Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prinsip
Prinsip (lat. principium, yun. αρχή) — nəzəri fəlsəfədə faktların fikirlərdə bir sistemlə birləşməsi. Qədim yunanlarda fəlsəfə prinsiplərdən başlayır. Adı çəkilən filosoflar aşağıdakıları mövcudluğun əsası kimi götürürlər: su — Falesdə; hava — Anaksimendə. Fəlsəfənin əsas məqsədi məhz hər şeyin əsasını təşkil edən prinsipi tapmaqdır. Metafizikanın prinsipinin norması belədir. Bu prinsip daxili birliyə malik olmalı, aydın və daxili cavabdehlik olmalıdır. Prinsip — praktiki fəlsəfədə davranış qaydası. Məsələn, Qurandakı tələblərin böyük bir hissəsi mənəviyyata aiddir.
Kosmoloji prinsip
Qavrilo Prinsip
Qavrilo Prinsip (serb-kiril. Гаврило Принцип; 13 (25) iyul 1894 – 28 aprel 1918[…]) – 1914-cü il iyunun 28-də Sarayevoda Avstriya taxt-tacının vəliəhdi, ershersoq Frans Ferdinandı və onun xanımı Sofiya Hohenberqi qətlə yetirmiş serb milliyyətçisi. Bu qətl Birinci dünya müharibəsinin başlanması üçün bəhanə rolunu oynamışdır. Milliyyətcə serb olan (üzərində qurulmuş məhkəmə prosesinin stenoqrafik hesabatına görə, yəhudi) Prinsip Bosniya və Herseqovinanın Oblyay kəndində kasıb poçtalyon ailəsində anadan olmuşdu. Doğulduğu ailədə 9 uşaqdan 6-sı erkən yaşda xəstəlikdən ölmüşdü. Özü isə hələ körpə vaxtlarından vərəm xəstəliyindən əziyyət çəkirdi. Sarayevo və Tuzlada orta məktəbi bitirdikdən sonra 1912-ci ilin mayında Belqrada gəlir və Serbiyada gizli fəaliyyət göstərən anarxist-millətçi "Mlada Bosna" (Gənc Bosniya) təşkilatına üzv olur. Bu təşkilat Serbiyada fəaliyyət göstərən "Çerna Ruka" (Qara əl) cəmiyyətinin bir qolu idi. 1914-cü il iyunun 28-də ershersoq Frans Ferdinand və xanımı Sofiya Hohenberq Avstriya-Macarıstan imperiyasının Bosniya və Herseqovinadakı canişini general Oskar Potiorekin dəvəti ilə hərbi təlimlərin gedişini izləmək məqsədilə Sarayevoya gəldilər. Dəmir yolu vağzalından şəhərin mərkəzinə doğru irəliləyən avtomobil korteji qabaqcadan onları gözləyən və aralarında Qavrilo Prinsipin də olduğu 6 nəfərdən ibarət terrorçu qrupun hücumuna məruz qaldı.
Gizlilik prinsipi
Bu prinsipin rəsmi versiyası Wikimedia:Privacy policy (azərbaycanca tərcüməsi) ünvanında yerləşir. meta:talk:Privacy policy (azərbaycanca tərcüməsinin müzakirəsi) səhifəsində sullarınızı verə və mövzu ilə bağlı müzakirələri oxuya bilərsiniz.
Müəyyənsizlik prinsipi
Heyzenberq qeyri-müəyyənlik prinsipi — 1927-ci ildə Verner Heyzenberq tərəfindən önə sürüldü. Kvant fizikasında Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, bir zərrəciyin momenti və mövqeyi eyni anda tam doğruluqla ölçülə bilməz (moment dəyişməsi = kütlə dəyişməsi x sürət dəyişməsi). Qeyri-müəyyənlik prinsipini daha da ümumiləşdirilmiş olaraq anlatmaq istəsək bunları söyləyə bilərik. deterministik (klassik) fizikadan ayrı olaraq Kvant fizikasında hər fiziki kəmiyyətə uyğun gələn bir real say deyil, bir fəaliyyətçi var. Bu fəaliyyətçilər, klassikmexanikadan ayrı olaraq say dəyərləriylə ilə yox matrislər ilə təmsil edilir. Dolayısıyla, kvant mexanikasında ölçülən fiziki kəmiyyətin ölçmə sırası vacibdir. Hər hansı iki fiziki kəmiyyəti (məsələn: mövqe və moment) götürək. Əgər bu fiziki kəmiyyətlərə uyğun gələn iki fəaliyyətçi yer dəyişdiremirsə bu iki kəmiyyətin (məsələn: moment ve mövqe) eyni anda ölçülməsi mümkünsüzdür. Bu halda dəqiq nəticələrdən yox, bir ortalama dəyər yaxınlarında dalğalanan dəyərlərdən danışa bilərik. Bu prinsip fransız fiziki Pyer Simon Laplasın Laplasın şeytanı nəzəriyyəsini təkzib etmişdir.
