PERT

Program Evaluation and Review Technique Proqramların qiymətləndirilməsi və icmalı metodu
Personnel security
PFB
OBASTAN VİKİ
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
Pert (Şotlandiya)
Pert (ing. Pert, şot.kelt Peairt) — Böyük Britaniyaın Şotlandiya regionunda yerləşən şəhər, Pert və Kinross vilayətinin inzibati mərkəzi (1975-ci ilədək Pertşir qraflığının inzibati mərkəzi).
Alessandro Pertini
Alessandro Pertini (d. 25 sentyabr 1896 – ö. 24 fevral 1990) — İtaliyanın yeddinci prezidenti (9 iyul 1978 – 9 iyun 1985). Sosialist partiyasını təmsil edib. Savona vilayətinin Stella şəhərində doğulub. Pertini bir ərazi sahibi olan Alberto Pertininin oğludur. Pertini ilk və orta təhsilini Savonada tamamlayıb. Genoa Universitetində hüquq sahəsində ixtisası üzrə təhsil alıb.
Andropogon pertusus var. vegetior
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Con Pertvi
Con Devon Ronald Pertvi (ing. John Devon Roland «Jon» Pertwee; 7 iyul 1919, Çelsi, Böyük London – 20 may 1996, Konnektikut) — İngilis aktyor. Ən çox 1970 və 1974-cü illər arasında "Doktor Kim" serialında üçüncü Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Olpiseius perthae
Olpiseius perthae (lat. Olpiseius perthae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin olpiseius cinsinə aid heyvan növü.
Pertev Naili Boratav
Pertev Naili Boratav (əsl adı Mustafa Pertev, 2 sentyabr 1907, Zlatoqrad – 16 mart 1998, Paris) — Türk etnoqrafı və folklor tədqiqatçısı. Bolqarıstanın Darıdərə kəndində 1907-ci ildə doğuldu. 1927-ci ildə İstanbul Oğlan Litseyini, 1930-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsi Türk Dili və ədebiyatı bölümünü bitirdi. 1931–1932-ci illərdə Fuad Köprülünün asistenti oldu. Pertev Naili Boratav görkəmli türk ictimaiyyətçi alimi Hilmi Ziya Ülkenin təsiri altında formalaşmışdı. O, bir şəxsiyyət kimi xalq ədəbiyyatı və folklor tədqiqatlarının qurucusu kimi türk mədəniyyət tarixinə keçə bilmişdir. Pertev Nailinin topladığı arxiv mütəxəssislərin fikilərinə görə, ən önəmli və geniş əhatəli arxivlərdən sayılır. Burada toplanmış xalq nağılları, rəvayətlər, atalar sözləri, şeirlər, lətifələr, mahnılar, xalq teatr nümunələri, hətta etnobotanik xalq təbabəti (fitoterapiya) və astronomiyaya aid məlumatlar var. Arxivdə "Əsli və Kərəm", "Koroğlu" dastanları ilə birlikdə, ümumiyyətlə, Türkiyənin müxtəlif bölgələrində, həmçinin hüdudlarımıza yaxın bölgələrdə (Qars, İqdır, Ərdahan, Ərzurum və s.) toplanmış yüzlərcə uşaq oyunu, minlərcə xalq nağılları, eyni zamanda bir çox diğər xalq dastanları yer almışdır. 1941-ci ildə Xalq hekayeleri və xalq hekayeciliği dissertasiyasıyla dosent oldu, 1948-ci ildə professorluğa yüksəldi.
Pertinaks
Publiy Helviy Pertinaks (lat. Publius Helvius Pertinax; 1 avqust 126, Alba[d], İtaliya[d] – 28 mart 193, Roma, İtaliya[d]) — 31 dekabr 192 – 28 mart 193 tarixdə XVIII Roma imperatoru olmuşdur. Pertinaks Luqurili bir xırda ticarətçi, odunsatan Helviy Suçessun oğludur. Əvvəllər müəllim olan Panteaks sonradan əsgər, senturion (lat. centum = yüz) — yüzbaşı, koqort lat. cohors = çəpərlənmiş yer) — bölüm, legion və Reyn donamasının başçısı olmuşdur. Pertinaks Daçiyada vergi yığıcısından senator, konsul vəzifəsinədək qalxaraq, Dunay ordusuna başçılıq etmişdir. Ardıcıllıqla Moeziyanın, Daçiyanın, Btitaniyanın, Şimali Afrika ərazilərinin hakimi, sonradan Romanın prefekti olmuşdur. Bir sıra torpaq islahatları aparması hərbçilər arasında kəskin etirazlara səbəb olur. İmperatoru öldürmək istəyən bir neçə zabitin edamından sonra imperator sarayına hücum çəkən hərbçilərin önünə çıxan və onları öz uzun-uzadı və inandırıcı nitqi ilə sakitləşdirməyə qismən nail olan Pertinaks qəflətən vurulan nizə zərbəsi ilə qətlə yetirilir.
