Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keratin
Keratin (/ˈkɛrətɪn/) — skleroproteinlər kimi də tanınan struktur lifli zülallar ailəsindən biri. Alfa-keratin (α-keratin) onurğalılarda olan bir keratin növüdür. Onurğalılarda pulcuqları, saçları, dırnaqları, lələkləri, buynuzları, pəncələri, və dərinin xarici təbəqəsini təşkil edən əsas struktur materialdır. Keratin həmçinin epiteliya hüceyrələrini zədələnmədən və ya stressdən qoruyur. Keratin suda və üzvi həlledicilərdə yüksək dərəcədə həll olunmur. Keratin monomerləri bərk və sürünənlərdə, quşlarda, suda-quruda yaşayanlarda və məməlilərdə olan sərt, minerallaşmamış epidermal əlavələr meydana gətirən ara filamentlər yaratmaq üçün dəstələrə yığılır. Həddindən artıq keratinləşmə müəyyən toxumaların, məsələn, mal-qara və kərgədanların buynuzları, eləcə də armadillosların osteodermlərinin möhkəmlənməsində iştirak edir. Məlumdur ki, keratinləşdirilmiş toxumanın gücünə yaxınlaşan yeganə digər bioloji maddə xitindir. Keratin iki növdür: bütün onurğalılarda rast gəlinən ibtidai, daha yumşaq formalar və yalnız sürünənlər və quşlar olan daha sərt törəmə formalar . Hörümçək ipəyi keratin kimi təsnif edilir , baxmayaraq ki, protein istehsalı onurğalılarda prosesdən asılı olmayaraq inkişaf etmiş ola bilər.
Perotin
Perotin (fr. Pérotin, lat. Perotinus Magnus) — fransız bəstəkar, Notr-Dam məktəbinin XII—XIII əsrdə yaşamış ən böyük nümayəndəsi. Notr-Dam kilsəsinin xoruna rəhbərlik etmiş və onun ətrafında yaranmış bəstəkarlıq məktəbinə başçılıq etmişdir. Bir çox orqanumların müəllifi, o cümlədən irimiqyaslı dördsəsli «Viderunt omnes» və «Sederunt principes» müəllifi.
Pentan
Pentanlar (q.yun. πέντε – beş) — Alkanlar sinfindən doymuş karbohidrogen. Bir molekulunda 5 karbon atomu var. 3 izomeri var: TM — Tədqiqat metodu MM — Motor metodu == Alınması == Pentan təbii qazın konsentratlarından, neftdən, karbon-oksid (CO) və hidrogenin (H2) sintezindən alınmış karbohidrogenlərdən alınır.
Pertit
Pertit — albit və ya turş plagioklaz ilə qanunauyğun bitişmə əmələ gətirən kaliumlu çöl şpatı. Bitişmə formasına görə qaytanabənzər, pərdəcik, damarcıq, ləkəli pertit növlərinə ayrılır. Bunlardan birinci iki növ parçalanma, sonuncular isə əvəzolunma hesab olunur. Bitişmə cücərtilərin ölçüsünə görə pertit mikropertit və kriptopertitlərə ayrılır. Plagioklaz üzrə kalium çöl şpatının yeni əmələgəlmələri antipertitlər adlandırılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Sertin
Sertin (fr. Certines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01069. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 993 nəfər (15-64 yaş arasında) arasında 793 nəfər iqtisadi cəhətdən, 200 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.9%, 1999-cu ildə 76.3%). Fəaliyyət göstərən 793 sakindən 758 nəfər (404 kişi və 354 qadın), 35 nəfəri işsizdir (7 kişi və 28 qadın).
Alessandro Pertini
Alessandro Pertini (d. 25 sentyabr 1896 – ö. 24 fevral 1990) — İtaliyanın yeddinci prezidenti (9 iyul 1978 – 9 iyun 1985). Sosialist partiyasını təmsil edib. == Həyatı == Savona vilayətinin Stella şəhərində doğulub. Pertini bir ərazi sahibi olan Alberto Pertininin oğludur. Pertini ilk və orta təhsilini Savonada tamamlayıb. Genoa Universitetində hüquq sahəsində ixtisası üzrə təhsil alıb.