Nisbilik prinsipi
Fizikada nisbilik prinsipi fizika qanunlarını təsvir edən tənliklərin bütün məqbul hesablama sistemlərində eyni formaya malik olduğunu tələb edir. Məsələn, xüsusi nisbilik çərçivəsində Maksvell tənlikləri bütün inersial hesablama sistemlərində eyni formaya malikdir. Ümumi nisbi nəzəriyyəsi çərçivəsində Maksvell tənlikləri və ya Eynşteyn sahə tənlikləri ixtiyari hrsablama sistemlərində eyni formaya malikdir. İstər biləvasitə (Nyuton mexanikasında olduğu kimi), istərsə də açıq şəkildə (Albert Eynşteynin xüsusi nisbilik və ümumi nisbilik nəzəriyyəsində olduğu kimi) elmdə bir neçə nisbilik prinsipi uğurla tətbiq edilmişdir. Elmin əksər bölmələrində nisbiliyin müəyyən prinsipləri geniş şəkildə qəbul edilmişdir. Ən geniş yayılanlardan biri hər hansı təbiət qanununun hər zaman eyni olması inamıdır və elmi araşdırmalar ümumiyyətlə təbiət qanunlarının onları ölçən şəxsdən asılı olmayaraq eyni olduğunu fərz edir. Bu cür prinsiplər ən fundamental səviyyələrdə elmi araşdırmaya daxil edilmişdir. İstənilən nisbilik prinsipi təbiət qanununda simmetriya təyin edir, yəni qanunlar bir müşahidəçiyə digərinə göründüyü kimi eyni görünməlidir. Noter teoremi adlanan nəzəri nəticəyə görə, hər hansı belə simmetriya saxlanma qanununu ifadə edir. Məsələn, müxtəlif vaxtlarda iki müşahidəçi eyni qanunları görürsə, enerji adlanan kəmiyyət saxlanır.
Verifikasiya prinsipi
Verifikasiya prinsipi, biliyi təcrübə, müşahidə və eksperimentin verdiyi məlumatlarla tutuşdurmaq yolu ilə yoxlamaq.
Bloklara qoşulmamaq prinsipi
Bloklara qoşulmamaq prinsipi — dövlətin dinc dövrdə hərbi bloklarda iştirak etməməsini, habelə öz ərazisində xarici ölkələrin hərbi bazalarının yerləşdirilməsinə yol verməməsini nəzərdə tutan xarici siyasət xəttinin əsası. Siyasi və beynəlxalq hüquq ədəbiyyatında Bloklara qoşulmamaq prinsipi, həmçinin pozitiv bitərəflik siyasəti adlandırılır. Beynəlxalq siyasətdə Bloklara qoşulmamaq prinsipi yalnız İkinci dünya müharibəsindən sonra mühüm əhəmiyyət kəsb etmişdir. Bloklara qoşulmamaq prinsipinin hüquqi əsası, adətən, dövlətin müvafiq birtərəfli bəyannaməsidir. Bloklara qoşulmamaq siyasətini qəbul etmiş dövlət şox zaman bloklara qoşulmayan ölkə adlanır. Bu qəbildən olan Asiya, Afrika və Latın Amerikası ölkələrinin böyük bir qrupu, habelə Avropanın bir sıra ölkəsi bütün dünyada sülhü təmin etmək, irqçiliyə qarşı mübarizə aparmaq, ölkələr arasında bərabər hüquq və qarşılıqlı fayda əsasında beynəlxalq əməkdaşlığı inkişaf etdirmək siyasəti yeridir. 1961-ci ildən bloklara qoşulmayan ölkələrin konfransları keçirilir. Azərbaycan Milli Ensiklopediyası. IV cild. Bakı,2013.
Hüygens-Frenel prinsipi
Hüygens-Frenel prinsipi – dalğanın, əsasən də işığın yayılma mexanizmini təsvir və izah edən əsas dalğa nəzəriyyəsi postulatı. Hüygens-Frenel prinsipi 1678-ci ildə Xristian Hüygens tərəfindən irəli sürülən prinsipin bir qədər də təkmilləşdirilmiş formasıdır. Hüygensə görə işıq dalğasının düşdüyü mühit səthi yeni işıq dalğasının ikinci(dərəcəli) mənbəyidir. Hüygens prinsipi həndəsi optika qanunlarına tabe olan dalğaların yayılmasını izah edir, lakin difraksiya hadisəsini izah edə bilmir. Oqüsten Jan Frenel 1815-ci ildə elementar dalğaların koherentlik və interferensiyası anlayışlarını daxil etməklə və Hüygens prinsipini tamamlayır və beləliklə Hüygens-Frenel prinsipi əsasında difraksiya hadisəsini izah etmək mümkün olur. Hüygens-Frenel prinsipini belə ifadə etmək olar. Dalğa cəbhəsinin hər bir elementinə ikinci (dərəcəli) sferik dalğalar əmələ gətirən ikinci(dərəcəli) həyəcanlanma mənbəyi kimi baxmaq olar. Hər bir nöqtədə əmələ gələn işıq sahəsi isə bu dalğaların interferensiyası ilə təyin olunacaqdır. Bir anlıq təsəvvür edək ki, iki qonşu otaq bir qapı arakəsməsi ilə ayrılır. Otaqlardan birinin uzaq küncündən səs buraxılır.
