psixika
psixoloji
OBASTAN VİKİ
Psixologiya
Psixologiya (q.yun. ψυχή — ruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm; köhnə Azərbaycandilli mənbələrdə ruhiyyat, az-əbcəd. روحيات‎) — canlı varlıqların psixikasını, psixi və ruhi fəaliyyətinin prosesini öyrənən elm. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya –psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur.
Eksperimental psixologiya
Eksperimental psixologiya və ya təcrübi psixologiya — psixoloji tədqiqatlar və ona aid olan prosesləri empirik metodlarla tədqiq edilməsinə deyilir. Eksperimental psixoloqlar insan və ya heyvan subyektləri üzərində müxtəlif mövzular haqqında (sensasiya və hissi, yaddaş, idrak, öyrənmə, motivasiya, emosiya, inkişaf prosesləri, sosial psixologiya) tədqiqat aparırlar. == Tarix == === İlkin eksperimental psixologiya === ==== Vilhelm Vundt ==== Eksperimental psixologiya müasir bir akademik intizam kimi 19-cu əsrdə Wilhelm Wundt psixologiya sahəsinə riyazi və eksperimental yanaşmanı tətbiq edərkən ortaya çıxdı. Wundt, Almaniyanın Leipzig şəhərində ilk psixologiya laboratoriyasını qurdu. Hermann Ebbinghaus və Edward Titchener də daxil olmaqla, digər eksperimental psixoloqlar, eksperimental üsulları arasında introspeksiyanı əhatə edirdi. ==== Çarlz Bell ==== Charles Bell İngilis fizyoloq idi, və onun əsas töhfəsi sinir sistemi ilə bağlı araşdırma idi. O, dovşan üzərində etdiyi araşdırmaları özündə əks etdirən bir broşür yazır. Onun tədqiqatı nəticəsində, onurğa kordunun posterior (dorsal) köklərinə daxil olan duyğu sinirləri və onurğa beyinin ön (ventral) köklərindən meydana gələn motor sinirləri ortaya çıxdı. On bir il sonra, bir Fransız fiziloqu François Magendie, Bell-in araşdırmasından xəbəri olmadan eyni təsbitləri nəşr edir. Bell araşdırmalarını dərc etmədiyinə görə, bu kəşf Bell-Magendie qanunu adlandırıldı.
Genetik psixologiya
Genetik psixologiya — Psixologiyanın xüsusi sahələrindən biri. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir. Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi əsas təşkil edir.
Klinik psixologiya
Klinik psixologiya şəxsin zehni, funksional və emosional əskikliklərini araşdıran psixologiya sahəsidir. Psixoterapiya metodlarından mütəmadi olaraq istifadə edən klinik psixologiya, tədqiqat, tədris və proqram inkişafı ilə əlaqəli mövzuları əhatə edir. Klinik psixologiya bir ixtisas sahəsi olaraq, fərdlər, eləcə də ailələr və fəqrli irqlərə mənsub cəmiyyət həyatının qarşılaşdığı problemləri həll etməyə çalışır. Ümumi olaraq klinik psixologiya problemləri test və ya müsahibə üsulları vasitəsilə qiymətləndirmək, diaqnoz qoymaq, həll yollarını tapmaq məqsədilə müdaxilə etmək və elmi tədqiqat sahələrini əhatə edir. Yəni, burada təhsil, tədris və məsləhət metodları ilə yanaşı, ciddi psixopatoloji müdaxilə və elmi tədqiqat sahələrindən də istifadə olunur. Bu fəaliyyətləri idarə edən şəxslər psixiatriya sahəsi üzrə müəxəssislər və klinik psixoloqlardır. == Klinik psixoloq == Türkiyədə 2014-ci ildə çıxan 1219 saylı Qanun və 29007 saylı İdarəçiliklə Səhiyyə Nazirliyinə bağlı olaraq klinik psixologiya sahəsində çalışacaq peşə mənsubları və fəaliyyətləri təyin olunmuşdur. Bu qanunla ilk dəfə olaraq psixoloq və klinik psixooqların vəzifə sahələri aydın şəkildə müəyyənləşdirilmişdir. Rəsmi qazetdə yayımlanan İdarəçilikdə "Klinik psixoloq" obyektiv ölçü vasitələri, müşahidə və müsahibə üsullarından istifadə edərək psixoloji qiymətləndirmə ilə beynəlxalq diaqnoz və təsnifat sistemlərində xəstəlik olaraq qəbul edilməyən və Səhiyyə Nazirliyinin də uyğun hesab etdiyi hallarda psixoterapiya prosedurlarını həyata keçirir. Xəstəlik olaraq qəbul edilən vəziyyətlərdə isə mütəxəssis həkimin diaqnozuna və müalicə üçün istiqamətləndirməsinə uyğun olaraq psixoterapiya metodlarını tətbiq edir.
