PEDAQOJİ
PEDOLOGİYA
OBASTAN VİKİ
Pedaqoq
Pedaqoq (yun. paidagogos – tərbiyəçi; pais, paidos – uşaq və ago – yönəldirəm, tərbiyə edirəm) — ümumtəhsil, texniki-peşə, xüsusi orta və ya ali məktəb müəllimi, məktəbəqədər müəssisə, internat məktəbi, uşaq evi və ya əmək koloniyası tərbiyəçisi, məktəbdən kənar müəssisə işçisi, pedaqogika problemlərini tədqiq edən elmi işçi. Pedaqogika R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Azər Kərimov (pedaqoq)
Azər Fəzi oğlu Kərimov (29 dekabr 1951, Daşkənd, Basarkeçər rayonu) — Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, təhsil əlaqələndiricisi, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, texnika elmləri doktoru (1994), professor (1995). == Həyatı == Azər Kərimov 29 dekabr 1951-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində el şairi Qəmgin Fəzinin ailəsində anadan olub. 1953-cü ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma yurddan ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunmuşdur. 1968-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə qəbul olmuş və 1973-cü ildə həmin institutun tikintinin iqtisadiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, təhsil aldığı institututda müəllim vəzifəsini tutması məsləhət görülmüşdür. Moskvada aspiranturada təhsil aldıqdan sonra dissertasiya işini müdafiə edərək elmlər namizədi adını alıb. Və Bakıya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib. Səmərəli müəllimlik fəaliyyətinə görə Ümumittifaq Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi vəzifəsinə layiq görülüb. Moskvada elmi işinin nəticələrinin tətbiq olunması üzrə "Elm texnika" sahəsində Azərbaycan SSR Lenin Komsomolu mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafata institutut müəllimi kimi layiq görülən yeganə ziyalıdır.
Camal Əhmədov (pedaqoq)
Məhərrəm Musayev (pedaqoq)
Oqtay Səmədov (pedaqoq)
Oktay Əlipaşa oğlu Səmədov (8 aprel 1957, Bakı) — pedaqogika üzrə fəlsəfə doktoru, dosent. Oktay Səmədov 8 aprel 1957-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1978-ci ildə M.F.Axundov adına APRDƏİ-ni (indiki Bakı Slavyan Universitetində) fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1980-ci illərdə Azərbaycan rayonlarının kənd məktəblərində rus dili müəllimi işləmişdir. 1981-1984-cü illərdə SSRİ Pedaqoji Elmlər Akademiyasının Milli Məktəbdə Rus Dilinin Tədrisi Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. 1986-cı ildə rus dilinin tədrisi metodikası sahəsində namizədlik dissertasiyasını müdafiə etmişdir. Pedaqogika üzrə fəlsəfə doktoru, dosentdir. 1986-cı ildə (M.F. Axundov adına APRDƏİ-də (indiki Bakı Slavyan Universitetində) əmək fəaliyyətinə başlamış, müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmış, 2000-2006-cı illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin müdiri və universitetin elmi katibi işləmişdir. 2006-2014-cü illərdə Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. 2014-cü ildə Prezident cənab İlham Əliyevin 3 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru vəzifəsinə təyin olunmuş, 2019-cu ilin yanvar ayına qədər həmin vəzifədə çalışmışdır.
Vidadi Xəlilov (pedaqoq)
Vidadi Cəmil oğlu Xəlilov (d. 25.12.1942, Çərəkən, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın pedaqoq alimi, pedaqogika üzrə elmlər doktoru (1994), professor (1997), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2011). Vidadi Cəmil oğlu Xəlilov 1942-ci il dekabrın 25-də Azərbaycan Respublikası Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olmuşdur. Orta ümumtəhsil məktəbini 1959-cu ildə bitirmişdir. 1964-cü ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqogika və ibtidai təhsil fakültəsində ali təhsilini başa vurmuşdur. İnstitutun son kursunda oxuyarkən Bakıdakı 7 nömrəli məktəbdə müstəqil pedaqoji fəaliyyətə başlamış (1963), bədii rəhbər və musiqi müəllimi vəzifəsində çalışmışdır. Paralel olaraq bu işi 1966-cı ildə 132 nömrəli məktəbdə də davam etdirmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına daxil olmuş, 1971-ci ildə aspirantura təhsilini uğurla başa vurmuşdur. Bundan sonra institutda kiçik elmi işçi (1971), baş elmi işçı (1976) və yeni yaradılan Estetik tərbiyə şöbəsinin müdiri (1977-2000), 2000-ci ildən 2014-cü ilədək Məktəbəqədər və ibtidai təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2014-cü ildən indiki Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş elmi məsləhətçisi vəzifəsində çalışır.