Hüygens-Freznel prinsipi
Hüygens-Frenel prinsipi – dalğanın, əsasən də işığın yayılma mexanizmini təsvir və izah edən əsas dalğa nəzəriyyəsi postulatı. Hüygens-Frenel prinsipi 1678-ci ildə Xristian Hüygens tərəfindən irəli sürülən prinsipin bir qədər də təkmilləşdirilmiş formasıdır. Hüygensə görə işıq dalğasının düşdüyü mühit səthi yeni işıq dalğasının ikinci(dərəcəli) mənbəyidir. Hüygens prinsipi həndəsi optika qanunlarına tabe olan dalğaların yayılmasını izah edir, lakin difraksiya hadisəsini izah edə bilmir. Oqüsten Jan Frenel 1815-ci ildə elementar dalğaların koherentlik və interferensiyası anlayışlarını daxil etməklə və Hüygens prinsipini tamamlayır və beləliklə Hüygens-Frenel prinsipi əsasında difraksiya hadisəsini izah etmək mümkün olur. Hüygens-Frenel prinsipini belə ifadə etmək olar. Dalğa cəbhəsinin hər bir elementinə ikinci (dərəcəli) sferik dalğalar əmələ gətirən ikinci(dərəcəli) həyəcanlanma mənbəyi kimi baxmaq olar. Hər bir nöqtədə əmələ gələn işıq sahəsi isə bu dalğaların interferensiyası ilə təyin olunacaqdır. Bir anlıq təsəvvür edək ki, iki qonşu otaq bir qapı arakəsməsi ilə ayrılır. Otaqlardan birinin uzaq küncündən səs buraxılır.
Qalileyin nisbilik prinsipi
Qalileo Qaliley cisimlərin hərəkətinin öyrənilməsinə dair tədqiqatlarını ümumiləşdirərək 1636-cı ildə özünün nisbilik prinsipini formalaşdı: Mexanika qanunları bütün ətalət hesablama sistemlərində eynidir. Bu prinsip mexaniki hərəkət tənliklərinin quruluşuna müəyyən sərhəd qoydu: mexaniki hərəakəti ifadə edən tənliklər bütün ətalət hesablama sistemlərinda eyni şəkildədir. Klassik adlandırılan bu təsəvvürlərə görə, mexaniki hərəkəti xarakterizə edən zaman mütləq hesab olundu - cismin xətti ölçüləri onun sükunətdə və ya hərəkətdə olmasından asılı deyildir, işıq sürəti isə sonsuz böyük qəbul olundu. Nyuton mexanikası bütövlükdə bu prinsip üzərində qurulmuşdur. Beləliklə, klassik mexanikada koordinat, zaman, uzunluq və sürətlərin müxtəlif ətalət hesablama sistemlərəin nəzərən əlaqələri yığcam formada "Qaliley çevrilmələri" adlanan və ondan çıxan nəticələrlə təsvir edildi).
Qeyri-müəyyənlik prinsipi
Heyzenberq qeyri-müəyyənlik prinsipi — 1927-ci ildə Verner Heyzenberq tərəfindən önə sürüldü. Kvant fizikasında Heyzenberqin qeyri-müəyyənlik prinsipinə görə, bir zərrəciyin momenti və mövqeyi eyni anda tam doğruluqla ölçülə bilməz (moment dəyişməsi = kütlə dəyişməsi x sürət dəyişməsi). Qeyri-müəyyənlik prinsipini daha da ümumiləşdirilmiş olaraq anlatmaq istəsək bunları söyləyə bilərik. deterministik (klassik) fizikadan ayrı olaraq Kvant fizikasında hər fiziki kəmiyyətə uyğun gələn bir real say deyil, bir fəaliyyətçi var. Bu fəaliyyətçilər, klassikmexanikadan ayrı olaraq say dəyərləriylə ilə yox matrislər ilə təmsil edilir. Dolayısıyla, kvant mexanikasında ölçülən fiziki kəmiyyətin ölçmə sırası vacibdir. Hər hansı iki fiziki kəmiyyəti (məsələn: mövqe və moment) götürək. Əgər bu fiziki kəmiyyətlərə uyğun gələn iki fəaliyyətçi yer dəyişdiremirsə bu iki kəmiyyətin (məsələn: moment ve mövqe) eyni anda ölçülməsi mümkünsüzdür. Bu halda dəqiq nəticələrdən yox, bir ortalama dəyər yaxınlarında dalğalanan dəyərlərdən danışa bilərik. Bu prinsip fransız fiziki Pyer Simon Laplasın Laplasın şeytanı nəzəriyyəsini təkzib etmişdir.
Sosialist realizmi prinsipi
Sosialist realizmi (rus. Социалистический реализм) və ya sosrealizm — SSRİ-nin və digər sosialist ölkələrinin incəsənətində bədii yaradıcılığa dövlət siyasəti vasitələri, o cümlədən senzura ilə yeridilən və sosializm quruculuğu məqsədinə xidmət edən dünyagörüşü metodudur. Azərbaycan dramaturgiyasında sosial realizmin banisi Cəfər Cabbarlı sayılır. Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovethakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi. Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu.
San-Tome və Prinsipi
San-Tome və Prinsipi (port. São-Tomé e Príncipe) və ya rəsmi adı ilə San-Tome və Prinsipi Demokratik Respublikası (port. República Democrática de São Tomé e Príncipe) – Mərkəzi Afrikada ada dövləti. San-Tome və Prinsipi Qvineya körfəzində yerləşən iki adadan San-Tome və Prinsipi adalarından ibarətdir. Ada-dövlət Qabondan 225 km şimal-qərbdə yerləşir. Paytaxtı və ən böyük şəhəri San-Tome, ümumi sahəsi 1,001 kvadrat kilometr, əhalisinin sayı 210 min nəfərdən çoxdur. San-Tome və Prinsipi Afrika qitəsində Seyşel adalarından sonra ən kiçik dövlətdir. yerləşir. XV əsrdən Portuqaliyanın müstəmləkəsi olan bu kiçik arxipelaq 1975-ci ilin iyulun 12-də istiqlaiyyətini qazanmışdır. San-Tome və Prinsipi ada dövlətidir və adaların ümumi sahil uzunluğu 209 km-dir.