Kompleks (psixologiya)
Kompleks – insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniyalarla əlaqədardır. Hər bir kəs mürəkkəb bioloji xüsusiyyətlərlə onlardan heç də az mürəkkəb olmayan təbii-sosial faktorlar kələfinin mürəkkəb bir formada kombinasiyasından ibarətdir. Bu çarpazlaşmada həddən artıq çox təsadüfdə ola bilir ki, individ özünün sonrakı həyatında daxil olacağı ayrı-ayrı insan qruplarının, kollektivlərinin ümumi standartları ilə uyğun gəlməyən bir sıra bioloji, sosial əlamətlərə, xüsusiyyətlərə malik olmuş olsun. İdeal variantında bu gərginlik, konkret bir sferadakı defektin hər hansısa formadasa kompensasiya olunmasını tələb edərək bir başqa sferada fövqəlinkişaf törətməklə nəticələnir. Nümunə üçün, məs., fiziki şikəstlik, o cümlədən, bu kateqoriyadan Adlerin çox tez-tez nümunə göstərdiyi cırtdanboyluluq – insanı yaşamaq uğrunda apardığı mübarizədə mütəmadi olaraq problemlərlə üzləşdirib, onu çətinliklərə saldığından, bu, onu öz aləmində unikal özünümüdafiə strategiyası işləyib hazırlamağa vadar edir, onun psixikasının püxtələşməsinə, plastikləşməsinə, istənilən ekstremal gərginliyə qarşı davamlılığının artmasına gətirib çıxarır; Yaxud psixi şikəstlik – ətraf dünya və insanlarla ünsiyyəti çətinləşdirdiyindən, individin özünə qapanmasına, onu dərk edib, qəbul edən ideal dünyanı öz xəyallarında və ya yaradıcılığında reallaşdırmasına, birbaşa ünsiyyətdə onu qavramayan, qəbul etməyən ətraf dünya ilə dolayısı metodlarla, yəni özünün və onların yaradıcılıq məhsulları vasitəsilə ünsiyyət saxlaması vərdişlərinə yiyələnməsinə gətirib çıxarır ki, bu da dahilərin bir çoxunun psixi xəstə kateqoriyasına aid olmasının başlıca səbəbidir; Yaxud sosial şikəstlik növlərindən olan yetimlik – bir tərəfdən individi çox erkən yaşlarından sosial münasibətlərə daxil olmağa vadar edir və onun çox tez vaxtdan özünüifadə, özünütəsdiq strategiyasına yiyələnməsinə səbəb olur. Digər tərəfdən, əksər uşaqlar özünə yalnız öz valideynlərini təqlid obyekti, ideal seçib, öz davranış və düşüncə stillərini onun nümunəsi timsalında formalaşdırdığından, əksər valideynlərinsə «orta səviyyəli», qeyri-yaradıcı şəxslər olmaları səbəbindən, uşağın özünə onu təqlid obyekti, ideal seçməsi onun da orta səviyyəli bir şəxsiyyət kimi formalaşmasına gətirib çıxarır. Bu səbəbdən, valideyni çox erkən yaşından itirmək, uşağı təqlid obyekti yerində öz canlı valideynini əsas götürməkdən məhrum edir və təqlid üçün onu, ya digər hansısa bir başqa ideal qəhrəman axtarışına vadar edir, ya da onun öz uşaq təsəvvüründə ideallaşdıraraq ideal qəhrəmana çevirdiyi ideal valideyn obrazını özünə təqlid obyekti seçməsinə gətirib çıxarır və s. Bir sözlə, daxili və ya xarici baryerlərin mövcudluğu şəraitində adaptasiya müəyyən müdafiə mexanizmlərinin köməkliyi ilə həyata keçir ki, bütün bunlar da, ən son halda xarakterin keyfiyyətinə transformasiya olunur . Dahilərin bir çoxunun fiziki qüsurlu, psixi xəstə və ya yetim olması faktının başlıca səbəbi də budur. Lakin insan hər hansı baxımdansa şikəst olub, lakin özü kimi şikəstlərin kollektivində yaşasaydı, bu onda heç bir natamamlıq kompleksi doğurmazdı.
Koqnitiv psixologiya
İdraki psixologiya — düşünmə, emosiya, öyrənmə, xatırlama, qərar vermə, dil, problem həll etmə və mühakimə etmə kimi zehni müddətin ən geniş mənada araşdırılmasıdır. Yəni idraki psixoloqlar insanların məlumatı anlama, yadda saxlama və yada salmaları ilə maraqlanırlar. İdraki psixoloqlar zehni müddətlərin tədqiq edilə biləcəyinə və araşdırılması lazım olduqlarına inanırlar. Hər nə qədər idraki müddətlər birbaşa müşahidə edilməsələr də, davranışlar müşahidə oluna və bu davranışların altında yatan idraki müddətlər haqqında nəticələr çıxardıla bilər. == Zehni müddətlər == İdraki psixoloqların əsl diqqət mərkəzi davranışlara təsir edən zehni müddətlərdir. Bu müddətlərdən bəziləri bunlardır: diqqət, yaddaş, qavrayış, metaboransiya.
Makyavelizm (psixologiya)
Makyavelizm - emosional soyuqluq, əxlaqi məsələlərə laqeydlik kimi xüsusiyyət ilə xarakterizə olunan psixoloji vəziyyət. Makyavelizm narsissizm və psixopatiya ilə birlikdə "qaranlıq üçlü" (ing. the dark triad) modelini əmələ gətirir. Makyavelistlər öz məqsədlərinə çatmaq üçün yalan danışmaq, aldatmaq kimi mənfi hərəkətdənlər çəkinməz, etdikləri hərəkətlər üçün vicdan əzabı duymaz. Onların manipulyasiya qabiliyyətləri yüksəkdir, digər insanları ələ salmağa meyillidirlər. Əsasən kişilərin makyavelist olmaq ehtimalları qadınlarınkından yüksəkdir. Makyavelizm termini 1970-ci illərdə Kolumbiya Universitetindəki bu sahə ilə bağlı araşdırmalardan sonra populyarlıq qazandı.
Münasibət (psixologiya)
Psixologiyada münasibət bir insana xas olan və ya onu xarakterizə edən psixoloji konstruksiya, psixi və emosional mücərrəd varlıqdır. Münasibət insanların, obyektlərin, hadisələrin, fəaliyyətlərin və ideyaların müsbət və ya mənfi qiymətləndirilməsi ola bilər. Bu konkret və ya mücərrəd olan bir şey haqqında ola bilər. Bununla belə, münasibətin dəqiq tərifi haqqında mübahisələr var. Məsələn, Eagly və Chaiken, münasibəti "müəyyən bir varlığın müəyyən dərəcədə müsbət və ya mənfi cəhətlərlə qiymətləndirilməsi ilə ifadə olunan psixoloji meyl" kimi təyin edirlər. Bəzən münasibəti obyektə təsir kimi təyin etmək adi hal olsa da, affekt (yəni, diskret emosiyalar və ya ümumi oyanış) ümumiyyətlə münasibət obyektini formalaşdırmaq üçün istifadə edilən qiymətləndirmə strukturu kimi başa düşülür. Münasibət münasibət obyektlərinə diqqətə, məlumatın kodlaşdırılması üçün kateqoriyalardan istifadəyə və münasibətə aid məlumatın şərhinə, mühakiməsinə və xatırlanmasına təsir göstərə bilər. Bu təsirlər əlçatan olan və mükəmməl dəstəkləyici bilik strukturuna əsaslanan güclü münasibətlər üçün daha güclü olur. Təsirin davamlılığı və təsiri evristikanın ardıcıllığından yaranan gücdən asılıdır. Münasibətlər, hətta şəxs əlaqəsiz məqsədlər güdürsə belə, məlumat, diqqət və davranışların kodlaşdırılmasına rəhbərlik edə bilər.
Məqsəd (psixologiya)
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Pedaqoji psixologiya
Pedaqoji psixologiya — Psixologiyanın konkret fəaliyyətlə bağlı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biridir. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır. Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir. Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir. Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixoloji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir. Müasir pedaqoji psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr durur. Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə, hər şeydən əvvəl, təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bununla yanaşı olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar. Müasir pedaqoji psixologiyanın praktik vəzifələrinə gəldikdə buraya təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə xüsusiyyətlərini və s.
