر (çin.); bəzən Uthmān/Osman Bātūr, Osman Batir və ya Osman Batur adlandırılırdı İslambay oğlu; 1899, Göktoğay[d], Tzin sülaləsi – 29 aprel 1951, Urumçi) — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Batur müstəqillik mücadiləsinə 1911-ci ildə 22 yaşında başlayıb. Əsl adı Osman İslamoğludur və Qazax türküdür. 1899-cu ildə Altayın Göktoğay bölgəsində dünyaya gəlib. Kiçikkən babasından dini təhsil alıb. Hələ 12 yaşında ikən at minməsi, silah tutmasıyla diqqətləri çəkib. O dönəmin qəhrəmanlarından olan Böke Batur onu dəstəsinə götürüb. II dünya müharibəsi dönəmində çinlilər Şərqi Türkistana təzyiqlərini artırıblar. Məscidlərə hücum edib, insanları haqsız yerə küçələrdə güllələyiblər.
Osman Ərbaş
Osman Ərbaş (türk. Osman Erbaş; 20 mart 1962 – 4 mart 2021, Tatvan[d], Bitlis ili) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant. Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu. Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir. Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir. Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.

Digər lüğətlərdə