PƏRƏSTİŞKARİ-NAR

oda sitayiş edən; atəşpərəst.
PƏRƏSTİŞKAR
PƏRİ
OBASTAN VİKİ
NAR
Adi nar
Adi nar (lat. Punica granatum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin nar cinsinə aid bitki növü. Narın elmi adı iki latın sözünün birləşməsindən əmələ gəlmişdir. "Punica" — tünd qırmızı və ya parlaq qırmızı, "granatus" isə dənə deməkdir. Nar çox qədimdən becərilən və istifadə olunan bitkidir. Onun ən qiymətli sortu eramızdan əvvəl Qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Hündürlüyü 1,5–4 (5) m olan, budaqları qarşı-qarşıya yerləşmiş balaca ağac və ya koldur. Qısalmış budaqları çox vaxt tikanlara çevrilir. == Təbii yayılması == Vətəni Kiçik və Orta Asiya, Dağıstan, Şərqi və Cənubi Zaqafqaziyadır. == Botaniki təsviri == 3–5 m hündürlüyündə çoxlu gövdələrə malik, yarpağını tökən kol və ya kiçik ağacdır.
Nar (Mobile)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2014-cü ildə 4G'ni tətbiq elədi.
Nar (dəqiqləşdirmə)
Nar — meyvə. Nar (şirkət) — Mobil operator. Nar (film, 1981) — Azərbaycan filmi. Nar (Nepal) — Nepalda kənd. Nar (albom) — Musiqi albomu.
Nar (meyvə)
Nar (şirkət)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2014-cü ildə 4G'ni tətbiq elədi.
Nar Mobile

Nar bayramı
Nar bayramı — Azərbaycan ərazisində, əsasən də Göyçay rayonunda, nar yığımı vaxtı keçirilən bayram şənliyi. Nar Bayramı hər ilin oktyabr və noyabr aylarında Azərbaycanın Göyçay rayonunda nar və ondan ənənəvi istifadə üsullarını və onun simvolik mənasını qeyd etmək məqsədilə təşkil edilən festivaldır. "Nar bayramı" ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir. Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirdilər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edildilər. "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" 2020-ci ilin dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Bayram Azərbaycanın nar paytaxtı olan Göyçayda keçirilir, burada 4 min hektar sahədə nar yetişən bağlar salınıb. Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir. Nar bayramı festivalının proqramına nar yarmarkası, ondan hazırlanan şirə, Azərbaycan mətbəxinin təamlarının dequstasiyası, folklor, rəqs, mahnı qruplarının və idmançıların çıxışı, eləçə də müxtəlif müsabiqələr daxildir.
Nar qovurma
Bu yeməyin vətəni Göyçaydır. nar — 3 ədəd yumurta — 2 ədəd baş soğan — 1 ədəd Narı dənələyib soğanla qovurursan. duz — istiot vurulur. Üstünə yumurta çalınıb tökülür və bişirilir. Bunu həmçinin plovnan da yemək olar. Qoyun əti – 330 q, ərinmiş yağ – 30 q, nar – 50 q, şabalıd – 180 q, baş soğan – 100 q, zəfəran – 0,05 q, keşniş və şüyüd – 15 q, istiot – 0,1 q, duz. Qoyun əti 60–70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirilir. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.
Nar salatı
Nar şirəsi
Nar şirəsi — Əsl nar şirəsi zəngin tünd qırmızı rəngdədir, günəş işığında yarı şəffafdır. Nar meyvəsinin pulpasından sıxılaraq alınan meyvə şirəsidir. Nar şirəsi təravətləndirici şirin və ya turş dada, bəzən bir qədər turş dada malikdir. Nara turş dad verən onun şirəsində olan limon turşusudur. Belə ki, cır narın şirəsində 5–9 %, becərilən narda isə 2–4 %-ə qədər limon turşusu vardır. Nar meyvəsinin qabıq hissələrində isə 22–39 % aşı maddəsi vardır. Bundan əlavə narın şirəsində çoxlu miqdarda şəkər və C vitamini vardır. Narın tərkibində 8–19 % qlükoza və fruktoza, 1 % saxaroza, şirin sortlarda 0,2 %, turşa-şirin sortlarda 2–3 %, turş narlarda isə 3–7 % limon turşusu vardır. Narın tərkibində bədən üçün faydalı maddələr vardır. Bir sıra elmi araşdırmalar və həkim rəylərinə əsasən, şirin nar ağ ciyər, mədə və qara ciyər xəstəliklərinə kömək edir.