Yusif Qazıyev (pedaqoq)
Yusif Qazıyev (2 fevral 1934, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru Yusif Xıdır oğlu Qazıyev 2 fevral 1934-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olmuşdur. O, 1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin (Gürcüstan Respublikası) Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan Dillər universitetini bitirmiş, 1971-1975 ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun (Azərbaycan Təhsil Problemləri İnstitutu) dissertantı və 2010-2015 ci illərdə müstəqil tədqiqatçı kimi ADPU-nun doktorantı olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru,"Qızıl qələm" lauretaı, və əmək veteranıdır. Yusif müəllim bir çox əsər və kitabların müəllifidir.Onun özü və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991 ci illərdə) məruz qalmış, hər dəfəfə mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir. Ailəlidir 2 oğlu, 5 nəvəsi var. "Şərəfli müəllim ömrü yaşayan insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010.
Əhməd Paşa (pedaqoq)
Əhməd Əli oğlu Paşayev (Əhməd Paşa; 14 yanvar 1927, Ardanış – 1997) — pedaqoq, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əhməd Paşa 1927-ci il yanvarın 14-də Göyçə mahalının Ardanış kəndində anadan olmuşdur. Doğma kəndində məktəbi bitirdikdən sonra, 1945-ci ildə İrəvanda pedaqoji texnikumu, 1951-ci ildə Bakıda Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini, 1968-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1942-ci ildə Göyçə mahalının Babacan kəndində dil və ədəbiyyat müəllimi işləmişdir, 1943-1952-ci illərdə öz doğma kəndi Ardanışda dil-ədəbiyyat müəllimi, 1952-1956-cı illərdə Toxluca kəndində, 1956-1966-cı illərdə yenidən Ardanış kəndində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdır. 1968-1969-cu illərdə Şorca kəndində direktor, 1969-1975-ci illərdə Cil kəndində, 1975-ci ildən 1988-ci ilə qədər Ardanış kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. 1988-ci ildən təqaüdə çıxması ilə əlaqədar müəllimlik fəaliyyətini dayandırmışdır. Həyatı boyu erməni ayrı-seçkiliyinə, təzyiqlərə və qısqanclığa məruz qalan şair bunların hamısına mərdliklə sinə gərsə də, 1988-ci ildən başlayan deportasiya dövrünə dözə bilmədi, şairin ürəyi 1997-ci ildə əbədi olaraq susdu. Əhməd Paşa bədii yaradıcılığa gənc yaşlarından başlamış, "Sülhün günəşi" adlı şeri "Ədəbi Ermənistan" almanaxında dərc olunmuşdur. Satirik və lirik şerləri vaxtaşırı respublika və rayon qəzetlərində, almanaxlarda çap edilmişdir. Bundan başqa "Ədəbiyyat və İncəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" və "Kirpi" jurnallarında şerləri, həmçinin müxtəlif qəzet və jurnallarda elmi-publisistik məqalə və oçerkləri işıq üzü görmüşdür.
