Pusqu
Pusqu — Bir yerdə gizlənib adamı vəya ovu pusma, güdmə, gözləmə deməkdir. Adamı və ya ovu güdmək, gözləmək, pusmaq üçün gizlənilən yer, marıq yeri, pusquyeri adlanır.
Düşməni və ya terror qruplaşmasının canlı qüvvəsini, texnikasının ələ keçirmək və ya məhv etmək üçün göstərilən fəlaliyyətdir. Pusqu düzlüşləri Xətt üzrə, L, Z, T, V hərfləri şəklində qurulur.
Pusqunun məqsədi
Terroristlərin, düşmənin, cinayətkarların pusquya düşən qüvvələrini məhv etmək yada ələ keçirmək.
Cinayətkarların yaxşı silahlanmış qüvvələrini, silah və sursatı az olan kiçik qüvvələrlə məhv etmək.
Terrorist qrupların sərbəst hərəkətlərini çətinləşdirmək.
Cinayətkarların silah, sursat və yemək yollarını kəsərək onları möhtac qoymaq.
Cinayətkarların əsas adamlarını yada liderlərini məhv etmək və ya ələ keçirmək.
Yerlərinə görə pusqular:
Nöqtə pusqusu
Bölgə pusqusu
Hədəfə olan məsafələrə görə pusqular:
Yaxın pusqu
Uzaq pusqu
Hazırlıq müddətinə görə pusqular:
Tələsik pusqu
Hazırlıqlı pusqu
Pusqudan ov əldə etmək üçündə istifadə edilir.