San Tome və Prinsipi
San-Tome və Prinsipi (port. São-Tomé e Príncipe) və ya rəsmi adı ilə San-Tome və Prinsipi Demokratik Respublikası (port. República Democrática de São Tomé e Príncipe) – Mərkəzi Afrikada ada dövləti. San-Tome və Prinsipi Qvineya körfəzində yerləşən iki adadan San-Tome və Prinsipi adalarından ibarətdir. Ada-dövlət Qabondan 225 km şimal-qərbdə yerləşir. Paytaxtı və ən böyük şəhəri San-Tome, ümumi sahəsi 1,001 kvadrat kilometr, əhalisinin sayı 210 min nəfərdən çoxdur. San-Tome və Prinsipi Afrika qitəsində Seyşel adalarından sonra ən kiçik dövlətdir. yerləşir. XV əsrdən Portuqaliyanın müstəmləkəsi olan bu kiçik arxipelaq 1975-ci ilin iyulun 12-də istiqlaiyyətini qazanmışdır. San-Tome və Prinsipi ada dövlətidir və adaların ümumi sahil uzunluğu 209 km-dir.
San-Tome və Prinsipi dobrası
San-Tome və Prinsipi dobrası (port. Dobra) — Afrika dövləti olan San-Tome və Prinsipinin pul vahididir. 2 iyul 1977-ci ildə (Eskudonun əvəzinə) mübadiləyə daxil edilmişdir. Dövriyyədə müxtəlif buraxılış illəri olan 5000, 10 000, 20 000, 50 000 və 100 000 nominallı dobra əsginaslarını görmək olar. 1977-ci ildən sonra buraxılmış köhnə dobra seriyaları əsas ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür.
Azərbaycan–San-Tome və Prinsipi münasibətləri
Azərbaycan–San-Tome və Prinsipi münasibətləri — Azərbaycan Respublikası ilə San-Tome və Prinsipi Demokratik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında diplomatik əlaqələr 2018-ci ilin sentyabr ayının 26-da qurulmuşdur. BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən görüş zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho "Azərbaycan Respublikası və San Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike" sənədini imzalayıblar.
Kimyəvi sensorların quruluşu və iş prinsipi
Kimyəvi sensorlar -Maddənin tərkibi ilə hər hansı ölçülə bilən xassəsi arasında əlaqə yaratmaq, məlum qanunauyğunluqlardan istifadə edərək qatılıqların təyini və uyğun cihazların yaradılması analitik kimyanın tarixi boyunca vacib məsələlərdən biri olmuşdur və elə bu gün də öz aktuallığını qoruyur. Bu cihazlara sensorlar və ya kimyəvi sensorlar daxildir, hansı ki bu cihazlar maddədən müəyyən miqdar ayırmadan və xüsusi hazırlanmış nümunə götürmədən mühitin (məhlulun) kimyəvi tərkibindən bir başa məlumat verir. Kimyəvi sensorlar – kimyəvi selektiv sensor təbəqəsindən müəyyən etdiyimiz komponentin iştirakına və tərkibinin dəyişməsinə aid cavab siqnalı verir, həmçinin fiziki çeviricidən (transdyuserdən) ibarətdir. Selektiv qatın müəyyən etdiyimiz komponentlə gedən reaksiyasında yaranan enerjini elektrik və ya işıq siqnalına çevirir və daha sonra işığa həssas elektron cihazla ölçülür. Bu siqnal elə analitik siqnaldır ki, mühitin (məhlulun) tərkibi haqqında birbaşa məlumat verir. Kimyəvi sensorlar kimyəvi reaksiyaların prinsipi üzərindən yalnız müəyyən etdiyimiz komponentlə həssas təbəqə arasında gedən kimyəvi əlaqədə analitik siqnal yaranan zaman və ya fiziki proseslərin üzərində fiziki parametr (işığın udulması və əks olunması, kütlə, elektrik keçirici) ölçülən zaman işləyə bilər. Ilk halda həssas təbəqə kimyəvi çevirici funksiyasını yerinə yetirir. Seçiciliyi artırmaq üçün kimyəvi sensorun giriş cihazında (kimyəvi həssas təbəqənin önündə) müəyyən olunan komponentin hissəciklərini selektiv şəkildə ötürən membranlar (ion əvəzedici, dialis, hidrofob və s.) yerləşə bilər. Bu halda müəyyən etdiyimiz maddə yarımkeçirici membrandan kimyəvi çeviricinin nazik təbəqəsinə diffuziya olunur. Hansı ki, bu nazik təbəqədə komponentin üzərində analitik siqnal formalaşır və kimyəvi sensorların əsasında sensor analizatorlar verilmiş qatılıq diapazonunda hər hansı bir maddəni müəyyən etmək üçün nəzərdə tutulmuş cihazlar konstruksiya edilir.