Hertsin qırışıqlığı
Con Pertvi
Con Devon Ronald Pertvi (ing. John Devon Roland «Jon» Pertwee; 7 iyul 1919, Çelsi, Böyük London – 20 may 1996, Konnektikut) — İngilis aktyor. Ən çox 1970 və 1974-cü illər arasında "Doktor Kim" serialında üçüncü Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Sen-Partan
Sen-Partan (fr. Saint-Parthem, oks. Sent Partèm) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12240. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 37 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 415 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 241 nəfər (15-64 yaş arasında) arasında 176 nəfər iqtisadi cəhətdən fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 65.3%).
Sertan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. == Klub karyerası == === İnter Bakı === Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. == Milli komanda == Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib. U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.
Mixail Perşin
Mixail Perşin (19 oktyabr 1989-cu ildə anadan olub) — Müdafiəçi kimi çıxış edən Qazaxıstanlı kişi futzalçıdır. Qazaxıstan milli futzal komandasının bir üzvüdür. O, UEFA Futzal Avro 2016-da iştirak etmişdir. 2016-cı ildən Qazaxıstanın Kayrat AFK futzal klubunda çıxış edir.
Nikita Perşin
Nikita Fyodoroviç Perşin (rus. Никита Фёдорович Першин; 13 yanvar 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Perşin öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Murom klubuna qarşı oyunda etmişdir.
Pektin maddələri
Pektin maddələri - uron turşusunun törəmələri olmaqla, həyat üçün vacib hesab olunan bir çox biopolimerlərin tərkibinə daxildir. Pektin maddələri bitkilərdə və bəzi su yosunlarında, əsasən isə meyvə və tərəvəzin tərkibində vardır. Pektin maddələrinə protopektin, pektin, pektin turşuları aid edilir. == Xarici keçid == Интернет-сайт Международной ассоциации производителей пектина (International Pectin Producers Association) (ing.) Дополнительная информация о свойствах, производстве и применении пектина. Производство и применение пектинов Arxivləşdirilib 2011-05-15 at the Wayback Machine — Интернет-страница о пектинах Лаборатории фундаментальных и прикладных исследований качества и технологий пищевых продуктов ФГБОУ ВПО «Московский государственный университет пищевых производств». | Радиационный мониторинг жителей и их продуктов питания в Чернобыльской зоне Беларуси | Чернобыльская катастрофа УДК 621.029.553.5 Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Пектин на сайте «Калоризатор» E440 — Пектин на сайте «Про добавки» == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Elula Perrin
Elula Perrin (31 mart 1929, Hanoy – 22 may 2003, Paris) — vyetnaməsilli Fransa yazıçısı. O, 1969-cu ildə Emi Mori ilə birlikdə Parisdə qadınlar üçün ilk gecə klubu olan "Katmandou"nu qurmuşdur. Məkan 1989-cu ildə bağlanmışdır.
Evridika (Perinin operası)
"Evridika" Yakopo Perinin operasıdır. Bu opera dövrümüzə çatan ən erkən operalardandı, Perinin öncəki əsəri "Dafne" itirilmişdir. Ottavio Rinuççininin librettosu Ovidinin əfsanəvi musiqiçi Orfey və onun xanımı Evridika barədə olan X və XI "Metamorfozlar" kitabına əsaslanmışdır. İlk dəfə 6 oktyabr 1600-cü ildə Fransa kralı IV Henrixlə Mariya Mediçinin Florensiyadaki toylarının şərəfinə olan saray şənliklərində göstərilmişdir. Premyerada Orfey rolunu Perinin özü ifa etmişdir. == Süjeti == Orfey barədə mifoloji rəvayət yeni "musiqili dram"ının süjetinin əsası oldu. Əfsanəyə görə, Orfeyin arvadı Evridika ilan vurmasından sonra ölür. Orfey Yeraltı dünyaya gedir ki, vəfat edən sevgilisini geri qaytarsın. Orfey öz gözəl ifası sayəsində Aidin köməkçilərini Evridikanı buraxmaları üçün yola gətirir, amma bir şərtlə ki, canlıların dünyasına apararkən əsla geriyə çönüb baxmasın. Orfey şərt yerinə yetirə bilmir və Evridikanı ikinci dəfə itirir.
