Musa Musayev (parazitoloq)
Musayev Musa Əbdürəhman oğlu (27 dekabr 1921 və ya 1921, Gəncə – 4 dekabr 2010 və ya 4 oktyabr 2010, Bakı) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi, AMEA Zoologiya İnstitutunun direktoru.
== Həyatı ==
Musa Musayev 27 dekabr 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi.
Şeyxülislam Axund Məhəmməd Pişnamazzadənin nəvəsidir.
== Əsas elmi nailiyyətləri ==
Xeyli parazit və sərbəst yaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və sistematikası tədqiq edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, onlardan 15-nin həyat tərzi açıqlanmışdır. Koksidilər heyvanların bağırsaq, qan və başqa toxumalarında parazitlik etdikdə hüceyrə və orqanizm səviyyəsində parazit-sahib münasibətlərinin biokimyəvi və s. mexanizmləri tədqiq edilmişdir. Azərbaycanda zooloji tədqiqatların çoxillik nəticələri çap olunmuş monoqrafiyalarda ümumiləşdirilmişdir.
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1959, biologiya
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1967, biologiya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 350
Xaricdə çıxmış elmi əsərlərin sayı: 150
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 10
== Əsas elmi əsərlərin adları ==
SSRİ-də yaşayan gəmiricilərin koksidləri, 1965 (rus dilində).