PORTRET

I
сущ. портрет:
1. живописное, фотографическое или иное изображение какого-л., человека. Yazıçının portreti портрет писателя, tamamlanmamış portret незаконченный портрет, qadın portreti женский портрет
2. о том, кто очень походит на кого-л. Uşaq atasının portretıdir ребёнок – портрет отца
3. описание внешности персонажа в литературном произведении
II
прил. портретный. Portret qalereyası портретная галерея, portret janrı портретный жанр
PORTMANAT
PORTRETÇİ
OBASTAN VİKİ
Portret
Portret (fr. portrait) - şəkil, fotoşəkil, heykəl və bənzəri sənət növlərində bir adamın üzünün və üz ifadəsinin çəkilməsi ilə yaradılan əsərdir. Bu əsərlərin məqsədi insanın görünüşünü, şəxsiyyətini və ruh halını əks etdirməkdir. Bu səbəblə fotoşəkilçilikdə portretlər enstantane olaraq deyil, müəyyən bir inşa daxilində adamın poza verməsiylə çəkilir. Avtoportret ümumiyyətlə, çəkilən adam rəssama ya da fotoşəkilçiyə doğru baxar və bu sayədə kişinin tamaşaçıya ən müvəffəqiyyətli şəkildə köçürülməsi təmin edilər. Krallar və imperatorlar kimi əhəmiyyətli kəslərə aid olmayan ən köhnə portretlərdən bəziləri, Feyyum mumiya portreleridir. Misirin Feyyum bölgəsindəki məzarlarda, mumiyaların qoyulduğu tabutlara çəkilən bu portretlər, quru iqlim şəraiti sayəsində bu günə çatmışdır. Bunlar, müxtəlif freskler xaricində, bu günə çatmış olan tək Roma dövrü portret növüdür. Roma heykəl sənəti daxilində portretlər, xüsusilə tərifləyici olmayan həqiqi təsvir çəkilməkdə idi. IV əsr zamanlarında, insanların görünüşləri, idealizə edilmiş formalarda çəkilməyə başladı.
Oval portret
Oval Portret (ing. The Oval Portrait) — Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir.
Oval Portret (hekayə)
Oval Portret (ing. The Oval Portrait) — Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə Graham's Magazine nəşriyyatında nəşr edilmişdir.
Portret Variantı (1982)
Filmdə konkret bir hadisə — 1982-ci ildə Kislovodskda keçirilən şahmat oyunu yarışı əks etdirilir.
Fərhad – portret cizgiləri (film, 1987)
== Məzmun == Film-portret Azərbaycanın xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəyli, onun yaradıcılıq axtarışları haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Cəmil Fərəcov Operator: Sərdar Vəliyev Səs operatoru: Nataliya Nuriyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.
Harri Qasparov. Portret variantı (film, 1982)
== Məzmun == Filmdə konkret bir hadisə — 1982-ci ildə Kislovodskda keçirilən şahmat oyunu yarışı əks etdirilir.
Portret... Bəstəkar Faiq Sücəddinov (film, 2017)
Portret... Bəstəkar Faiq Sücəddinov — rejissor Elnurə Kazımovanın 2017-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə görkəmli bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi Faiq Sücəddinovun 70 illik yubileyinə həsr olunur. Filmdə bəstəkar Faiq Sücəddinovun əsərlərindən, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə edilmişdir.
Portret fotoqrafiyası
Portret fotoqrafiyası — fotoqrafiyanın bir və ya toplu halda insanın özünüifadədən istifadə edərək subyektin əhval-ruhiyyəsini və fərdiliyini nümayiş etdirməsi ilə müşahidə edilən janrlarından biri. Portret sənətinin digər növlərində olduğu kimi fotoqrafiyada da şəklin mərkəzində insan siması əks olunur. Buna baxmayaraq, insanın bütün bədəni ilə arxa fon, eləcə də əsas səciyyəvi məzmun portretin tərkib hissəsini təşkil edə bilər. Dəyəri nisbətən aşağı olan dagerotip, XIX əsrin ortalarında subyekt üçün məhdudlaşdırılmış oturaq vəziyyəti və rəssamlığın portret janrını üstələyərək, portret fotoqrafiyasının ümumi məşhurluğuna gətirib çıxardı. Bu erkən işlərin üslubu uzun müddət dövrün tələbləri ilə mövcud olmuş rəssamlığın estetikasındakı bəzi texniki problemləri dəf edə bildi. Fiqurlar, adətən, sadə fonların qarşısında yerləşdirilir və güzgülərlə əks olunub-olunmamasından asılı olmayaraq, yuxarı pəncərədən istiqamətləndirilmiş yumşaq işıqla aydınlaşdırılırdılar. Fotoqrafiya avadanlığının imkanları və üsullarının zaman keçdikcə inkişaf etməsi, fotoqraflara təsviri daha qısa vaxt kəsiyində əldə etməyin studiya şəraitində mümkün olmasına imkan yaratdı. Portret fotoqrafiyasının yaradılması studiya şəraitində təşkil olunursa, fotoqraf subyektin tərkib hissəsi kimi işıqlandırmanı tənzimləyə, işığın istiqamətini və gərginliyini çəkilişə uyğunlaşdıra bilər. Çəkiləcək şəxsin simasını işıqlandırmaq üçün bir çox vasitələrdən istifadə etmək mümkündür. Lakin işıqlandırmanın təsviri asan yarada biləcək bir neçə ümumi planları var.