Peruşin-Qavixin binası
Peruşinoy-Qavixanın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində üç mərtəbəli bina. Bina XIX əsrin 70-ci illərində inşa edilmişdir. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 79, 81. == Tarixi == Taqanroq şəhəri Petrovskaya küçəsi ev 79 və 81 ünvanında yerləşən bina XIX əsrin 70-ci illərində inşa edilmişdir. Solunda yerləşən iki mərtəbəli tikili 1871-ci ildə 2-ci gildiya taciri Marten Nikitiç Bataşevin maliyyəsi hesabına inşa edilmişdir. Ərinin ölümündən sonra dul qadın tacirlik işini davam etdirnişdir. Nəticədə o qızı və oğlunu tərbiyə etmişdir. Onun tərəfindən iki mərtəbəli bina gözəl fasada malikdir. Binanın ikinci mərtəbəsində yeddi pəncərə vardı. Onun sol hissəsində əsas giriş yerləşirdi.
Ertan Demirtaş
Ertan Demirtaş — "Dostluq" ordeni laureatı. == Həyatı == Ertan Demirtaş 1947-ci ildə Türkiyənin Merzifon bölgəsində anadan olub. 1980–2003-cü illərdə Gülhanə Askeri Tibb Akademiyasında (GATA), daha sonra 1986–1989-cu illərdə London Müqəddəs Tomas Xəstəxanasında həkim işləyib. 1997–2003-cü illərdə GATA Kardioloji Ana Bilim Universitetinin rəhbəri olub, 2001–2003-cü illərdə isə GATA Daxili Tibb Bilimləri Bolumu rəhbəri olaraq vəzifə alıb. == Mükafatları == 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.
Pərvan
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
Tartan-partan (jurnal)
"Tartan-partan" (jurnal) — həftəlik satirik jurnal. == Haqqında == Əliheydər Qarayev nəşr etdiyi satirik jurnallarla "Molla Nəsrəddin"in jurnalistika məktəbinə təzə ruh və təravət gətirdi. 1918-ci il sentyabrın 24-də Tiflisdə onun redaktorluğu ilə "Tartan-partan" jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Vəsaitin olmaması üzündən birinci nömrədən sonra davam edə bilməyən bu jurnal qarşısına böyük məqsədlər qoymuşdu. "Məqsədimiz" adlı baş məqalədə bu barədə işarələr vardır. Jurnalda "Həkim Nuni səğir" imzası ilə "Şair" adlı hekayəsi verilmişdir. Həmin hekayə "Mirzə Səfər"in ilk variantıdır. Jurnalda şeir, xarici xəbərlər, elanlar, axırıncı xəbərlər başlığı altında satirik yazılar dərc olunmuşdur. == Həmçinin bax == Məşəl (jurnal) Molla Nəsrəddin (jurnal) == Xarici keçidlər == MİLLİ MƏTBUATIMIZIN “MƏŞƏL”İ, “TARTAN-PARTAN”I... Arxivləşdirilib 2018-06-09 at the Wayback Machine TARTAN-PARTAN, Azərbaycan dilinin izahlı lüğəti – Obastan Satirik jurnallardan "Tartan-partan" == Mənbə == N.N.Zeynalov.