Sosial psixologiya
Sosial psixologiya — psixologiya elminin mühüm sahələrindən biridir.Sosial qruplarda insanlar arasında ünsiyyət və qarşılıqlı təsir prosesində meydana çıxan psixi hadisələri öyrənir. Sosial psixologiyanın tədqiq edib əldə etdiyi biliklər müxtəlif sahələrdə böyük praktik əhəmiyyətə malikdir. Devid Mayersə görə, sosial psixologiya - insanların bir-biri haqqında necə fikirləşdiyini, onların bir-birinə necə təsir göstərdiyini və bir-birlərinə necə münasibət bəslədiklərini öyrənən elmdir. Q.Andreyevaya görə sosial psixologiyanın 3 mühüm sahəsi vardır: Qrupların sosial psixologiyası; Ünsiyyətin sosial psixologiyası; Şəxsiyyətin sosial psixologiyası. Sosial psixologiya elminin tarixi sosial-psixoloji biliklərin tarixindən daha "cavandır". Sosial psixologiyanın elmi inkişaf tarixini müəyyənləşdirməyin çətinliyi onunla əlaqədardır ki, bu elm müxtəlif mənbələrin təsirilə formalaşıb, sosial-psixoloji biliklərin hansı fənnlərin daxilində və hansı fənnlər arasında meydana gəldiyinin dəqiq müəyyən etmək mürəkkəbdir. Sosial psixologiyanın müstəqil sahə kimi yaranmasında ikili səbəblər rol oynamışdır: həm sosial, həm də nəzəri. Onun müstəqil elm kimi statusunun meydana çıxması 1908-ci ilə təsadüf edir. həmin il eyni zamanda Avropada V.Makduqollun "Sosial psixologiyaya giriş", Amerikada isə E.Rossun "Sosial psixologiya" kitabları nəşr olunmuşdur. Ümumiyyətlə, sosial psixologiya tarixində üç dövrü fərqləndirmək olar: I dövr - fəlsəfə və ümumi psixologiya sahələrində biliklərin toplanması dövrü ( e.ə.
Humanist psixologiya
Humanist psixologiya— Psixoanalitik istiqamət şəxsiyyətin motivasiyası və strukturunu öyrənməklə psixologiyada mühüm yenilikləri, kəşfləri meydana çıxardı. Lakin psixoanaliz şəxsiyyətin bir sıra keyfiyyətlərinin məqsədyönlü şəkildə inkişafının mümkünlüyünü inkar edirdi. Bundan başqa, psixoloqlar psixoanalitiklərin şəxsiyyətin inkişafının uşaqlıq dövründə başa çatması ilə razılaşmır, hesab edirdilər ki, şəxsiyyət həyatı boyu inkişaf edir. == Humanist psixologiyanın yaranması və inkişafı == Humanist psixologiya ötən əsrin 40-cı illərində ekzistensialit fəlsəfi məktəbin əsasında ABŞ-də yarandı. Onun ilk yaradıcılarından biri Q. Olport qeyd edirdi ki, Amerika psixologiyası Seçenov, Bine, Freyd və digər alimlərin yaratdıqlarını inkişaf etdirib, yayıb, sintez edib humanist psixologiyanı formalaşdırdı.30–50-ci illərdə aparılan tədqiqatlar göstərdi ki, insanın yalnız mühitə uyğunlaşdırılması motivasiyası kifayət etmir. Situasiyanın təzyiqini aradan qaldırmaq imkanları insanlarda deyildiyindən daha çoxdur. İnsanların mənəvi tərəflərinin inkişafı problemlərini ənənəvi təbii-elmi determinantlarla izah etmək mümkün deyildi. Deməli, yeni fəlsəfi yanaşmalar da tələb olunurdu. Humanist psixologiyada şəxsiyyətin cəmiyyətlə qarşılıqlı münasibəti, eləcə də sosial mühitin şəxsiyyətə təsiri məsələləri araşdırılmaqla başlandı. Humanist psixologiyanın nümayəndələri psixoanalizin şəxsiyyətlə mühit arasındakı barışmaz ziddiyyətin olması fikrini qəbul etmirdilər.
Kriminal psixologiya
Kriminal psixologiya— Kriminal psixologiya hüquq psixologiyasnın mühüm sahələrindən biri olub hüquq pozğunluğunun psixoloji mexanizmlərini və cinayət əməlinə yol verən hüquqpozanların psixoloji xüsusiyyətlərini öyrənir.Başqa sözlə kriminal psixologiya ayrı-ayrı şəxslərdə cinayətkar yönümün,cinayətkarlığa meyilliyin,cinayət törətmək fikrinin,niyyətinin yaranmasının cinayətin hazırlanılması və həyata keçirilməsinin eləcədə cinayətkar davranış streotipinin yaranmasının psixoloji qanunauyğunluqlarını öyrənir. Kriminal psixologiyada cinayətkar davranışla bağlı psixoloji xüsusiyyətlərinin öyrənilməsi zərurəti,hər şeydən əvvəl praktikanın tələbləri ilə şərtlənir,yəni cinayətkarlığa qarşı mübarizə aparmaq tələbatı ilə bağlıdır. Kriminal psixologiyada cinayətkar şəxslərin, həm də cinayətkar qrupların strukturu psixoloji xüsusiyyətləri öyrənilir. == Kriminal psixologiyanın predmeti və vəzifələri == Hüquqazidd niyətin yaranmasına insanın malik olduğu sinir sisteminin tipi,temperamenti,xarakteri, eləcədə intellekt və şüur səviyyəsi də təsir edir. Odur ki,şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillərin rolu, həmin amilərin sosial inkişaf prosesindəki yerinə və mövqeyinə görə nəzərdən keçirilməlidir. Doğrudur insanın təbii imkanları,cinsi xüsusiyyətləri,sinir sisteminin tipləri anadan olarkən mövcud olur. Lakin həmin anadangəlmə təbii imkanlara,sinir tiplərinə valideynlərin sağlamlıq səvyyəsi ilə yanaşı,xüsusən də anaların alkoqolizmə,narkotik maddələrə alışması ciddi mənfi təsir göstərir. Yəni yeni doğulan uşaqların orqanizmində həmin amillərin təsiri ilə müxtəlif xəstəlik və pozğunluqlar özünü göstərir.Kriminal psixologiyada cinayətkarın şəxsiyyəti ilə onun sosial mühitinin qarşılıqlı əlaqəsinə kompleks hlda yanaşma, yəni mühit və şəxsiyyətin müxtəlif çalarları münasibətlər sistemini ətraflı öyrənmək və nəzərə almaq lazımdır. Təsadüfi deyildir ki, cinayətkarlığın strukturu və vəziyyəti və inkişaf dinamikası araşdırılarkən nəinki cinayət faktları, həm də cinayətkarlar kontingenti, başqa sözlə, cinayətkar qrup və ya dəstə də ətraflı öyrənilir.Bu yolla əldə edilən faktların eləcə də subyektiv amillərin ümumiləşdirilməsi cinayətkarlığın dinamikasını da daha dəqiq sürətdə proqnozlaşdırmağa imkan verir. Həm də cinayətkarlığın sosial proseslərə təsirini də müəyyən etməyə imkan verir.Eləcə də cinayətkarlığa qarşı mübarizəni əsaslı sürətdə təşkil etməyə imkan verir.