San-Tome və Prinsipi Demokratik Respublikası
San-Tome və Prinsipi (port. São-Tomé e Príncipe) və ya rəsmi adı ilə San-Tome və Prinsipi Demokratik Respublikası (port. República Democrática de São Tomé e Príncipe) – Mərkəzi Afrikada ada dövləti. San-Tome və Prinsipi Qvineya körfəzində yerləşən iki adadan San-Tome və Prinsipi adalarından ibarətdir. Ada-dövlət Qabondan 225 km şimal-qərbdə yerləşir. Paytaxtı və ən böyük şəhəri San-Tome, ümumi sahəsi 1,001 kvadrat kilometr, əhalisinin sayı 210 min nəfərdən çoxdur. San-Tome və Prinsipi Afrika qitəsində Seyşel adalarından sonra ən kiçik dövlətdir. yerləşir. XV əsrdən Portuqaliyanın müstəmləkəsi olan bu kiçik arxipelaq 1975-ci ilin iyulun 12-də istiqlaiyyətini qazanmışdır. San-Tome və Prinsipi ada dövlətidir və adaların ümumi sahil uzunluğu 209 km-dir.
Prinsipat
Prinsipat (lat. principatus, prinseps Məclisi açan ilk senator) – şərti termin olub Qədim Romanın ilkin imperiya dövrünə (27 e.ə. — 284 b.e.) xas olan hakimiyyət-idarə üsülunun adı. Monarx və respublika hakimiyyətini özündə birləşdirən idarəetmə üsulu. Bu idarə üsulunun başında duran prinseps termini ilə adlandırılır. Prinseps monarx olmayıb, bərabər olanların birincisi sayılır. Bu o deməkdir ki, dıvlətin idarəetmə səlahiyyətlərinə xalq trubinas kimi prinseps də malikdir. Bəzən bu titul imperatorla qarışdırılır. Prisipat sistemi Avqustun zamanından, hakimiyyətin müxtəlif magistratlara əsaslandığı bir dıvrdə tətbiq edilməyə başlanılmışdır. Avqust və onun xələfləri sonralar prinseps kimi öz əllərində ali vətəndaş (xalq tribunası) və magistratlara aid hərbi hakimiyyəti cəmləyərək respublika idarəçiliyini: senatı, komisi (xalq tribunasını) və magistratları (senzorlardan başqa) daha da formallaşdırırlar.
Beynəlxalq hüququn prinsipləri
Beynəlxalq hüququn prinsipləri — beynəlxalq və dövlətlərarası müqavilələrdə, beynəlxalq təşkilatların əsasnamələrində, beynəlxalq məhkəmələrin qərarlarında, habelə beynəlxalq praktikada və beynəlxalq ictimaiyyət tərəfindən məcburi tətbiq edilməsinə dair sübutlar mövcud beynəlxalq qanunlarda əsas qanun və normalardır. Beynəlxalq həyat subyektlərinin beynəlxalq həyatın ən vacib məsələlərinə münasibətdə ən vacib və ümumiyyətlə tanınmış davranış normaları həm də dövlətlərin beynəlxalq münasibətlər sahəsində inkişaf etdirdiyi digər normaların, habelə dövlətlərin həqiqi davranışının qanuniliyinin meyarıdır. Beynəlxalq hüququn prinsipləri, mübahisəli müddəalar kimi, digər xüsusi müddəalar tərəfindən ləğv edilə bilməz və ya xüsusi hallar nəzərə alınmaqla islah edilə bilməz. Beynəlxalq hüquq prinsiplərinin əsas mənbələri BMT nizamnaməsi, 1970-ci il beynəlxalq hüquq prinsipləri bəyannaməsi və Avropada təhlükəsizlik və əməkdaşlıq konfransının 1975-ci il Helsinki Yekun Aktıdır. Beynəlxalq hüquq tarixinin ayrıca bir sənaye və elmi istiqamət kimi demək olar ki, tamamilə tanınmasına baxmayaraq, bu bilik kompleksinin yekunlaşdırılması hələ baş verməmişdir.u, xüsusilə qədim dövrlərin beynəlxalq hüququna gəldikdə aydın olur, çünki göstərilən dövrdə fundamental elmi araşdırmalar sadəcə yoxdur.Lakin sonrakı dövrlər və xüsusən 1648-ci ildən sonrakı dövrlər ətraflı araşdırılmış və elmi ədəbiyyatda geniş şəkildə işıqlandırılmışdır.Beynəlxalq ictimai hüquq tarixinin öyrənilməsinin obyekti bəşər sivilizasiyasının bütün tarixi boyu qlobal miqyasda beynəlxalq hüquq münasibətlərinin yaranması, dəyişməsi və daha da inkişaf etməsi qanunlarını öyrənməkdir. Beynəlxalq hüquq tarixinin ayrıca konseptual intizam kimi birbaşa tədqiqi nisbətən bu yaxınlarda başlandı. Bu günə qədər beynəlxalq hüquq tarixinin ayrı bir elm sahəsi olub-olmaması məsələsi açıq qalır və elmi dünyada hələ də həll olunmamışdır. Lakin beynəlxalq hüququn özü uzun müddət ayrı bir formalaşmış hüquq sistemi kimi tanınmamışdır. Yalnız XVIII əsrdən beynəlxalq hüquq elminin başlanğıcı başladı, lakin hətta XX əsrin əvvəllərində onun mahiyyəti haqqında heç bir anlayış yox idi. Yalnız XX əsrin qlobal kataklizmlərindən sonra bir çox tədqiqatçı beynəlxalq hüququn inkişafı ilə çox intensiv məşğul olmağa məcbur oldu.
