Novo Brdo
Novo Brdo və ya Artana (serb. Ново Брдо; alb. Novobërda və ya Novobërdë, və ya Artana və ya Artanë) — Kosovo və Metohiyaya aid şəhər, Priştina rayonuna aiddir.
Orta əsrlərdə Novo Brdo (sözbəsöz tərcüməsi: Yeni dağ, Novus Mons, Novamonte, Nyeuberghe) böyük şəhər və strateji hərbi qala idi, mühüm mədən mərkəzi olduğu üçün ətrafdakı mədənlərdən dəmir filizi, qızıl və gümüş çıxarılırdı. Məşhur yazıçı Vladislav Qrammatik burada anadan olmuşdur. 1439-cu ildə Smederevonun süqutundan sonra 1441-ci ilə qədər şəhər Serbiya krallığının paytaxtı olmuşdur. Novo Brdo 1 iyun 1455-ci ildə qırx günlük mühasirədən sonra təslim olaraq Osmanlı hakimiyyəti altına düşdü.