Yanq di-Pertuan Aqonq
Yanq di-Pertuan Aqonq — Malayziyanın ali seçkili monarxının titulu. Bu vəzifə Malaya Federasiyası Böyük Britaniyadan müstəqilliyini əldə etdikdən sonra 1957-ci ildə yaradılıb. Malayziya konstitusiyalı monarxiyadır. Yanq di-Pertuan Aqonq dünyada bir neçə seçilmiş monarxlardan biridir. Yanq di-Pertuan Aqonqun xanımı Raja Permaisuri Agong adlandırılır. Malayziyanın konstitusiyalı monarxiyasında, Yan di-Pertuan Aqonq Konstitusiya çərçivəsində geniş səlahiyyətlərə malikdir. Konstitusiyada göstərilir ki, Federal hökumətin icraedici hakimiyyəti Yanq di-Pertuan Aqonqa məxsusdur və Nazirlər Kabineti Şurasının məsləhətinə uyğun olaraq onun tərəfindən həyata keçirilir. Malayziyanın baş naziri parlamentin üzvləri arasından Yanq di-Pertuan Aqonq tərəfindən təyin edilir. İqamətgah Kuala Lumpurun şimalında yerləşən İstana Neqara sarayıdır. 16-cı və hal-hazırkı Yanq di-Pertuan Aqonq Ibrahim Iskandar, vəzifəsinin icrasına 31 yanvar 2024-cu ildə başlayıb.
San Perin xəstəxanası
San Perin xəstəxanası (fr. hôpital Sainte-Périne - Rossini - Chardon-Lagache) — Paris-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1807-cu ildə yaradılmışdır.
Persan (Val-d'Uaz)
Persan (fr. Persan) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 10.138 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 34 km şimalda, Serji belediyyənin 20 km şimal-qərbdə yerləşir.
Persan (Val-d’Uaz)
Persan (fr. Persan) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 10.138 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 34 km şimalda, Serji belediyyənin 20 km şimal-qərbdə yerləşir.
Abide Pərvin
Abide Pərvin (20 fevral 1954, Larkan, Sind əyaləti) - Pakistanlı sufi müsəlman, bəstəkar və musiqiçi. O həm də rəssam və pedaqoqdur. Abide Pərvin Pakistanın ən çox qazanan müğənnilərindən biridir. İfası və musiqisi ona xeyli sayda mükafatlar qazandırmış və o, "Sufi musiqisinin şahzadə"si adlandırılmışdır. Abide Pərvin Larkanda sindli-sufi ailəsində anadan olmuşdur. O atası Ustad Qulam Heydərdən ilk təhsilini almışdır (bu şəxsi bəstəkar Qulam Heydərlə səhv salmayın). O çoxsimli musiqi aləti olan Sitarda, Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi alətində ifa etməyi bacarırdı. Pərvin ifa etməyə 1970-ci ildə başlamış və dünyada 1990-cı ildə tanınmışdır. 1993-cü ildə Pərvin bütün dünya üzrə qastrol səfərinə çıxmış və Kaliforniyada Buena Parkda ilk beynəlxalq konsertini vermişdir. O bir neçə dəfə kilsələrdə çıxış etmişdir.
Pərvan vilayəti
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər, inzibati mərkəzi Çahariqar şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
Pərvin Abıyeva
Pərvin Abıyeva (17 oktyabr 1990, Ağdaş) — teatr və kino aktrisası, Ən Yaxşı Aktrisa fəxri diplomu laureatı. == Həyatı == Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. == Karyerası == İlk dəfə "Qarabağnamə" filminə çəkilmişdir. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilmişdir. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol almışdır. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynamışdır. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynamışdır. Həmin il "Gecə Qonağı" filminı çəkilir. "Ay Brilliant" filmində çəkilir.