Nar şorbası
Nar şorbası (fars. آش انار‎ āš e anār; azərb. anar aşı‎) — Azərbaycan və İranın milli xörəklərindən biri. Bu yeməyin vətəni İran və İraqdır. Çorba, qədim Çin və Spartada miladdan əvvəl I əsrdə hazırlanmışdır. Daha sonra bu qidalandırıcı və faydalı yemək bütün dünyada yayılmış və onun müxtəlif reseptləri icad edilmişdir. Müasir növ şorba maddələr sayı, məhsullar dəsti və hətta tutarlılıq baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Bu mütləq maye şorba deyil — məsələn, Alman aintopf və ya Fin şorbası calakeutto kimi çox qalın və qidalı ola bilər. Bütün bunlar bu resepti icad edən insanların ənənələrindən asılıdır. Ən qeyri-adi, əlbəttə ki, əriştə və şokoladdan olan Yapon şorbası, Karib dənəsində hazırlanan — iguana şorbası və Afrikada bişirilən qəhvə, banan və kirdən olan şorbalardır.
Nar bağı
Nar bağı — Rejissor İlqar Nəcəfin filmi. Film Anton Çexovun məşhur "Albalı bağı" pyesinin motivləri əsasında çəkilib.Hadisə əyalətlərdən birində baş verir. Şamilin (Qurban İsmayılov) iri nar bağı var, onu kəndin imkanlı adamlarından biri (Kazım Abdullayev) almaq istəsə də o, satmır. Onun oğullarından biri ölüb, digəri Qabil (Səmimi Fərhad) isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini Sara (İlahə Həsənova) və 11-12 yaşlı nəvəsi Cəlalla (Həsən Ağayev) yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyir, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır.Çünki onun başqa ailəsi var və borcu olduğundan qızı girov götürülüb.Bu pul ona qızının xilası üçün lazımdır... Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə "Ən yaxşı kişi rolu", film "Münsiflər heyətinin xüsusi mükafatı" və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən "Xüsusi vurğulama"ya layiq görülüb. "Nar bağı", 22-28 iyul tarixlərində Astanada keçirilən festivalın əsas müsabiqə proqramında təqdim olunub.
Azərbaycan mədəniyyətində nar
Azərbaycan mədəniyyətində nar — Azərbaycanda narın müxtəlif növləri yetişdirilir, bu da Azərbaycan təbiətinin zənginliyindən, burada doqquz iqlim zonasının mövcudluğundan irəli gəlir. Al qırmızı rəngli nar meyvəsi ölkəmizin milli simvoluna çevrilmişdir. Nar ağacı qədim zamanlardan çiçəklərinin, meyvəsinin, al qırmızı, şirəli, dadlı dənəciklərinin gözəlliyi, şirin qoxusu ilə məşhurdur. Əbəs yerə narı meyvələrin şahı adlandırmırdılar. Deyilənə görə, padşahların tacının forması nar tacının formasından götürülüb. Nar təkcə gözəlliyinə, dadına görə deyil, həm də faydasına görə meyvələrin şahı sayıla bilər. Hələ qədim zamanlarda Şərqdə böyük məna kəsb edən nar meyvəsi Çində məhsuldarlıq rəmzi sayılırdı. Məhəmməd peyğəmbər öz sələflərinə nar meyvəsini yeməyi tövsiyə edərək deyirdi ki, nar insanın qəlbini paxıllıqdan və nifrətdən təmizləyir. == Mədəniyyətdə narın rolu == Bir çox Azərbaycan rəssamları öz yaradıcılığında nar mövzusuna müraciət ediblər. Azərbaycan təsviri sənətinin böyük şəxsiyyətlərindən biri olan Toğrul Nərimanbəyov öz əsərlərində nar mövzusuna dəfələrlə müraciət etmişdir.
Nar (Mobil Operator)
Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı. Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib (link). 2007-ci il mart 21-də “Nar Mobile” əmtəə nişanı ilə fəaliyyətə başlayıb. Azərbaycan telekommunikasiya bazarına üçüncü daxil olan mobil operator bazarda ən sərfəli qiymətləri təklif etdi . 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub. 2014-cü ildə 4G'ni tətbiq elədi.