Affekt (psixologiya)
Affekt (lat. affectus - ruhi həyəcan) - insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziyyətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirmişdir ("şüurun daralması"), nəticədə insanda intellektual proseslərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir. == Affekt halının formaları == Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir. == Affekt halının fizioloji əlamətləri == Ürək döyüntüsünün artması Təngənəfəslik Boğazda qəhər Əzələlərdə spazm və gərginlik Tez yorulma Ağrılar Yuxu pozuntusu İştahasızlıq Ürəkbulanması, qusma Cinsi gücsüzlük, tez boşalma Qaşınma, soyuq və isti tərləmə Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə büruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur.
Affirmasiya (psixologiya)
Affirmasiya və ya təlqin (lat. affirmatio — təsdiq etmə) — müəyyən bir qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələbedilən obrazın və ya fikirin möhkəmləndirilməsi və psixoemosional fonun yaxşılaşdırılması və həyatda müsbət dəyişikliklərin stimullaşdırılması. Konsepsiya Rhonda Byrne-nin “SİRR” (2006-cı il filmində də yayımlanmış) kitabı ilə məşhurlaşdı. Bu kitablar Napoleon Hill-in “Düşün və zənginləş” kitabına bənzər ideyaları izah edir. Birn, qismən Uolles D. Uotlsun 1910-cu ildə yazdığı, 1910-cu ildə yazılmış “Zəngin Olma Elmi” kitabından ilham almışdır. Təsdiqlər həmçinin neyro-linqvistik proqramlaşdırmada (NLP), Anthony Robbins tərəfindən populyarlaşdırılan "NAC" neyro-assosiativ kondisionerdə və hipnozda qeyd olunur. Bununla bağlı inanc ondan ibarətdir ki, yüksək mənəvi şüura malik insanların müəyyən kritik kütləsi bütün əhalidə qəfil dəyişikliklərə səbəb olacaqdır. Və insanların müsbət yaradıcı fəaliyyətlərdə iştirak etmək və özlərini, bir-birlərini və Yer kürəsini sağaltmaq üçün işləmək məsuliyyəti var. 1984-cü ildə dini tədqiqatlar üzrə mütəxəssis olan Louise Hay, düşüncələri və inancları dəyişdirmək üçün bələdçi olan "Həyatınızı sağalda bilərsiniz" kitabını nəşr etdi. Hayın təsdiqləri istifadəçiyə öz düşüncə tərzini yenidən proqramlaşdırmağa kömək etmək məqsədi daşıyır, yəni Hayın psixoloji cəhətdən xəstəliyə kömək etdiyinə inandığı zərərli əsas inanclar müalicəvi inanclarla əvəzlənəcək və beləliklə, sağalma qarşısındakı maneə aradan qaldırılacaqdır.
Analitik psixologiya
Analitik psixologiya — psixodinamik istiqamətlərdən biri. Analitik psixologiyanın banisi K.Q.Yunq Freydin libidonu psixi enerji kimi interpretasiya etməsinə, nevrozların seksual mənşəli olduğunu iddia etməsinə, psixikanıkompensasiya prinsipi ilə işləyən qapalı avtonom sistem kimi təqdim etməsinə və s. etiraz edərək, insan psixikasında fərdi qeyri-şüurilikdən savayı, həm də daha dərin bir qatın – kollektiv qeyri-şüurilik mövcud olduğunu iddia edir. Yunqa görə bu kollektiv qeyri-şüuriliyin məzmununu bilavasitə müşahidə obyekti olmayan, lakin ətraf aləmdəki proyeksiyaları vasitəsilə qavranıla bilən ümumbəşəri ilk obrazlar – arxetiplər təşkil edir, hansılar ki, özlərini daha çox müxtəlif mifologiyalarda, simvolikalarda və s. büruzə verir.
Transpersonal psixologiya
Transpersonal psixologiya, insan ağlının transsendental və ya mənəvi cəhətlərini araşdıran psixologiya məktəbidir. Dini dəyişmə, fərqli şüur vəziyyətləri, trans (keçid) və digər mənəvi fəaliyyətləri araşdıran transpersonal psixologiya müasir psixologiya nəzəriyyələrini mistisizmin müxtəlif formaları ilə birləşdirmə cəhddir. Transpersonal psixoloqlar transspersonal psixologiyanı psixoanaliz, funksionalizm və humanist psixologiya kimi digər psixoloji cərəyanların tamamlayıcısı kimi qəbul etmişlər. Karl Qustav Yunq və bir sıra digər psixoloqlar öz əsərlərində mənəvi və transpersonal aspektlər qeyd etmişdir. Bununla birlikdə transpersonal psixologiyaya insan psixikasının fərdi və inkişaf aspektlərinə dair tədqiqatlar aparan psixoloqlar tərəfindən laqeyd yanaşılmışdır. Tranpersonal psixologiyanın qurucuları olan şəxslər eyni zamanda psixologiya elminin də öncülləri hesab olunur. Həmin tədqiqatçılara misal olaraq Uilyam Ceyms, Ziqmund Freyd, Otto Rank, Karl Qustav Yunq, Abraham Maslau və Roberto Asocoli (Roberto Assagioli) kimi şəxslərin adlarını qeyd etmək mümkündür. Transpersonal termini ilk dəfə Uilyam Ceyms tərəfindən 1905-1906-cı illərdə Harvard Universitetində semestr dərsləri üçün tutduğu qeydlərdə istifadə edilmişdir. Bu psixologiya məktəbinin yaranmasında ən vacib amillərdən biri də 1960-cı illərdə Abraham Maslaunun humanistik cərəyan və insanın dərini təcrübə fəaliyyətlərinə dair olan tədqiqatlarıdır. Bundan sonra termindən humanistik cərəyanın daxilində yerləşən fərqli bir psixoloji məktəbi üçün istifadə olunmağa başlandı.
