Qrafik primitiv
Qrafik primitiv (ing.graphics primitive, ru.графический примитив) — kompüter qrafikasında: mətn simvolu, qövs, sınıq xətt kimi çəkilmiş element; belə elementlərin kombinasiyasından görüntü qurmaq olar. Qrafik primitiv bir tam kimi çəkilir və emal edilir. Avtomatlaşdırılmış layihələndirmə proqramlarında (CAD) nöqtələr, xətlər, qövslər, mətn və analoji elementar strukturlar, adətən, obyektlər (ENTITY) adlanır. Belə obyektləri həm proqram təminatının hazır funksiyalarının köməyilə, həm də istifadəçinin yaradıcılığının məhsulu olaraq müstəqil yaratmaq olar.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.