Hüquq prinsipləri
Hüquq prinsipləri — hüquqi tənzimlənmənin məzmununu və istiqamətlərini müəyyən edən rəhbər qanunlardır. Bir tərəfdən, müəyyən hüquq qanunlarını ifadə edirlər, digər tərəfdən, hüquqi tənzimləmə bütün sahələrində tətbiq olunan və bütün subyektlərə tətbiq olunan ən ümumi normaları təmsil edirlər. Bu normalar ya qanunda birbaşa ifadə olunur, ya da qanunların ümumi mənasından irəli gəlir. Qanun prinsipləri qanunverici üçün istiqamətləndirici fikirlər kimi çıxış edərək, standartların təkmilləşdirilməsinin yollarını müəyyənləşdirir. Bunlar cəmiyyətin inkişafı və fəaliyyətinin əsas qanunları ilə hüquq sistemi arasındakı əlaqədir. Prinsiplər sayəsində hüquq sistemi bir insanın və cəmiyyətin ən vacib maraqlarına və ehtiyaclarına uyğunlaşır, onlarla uyğunlaşır. Hüquq prinsipləri bütövlükdə qanuna xas olanlara (ümumi hüquqi), onun ayrı-ayrı sahələrinə (sənayesinə) və ya əlaqəli sahələr qrupuna (sektorlararası) bölünür. Məsələn, filial prinsipi cəza hüququnda cəzanın fərdiləşdirilməsi prinsipini, şöbələrarası prinsip mülki prosessual və cinayət-prosessual hüquqdakı rəqabət prinsipini özündə cəmləşdirir. Hüquq prinsipləri bir çox səbəbə görə təsnif edilə bilər. Ən vaciblərindən biri ictimai həyatın bu və ya digər sahəsidir.
Madrid prinsipləri
Madrid prinsipləri — Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakı şəkildə sıralanmışdır: Ağdam rayonu Füzuli rayonu Cəbrayıl rayonu Zəngilan rayonu Qubadlı rayonu Laçın rayonunun 13 kəndi. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.
Oktavian Avqustun prinsipatı
Prinsipat -(prinseps -"birinci") - yeni ərazi monarxiyası ilə ənənəvi respublika sistemi arasında kompromis. E.ə 30-cu illərdən sonra Oktavianın vəziyyəti çətin olaraq qalırdı. Onun qarşısında bir neçə məsələ dururdu: Roma cəmiyyətinin sabitləşdirilməsi, ənənələrə və əski polis-respublika quruluşuna söykənərək onun yeni şəraitə uyğunlaşdırılması. Yeni sistem - prinsipat adını aldı (prinseps -"birinci") Prinsipat təzə ərazi monarxiya ilə ənənəvi respublika sistemi arasında kompromis oldu. Oktavianın birinci vəzifəsi öz hakimiyyətini möhkəmlətmək idi. E.ə 30 -29 illərdə o Şərqdə idi, sonra Romaya qayıtdı. Onun bütün hərəkətləri vətəndaş sülhünü simvolizə edirdi. O Misir üzərində qələbəsini triumf ilə qeyd etdi, Yanus məbədini bağladı və möhtəşəm tamaşalar və çörək paylanmaları keçirdi. Oktavianın şərəfinə qurbangahlar quruldu və dualar edildi. E.ə 13 yanvar 27 ildə Oktavian, imperator hakimiyyətinin hüquqi bazası olan, islahat keçirir.
Radiorabitənin prinsipləri
Şvars prinsipi
Fərz edək ki, σ {\displaystyle \sigma } oblastı konturu üzərində düzgün γ {\displaystyle \gamma } analitik xətti saxlayır. σ {\displaystyle \sigma } oblastında analitik və γ {\displaystyle \gamma } üzrə sərhəd qiymətləri analitik funksiya olan f ( z ) {\displaystyle f(z)} funksiyasını γ {\displaystyle \gamma } xəttindən analitik davam etdirmək olar. f ( z ) {\displaystyle f(z)} -in γ {\displaystyle \gamma } üzrə qiymətləri z → t {\displaystyle z\rightarrow t} olduqda f ( z ) {\displaystyle f(z)} -in f ( t ) {\displaystyle f(t)} limit qiyməti başa düşülür. Əvvəlcə teormi xüsusi hal üçün isbat edək. Fərz edək ki, γ {\displaystyle \gamma } həqiqi oxun [ a , b ] {\displaystyle [a,b]} parçasıdır. Onda γ {\displaystyle \gamma } -nın tənliyi { x = t y = 0 {\displaystyle {\begin{cases}x=t&\\y=0&\end{cases}}} α ≤ t ≤ β {\displaystyle \alpha \leq t\leq \beta } olar. Şərtə görə f ( t ) {\displaystyle f(t)} funksiyası [ a , b ] {\displaystyle [a,b]} üzərində analitik olduğundan bu parçanın x o {\displaystyle x_{o}} nöqtəsi ətrafında f ( t ) = ∑ k = 0 ∞ C k ( t − x 0 ) k {\displaystyle f(t)=\sum \limits _{k=0}^{\infty }C_{k}(t-x_{0})^{k}} olar. Burada t {\displaystyle t} evazine kompleks z {\displaystyle z} dəyişənini yazsaq φ ( z ) = ∑ k = 0 ∞ C k ( z − x 0 ) k {\displaystyle \varphi (z)=\sum \limits _{k=0}^{\infty }C_{k}(z-x_{0})^{k}} funksiyasrı x = x o {\displaystyle x=x_{o}} nöqtasinin müəyyən ətratında analitik funksiya olar. ω ( z ) = φ ( z ) − f ( z ) {\displaystyle \omega (z)=\varphi (z)-f(z)} ile işarə edək. Aydındır ki, ω x 0 , σ x 0 {\displaystyle \omega _{x_{0}},\sigma _{x_{0}}} oblastında analitik funksiya olmaqla γ x 0 {\displaystyle \gamma _{x_{0}}} üzrə lim z → t ω ( z ) = lim z → t φ ( z ) − lim z → t f ( z ) {\displaystyle \lim \limits _{z\rightarrow t}\omega (z)=\lim \limits _{z\rightarrow t}\varphi (z)-\lim \limits _{z\rightarrow t}f(z)} ω ( t ) = f ( t ) − f ( t ) = 0 {\displaystyle \omega (t)=f(t)-f(t)=0} olur.