Yaddaş (psixologiya)
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Özgələşmə (psixologiya)
Özgələşmə (ing. dissosiasiya) — psixi müdafiə mexanizmlərinə aid olan psixi prosesdir. Bu mexanizmin fəaliyyəti nəticəsində insana elə gəlir ki, baş verən hadisələr onunla deyil, digər şəxslə baş verir. Belə "özgələşmə" mövqeyi insanı izafi və dözülməz hisslərdən müdafiə edir. Bu termini ilk dəfə fransız həkim-psixoloq P.Jane təklif etmişdir. O, müşahidə edirdi ki, ideyalar toplusu şəxsiyyətdən kənarda, əlahiddə və sərbəst şəkildə mövcud ola bilərlər. Lakin hipnozun köməyi ilə şüuru özünə qaytarıla bilər. Özgələşmə — geniş yayılmış, lakin əksəriyyət insanlar tərəfindən normal şəraitdə istifadə edilməyən müdafiə mexanizmidir. Bu müdafiə mexanizmini öz üzərində tətbiq edən insanlar bu haqda belə danışırlar: "sanki bu mənimlə yox, başqa bir şəxslə baş verirdi". Bəzi hallarda insan o qədər özgələşir ki, sanki özünü kənardan görür, hətta bədənini tərk etdiyini hiss edir.
İdraki psixologiya
İdraki psixologiya — düşünmə, emosiya, öyrənmə, xatırlama, qərar vermə, dil, problem həll etmə və mühakimə etmə kimi zehni müddətin ən geniş mənada araşdırılmasıdır. Yəni idraki psixoloqlar insanların məlumatı anlama, yadda saxlama və yada salmaları ilə maraqlanırlar. İdraki psixoloqlar zehni müddətlərin tədqiq edilə biləcəyinə və araşdırılması lazım olduqlarına inanırlar. Hər nə qədər idraki müddətlər birbaşa müşahidə edilməsələr də, davranışlar müşahidə oluna və bu davranışların altında yatan idraki müddətlər haqqında nəticələr çıxardıla bilər. İdraki psixoloqların əsl diqqət mərkəzi davranışlara təsir edən zehni müddətlərdir. Bu müddətlərdən bəziləri bunlardır: diqqət, yaddaş, qavrayış, metaboransiya.
İntellekt (psixologiya)
İntellekt (ing. intelligence ~ ru. интеллект, интеллектуальный ~ tr. zeka, zeki) İntellekt sözü Latın mənşəlidir: intellectus – başa düşmə, intellegere – başa düşmək, inter – arasında, legere – seçmək. 1. Kompüterin aparat vasitələrinə aid işlədildikdə: informasiyanı emal etmək bacarığı. İntellektuallıq bütün kompüterlərin və özlərinin verilənləri emal edən vasitələri olan periferiya qurğularının xüsusiyyətdir. İntellektual olmayan qurğu, necə deyərlər, "düşüncəsiz" olur, məsələn, böyük kompüterlə bağlı olan giriş-çıxış monitoru verilənləri daxil edə və onları çıxara bilir, ancaq informasiyanı sərbəst emal edə bilmir. 2. Proqram təminatına aid işlədildikdə: sistemin durumunu izləmək və arzu olunan nəticəni almaq üçün proqramın müvafiq əməliyyatlar yaratmaq bacarığı.
Axın (psixologiya)
Axın, axın vəziyyəti, axın təcrübəsi (ing. flow, lat. influunt ) — insanın gördüyü işdə tamamilə iştirak etməsi, aktiv konsentrasiyası, fəaliyyət prosesinə tam cəlb olunması ilə xarakterizə olunan psixi vəziyyət. Axın konsepsiyası 1975-ci ildə Mixay Çiksentmixayi tərəfindən təklif edilmişdir və o, həm də axın vəziyyətinə daxil olmaq üçün praktiki tövsiyələri ehtiva edir. Axın vəziyyəti unikal vəziyyət deyil. Axın vəziyyətində olmaq hər hansı bir xüsusi sahə və ya proseslə məhdudlaşmır. Bu, konkret şəxsin iştirak etdiyi bütün fəaliyyət sahələrinə şamil edilir. Abraham Maslou axın vəziyyətlərini zirvə təcrübələri adlandırmışdır. == Axının xüsusiyyətləri == Çiksentmixaynin fikrincə, axın vəziyyətinin təcrübəsinə kömək edən bir neçə fəaliyyət xüsusiyyətlərinin siyahısı var: Aydın məqsədlər (fərqli gözləntilər və qaydalar). Konsentrasiya və diqqət mərkəzi - diqqətin məhdud bir sahəsinə yüksək dərəcədə konsentrasiya (fəaliyyətlə məşğul olan bir şəxs ona diqqət yetirmək və özünü ona dərindən qərq etmək qabiliyyətinə malikdir).
Arxetip (psixologiya)
Arxetip (q.yun. ἀρχέτυπον "prototip, orijinal, orijinal, nümunə") — analitik psixologiyada kollektiv şüursuzluğun struktur elementi. Arxetipik obrazla qarışdırılmamalıdır. == Tarixi == Akademik "sözlərin yeni tərcüməçisi" Nikolay Yanovskinin (1803) fikrincə, XIX əsrin əvvəllərində "arxetip" sözü yalnız bir ifadədə istifadə edilmişdir: işığın arxetipi, yəni Tanrının dünyanı yaratmasına uyğun olan fikir. Sonrakı izahlı lüğətlərdə də bədii əsərin orijinalını bildirən termin kimi arxetip qeyd edilmişdir. 1848-ci ildə ingilis zooloqu Riçard Ouen orqanizmlərin prototiplərini arxetip adlandırmağı təklif etdi, lakin Çarlz Darvinin "Növlərin mənşəyi" əsəri nəşr olunduqdan sonra onun ideyası rədd edildi. "Arxetip" termininin elmə qayıdışı XX əsrin birinci yarısında isveçrəli psixiatr Karl Qustav Yunqun sayəsində baş verdi. Proses bir neçə mərhələni əhatə edirdi. Birincisi 1912-ci ildə, Yunqun "Libidonun metamorfozları və simvolları" kitabı nəşr olunduqda (1916-cı ildə ingilis dilinə tərcümə edildikdə, "Şüursuzluğun Psixologiyası" adlanırdı) çıxdı. Ziqmund Freydlə bəzi fikir ayrılıqlarına baxmayaraq (Yunq libido anlayışını daha geniş şərh edir), əsər freydizm mövqeyindən yazılmışdır.
