PARAZİTOLOQ

сущ. паразитолог (специалист по паразитологии)
PARAZİTOLOJİ
PARÇ
OBASTAN VİKİ
Musa Musayev (parazitoloq)
Musayev Musa Əbdürəhman oğlu (27 dekabr 1921 və ya 1921, Gəncə – 4 dekabr 2010 və ya 4 oktyabr 2010, Bakı) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi, AMEA Zoologiya İnstitutunun direktoru. == Həyatı == Musa Musayev 27 dekabr 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi. Şeyxülislam Axund Məhəmməd Pişnamazzadənin nəvəsidir. == Əsas elmi nailiyyətləri == Xeyli parazit və sərbəst yaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və sistematikası tədqiq edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, onlardan 15-nin həyat tərzi açıqlanmışdır. Koksidilər heyvanların bağırsaq, qan və başqa toxumalarında parazitlik etdikdə hüceyrə və orqanizm səviyyəsində parazit-sahib münasibətlərinin biokimyəvi və s. mexanizmləri tədqiq edilmişdir. Azərbaycanda zooloji tədqiqatların çoxillik nəticələri çap olunmuş monoqrafiyalarda ümumiləşdirilmişdir. Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1959, biologiya Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1967, biologiya Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 350 Xaricdə çıxmış elmi əsərlərin sayı: 150 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 10 == Əsas elmi əsərlərin adları == SSRİ-də yaşayan gəmiricilərin koksidləri, 1965 (rus dilində).

Digər lüğətlərdə