Portret variantı (film, 1982)
Filmdə konkret bir hadisə — 1982-ci ildə Kislovodskda keçirilən şahmat oyunu yarışı əks etdirilir.
Dost ilə birgə portret
Dost ilə birgə portret (it. Autoritratto con un amico) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır. Tabloda təsvir olunan gənclərdən solda olan və ciddi formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır.
Dost ilə birgə portret (Rafael)
Dost ilə birgə portret (it. Autoritratto con un amico) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1518–1519-cu illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Dost ilə birgə portret əsəri hal-hazırda Fransada Paris şəhərində Luvr muzeyində saxlanılır. Tabloda təsvir olunan gənclərdən solda olan və ciddi formada düz baxan Rafael Santidir. Digər şəxsin kimliyi mübahisə doğurur. Bu şəxsin kimliyi haqqında olan fikirlərdən biri, onun Rafael Santinin şagirdi və ya köməkçisi olmasıdır. Lakin bu fikirlər öz təsdiqini tapmamışdır. Ən önəmli iddia isə bu şəxsin Rafael Santinin iki dostundan biri olmasıdır.
Elizabet Qonzaqanın portreti
Yelizaveta Qonzaqanın portreti (it. Ritratto di Elisabetta Gonzaga) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Yelizaveta Qonzaqanın portreti" hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.
Fəyyum portretləri
Fəyyum portretləri — Qədim Misirdə ölmüş şəxslərin boyakarlıq portretləri. Bu portretlər e.ə. I əsrin axırlarından IV əsrə qədərki bir dövrə aiddir. == Tarixi == "Fəyyum portretləri" ter­mini 1887 ildə bu portretlərin böyük bir qrupunun tapıldığı yerin – əl-Fəyyum vahəsinin adından götürülmüşdür. Ən yüksək inkişaf dövrü I əsrin ortalarından III əsrə qədərki dövrdə olmuşdur. Qədim Misirin ənənəvi ölü maskatarını əvəz edən Fəyyum portretləri enkaustika, tempera, yaxud da hər iki texnikadan istifadə etməklə taxta lövhə üzərində işlənir, sonra mumiyanın sarğısı içərisinə, ölünün sifəti olan yerə qoyulurdu. E.ə. I əsrə aid erkən Fəyyum portretlərinin müəyyən qismi kətan üzərində çəkilmişdir. Bəzən Fəyyum portretləri evlərdə divardan asmaq üçün də işlənilir və portreti çəkilən şəxs öldükdən sonra onun mumiyasına qoyulurdu. Üslub cəhətdən 2 istiqamətdə inkişaf edən Fəyyum portretləri antik incəsənət və Misir incəsənətinin ənənələrini davam etdirirdi.
Gənc oğlanın portreti (İrəvani)
Qacar şahzadəsi Məculla Mirzənin portreti və ya "Gənc oğlanın portreti" — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi. Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir. == Təsviri == Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var.
Gənc qadının portreti (La Muta)
Gənc qadının porterti (it. La Muta) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1507–1508-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Gənc qadının porterti" əsəri hal-hazırda İtaliyada Urbino şəhərində saxlanılır.
Gənc qadının portreti (İrəvani)
Gənc qadının portreti və ya Əyləşmiş qadın portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm XIX əsrin 70-ci illərinə aiddir və Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Portret “Populyar incəsənət ensiklopediyası”nda, rəssama aid məqalədə verilir. == Təsviri == Portret sifəti azacıq qəmgin ifadəli gənc qadını təsvir edir. Üz cizgiləri düzdür, geniş, bir-biri ilə birləşən qara qaşlar böyük, ifadəli qonur gözlərə diqqəti çəkir. Dalğalı telləri çiyinlərinə qədər tökülən tünd şabalıdı saçları düz cərgədə hamar daranıb. Qadın ağ mərmər divarın yanında, xalça üzərində oturan vəziyyətdə təsvir edilib. Baş geyimi tirmə şaldır, tamamlayıcı element kimi saça sancaqla qızılgül bənd edilib. Qadının üzərində qara işləmələrlə haşiyələnmiş və böyük dairəvi yaxalığı olan nazik sarın kofta var. Böyük və kiçik buta naxışı İrəvaninin koftanın üstündə çəkdiyi tirmə cübbənin qırmızı fonunu bəzəyir.