Strukturalizm (psixologiya)
Strukturalizm və ya struktural psixologiya — şüur nəzəriyyəsinin cərəyanı. Edvard Bredford Titçener tərəfindən hazırlanmışdır. Bu nəzəriyyə XX əsrdə qəbul edilməyə başlamışdır. Strukturalistlər yetkin şəxslərin zehnini (doğuşdan bu günə qədər olan təcrübənin ümumi məcmusu) təcrübənin ən sadə müəyyən edilə bilən komponentləri baxımından təhlil etməyə və sonra bu komponentlərin daha mürəkkəb təcrübələr yaratmaq üçün bir-birinə necə uyğunlaşdığını, eləcə də onların fiziki hadisələr ilə necə əlaqəli olduğunu tapmağa çalışırlar. Bunun üçün strukturalistlər introspeksiyadan istifadə edirlər: hisslər, baxışlar, hisslər və duyğular haqqında hesabatları. XIX əsrin sonu XX əsrin əvvəllərində ABŞ-də geniş yayılmışdır. Onun əsasını E. Titçener (1867–1927) qoymuşdur. O, İngiltərədə doğulmuş, Oksford Universitetində təhsil almışdı. 1890-cı ildə elə həmin universitetdə magistr dərəcəsi almışdır. 1890-cı ildə Titçener psixologiya təhsilini davam etdirmək üçün Leypsiqə — Vundtun laboratoriyasına gəlir, Vundtun bacarıqlı və sadiq tələbələrindən biri olur.
İndividual psixologiya
İndividual psixologiya (lat. individuum - bölünməz) — dərinlik psixologiyasının istiqaməti, XX əsrin 20-ci illərində Alfred Adler tərəfindən hazırlanmış psixoterapevtik sistem. Adler bu istiqaməti Z.Freydin psixoanalizi əsasında yaratmış, “valideyn” məktəbinin bəzi ideyalarını inkar etmişdir. == Təsviri == Klassik psixoanalizdən fərqli olaraq, individual psixologiya belə hesab edir ki, xarakterin əsasını tərbiyəyə ehtiyacı olan anadangəlmə “sosial hiss” təşkil edir. İnsan davranışının strukturunda və dinamikasında əsas rolu şüursuzluq deyil, insan şüuru, bioloji deyil, sosial motivlər oynayır. İnsanlar fərd olaraq aciz varlıqlar, qurbanlar və ya keçmiş təcrübələrinin passiv daşıyıcıları deyillər. Onlar aktivdirlər və öz indilərini yarada bilirlər, eləcə də öz gələcəklərini nisbətən qeyri-iradi seçirlər. Bu prosesdə intellekt və insanın öz dəyər və ideallarını dərk etməsi mühüm rol oynayır. Freydin libidosundan fərqli olaraq, individual psixologiyada insanın sosial fəaliyyətinin əsas hərəkətverici qüvvəsi onun hakimiyyətə can atması və insanın şüuraltında dərin kök salmış natamamlıq kompleksidir. Bu kompleksdən irəli gələn əsas insani nöqsanlar boşboğazlıq və şöhrətpərəstlik, fəzilətlər isə cəsarət və əməkdaşlığa meyildir.
Hüquq psixologiyası
Hüquq psixologiyası — psixologiyanın mühüm sahələrindən biri. İnsan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islah,əmək psixologiyası və s. bölmələri vardır. Psixologiya və hüquq elm sahəsi kimi 1960-cı illərdə yaranmağa başladı. Psixologiyanın prinsipləri və hüquqi tətbiqetməni özündə birləşdirən istənilən araşdırma hüquq psixologiyası sayılır. == Hüquq psixologiyasının predmeti == Hüquq psixologiyası iki mürəkkəb və çox sahəli elmlər sisteminin hüquq və psixologiya elmlərinin qovşağında meydana gəlmişdir.Bu elm sahələrini bir-birinə yaxınlaşdıran və qovuşduran ümumi cəhət onların hər ikisinin obyekti insanın rəftar və davranışı, daxili psixoloji aləmi fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar olmasıdır. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Lakin elmlər bir-birindən öyrəndikləri obyektə görə deyil predmentinə (mövzularına) görə fərqlənirlər.Bu cəhətdən hər bir elmin,o cümlədən insanı öyrənən elm sahələrinin elə özünəməxsus ayrıca predmeti var. Hüquq psixologiyası insanların psixi fəaliyyətinin hüquqla tənzim edilmə sahəsində qanunauyğunluqlarını və mexanizmlərini öyrənən elm sahəsidir. Əgər hüquq insanda hüquq pozma xassəsini əsas götürürsə, hüquq psixologiyası, ilk növbədə insanı hüquq pozuntusuna yol vermiş şəxs, şahid və zərərçəkmiş kimi tədqiq edir.
Millətlərin psixologiyası
Bugünkü gündə millətlərin psixologiyası ilə psixologiyanın "etnik psixologiya" adlanan xüsusi bölməsi məşğul olur. İlkin mərhələdə – müxtəlif xalqların mənəvi-mədəni xüsusiyyətlərini öyrənmək məqsədilə meydana çıxan bu psixologiya sahəsinin, XIX əsrin ikinci yarısından başlayaraq ilk ümumi terminləri meydana çıxmağa başlayır: "xalqların psixologiyası", "milli xarakter", "milli ruh", hətta "etnik (etnoqrafik) psixologiya" (Ribo T. – 1886) və s. kimi. Bunlara paralel olaraq etnopsixologiyanın nəzdində fəlsəfi-psixoloji xətt də inkişaf edir (X. Şteyntal, M. Lasarus, V. Vundt, Q. Lebon və b.). Ümumi olaraq, həmin dövr üçün əsas tədqiqat metodu – dildə, adət-ənənələrdə, əsatirlərdə, bir sözlə, müxtəlif xalqların mənəvi həyatında insani ruhların təzahürünün analizindən ibarət idi. Bugünkü gündə etnopsixologiya – ayrıca individ və ya insan qruplarının etnik və mədəni mənsubiyyəti ilə əlaqədar olan, şüuri və qeyri-şüuri səviyyədə təzahür edən müxtəlif psixoloji xüsusiyyətləri öyrənən psixologiya bölməsi kimi tanınır . XX əsrin 30-cu illərindən başlayaraq Qərbdə bu təlimin özünün də nəzdində differensasiya gedərək, etnik psixologiya özü də iki fərqli qola – psixoloji antropologiya və krosskultur psixologiya qollarına ayrıldı. Bunlardan birincisi – insanların müxtəlif mədəniyyət şəraitdə necə düşünüb, hiss edib, reaksiya verib, hərəkət etməsini (başlıca nümayəndələri R. Benedikt, M. Mid, K. Klakxorn, R. Linton, K. Dyubua və b.); ikincisi isə – fərqli etnik və mədəni qruplara məxsus individlərin psixologiyasındakı oxşarlıq və fərqləri, həmçinin, sosio-mədəni, ekoloji və bioloji xüsusiyyətlərindəki psixoloji fərqlərin əlaqəsini və zaman keçdikcə bu fərqlərdə yaranan dəyişiklikləri öyrənməklə məşğul olur (bu sonuncusu həm də müqayisəvi-mədəni psixologiya adı ilə də tanınır). Postsosialist ölkələrinin psixologiyasında bunların hər ikisi etnopsixologiya və ya etnik psixologiya çərçivəsində öyrənilir (Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir). Haşiyə kimi qeyd edək ki, millətlərin psixologiyasının öyrənilməsinə belə böyük maraq həm də siyasi motivlərlə əlaqədardır.
