PƏSXAN

[fars.] сущ. аскӀан (агъуз) ванцелди, бэмдай кӀелдай (лугьудай) манидар.
PƏSƏND
PƏSMƏNDƏ
OBASTAN VİKİ
Pəsxan Cəlil
Pəsxan Cəlil (əsl adı: Cəlil Məşədi Süleyman oğlu; 1895, Şuşa – 1949, Bərdə) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Cəlil Məşədi Süleyman oğlu 1895-ci ildə Şuşa şəhərində musiqiçi anadan olmuşdur. Mədrəsə təhsili alıb oxuyub-yazmağı öyrənsə də 10–12 yaşlarında məktəbi yarımçıq qoymuş, uşaq yaşlarından qardaşı Mürsəllə xanəndə kimi məclislərdə iştirak etmişdir. Malıbəyli Həmid və Zabul Qasımın ifalarından təsirlənmiş, həmin xanəndələr kimi oxumağa çalışmışdır. Onun öyrəndiyi ilk hava "Qarabağda bir dənəsən" mahnısı olmuşdur. Cəlil 15–16 yaşlarında olarkən atası onu özü ilə teatr tamaşalarına və toy məclislərinə aparmağa başlamışdır. Aşıq yaradıcılığını sevdiyi üçün ona yerli əhali arasında ona "Aşıq Cəlil" deyə də müraciət edilmişdir. Qeyd etdiyimiz kimi, o şikəstə oxuyanda aşıq qoşmalarına, müxəmməs və təcnislərinə müraciət edərdi. Özü də şerin hər bəndini əzbər, sonra da şikəstə üstündə oxuyardı. Hələ o vaxtdan onun oxuduğu qəzəl və qoşmalar Qarabağ xalqı arasında dildən-dilə gəzirdi.

Digər lüğətlərdə