Gənc xanımın portreti
"Gənc xanımın portreti" (təxm. 1470) holland rəssamı Petrus Kristus tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Xüsusi dəqiqliklə işlənilmiş bu əsər holland portret rəssamlığı məktəbində yeni inkişaf mərhələsinə təkan vermişdir. Əsərdə çox gənc yaşlarında olan xanımın qapalı məkanda və aydın fonda surəti yaradılmışdır. Bu naməlum qəhrəman əsilzadələrə məxsus zərifliyi ilə diqqəti cəlb edir. Dəbdəbəli və bahalı qiyafələri bu xanımın fransız əsilli olmasına işarə edə bilər.
Hacı Zeynalabdin Tağıyevin portreti
"Hacı Zeynalabdin Tağıyevin portreti" — 1912-ci ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə rəssam İsaak Brodski tərəfindən çəkilmiş portret. == Tarixi == İriölçülü (238x129 sm) bu portret 1912-ci ildə zamanında gənc olmasına baxmayaraq, Rusiya məkanında çox məşhur olan rus-sovet rəssamı İsaak İzrailoviç Brodski (1883–1939) tərəfindən Bakıda işlənib. Portretin çəkilməsi həmin vaxtlar Hacı Zeynalabdin Tağıyevin hamilik etdiyi Bakı orta texniki məktəbin yaradılmasının 25 illiyinə hazırlıqla bağlı olub. Həmin ərəfədə məktəbin pedaqoji şurası Rusiyanın Qafqazdakı canişini İllarion Vorontsov-Daşkova məktub yazaraq ondan Hacı Zeynalabdin Tağıyevin portretinin çəkilməsini və ümumi iclas salonunda yerləşdirilməsini, eləcə də kimya laboratoriyasına onun adının verilməsini xahiş etmişdi. Azərbaycanlı mesenatla mehriban münasibəti olan canişin Bakıdan gələn bu məktuba müsbət cavab verir. Bundan sonra onun işlənməsi üçün Sankt-Peterburqdan istedadlı fırça ustası 29 yaşlı İ. Brodski dəvət olunur. Ona təklif olunan müqavilədə Hacının portreti ilə yanaşı, daha üç nəfərin, o cümlədən, II Nikolayın portretini çəkmək sifariş olunurdu. İ. Brodski qeyd edir ki: == Xüsusiyyətləri == Əsərdə H. Z. Tağıyev qara geyimdə, ayaq üstə təsvir olunub. Onun təntənəli mərasimlər üçün nəzərdə tutulan geyimini göy lent, qılınc tamamlayır, müxtəlif orden və medallar bəzəyir. Hacının nurani siması, ağayana ciddi duruşu, naməlum istiqamətə yönəlmiş baxışları, ümumi kompozisiyanı tamamlayan müxtəlif məntiqli atributlar rəssam tərəfindən məharətlə işlənmişdir.
I Karlın atlı portreti
I Karlın atlı portreti (fr. Charles Ier à cheval avec Monsieur de Saint Antoine) - Flomand rəssam Antonio Van Deyk tərəfindən 1637-1638-ci illər ərzində çəkilmiş rəsm əsəri. Kralın bu əzəmətli portreti bizə I Karlın bütün döyüş yaraq-sursatları ilə birlikdə gözəl at belində təsvirini verir. Burada kral millətin əzmli və mənəvi öndəri kimi təqdim olunmuşdur. Kralın görünüşü qəsbkar hökmdarın Böyük ingilis möhüründəki surətindən götürülmüşdür ki, həmin möhürlə də bütün mühüm sənədlər təsdiqlənirdi, lakin portret də Bağlantı ordeni ilə təsvir olunur ki, bu da van Deykə Kralı cəngavərlər sərkərdəsi və ədalət müdafiəçisi kimi təqdim etmək imkanı verir. Atlı portret kralın mədhinə xidmət etməli idi və Uaytholl sarayının divarlarından birinin bəzədilməsi üçün nəzərdə tutulmuşdu.
Kardinal Alessandro Farnesenin portreti
Kardinal Alessandro Farnezenin portreti (it. Ritratto del cardinale Alessandro Farnese) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1511-ci illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Kardinal Alessandro Farnezenin portreti" hal-hazırda İtaliyada, Neapol şəhərində saxlanılır.
Kardinal Alessandro Farnezenin portreti
Kardinal Alessandro Farnezenin portreti (it. Ritratto del cardinale Alessandro Farnese) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1511-ci illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Kardinal Alessandro Farnezenin portreti" hal-hazırda İtaliyada, Neapol şəhərində saxlanılır.