Musiqi psixologiyası
Musiqi psixologiyası (ing. Music psychology) — Musiqişünaslığın bir bölməsi olub, musiqi dilinin və musiqi əsərlərinin quruluşunun müxtəlif aspektlərinin öyrənilməsi üzrə akademik dissiplinlər toplusu olmaqla yanaşı, eyni zamanda musiqini psixoloji qavramanın qanunauyğunluqlarını və onun insan psixikasının müxtəlif struktur komponentlərinə təsirini tədqiq edir. Buna görə musiqi psixologiyası araşdırmaları sahəsinə , o cümlədən , müxtəlif profilli sahələrdə, məsələn, Musiqi akustikası , Psixoakustika, Qavrayış Neyropsixologiyası , Qavrayış və Hərəkətin psixofiziologiyası, Estetika, Kulturologiya və s. sahələrdə tədqiqatlar da aid edilə bilər. Musiqi psixologiyası sahəsində elmi tədqiqatların əsas istiqamətləri aşağıdakılardır : Musiqi qabiliyyətlərinin psixologiyası; Musiqi duyumunun psixologiyası; Musiqi qavrayışının psixologiyası; Musiqi yaradıcılığının psixologiyası; Musiqi hadisələrinin psixoloji aspektləri. Musiqi psixologiyasının problematikası özü-özlüyündə erkən antik dövrlərdən başlayaraq, musiqi incəsənətinin bütün inkişaf dövrlərində nəzərdən keçirilmişdir. Musiqi psixologiyası nöqteyi-nəzərindən ən vacib marağı Barokko dövrünün musiqisində yaranmış Affektlər Nəzəriyyəsi kəsb etmişdir ki, onun da araşdırmaçıları İohann İoahim Kvants , Maren Mersen , Afanasi Kirxer, İohann Qotfrid Valter , Klaudio Monteverdi , İohann Mattezon , Ciovanni Battista Bononçini, və Xristian Henrix Şpis olmuşlar. Affektlər nəzəriyyəsinə görə, bəstəkar yaradıcılığının məqsədi affektləri oyatmaq, cuşa gətirməkdir ki, onların qrupları arxasında da müəyyən musiqi üslubları və bəstəkarlıq yazısının digər vasitələri birləşirdilər.Affektlər nəzəriyyəsi təsvir olunurdu Afanasi Kirxerin "Musurgia universalis" (Səs və Musiqi haqqında) risaləsində fikrinə görə, affektlərin ötürülməsi hər hansı peşə texnikasına aid edilmirdi, əksinə, "simpatiya"nı idarə edən hansısa magik, sehrli hərəkət idi ki, o da, "insan ilə musiqi arasında" yaranırdı. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, o dövrün bir çox bəstəkarları , o cümlədən, Klaudio Monteverdi xüsusi olaraq, magiyanı öyrənirdi. Lakin məhz müstəqil elmi dissiplin qismində musiqi psixologiyası XIX əsrin ortalarından formalaşmağa başladı.
Mədəni-tarixi psixologiya
Mədəni-tarixi psixologiya-1920-ci illərin sonunda Lev Viqotski tərəfindən yaradılan və Şərqi Avropa və dünyanın başabaşında onun tələbələri və ardıcılları tərəfindən inkişaf etmiş psixologiya nəzəriyyəsi.Mədəni-tarixi psixologiyanın əsas xarakteri onun tendensiyası müxtəlif yanaşmalar və metodlardan yararlanma ilə insanlar haqqında biliklərin inteqrasiyası idi.
Məhəbbət psixologiyası
Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.
Psixologiya elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Psixologiyanın filogenezdə inkişafı
Psixologiyanın filogenezdə inkişafı – Filogenez təkamül zamanı müxtəlif tip orqanizmlərin heyvan davranış və psixikasının yaranmasıdır. Filogenez həm də bütün tarix boyunca insanın psixikasının yaranması və inkişafı kimi xarakterizə olunur. Filogenezi heyvanın psixikasının evolusiyası və şüurun inkişaf tarixi olmaqla iki bölməyə bölmək olar. Filogenezin təməli (konsepsiyası) embrionologiyanın, fiziologiyanın, genetikanın və müqaisəli anatomiyanbın əsasında qurulur. Adaptasiyanın yaranması da filogenezdəki tədqiqatların daxilinə aiddir. İnsanin evolusiyası zamanı onun psixikasının dəyişməsini evolusiyanın bəpaeüdilməzliyi vəözünü tənzimi ilə xarakterizə etmək olar. Bu termin 1866-cı ildə E. Hekkel tərəfindən elmə gətirilmişdir. Rusiyada isə psixologiyanın filogenezində psixikanın inkişafı ilə A. N. Leontiyev məşğul olmuşdur. O, evolusiya prosesi zamanı psixikanın inkişaf blokunun əsnasında sensor psixikanı, intellekti, şüuru, perspektiv psixikanı ayırmışdır. Filogenezi həm də L. S. Viqotski tədqiq edərək ümumi tarixi mərhələdə onun insan psixikasının inkişafına spesifik təsirini göstərmişdir.