Pərvin Babayev
Pərvin Babayev (tam adı: Pərvin Hüseyn oğlu Babayev; 26 sentyabr 2001; Saratov, Rusiya — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərvin Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Pərvin Babayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Pərvin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərvin Babayev oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Pərvin Babi
Pərvin Babi (bütöv adı — Pərvin Vəli Məhəmməd xan Babi ing. Parveen Wali Mohammad Khan Babi, hind. परवीन बाबी; 4 aprel 1954 – 20 yanvar 2005, Mumbay) — hind aktrisası və modeli. == Həyatı == Pərvin Babi 4 aprel 1954-cü ildə Cunaqadxda müsəlman ailəsində anadan olmuşdur. Ailənin tək övladı olub. Bütöv adı Pərvin Vəli Məhəmməd xan Babidir. Hind aktrisası və modelidir. Karyerasına model kimi 1972-ci ildə başlayıb. Kabir Bedi ilə ailəli olmuş, ayrılmışdır. Aktrisa şizofreniya xəstəliyindən əziyyət çəkib.
Pərvin Darabadi
Pərvin Darabadi — azərbaycanlı alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru. == Həyatı == == Elmi fəaliyyəti == Hərbi-siyasi tarix, geosiyasət və konfliktologiyanın müxtəlif məsələlərinə dair 100-dən çox elmi, akademik-metodoloji və elmi-populyar əsərlərin müəllifidir.
Pərvin Etisami
Pərvin Etisami (farsca: پروین اعتصامی) (16 mart 1907, Təbriz – 5 aprel 1941, Tehran) — XX əsrdə yaşamış azərbaycanlı şairə. == Həyatı == Cəmi 35 il ömür sürən bu Azəri-əsilli şairə qadın 1907-ci ildə vali ailəsində anadan olmuşdur. Təhsilini İranda yerləşən Amerikan Qız Məktəbində almışdır. Ədəbiyyata 9 yaşından gəlmişdir. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir. Bu dövrdə İranda baş verən siyasi və mədəni dəyişiklər də Etisami yaradıcılığına təsir göstərmişdir. "Sərxoş lakin agah" adlı romantik şerlər məcmuəsi ona böyük şöhrət qazandırmışdır. Etisami təhna və təcrid olunmuş həyat tərzi sürürdü. Olduqca həssas xarakterli qadın olmaqla yanaşı şairə qəddarlığa qarşı çıxan ən güclü ədəbi səsə çevirilir. Ümumiyyətlə, Pərvin Etisaminin yazdığı 210 şerinin əksəriyyəti gündəlik problemlər və onların həlli ilə əlaqədardır.
Pərvin Hacıyev
Pərvin Aleksandr oğlu Hacıyev — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsi veteranı. == Həyatı == Pərvin Hacıyev Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. == Hərbi xidməti == Baş leytenant Pərvin Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. === Vətən müharibəsi === Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru olan Pərvin Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Hacıyev "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin Hacıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Zəngilanın azad olunmasına görə" medalı təltif edildi.
Pərvin Həmidov
Pərvin Azər oğlu Həmidov (8 mart 1994; Bəydili, Yevlax, Azərbaycan — 1 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Pərvin Həmidov 1994-cü ildə martın 8-i Yevlax rayonun Beydili kəndində anadan olub. 2000-ci ildə Yevlax rayonun Xaldan qəsəbəsində 1-ci sinifə gedib. 2006-cı ildə Mingəçevir şəhərinə köçüb və 2011-ci ildə 25 N-li Kəlbəcər məktəbindən məzun olub. 2012-ci ilin aprel ayında Yevlax rayonun Hərbi Komissarlığından hərbi xidmətə cağırılıb. İki övladı var idi. == Hərbi xidmətləri == 2019-cu ilin dekabr ayında Tərtər rayonun N saylı hərbi hissədə sürücü vəzifəsində müddətdən artıq hərbi qulluqcu kimi işə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat Əlizadə Talış Madagizin azad edilməsində savaşıb. 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində 457-ci yüksəklikdə şəxsi heyəti təhlükəsiz yerə çıxararkən qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalıb. 2 oktyabr 2020-ci ildə Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Pərvin Kərimzadə
Pərvin Kərimzadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, tarix üzrə fəlsəfə doktoru,dosent. == Həyatı == Pərvin Orxan qızı Kərimzadə 1976-cı il fevralın 3-də Bakı şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhər 4 saylı orta məktəbində təhsil almışdır və medalla bitirmişdir. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə "XIX əsrin sonu-XXəsrin əvvəllərində Şimali Azərbaycanda mesenatlıq" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi, 2009-cu ildən isə dosent elmi adı almışdır. 2006-cı ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır. "XX əsrin əvvəllərində Gəncədə milli hərəkat" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. === Ailəsi === Ailəlidir, iki övladı var. == Elmi-pedaqoji fəaliyyəti == 1997-ci ildən Gəncə Dövlət Universiteti Ümumi tarix kafedrasında müəllim, 2002-ci ildən isə kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. 2007–2011-ci illərdə Gəncə Dövlət Universiteti Tarix-Coğrafiya fakültəsinin dekan müavini, 2011 – 2013-cü illərdə Ümumi tarix kafedrasında kafedra müdiri vəzifələrində çalışıb.