Üç xalq prinsipi
Üç xalq prinsipi (millətçilik, demokratiya və xalq rifahı) - (Sanmin doktrinası - ənənəvi Çin heroqlifləri ilə: 三民主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 三民主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: Sān Mín Zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : сань минь чжуи) - Çin filosofu və siyasi xadimi Sun Yatsen tərəfindən işlənilmiş və təkmilləşdirilmiş siyasi doktrina. Çinin azad, çiçəklənən və güclü dövlətə çevrilməsinə istiqamətləndirilmiş siyasi fəlsəfənin tərkib hissəsi. "Üç xalq prinsipi" ideologiyası daha çox Çin Respublikasının (Tayvan) dövlət quruluşu haqqında baxışlar sistemi və Homindan ideologiyası əsasında formalaşmışdır. Bu "xalq prinsipləri" Tayvanın dövlət himninin birinci sətrində və və Tayvan Konstitusiyasının birinci maddəsində də öz əksini tapmışdır . Millətçilik prinsipi - ənənəvi Çin heroqlifləri ilə: 民族主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 民族主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: mínzú zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : миньцзу чжуи) - Çinin imperialist dövlətlərinin dominionluğundan azad olunmasını nəzərdə tuturdu. Sun Yatsen hesab edirdi ki, bu məqsədə çatmaq üçün "vətəndaş millətçiliyi"nin (etnik mərkəzləşdirilmənin əksinə) inkişaf etdirilməsi və Çinin müxtəlif xalqlarının, ilk növbədə, beş əsas xalqın (xantsıların, monqolların, tibetlilərin, mancurların və uyğurların bir hissəsini təşkil edən müsəlmanların) birləşdirilməsi zəruridir. Bu beş xalqın birliyi Çin Respublikasının (1911-1928) beş rəngli bayrağında öz ifadəsini tapmışdır. Əslində isə bu nəzəriyyə həmin xalqların süni şəkildə mancur mənşəli Tsin imperiyasının süqutundan sonra özünüidarə hüququ almış xantsıların milli dövlətinin - Çin Respublikasının tərkibinə daxil edilməsini nəzərdə tuturdu. Demokratiya prinsipi - ənənəvi Çin heroqlifləri ilə: 民權主義, sadələşdirilmiş Çin heroqlifləri ilə: 民权主义, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: mínquán zhǔyì, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : миньцюань чжуи) - qərb yönümlü konstitusiya idarəçiliyinə uyğun gəlirdi. Sun Yatsenin ideyasına əsasən Çinin siyasi həyatı üçün ən ideal variant hakimiyyətin iki yerə bölünməsidir: Siyasi hakimiyyət - ənənəvi Çin heroqlifləri ilə: 政權, sadələşdirilmiş Çin heroqlifləri ilə: 政权, Pinyin (pīnyīn) - Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: zhèngquán, Palladiya - Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə : чжэнцюань) Qərbdə olduğu kimi vətəndaşlıq hüquqlarının və parlament hüquqlarının siyasi tələblərdə ifadə olunması.
Əhali prinsipi haqqında esse
Populyasiya haqqında esse - kitabı ilk dəfə 1798-ci ildə anonim olaraq nəşr olunub, lakin tezliklə müəllifin Tomas Robert Maltus olduğu müəyyən edildi. Kitabda əhalinin həndəsi irəliləyişlə artmasının (hər 25 ildən 2 dəfə artması) ilə bağlı gələcək çətinliklər barədə, qida istehsalının isə arifmetik irəliləyişlə artıb, qida çatışmazlığına səbəb olacağı, doğum nisbətləri azalmazsa aclıq ola biləcəyi ilə bağlı xəbərdarlıqlar yer alır. Əhalinin sayı haqqında ilk kitab olmasa da, Maltusun kitabı Britaniyada əhalinin sayı ilə bağlı mübahisələri qızışdırdı və 1800-cü il siyahıyaalınması haqqında qanunun qəbul edilməsinə gətirib çıxardım Bu qanun İngiltərə, Uels və Şotlandiyada 1801-ci ildən başlayaraq bu günə qədər hər on ildən bir davam edən milli siyahıyaalınma aparmağa imkan verdi. Kitabın 1826-cı ildəki 6-cı nəşri həm Çarlz Darvin, həm də Alfred Russel Uollesə təbii seçmə nəzəriyyəsinin inkişafında əsas təsir göstərən əsərlərdən olmuşdur. Kitabın əsas hissəsi indi Maltusun Əhali Qanunu kimi tanınan qanuna həsr edilmişdir. Nəzəriyyə iddia edir ki, artan əhali nisbəti əmək təklifinin artmasına kömək edir və istər-istəməz əmək haqqını aşağı salır. Əslində, Maltus əhalinin davamlı artımının yoxsulluğa səbəb olacağından qorxurdu. 1803-cü ildə Maltus eyni başlıq altında əsərinin əsaslı şəkildə yenidən işlənmiş ikinci nəşrini nəşr etdi. Onun son variantı, 6-cı nəşri 1826-cı ildə nəşr olundu. 1830-cu ildə, ilk nəşrdən 32 il sonra, Maltus daha geniş əsərin tənqidlərinə cavabları özündə əks etdirən Əhali Prinsipinə Xülasə Baxış adlı yığcam versiyanı nəşr etdi.