Psixologiyanın tədqiqat metodları
Psixologiya— sahəsində geniş tədqiqat metodları tətbiq olunur. Bu üsullar məlumatın əldə edildiyi mənbələrə, məlumatın necə nümunə götürülməsinə və məlumatların toplanmasında istifadə olunan vasitələrə görə fərqlənir. "Metod" yunan sözü olub, nəyəsə nail olmaq yolu deməkdir (yun. methodos — psıa — tədqiqat və yabilik yolu, "yol" və yun. — söz, fikir, anlayış pedaqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan "üsul" termini də işlədilir). Metodlar həmçinin parametrlərinə görə keyfiyyət məlumatları, kəmiyyət məlumatları və ya hər iki parametrli məlumatları öyrənir. Niteliksel psixoloji tədqiqat , tədqiqat tapıntılarının riyazi- statistik və ya digər kəmiyyət metodları ilə əldə edilmədiyi halda alınır. Kəmiyyət psixoloji tədqiqat tədqiqat nəticələrinin riyazi modelləşdirmə və statistik qiymətləndirmə və ya statistik nəticələrdən meydana çıxdığı halda alınır. Psixoloji tədqiqatın üç əsas növü vardır: Müvafiq tədqiqat Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun şəraitə, psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə etməməsi müşahidə metodunu xarakterizə edən başlıca xüsusiyyətdir.
Psixologiyanın tədqiqat metodlarının siyahısı
Psixologiya sahəsində geniş tədqiqat metodları tətbiq olunur. Bu üsullar məlumatın əldə edildiyi mənbələrə, məlumatın necə nümunə götürülməsinə və məlumatların toplanmasında istifadə olunan vasitələrə görə fərqlənir. Metodlar həmçinin parametrlərinə görə keyfiyyət məlumatları, kəmiyyət məlumatları və ya hər iki parametrli məlumatları öyrənir. Niteliksel psixoloji tədqiqat , tədqiqat tapıntılarının riyazi- statistik və ya digər kəmiyyət metodları ilə əldə edilmədiyi halda alınır. Kəmiyyət psixoloji tədqiqat tədqiqat nəticələrinin riyazi modelləşdirmə və statistik qiymətləndirmə və ya statistik nəticələrdən meydana çıxdığı halda alınır. Psixoloji tədqiqatın üç əsas növü vardır: Korrelativ tədqiqat Müşahidə Eksperimental tədqiqat Bəzi əsas psixoloji tədqiqat dizaynları və məlumat toplama üsulları aşağıdakılardır: Arxiv tədqiqatı Keys üsulu - əksərən tədqiqat metodları başlığı altında qeyd olunsa da, əslində yalnız bir tədqiqat metodundan ibarət deyil. Keys üsulu metodologiyası müxtəlif tədqiqat metodlarından (məsələn, müsahibə, müşahidə, özünü hesabat anketi) istifadə edir. Tədqiqatçılar tədqiqat məlumatların müvafiq təqiqat sahələri üçün nə demək olduğunu öyrənirlər. Beləliklə, keys üsulu tədqiqatları bir metod deyil, metodologiyadır. Kompüter simulyasiyası (modelləşdirmə) Məzmun təhlili Hadisə seçmə metodologiyası, həmçinin təcrübə seçmə metodologiyası gündəlik təhsil və ya ekoloji ani qiymətləndirmə Eksperiment əksərən müalicə və nəzarət qruplarına bölünür( elmi nəzarət və eksperimentlərin dizaynına baxın).
Rusiya Təhsil Akademiyası Psixologiya İnstitutu
RTA Psixologiya İnstitutu — 1912-ci ildə Moskva Universitetinin nəzdində professor Georgi İvanoviç Çelpanovun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Rusiyada ilk, dünyada isə 3-cü Psixologiya İnstitutu. İnstitutun rəhbəri G.İ.Çelpanov 1907-ci ildə Moskvaya köçür və Moskva Universitetində fəlsəfə kafedrasına rəhbərlik edir. Çelpanovun ən böyük xidməti Psixologiya İnstiutunu yaratmasıdır. Psixologiya İnstitutu formal olaraq 1912-ci ildə yaradılsa da, faktiki olaraq 1914-cü ildən fəaliyyətə başlamışdır. 1923-cü ildə onu nəinki universitetdən, hətta rəhbərlik etdiyi Psixologiya İnstitutundan işdən qovurlar. Lakin az sonra o, Dövlət Rəssamlıq Akademiyasında dərs deyir. 1927-ci ildə onun sonuncu kitabı nəşr olunur. 1930-cu ildə isə o, tamamilə işsiz qalır.
Rusiyada ilk Psixologiya İnstitutu
RTA Psixologiya İnstitutu — 1912-ci ildə Moskva Universitetinin nəzdində professor Georgi İvanoviç Çelpanovun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Rusiyada ilk, dünyada isə 3-cü Psixologiya İnstitutu. İnstitutun rəhbəri G.İ.Çelpanov 1907-ci ildə Moskvaya köçür və Moskva Universitetində fəlsəfə kafedrasına rəhbərlik edir. Çelpanovun ən böyük xidməti Psixologiya İnstiutunu yaratmasıdır. Psixologiya İnstitutu formal olaraq 1912-ci ildə yaradılsa da, faktiki olaraq 1914-cü ildən fəaliyyətə başlamışdır. 1923-cü ildə onu nəinki universitetdən, hətta rəhbərlik etdiyi Psixologiya İnstitutundan işdən qovurlar. Lakin az sonra o, Dövlət Rəssamlıq Akademiyasında dərs deyir. 1927-ci ildə onun sonuncu kitabı nəşr olunur. 1930-cu ildə isə o, tamamilə işsiz qalır.
Ailə psixologiyası
Ailə psixologiyası— bəşər cəmiyyətinin böyük sosial kəşflərindən və təsisatlarından biri olan ailə insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirən mənəvi-psixoloji və sosial birliyin spesifik formasıdır. Sosial sistem kimi ailənin sabitliyi cəmiyyətdə onun yalnız spesifik instutsional funksiyasını yerinə yetirməsi ilə yanaşı, həm də özünün daxili psixoloji iqlimindən, mənəvi dəyərlərdən, emosiyalardan, iqtisadi maraq və s. kimi digər amillərdən də asılıdır. == Ailə psixologiyasının predmeti və vəzifələri == Elmlər bir-birindən obyektinə görə yox, predmetinə (mövzusuna) görə fərqlənirlər. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur. Məlumdur ki, ailə sferası – insanın şəxsiyyət kimi formalaşması və psixi inkişafını müəyyən edən güclü mənbədir. Ailə psixologiyasının tətbiq edilməsi aktuallığı ailənin həyat fəaliyyətinin optimallaşdırılması, nikah və valideyn-övlad münasibətlərinin effektivliliyinin artması, ailədə uşaqların tərbiyəsi problemlərinin həlli və s. ilə əlaqədardır.

Значение слова в других словарях