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pertya
Pertya (lat. Pertya) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Pertyoideae
Pertyoideae (lat. Pertyoideae) — astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki yarımfəsiləsi.
Volker Perthes
Volker Perthes — Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru 16 may 1958-ci ildə Almaniyada anadan olmuşdur.
Yanq di-Pertuan Aqonq
Yanq di-Pertuan Aqonq — Malayziyanın ali seçkili monarxının titulu. Bu vəzifə Malaya Federasiyası Böyük Britaniyadan müstəqilliyini əldə etdikdən sonra 1957-ci ildə yaradılıb. Malayziya konstitusiyalı monarxiyadır. Yanq di-Pertuan Aqonq dünyada bir neçə seçilmiş monarxlardan biridir. Yanq di-Pertuan Aqonqun xanımı Raja Permaisuri Agong adlandırılır. Malayziyanın konstitusiyalı monarxiyasında, Yan di-Pertuan Aqonq Konstitusiya çərçivəsində geniş səlahiyyətlərə malikdir. Konstitusiyada göstərilir ki, Federal hökumətin icraedici hakimiyyəti Yanq di-Pertuan Aqonqa məxsusdur və Nazirlər Kabineti Şurasının məsləhətinə uyğun olaraq onun tərəfindən həyata keçirilir. Malayziyanın baş naziri parlamentin üzvləri arasından Yanq di-Pertuan Aqonq tərəfindən təyin edilir. İqamətgah Kuala Lumpurun şimalında yerləşən İstana Neqara sarayıdır. 16-cı və hal-hazırkı Yanq di-Pertuan Aqonq Ibrahim Iskandar, vəzifəsinin icrasına 31 yanvar 2024-cu ildə başlayıb.
Antirrhinum pertegasii
Antirrhinum pertegasii (lat. Antirrhinum pertegasii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qurdağzı cinsinə aid bitki növü.
Leqq-Kalve-Pertes xəstəliyi
Leqq-Kalve-Pertes xəstəliyi (ing. Legg-Calve-Perthes) – çox vaxt Pertes terminindən istifadə olunur. Bud sümüyünün başının osteoxondropatiyasıdır. Çox vaxt 5–10 yaşlı oğlanlarda olur, ayaqda ağrı və axsama yaranır.
Pertes xəstəliyi
Leqq-Kalve-Pertes xəstəliyi (ing. Legg-Calve-Perthes) – çox vaxt Pertes terminindən istifadə olunur. Bud sümüyünün başının osteoxondropatiyasıdır. Çox vaxt 5–10 yaşlı oğlanlarda olur, ayaqda ağrı və axsama yaranır.
Pertexnetat
Pertexnetat turşusu (HTcO4) — texnesium(VII) oksidin (Tc2O7) su və ya nitrat turşusu, konsentratlaşdırılmış sulfat turşusu və ya Kral suyu kimi güclü oksidləşdirici turşularla reaksiyaya girməsi nəticəsində yaranan texnesiumun birləşməsidir. Pertexnetat turşusu, tünd qırmızı rəngli güclü turşudur, pKa-sı 0.32 dir, ona görə də sulu məhlulunda demək olar ki, pertexnetat ionu kimi mövcuddur. Məhluldakı qırmızı rəngin polioksometallatın əmələ gəlməsi ilə əlaqədar olduğu düşünülür.Şablon:Chem2. Kifayət qədər güclü turşu məhlulunun, məsələn, konsentratlaşdırılmış sulfat turşusunun istifadəsi protonlanmış formanı yarada bilər ki, bu da daha sonra oktahedral TcO3(OH) (H2O)2dihidrat kompleksi kimi mövcud olur.

Digər lüğətlərdə