Nar (film, 1981)
Təbiətin gözəl neməti olan nar uzun əsrlərdir ki, süfrələrimizin bəzəyi, xalq təbabətinin qiymətli incisi kimi şöhrət qazanmışdır. Şahnar, qırmızıqabıq, bala mürsəl, şirin nar, gülövşə nar-film bu gözəl nemət, narın məhsuldarlığının yüksəldilməsinə qayğı göstərilməsi haqqında söhbət açır. Rejissor: Cahangir Mehdiyev Ssenari müəllifi: Arif Əliyev Operator: Fəraməz Məmmədov Bəstəkar: Sevda İbrahimova Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Nar kolu (ağacı)
Adi nar kolu (ağacı)
Nar bağı (film, 2017)
Nar bağı — Rejissor İlqar Nəcəfin filmi. Film Anton Çexovun məşhur "Albalı bağı" pyesinin motivləri əsasında çəkilib.Hadisə əyalətlərdən birində baş verir. Şamilin (Qurban İsmayılov) iri nar bağı var, onu kəndin imkanlı adamlarından biri (Kazım Abdullayev) almaq istəsə də o, satmır. Onun oğullarından biri ölüb, digəri Qabil (Səmimi Fərhad) isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini Sara (İlahə Həsənova) və 11-12 yaşlı nəvəsi Cəlalla (Həsən Ağayev) yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyir, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır.Çünki onun başqa ailəsi var və borcu olduğundan qızı girov götürülüb.Bu pul ona qızının xilası üçün lazımdır... Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə "Ən yaxşı kişi rolu", film "Münsiflər heyətinin xüsusi mükafatı" və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən "Xüsusi vurğulama"ya layiq görülüb. "Nar bağı", 22-28 iyul tarixlərində Astanada keçirilən festivalın əsas müsabiqə proqramında təqdim olunub.
Nar ağacının nağılı (film, 1989)
Bu nağılvari əhvalatda macəralar da var, möcüzələr də, yalandan atışmalar da var, doğruçu təqiblər də. Bütün uşaq nağıllarında olduğu kimi, bu cizgi filmində də hər şey yaxşı qurtarır və pis oğlan nəhayət mehriban və xeyirxah olur. Ssenari müəllifi: Sara Nəzirova (Sara Nəzərova kimi) Kinorejissor: Vahid Talıbov Quruluşçu rəssam: A.Sadıqzadə, Yuri İsaykin Kinooperator: Ramiz Ağayev, Ziya Xəqani Bəstəkar: Mobil Babayev Cizgi rəssamı: Vahid Talıbov, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Əziz Məmmədov, Ş.Nanaziaşvili Səs operatoru: Akif Nuriyev Rəssam assistenti: Məlahət Hümbətova Montaj edən: Lidiya Vyalsova Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (qısaca: ANİİA) — Azərbaycan Respublikasında fəaliyyət göstərən assosiasiyalardan biri. == Tarixi == Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ilin noyabr ayından fəaliyyətə başlayıb və ilk günlərdən Azərbaycanda narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplamağa nail olmuşdur. Dəqiq qeydiyyatlar nəticəsində bu sahədəki mövcud problemləri aradan qaldıran ANİİA narçılığın inkişafı istiqamətində aqrotexniki maarifləndirmə işləri aparmış və bu sahədə fəaliyyət göstərən yerli və xarici mütəxəssislərlə görüşlər keçirərək yüksək təcrübələr əldə etmişdir. Assosiasiya "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi adı ilə 31 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assoasiasiyanın ilk yığıncağı 17 mart 2017-ci il tarixində keçirilmişdir. Assosiasiya üzvləri AZPROMO-nun dəstəyi ilə keçirilən beynəlxalq sərgi və tədbirlərdə, narın ixracı ilə əlaqədar təşkil olunan bütün xarici forumlarda AZPROMO-dan olan həmkarları ilə birgə iştirak edirlər. == Fəaliyyəti == Assosiasiya Azərbaycan narının yerli və xarici bazarlara mütəmadi təchizatı, istehsal və emal prosesləri ilə bağlı təcrübələrin və bacarıqların artırılması, istehsalatda yüksək texnologiyanın tətbiqi, xammal təchizatı sahələrində və ixracının təşviq edilməsi istiqamətində fəaliyyət və xidmət göstərir. ANİİA 2017-ci il dekabr ayının 22-də keçirilmiş tədbirdə nazirliyin "İlin Ən Fəal Assosiasiyası" mükafatı ilə təltif edilmişdir. == Rəhbərlik == Assosiasiyaya rəhbərliyi sədr edir. İlk sədri Fərhad Qaraşov olmuşdur.
Nar haqqında hər şey (film, 1983)
Filmdə Azərbaycanda yetişdirilən bu gözəl meyvənin tərkibindəki qidalı maddələrdən, vitaminlərdən, müalicə xassələrindən, bu məhsuldan hazırlanan dadlı şirələrdən, milli kulinariyada ondan istifadə edilməsindən söhbət açılır.