Kardinalın portreti (Rafael)
Kardinalın portreti (it. Ritratto di cardinale) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1510-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Kardinalın portreti əsəri hal-hazırda İspaniyada, Madrid şəhərində Prado muzeyində saxlanılır. Tabloda təsvir olunan kardinalın kim olduğu bilinmir. Tablo Roma papası Papa II. Luisin sarayında çəkilmişdir. Əsərin məşhur sahiblərindən biri İspaniya kralı olmuş IV. Carlos hesab olunur.
Kişi portreti (Rafael)
Kişi portreti (it. Ritratto virile) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Kişi portreti əsəri hal-hazırda İtaliyada Roma şəhərində Galleria Borghesedə saxlanılır. Əsər məşhur Alman rəssamı Hans Holbeinə həsr olunmuşdur.
Kraliça İzabella portretli 25 sent
Kraliça İzabellanın portreti ilə olan 25 sent - gümüş sikkə, eyni zamanda I İzabella dörddə biri ( ing. Isabella quarter). Dolların dörddə birini təşkil edən gümüş sikkə 1893-cü ildə ABŞ - ın Çikaqo Dünya Sərgisində iştirak etməyi münasibətilə buraxılıb. Sikkə ön tərəfində portreti yerləşdirilmiş Kastiliya Kraliçası İzabella -nin şərəfinə adlandırılmışdır. Sikkə bir sıra xüsusiyyətlərə malikdir: 25 sentlik ilk ABŞ sikkəsi; üzərində qadın təsviri olan ilk ABŞ sikkəsi; Əsl qadını əks etdirən ilk 25 sentlik ABŞ sikkəsi Hər iki tərəfdə qadınların şəkli olan ilk ABŞ xatirə sikkəsi; Xarici monarxın simvolu olan ilk ABŞ sikkəsi. Sikkə buraxıldıqdan sonra dizaynı tənqid olundu və köhnəlmiş adlandırıldı. Sikkə sərgi zamanı qeyri-qənaətbəxş şəkildə paylandı: 1 dollar müəyyən edilmiş qiymətlə cəmi 15,000 nüsxə satıldı. Nominal dəyərində isə daha 10,000 sikkə Qadın Təşkilatçılar Şurasının nümayəndələri tərəfindən alındı ( ing. The Board of Lady Managers). Buraxılan sikkələrin demək olar ki, yarısı yenidən ərinməsi üçün qaytarıldı.
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xətləri az maraqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.
Nizaminin portreti
"Nizaminin portreti" - Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin 1940-cı ildə Azərbaycan sovet rəssamı Qəzənfər Xalıqov tərəfindən çəkilmiş portretidir. Əsər hazırda Bakı şəhərində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əsərin ikinci nüsxəsi Gəncə şəhərində, Gəncə Tarix Diyarşünaslıq Muzeyindədir. Bu portret Xalıkovun ciddi yaradıcılıq nailiyyəti hesab olunur.. Portretdə Nizami dizində kitab tutmuş şəkildə təsvir edilmişdir. Sənətşünas N. M. Miklaşevskaya qeyd edir ki, tünd rəng koloritinə baxmayaraq, nəcib üz quruluşu və xarakterik baş geyimi, həmçinin ciddi geyim xəttləri ilə insanı cəlb edir. 1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edilmişdi. Baxmayaraq ki, Qəzənfər Xalıqov müsabiqənin birinci mərhələsində iştirak etməmişdi, lakin, rəssam böyük şairin dərin ifadəli portretini işləmişdi. Məşhur şərqşünas və nizamişünas alim Yevgeni Bertels bu portret haqqında qeyd etmişdir ki, "portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi." Portretin çəkilişinə Xalıqovu öz məsləhətləri ilə Y. Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı ilhamlandırmış və təşviq etmişlər. Nəticədə bu üç alimin söylədiklərini nəzərə alan Qəzənfər Xalıqov Nizami Gəncəvinin bədii portretini işləmişdir.
Papa II Yulinin portreti (Rafael)
Papa II Yulinin portreti - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Papa II Yulinin portreti əsəri hal-hazırda Böyük Britaniyada London şəhərində saxlanılır. Tabloda Roma papası olan II Lusi təsvir olunub.
Peruginonun portreti (Rafael)
Peruginonun portreti (it. Ritratto del Perugino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504—cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Peruginonun portreti əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Uffizi mədəniyyət evində saxlanılır.
Peruсinonun portreti (Rafael)
Peruginonun portreti (it. Ritratto del Perugino) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504—cü ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Peruginonun portreti əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində Uffizi mədəniyyət evində saxlanılır.

Digər lüğətlərdə