Pərvin Lətifov
Pərvin Mirzəzadə
Pərvin Mirzəzadə (tam adı: Pərvin Xəyyam oğlu Mirzəzadə; 19 iyun 1965, Bakı) — Azərbaycan siyasətçisi, diplomatı, Azərbaycan Respublikası Fövqəladə və Səlahiyyətli Səfiri. Xalq artisti Xəyyam Mirzəzadənin oğlu == Həyatı == Pərvin Mirzəzadə 19 iyun 1965-ci ildə Bakı şəhərində, məşhur bəstəkar Xəyyam Mirzəzadənin ailəsində anadan olub. 1972–1983-cü illərdə Bül-Bül adına orta ixtisaslı xüsusi musiqi məktəbini, 1983–1988 Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Qahirədə Misir Ərəb Respublikasının Diplomatik Akademiyasında akademik kursları, 2000-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə akademik kursunu bitirib. o, həmçinin, 2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin fərqlənmə diplomu bitirmişdir. === Ailəsi === Xalq artisti Xəyyam Mirzəzadənin oğlu olan Pərvin Mirzəzadənin 2 övladı var. == İş fəaliyyəti == P. Mirzəzadə 1989–1991-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Əlaqələr şöbəsinin II katibi, 1991–1993-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin II katibi, 1993–1997-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin bölmə müdiri, 1997–2002-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin şöbə müdiri, 2002–2004-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin rəis müavini, 2004-cü ildən AR XİN Dövlət Protokolu İdarəsinin Rəisi, Azərbaycan Respublikasının Prezidentinin 06.06.2012-ci il tarixli Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi, Brüssel Almanaxı Komitəsinin müxbir üzvü vəzifələrində çalışmışdır. == Mükafatları == 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı, 2009-cu ildə Polşa Respublikası qarşısında xidmətlərinə görə "Kavalyer xaçı" ordeni, 2010-cu AR Fövqəladə Hallar Nazirliyinin 5 illik "Yubiley" medalı, 2011-ci ildə AR Xarici İşlər Nazirliyinin "Fəxri əməkdaşı" adına layiq görülmüşdür. 2014-cü Macarıstan Respublikasının Fəxri Ordeni, 2015-ci ildə "AR Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı, 2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuşdur. 2017-ci ildə Qazaxıstan Respublikasının diplomatik xidmətinin 25 illiyi yubiley medalı, Gürcüstan Daxili İşlər Nazirliyinin "Xüsusi xidmətlərə görə" 2-ci dərəcəli medalı, 2018-ci ildə "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı, 2019-cu ildə "Azərbaycan polisinin 100 illiyi (1918–2018)" yubiley medalı, habelə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə də təltif olunmuşdur.
Sərtan (Soyuqbulaq)
Sərtan (fars. سرطان‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (51 ailə).
Sərtan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. == Klub karyerası == === İnter Bakı === Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. == Milli komanda == Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib. U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.