PERİFERİK

прил. мед. , физиол. периферический. Periferik əsəb sistemi периферическая нервная система, periferik leykoma периферическая лейкома, periferik görmə периферическое зрение
PERİDOTİT
PERİFERİYA
OBASTAN VİKİ
Periferik arteriyaların daralması
Periferik arteriyaların daralması yaxud okklyuziyası (ing. peripheral artery disease - PAD, peripheral vascular disease - PVD) — özünü periferik arteriya damarlarının daralması və tutulması nəticəsində qan təchizatının pozulması ilə xarakterizə olunan xronik damar xəstəliyidir.
Periferik nitq aparatı
Periferik nitq aparatı 3 şöbədən ibarətdir: Nəfəs (tənəffüs) Səs Artikulyasiya. == Nəfəs şöbəsi == Nəfəs şöbəsinə ağ ciyərlər, bronxlar, traxeya köks qəfəsi daxildir. Tələffüz nəfəslə sıx əlaqədardır. Nitq, nəfəs vermə aktında baş verir. Bu zaman hava axını eyni zamanda, həm səs yaradıcı, qaz mübadiləsi, həm də artikulyasiya funksiyası daşıyır. Danışıq zamanı nəfəs alma və vermə adi, susqunluq vəziyyətindən kəskin fərqlənir. Danışan zaman insanın nəfəs alması qısa, nəfəs verməsi isə sürəkli olur. Nitq tənəffüsünün daha bir fərqli cəhəti vardır ki, danışıq zamanı nəfəs vermədə qarın boşluğunun və qabırğalararası daxili əzələləri də iştirak edir. Bu nəfəs vermənin dərin və sürəkliliyi, səsli nitqin yaranmasını təmin edir. == Səs şöbəsi == Səs şöbəsi qırtlaq və səs tellərindən ibarətdir.
Periferik sinir sistemi
Periferik sinir sistemi, beyin və onurğa beynindən başqa sinirlər və qanqlidən ibarətdir. Periferik sinir sisteminin əsas vəzifəsi, mərkəzi sinir sistemi ilə orqan və üzvlər arasındaki rabitəni yaratmaqdır. Periferik sinir sistemi somatik və vegetativ olmaqla iki yerə ayrılır. Somatik skelet əzələlərinin sinirləridir. Vegetativ və ya avtonom sinir sistemi isə daxili orqanların fəaliyyətini tənzimləyir. Vegetativ sinir sistemi də özlüyündə iki yerə ayrılır, simpatik sinir sistemi və parasimpatik sinir sistemi. Simpatik qanla təchiz olunmanı yaxşılaşdırır, ürəyin işini gücləndirir, arterya damarlarında qan təzyiqini yüksəldir, qanda şəkərin miqdarını artırır. Parasimpatik isə əksinə ürəyi sakitlik vəziyyətinə gətirir, qan təzyiqini aşağı salır, qanda şəkərin miqdarını aşağı salır. Sinirləri bir növ "telefon kabelinə" bənzədə bilərik, onlar bədəndən aldıqları mesajları beyinə çatdırır. Bədənin içində və ya xaricində meydana gələn və bədəndə müəyyən reaksiyalara səbəb olan olan fiziki, kimyəvi və ya biyoloji təsirlərə "xəbərdarlıq" deyilir.Xəbərdarlıqlar bədənimizdə mövcud olan müəyyən hüceyrələr vasitəsi ilə alınır.

Digər lüğətlərdə