Ənvər Abbasov (pedaqoq)
Ənvər Məhəmməd oğlu Abbasov (3 iyun 1951, Kövər, Yevlax rayonu) — Azərbaycanın pedaqoq alimi, əməkdar müəllim, pedaqoji elmlər namizədi (1988), dosent (1991). Ənvər Abbasov 1951-ci il iyunun 3-ü Yevlax rayonunun Kövər (Malbinəsi) kəndində anadan olmuşdur. 1957–65-ci illərdə Kövər kənd səkkizillik məktəbində oxumuşdur. 1965-ci ildə Nizami adına Malbinəsi kənd orta məktəbinin IX sinfinə qəbul olunmuş və 1967-ci ildə orta təhsilini başa vurmuşdur. Həmin ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə həmin institutu başa vurub təyinatla Yevlax rayonuna göndərilmişdir. 1975-ci ilə qədər həmin rayonunun Kövər kənd və M.F.Axundov adına 1 nömrəli şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. Elə ilk məqalələrini ("Boyük sənətkar", "Yuxular və insanlar", "Aşıq Ələsgər novator sənətkardır") də bu dövrdə yazmış, müəllimi mərhum professor Məmmədhüseyn Təhmasibin müsbət rəyini qazanmışdır. 1975-ci ildə şagirdləri Respublika inşa yazı müsabiqəsində ikinci yer tutduğu üçün "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur. Ə.M.Abbasov 1975–77-ci illərdə Yevlax rayon və şəhər maarif şöbələrində (indiki Yevlax rayon təhsil şöbəsi) metodist vəzifəsində işləmişdir.
Kərim Məmmədov (pedaqoq)
Kərim Alı oğlu Məmmədov — Pedaqogika üzrə elmlər doktoru, professor. == Həyatı və təhsili == Kərim Alı oğlu Məmmədov 13 iyun 1937-ci ildə Gürcüstanın Bolnisi rayonunun Aşağı Güləver kəndində anadan olub. İcbari təhsilini Aşağı Güləver kənd 8 illik məktəbində, orta təhsilini isə Darbaz kənd orta məktəbində alıb. Uşaq vaxtlarından humanitar elmlərə daha çox maraq göstərib. Poeziyaya və elmi ədəbiyyata marağı onda sevimli müəllimi Hacı İbrahim Məmmədoğlu yaradıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini 1958-ci ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) vermiş, yüksək nəticə ilə qəbul olunmuş və 1963-cü ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Ailəlidir. 2 övladı, 3 nəvəsi, 2 nəticəsi var. == Əmək və elmi fəaliyyəti == 1963-cü ildə doğma kəndinə rus dili və ədəbiyyatı müəllimi olaraq təyin edilmişdir. Təhslidə və ictimai işlərdə fəallığına görə 1964-cü ildə qonşu Babakişilər kəndində təzə açılmış 8 illik məktəbə direktor təyin olunmuşdur.
Çarlz Morton (pedaqoq)
Çarlz Morton (ing. Charles Morton; 1626 – 11 aprel 1698, Çarlztaun[d]) — Britaniya qeyri-konformist naziri və erkən müxalif akademiyanın qurucusu. O, daha sonra həyatda Yeni İngiltərədə Harvard Kolleci ilə əlaqəli olmuşdur. Morton İngiltərədə güclü puritan təsirləri ilə böyümüş və Oksfordda oxumuşdur. İngiltərə inqilabı nəticəsində mütərəqqi təhsili təşviq etdiyinə görə həbs edilmiş və Massaçusets Körfəzi Koloniyasında immiqrasiya etmişdir, lakin tezliklə Bostonda fitnəyə görə həbs olunmuş və sonra bəraət almışdır. Onun Harvardda xalq dili tədrisi sistemi Con Uollis, Robert Huk, Robert Boyl və hətta Rene Dekartın təsirləri ilə əsasən sxolastik və aristotelçi idi. Onun əsərlərində astrologiya və kimyagərlik mövzuları var və onun cadugərliyə marağı olduğu bilinirdi. Nəticədə, "Compendium Physicae" əsəri yarımelmi hesab olunur və əsərdə Qalileo, Torriçelli və cazibə qüvvəsinə istinadlar olsa da, onun qədim və orta əsr aristotelçi yanaşması sonda Nyuton mexanikası ilə əvəz olunmuşdur.
Musiqi pedaqoqu
Pedaqoq (yun. paidagogos – tərbiyəçi; pais, paidos – uşaq və ago – yönəldirəm, tərbiyə edirəm) — ümumtəhsil, texniki-peşə, xüsusi orta və ya ali məktəb müəllimi, məktəbəqədər müəssisə, internat məktəbi, uşaq evi və ya əmək koloniyası tərbiyəçisi, məktəbdən kənar müəssisə işçisi, pedaqogika problemlərini tədqiq edən elmi işçi. Pedaqogika R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Digər lüğətlərdə