Hewlett-Packard
HP (ing. Hewlett-Packard) — mərkəzi Palo Alto, Kaliforniyada yerləşən beynəlxalq texnologiya şirkəti. Məlumat əməliyyat, təzyiq sistemləri və ədədi göstərmə təchizatları istehsalçısıdır. Ayrıca proqram və xidmət təchizatçısıdır.
HP, 1939-cu ildə Bill Hewlett və Dave Packard tərəfindən bir test və ölçü cihazları istehsalçı şirkəti olaraq qurulmuşdur. İlk məhsulu Model 200A adındakı audio oscillator precision idi. İlk fərdi kompüter olan Hewlett-Packard 9100A'nı 1968-ci ildə istehsal etmişdir. Daha sonra, 1970-ci illərdə kalkulyator, 1980-ci illərdə inkjet, lazer printer və skaner, 1990-cı illərdə stolüstü, dizüstü (noutbook) və server kompüterləri istehsalına başlamışdır.
2002-ci ildə Compaq şirkəti ilə birləşən HP şirkəti, ayrıcaHP-UX, Tru64 və OpenVMS əməliyyat sistemləri; PA-RİSC, IA64 və Alpha mikro əməliyyat sistemlərini; HP 9000 və ProLiant server və iş stansiyalarını və OpenView kimi rəhbərlik proqramları istehsal edir. Compaq ilə edilən birləşmənin təşkilat mənasında kifayət qədər həzm edilə bilməməsi və hədəflənən performansın ortaya qoyulamaması nəticəsində, HP-nin CEO-si Carly Fiorina 2005-ci ilin əvəllində səhmdarların tələbi istiqamətində vəzifəsindən ayrılmaq məcburiyyətində qalmışdır.