PROMT
PROMT tərcümə proqramı (Project MT) — "Promt" eyniadlı şirkəti tərəfindən Sankt-Peterburq şəhərində 1991-ci ildə yaradılmışdır. Bu proqram həm lüğət vəzifəsini görür, həm də tərcüməçi. PROMT maşın tərcümə proqramı vasitəsilə istənilən mətn tərcümə edilə bilər.
Tərçümə istiqamətləri:
İngilis-Rus,Rus-İngilis
Alman-Rus, Rus-Alman
Fransız-Rus, Rus-Fransız
İspan-Rus, Rus-İspan
İtalyan-Rus
"Promt 8.0" adlanan yeni versiya şirkətin mütəxəssisləri tərəfindən 2 il müddətində sınaqdan keçirilmiş tərcümə alqoritmləri əsasında hazırlanmışdır. Yeni versiya mətnin mənaca bitmiş olan hissəsinin təhlil edilməsinə, bir çox linqvistik strukturlarının və qəlibləşmiş söz birləşmələrinin dəqiq tərcümə olunmasına imkan verir.
Söz ehtiyatlarının zənginləşdirilməsi məqsədilə proqram daim yeniləşən Multitran tərcümə bazasına malikdir.
İstənilən həcmdə fərdi sözlərin və mətnlərin tərcüməsi.
Struktur və formatlaşdırma ilə sənədlərin tərcüməsi. Bütün populyar formatlar dəstəklənir: doc(x), xls(x), ppt(x), rtf, html, xml, txt, ttx, pdf (skan edilmiş daxil olmaqla), odt, ods, jpeg, png, tıff.
Struktur və hiperlinklərin qorunması ilə bütün saytların tərcüməsi.