Prinseps
Prinseps (lat. princeps — birinci), senat prinsepsi (lat. princeps senatus - Qədim Roma senatorlarının siyahısında birinci olanı), adətən senzorlardan ən yaşlısı, konsulun sorğusuna senatda ilk olaraq fikrini bildirmək hüququndan başqa rəsmi olaraq elə bir xüsusi hüquq və səlahiyyətlərə malik olmayan bir zatdır. Qədim Romanın respublika dövründə bəzi senat prinsepsləri (Sçipion, Pompey) böyük avtoritetə və güclü siyasi təsirə malik olmuşlar. İmperiya zamanında, Avqustdan başlayaraq, senat priençepsi termini monarxiyanın daşıyıcısı olan imperatora şamil edilirdi Prinçeps titulu özü hec bir hakimiyyət hüququna malik olmadığından, imperatorun hakimiyyət gücü onun maqistrata malik olmasında idi. Prinseps eyni zamanda imperiyanın prokonsulu və bütün Roma qoşunlarının baş komandanı sayılırdı. Prinsepsdən əmələ gəlmiş prins (şahzadə) sözü monarx nəslinin nümayəndəsi (xələf) mənasını daşıyır.
Prins
Prins Rocers Nelson (ing. Prince Rogers Nelson; 7 iyun 1958 – 21 aprel 2016) — ABŞ müğənnisi və mahnı yazarıdır. Daha çox eklektik sənət nümunələri və geniş vokal imkanları ilə məşhur olmuşdur. 21 aprel 2016-cı ilə Minnestodakı evində ölü tapılıb. Onun ölümünə səbəb zökəm tutulması idi. Xanımı isə onun narkotik maddələrdən öldüyünü güman edir. Prince, "Rolling Stone" jurnalının təşkil etdiyi Bütün Zamanların Ən Yaxşı 100 Sənətçisi siyahısında iyirmi yeddinci sırada yer almışdır.
Prisis Ruiz
Danielle Prins
Danielle Prins (12 iyun 1992, Brisben) — Avstraliyanı təmsil edən bədii gimnast. Danielle Prins 2016-cı ildə Avstraliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Danielle Prins 2016-cı ildə Avstraliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 61.016 xal topladı və 25-ci yeri tutaraq mübarizəni dayandırdı.
Laurens Prins
Laurens Prins (nid. Laurens Prins, ing. Lawrence Prince; təx. 1630, Amsterdam, Niderland – fevral 1717, Karib adaları) — Niderland əsilli Böyük Britaniya bukanyeri və zabiti. O, Henri Morqan rəhbərliyində gəmi zabiti, Con Morris rəhbərliyində isə dəniz qulduru olaraq fəaliyyət göstərmişdir. İspaniya mənbələrinə əsasən, Laurens Prins 1630-cu illərdə Amsterdam şəhərində anadan olmuş bir hollandiyalıdır. O, 1650-ci ilin axırlarında Karib adalarına gəlib çıxmışdır. 1659-cu ildə Con Morris və and Robert Sirl daxil olmaqla, kommodor Kristofer Minqsin on günlük səfərində qarət etdiyi ispan mükafatını satın alan dörd nəfərdən biri idi. 1670-ci ildə Port-Royal limanında Henri Morqanın qüvvələrinə qoşulmazdan əvvəl, Prins gəmisi ilə Rio-Maqdalenaya getmiş və regionun 240 kilometr (150 mil) daxilində yerləşən Santa-Krus-de-Mompos qəsəbəsini yağmalamağa çalışmışdır. Prinsin qüvvələri yeni tikilən ada qalasından gələn top atəşinə məruz qaldığından, onlar geri çəkilməyə məcbur olmuşdur.
Prins (musiqiçi)
Prins Rocers Nelson (ing. Prince Rogers Nelson; 7 iyun 1958 – 21 aprel 2016) — ABŞ müğənnisi və mahnı yazarıdır. Daha çox eklektik sənət nümunələri və geniş vokal imkanları ilə məşhur olmuşdur. 21 aprel 2016-cı ilə Minnestodakı evində ölü tapılıb. Onun ölümünə səbəb zökəm tutulması idi. Xanımı isə onun narkotik maddələrdən öldüyünü güman edir. Prince, "Rolling Stone" jurnalının təşkil etdiyi Bütün Zamanların Ən Yaxşı 100 Sənətçisi siyahısında iyirmi yeddinci sırada yer almışdır.
Prişib
Göytəpə (əvvəlki adı: Prişib) — Azərbaycan Respublikasının Cəlilabad rayonununda şəhər. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Prişib şəhərinin tarixi adı özünə qaytarılaraq Göytəpə şəhəri adlandırılmışdır. Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur — Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s. XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir.