Pudun (rayon)
Pudun (çin. sadə. 浦东, pinyin: Pǔdōng), rəsmi adı Yeni rayon Pudun (çin. sadə. 浦东新区, pinyin: Pǔdōng Xīn Qū, hərfi mənası: "Pudun sintsyuy") — Çinin Şanxay şəhərində bölgə.
Çin hökuməti yeni Pudun rayonuna XİR-lə müqayisədə daha geniş güzəştlər vermişdir. Belə ki, Pudunda nəinki XİR və texniki-iqtisadi istismar zonaları üçün hökumət tərəfindən işlənib hazırlanmış bütün qanun və müddəalar işləyir (məsələn, gömrük rüsumlarından və əlavə dəyər vergisindən qismən və tam azadolma), həmçinin yalnız Pudun ərazisində fəaliyyət göstərən güzəştlər müəyyənləşdirilmişdir. Məsələn, dövlət xarici investorların Pudunda üçüncü sənaye maliyyə idarələri və müəssisələr yaratmasıyla, Şanxayda fond birjası açmasıyla və səhmlər buraxmasıyla, hətta kapital qoyuluşunun təsdiqinə gorə onun səlahiyyətlərini artırmiş və banklara xarici kapitalın iştirakı ilə jenminbi ilə əməliyyatlar aparmağa icazə vermişdir.
Hal-hazırda Pudunda xarici investisiyanın iştirakı ilə 70 maliyyə təsisatı qeydiyyatdan keçmişdir. Xarici kapitalı olan 18 banka jenminbi ilə əməliyyatlar aparmağa icazə verilmiş, 28 əyalət, mərkəz tabeliyində olan şəhər və muxtar rayon isə Pudunda öz ticarət kampaniyalarını yaratmışlar.